Məhkəmə qərarları › İş №2-1(114)-2055/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2055/2021

08.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2055/2021 08.12.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh Bərdə rayon Qaradırnaq kənd Bələdiyyəsinə qarşı (üçüncü şəxslər X5, X9, X4, X10, X2) torpaq sahələrinə aid dövlət aktlarının ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh Bərdə rayon Qaradırnaq kənd Bələdiyyəsinə qarşı (üçüncü şəxslər X5, X9, X4, X10, X2) qarşı iddia ərizəsi ilə 22 sentyabr 2021-c il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Bərdə rayon Hüseynalılar və Qaradırnaq Bələdiyyəsi tərəfindən verilmiş torpaq sahələrinə aid dövlət aktlarının və icarə müqavilələrinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iddiaçılara iddia tələbinin dəqiqləşdirilməsi barədə yardım göstərilmişdir. Bundan sonra, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh Bərdə rayon Qaradırnaq kənd Bələdiyyəsinə qarşı (üçüncü şəxslər X5, X9, X4, X10, X2) iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Bərdə rayon Hüseynalılar və Qaradırnaq Bələdiyyəsi tərəfindən X6 verilən JN 4541 kod 61004018 dövlət aktı, X3 verilən JN 5020 saylı 61004018 saylı dövlət aktı və eyni ilə X3 verilən JN 8910 kod 61004048 saylı dövlət aktlarının ləğv edilərək həmin örüş torpaq sahələrinin alınaraq örüş kimi istifadələrinə verilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə rayonun Hüseynalılar və Qaradırnaq kənd bələdiyyəsinin sədrinin camaat üçün ayırlan örüç torpaq shəsini JN 4541 kod 61004018 dövlət aktı ilə X6 10.04.2003-cü il tarixli 4 saylı qərarla cavabdehə verməklə 15.03.2004-c il tarixli 01 saylı icra müqaviləsi ilə 50 il müddətinə 19.5 ha torpaq sahəsi icarəyə verilmişdir. Həmin torpa sahəsinin 11 ha əkin üçün 8.5 hekatı isə kənd təsərüffatı təyinatından istifadə edilməsi üçün örüş sahəsindən verilmişdir. Eyni ilə X3 20.01.2002-ci il tarixli 01 saylı qərarla 25.03.2004-cü il tarixdə 50 il müdətinə 45 ha həmçinin 05.02.2002ci il tarixdə 2 saylı qərarla 20.03.2002-ci il tarixdə 3 saylı icra müqaviləsi ilə 15 hektar kənd təsərrüfat təyinatı torpaq sahəsi JN 8910 kod 61004048 saylı dövlət aktı verilmişdir. Eyni ilə X1 02.06.2003-cü ildə isə sahəseçmə aktı ilə X7 50 il müddətinə 13 ha 70 sot torpaq ayrılmışıdr. Həmçinin qeyri qanuni kənd cammatı üçün ayrılan örüş sahəsi kənd bələdiyyəsinin sədri tərəfindən dolayı yollarla satılır. Məhkəmə araşdırma aparmış və müəyyən etmişdir ki, iddiaçılar hazırki tələb ilə müvafiq inzibati orqana müraciət etməmiş və qeyd edilən iddia tələbinə cavab verməyən inzibati orqanı cavabdeh qismində göstərmişdir. Məhkəmə tərəfindən iddiaçılara məhkəmə iclasında yardım göstərilməsinə baxmayaraq iddiaçılar verilmiş iddia həcmində iddiaya baxılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2, Tapdıq oğlu, İddiaçı4 08 dekabr 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələblərini müdafiə edərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişlər. İş üzrə cavabdehə və üçüncü şəxslərə hazırki məhkəmə iclasının vaxtı və yeri varədə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Göründüyü kimi iddiaçılar iddia tələbi ilə iddiaya cavab verməli olan inzibati orqana qarşı iddia qaldırmamışlar və həmçinin iddia tələbinə cavab verməli olan onqana ilkin müraciət etməmişlər. Bundan başqa məhkəmə qeyd etmək lazım bilir ki, iddiaçılar öz iddia ərizələrində dövlət aktlarını mübahisələndirlər, lakin araşdırma nəticəsində müəyyən olunmuşdur ki, qeyd edilən dövlət aktları bələdiyyə ilə üçüncü şəxslər arasında bağlanmış icarə müqavilələri əsasında verilmişlər. Məhkəmə qeyd etmək istəyir ki, dövlət aktları başqa orqan tərəfindən bağlanmış icarə müqavilələri əsasında tərtib edilmişdər. Odur ki, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh Bərdə rayon Qaradırnaq kənd Bələdiyyəsinə qarşı (üçüncü şəxslər X5, X9, X4, X10, X2) torpaq sahələrinə aid dövlət aktlarının ləğv edilməsi tələbinə dair iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3. maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35 və 80. maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh Bərdə rayon Qaradırnaq kənd Bələdiyyəsinə qarşı (üçüncü şəxslər X5, X9, X4, X10, X2) torpaq sahələrinə aid dövlət aktlarının ləğv edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar