Məhkəmə qərarları › İş №2-1(114)-2047/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2047/2024

29.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2047/2024 29.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı sxematik bölgü planının hazırlanması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X30, cavabdehin nümayəndəsi X24 və üçüncü şəxs X6 nümayəndəsi X19 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər X14, X31 və X15) qarşı mülkiyyətində olan 1.487 ha torpaq sahəsinə dair sxematik bölgü planının hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 02 nömrəli qərarı ilə Xanlar rayonu, Qızılca kəndində yerləşən 0.76 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı ilə X20, X10 və X12 verilmiş və həmin torpaq sahəsinə dair JN-406 KOD 50807005 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı tərtib edilmişdir.

2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.5868 ha torpaq sahəsi üzərində hər birinə 1/3 hissə olmaqla, X14, X31 və X7 paylı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

3. 08.05.2018-ci il tarixli AN-İ ******* Daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən X3 rayonu, Qızılca kəndində yerləşən 0.6316 ha torpaq sahəsini İddiaçı satmışdır.

4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.6316 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

5. 08.05.2018-ci il tarixli AN-İ ******* Daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən X2 rayonu, Qızılca kəndində yerləşən 0.1956 ha torpaq sahəsini İddiaçı satmışdır.

6. 23.04.2019-cu il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən X13 rayonu, Qızılca kəndində yerləşən 0.1956 ha torpaq sahəsini İddiaçı satmışdır.

7. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.1956 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

8. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.1956 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

9. 17.03.2020-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən İddiaçı Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.1956 ha torpaq sahəsini X1.

10. Daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən X4 rayonu, Qızılca kəndində yerləşən 0.3913 ha torpaq sahəsini İddiaçı satmışdır.

11. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.3913 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

12. 17.03.2020-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən İddiaçı Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.3913 ha torpaq sahəsini X1.

13. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.3313 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

14. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.1636 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

15. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Göygöl rayonu, Qızılca kəndində yerləşən 1.3221 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

16. 01.06.2022-ci il tarixli AN-İ ******* Daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən X9 rayonu, Qızılca kəndində yerləşən 0.1649 ha torpaq sahəsini İddiaçı satmışdır.

17. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.1649 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

18. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Göygöl rayonu, Qızılca kəndində yerləşən 1.487 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

19. İddiaçı Göygöl rayonu, Qızılca kəndində yerləşən 1.487 ha torpaq sahəsinin sxematik bölgü planının hazırlanması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə etidiyi müraciətə həmin idarənin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-11974/2023 nömrəli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, Göygöl rayonu, Qızılca kəndində yerləşən torpaq sahəsi baza məlumatlarına əsasən bir hissəsi başqa şəxslər tərəfindən istifadə olunan torpaq sahəsi ilə üst-üstə düşür. Bu səbəbdən bölgü sxeminin hazırlanması mümkün olmamışdır.

20. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2- 4581/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən Göygöl rayonu, Qızılca kəndi ərazisində yerləşən 1.487 ha torpaq sahəsinin 1,3221 ha hissəsi **********92 reyestr nömrəli və 0.1649 ha hissəsi isə **********44 reyestr nömrəli çıxarışların birləşdirilməsi ilə formalaşdırılmış və həmin torpaq sahəsinə dair X8 adına **********19 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Əlavə olaraq bildiririk ki, torpaq sahələrinin üst-üstə düşmə halı 3 saylı Gəncə Ərazi İdarəsinin elektron yeni uçot xəritəsinə əsasən müəyyən edilmişdir. Bundan başqa Göygöl rayonu, Qızılca kəndi ərazisində yerləşən 1.487 ha torpaq sahəsi X8 adına qeydə alınan zaman heç bir üst-üstə düşmə halı aşkarlanmamışdır.

21. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2- 4637/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, aparılan araşdırma zamanı üst-üstə düşmə halının Yeni uçot xəritəsinə əsasən müəyyən edildiyi məlum olmuşdur. II. Məhkəmədə icraat

22. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Göygöl rayonu, Qızılca kəndi ərazisində yerləşən 1.487 ha torpaq sahəsinə dair sxematik bölgü planının hazırlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il tarixli şıxarışa əsasən Göygöl rayonu Qızılca kəndində 1.487 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun xüsusi mülkiyyətinə verilmişdir. Mülkiyyətində olan 1.487 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin müəyyən bir hissəsini özgəninkiləşdirmək istəmiş və bununla əlaqədar cavabdehə müraciət edib torpaq sahəsinin bölgü sxeminin hazırlanmasını xahiş etmişdir. 3 saylı Gəncə Ərazi İdarəsi onun müraciətinə imtina xarakterli məktub göndərmiş və imtina məktubunda göstərmişdir ki, Göygöl rayonu, Qızılca kəndində yerləşən torpaq sahəsi baza məlumatlarına əsasən bir hissəsi başqa şəxslər tərəfindən istifadə olunan torpaq sahəsi ilə üst-üstə düşür. Bu səbəbdən bölgü sxeminin hazırlanması mümkün olmamışdır. Cavabdehin imtinasını əsassız hesab edir. Ona görə ki, əgər bu torpaq sahəsi başqa şəxslərin istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşürsə, onda hansı əsasla cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə mənə mülkiyyət hüququma dair çıxarış verilmişdir. 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə Torpaq sahəsinin planı və ölçüsünə dair A №773343 saylı kadastr planı hazırlanaraq ona verilmişdir. Mülkiyyətində olan 1.487 ha torpaq sahəsindən istifadə edir və həmin ölçüdə torpaq sahəsinin onun mülkiyyətində olmasına dair heç kim tərəfindən irad tutulmayıb. Torpaq sahəsi zəbt olunmayıb və onun mülkiyyətindədir. Yuxarıda qeyd etdiyi kimi çıxarış xx.xx.2022-ci il tarixdə ona verilib, 2023-cü ilin dekabr ayında ona imtina məktubu göndərilib və bildirilib ki, guya torpaq sahəsinin bir hissəsi baza məlumatlarına görə başqa şəxslərin istifadə etdikləri torpaq sahəsi ilə üst-üstə düşür.

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər

25. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X14, X31 və X15 iş üzrə adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.

26. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilmişdir.

27. İddiaçının nümayəndəsi, cavabdehin nümayəndəsi və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlmiş, digər üçüncü şəxslər isə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

28. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə məhkəmə iclasına gəlməyən şəslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

29. İddiaçının nümayəndəsi X30 məhkəmə iclasında iddia tələbini müdafiə edərək tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

30. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, başqa şəxslərdən müxtəlif ölçülərdə torpaq sahələri satın alaraq, birləşmə nəticəsində vahid çıxarış əldə etmişdir. Sonradan ona məlum olmuşdur ki, aldığı torpaq sahəsinin bir hissəsində başqa şəxslərə məxsus fərdi yaşayış evi yerləşir. O, mübahisə yaranmaması üçün həmin torpaq sahəsini həmin şəxslərə satmaq və ya bağışlamaq istəyir. Bu səbəbdən bölgü sxeminin tərtib olunmasını tələb edir. Həmin şəxslər X14, X31 və X11r. O, həmin şəxslərlə hər hansı özgəninkiləşdirmə əqdi bağlamamışdır, ona görə ki, ilk növbədə torpaq sahəsinin bölünməsini istəyir, yəni bölgü sxemi aldıqdan sonra müqavilə bağlayacaqdır.

31. Cavabdehin nümayəndəsi X24 iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir.

32. Üçüncü şəxsin nümayəndəsi X35 qanunamüvafiq qərar çıxarılmasını xahiş etmişdir.

Əsaslandırma hissəsi:

33. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

34. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.

35. İş materialları, o cümlədən işin faktiki halları ilə müəyyən edilir ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Göygöl rayonu, Qızılca kəndində yerləşən 1.3221 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.1649 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra həmin çıxarışlar birləşdirilərək 1.487 ha torpaq sahəsinə dair X8 adına **********19 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.

36. İddiaçı Göygöl rayonu, Qızılca kəndində yerləşən 1.487 ha torpaq sahəsinin sxematik bölgü planının hazırlanması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə etidiyi müraciətə həmin idarənin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-11974/2023 nömrəli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, Göygöl rayonu, Qızılca kəndində yerləşən torpaq sahəsi baza məlumatlarına əsasən bir hissəsi başqa şəxslər tərəfindən istifadə olunan torpaq sahəsi ilə üst-üstə düşür. Bu səbəbdən bölgü sxeminin hazırlanması mümkün olmamışdır.

37. İddiaçı hazırkı tələbində mülkiyyətində Göygöl rayonu, Qızılca kəndində yerləşən 1.487 ha torpaq sahəsinin sxematik bölgü planının hazırlanmasını tələb edir.

38. Məhkəmə bununla bağlı qeyd edir ki, torpaq sahəsi iddiaçı tərəfindən özgəninkiləşdirildiyi (bağışlama, alğı-satqı və s.) və fiziki cəhətdən bölündüyü təqdirdə həmin torpaq sahəsinə dair bölgü planı tərtib edilə bilər.

39. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 5.6-cı bəndində göstərilmişdir ki, Daşınmaz əmlak barəsində notariat hərəkətlərinin aparılması ilə bağlı dövlət reyestrindən daşınmaz əmlaka dair çıxarışın, həmin əmlakın təsvirinin, bu əmlak üzərində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına yüklülüyünə) dair məlumatların notarius və ya qanunla müəyyən edilmiş hallarda notariat hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən əldə edilməsinin, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş və dövlət reyestrində həmin əmlak barəsində qeydiyyatın aparılması üçün əsas hesab edilən sənədin (o cümlədən müqavilə, ərarvadın ümumi əmlakdakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə, qanun və ya vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsi, bölgü planı, nisyə alğısatqı müqaviləsi üzrə son ödəniş barədə bildiriş və s.) təsdiqləndikdən dərhal sonra elektron formada dövlət reyestrinə ötürülməsini təmin etmək məqsədilə notariuslarla və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslərlə dövlət reyestri arasında elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində məlumat və sənəd mübadiləsi imkanı, onların həmin sistem vasitəsilə dövlət reyestrinə birbaşa çıxışı təmin olunmalıdır.

40. Göründüyü kimi, bölgü planı daşınmaz əmlakla bağlı aparılmış notariat hərəkətlərinin nəticəsi olaraq tərtib və təsdiq edilir.

41. Hazırki işdə isə mübahisə predmeti olan 1.487 ha torpaq sahəsi vahid əmlak olmaqla iddiaçının mülkiyyətində olduğundan və torpaq sahəsi iddiaçı tərəfindən özgəninkiləşdirilməsinə dair hər hansı müqavilə bağlanmadığından, yəni torpaq sahəsi ilə bağlı hər hansı notariat hərəkəti aparılmadığından, həmin torpaq sahəsinə dair bölgü planının tərtib edilməsi mümkün deyildir.

42. Bununla da məhkəmə hesab edir ki, iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh tərəfindən pozulması müəyyən edilməmişdir.

43. Halbuki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

44. Məhkəmə hesab edir ki, hazırkı işdə cavabdeh tərəfindən iddiaçının istinad etdiyi hallar üzrə onun hər hansı hüquqlarının pozulmasına yol verilmədiyindən, bu barədə faktiki halların mövcudluğu iddiaçı tərəfindən sübuta yetirilmədiyindən iddia mümkün sayılmamalıdır.

45. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

46. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.

Nəticəvi hissə:

47. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar