Məhkəmə qərarları › İş №2-1(114)-205/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-205/2025

10.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-205/2025 10.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “pensiya təyin edildikdən sonra fərdi hesabında xx.xx.2019-cu il tarixədək toplanmış pensiya kapitalı əsasında qulluq stajına görə əlavələr azaldılmamaqla pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı ərizə təqdim edərək “pensiya təyin edildikdən sonra fərdi hesabında xx.xx.2019-cu il tarixədək toplanmış pensiya kapitalı əsasında qulluq stajına görə əlavələr azaldılmamaqla pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(114)-754/2024 nömrəli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli, 3-17-1/2-18250/2025 nömrəli məktubunda bildirmişdir ki, iddiaçıya keçmiş 3 il müddət üçün ödənilməli olan 1.537,86 manat fərq məbləği hesablanmışdır. Həmin fərq məbləği xx.xx.2024-xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində hissə-hissə pensiyanın üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülmüşdür.. Cavabdehin nümayəndəsi iclasda iştirak etmiş və bildirmiş ki, iddiaçının tələbi təmin olunmuş, bununla əlaqədar iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi təmin olunduğundan, odur ki, bu məsələ ilə bağlı mübahisə aradan qalxdığından iş üzrə icraata xitam verilməlidir. Göründüyü kimi, məhkəmə tərəfindən yekun qərar qəbul edilənədək cavabdeh tərəfindən iddiaçının tələbi təmin edilmişdir. Nəticədə iddiaçı tərəfindən irəli sürülmüş tələb artıq aradan qalxmışdır. Məhkəmə belə qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 11-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 67 və 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “xx.xx.2018-ci il tarixədək ödənilmiş, lakin qeydə alınmamış məcburi dövlət sosial sığorta haqları nəzərə alınmaqla hüququ yarandığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar