Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2055/2024 27.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı üçüncü şəxsin qeydiyyatdan çıxarılması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı üçüncü şəxs X2 ona məxsus olan Gəncə şəhəri, X7 küçəsi, ev 39, mənzil 5 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar qaydada baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-4138/2024 nömrəli cavab məktubu və ona əlavə edilmiş sənədlərə əsasən Gəncə şəhəri, X7 küçəsi, ev 39, mənzil 5 ünvanında istifadədə olan 66.3 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdə tam mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışına əsasən xx.xx.1966-cı il təvəllüdlü X1 şəhəri, Nizami rayonu, Həsən Əliyev küçəsi, ev 39 ünvanında qeydiyyatdadır.
3. İddiaçı üçüncü şəxs X2 ona məxsus olan Gəncə şəhəri, X7 küçəsi, ev 39, mənzil 5 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması barədə Cavabdehnə etdiyi müraciətinə həmin şöbənin xx.xx.2024-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, həmin şəxslərin qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər.
4. 16.03.2019-cu il tarixli İ-БО №762828 nikahın pozulması haqqında şəhadətnaməsinə əsasən, xx.xx.1966-cı il təvəllüdlü X4 ilə xx.xx.1976-cı il təvəllüdlü İddiaçı arasında olan nikah xx.xx.2019-cu il tarixində Tula vilayəti Novomoskovsk rayon məhkəməsinin 33 saylı məhkəmə bölməsinin sülh hakiminin xx.xx.2019-cu il tarixli nikahın pozulması haqqında qərarına əsasən ləğv edilmişdir.
5. Məhkəmə sorğusuna Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 160 nömrəli məktubunda görünür ki, X1 şəhəri,X7 küçəsi, ev 39, mənzil 5 ünvanında yaşamır.
6. İddiaçının iclas zamanı təqdim etdiyi Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışına əsasən X1 şəhəri, Nizami rayonu, Həsən Əliyev küçəsi, ev 39, mənzil 5 ünvanında qeydiyyatda deyil. II. Məhkəmədə icraat
7. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxs X2 ona məxsus olan Gəncə şəhəri, X7 küçəsi, ev 39, mənzil 5 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Gəncə şəhəri, X7 küçəsi, ev 39, mənzil 5 ünvanı mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin ev iddiaçıya vəfat etmiş anası X3 miras qalmışdır. 3-cü şəxs X4 onun keçmiş həyat yoldaşıdır. O, uzun müddətdir ki, ölkə hüdudlarından kənarda Rusiya Federasiyasında yaşayırlar. Bu şəxs onun mülkiyyət hüququnu pozur, sərəncam vermək və digər hüquqlarını məhdudlaşdırır. İddiaçı 3-cü şəxsi Gəncə şəhəri, X7 küçəsi, ev 39, mənzil 5 ünvanından qeydiyyatdan çıxarmaq üçün Gəncə şəhəri Baş Polis İdarəsinə müraciət etmiş, lakin ona imtina cavabı verilmiş və imtinada “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsaslanaraq qeyd edilmişdir ki, “şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında qeydiyyatdan çıxarılır”. Odur ki, iddiaçı məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. 3-cü şəxs faktiki olaraq iddiaçının evində yaşamasa da, formal olaraq onun evində qeydiyyata durur. Bunun üçün də 3-cü şəxs evində qeydiyyatda durduğuna görə iddiaçı məcbur olub kommunal xidmətlərə görə artıq pul ödəməli olur. Lakin, bir halda ki, 3-cü şəxs iddiaçının evində yaşamır, 3-cü şəxsin iddiaçının evində qeydiyyatda olması qanuna uyğun deyil.
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər
10. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-2055/2024 nömrəli qərardadı ilə X4 adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
11. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-2055/2024 nömrəli qərardadı ilə X2 üçüncü şəxs qismində icraata cəlb edilməsi qaydası adidən zəruriyə dəyişdirilmişdir.
12. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə və üçüncü şəxsə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
13. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh məhkəməyə xx.xx.2024-cü il tarixli məktub ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş, üçüncü şəxs isə məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir.
14. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iclasa gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
15. Cavabdeh orqanın və üçüncü şəxsin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.
16. İddiaçı şifahi baxış iclası zamanı Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışını təqdim edərək, bildirmişdir ki, onun mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Həsən Əliyev küçəsi, ev 39 ünvanında yerləşən evinə Yeni qaydalarla ünvan 4 ünvanı verilmişdir və hazırda X4 həmin ünvanda qeydiyyatda deyil. Odur ki, qanuni qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır.
Əsaslandırma hissəsi:
17. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
18. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.
19. Məhkəmə qeyd edir ki, Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışında xx.xx.1966-cı il təvəllüdlü X1 şəhəri, Nizami rayonu, Həsən Əliyev küçəsi, ev 39 ünvanında qeydiyyatda olduğu qeyd edildiyi üçün iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
20. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-4138/2024 nömrəli cavab məktubu və ona əlavə edilmiş sənədlərə əsasən isə Gəncə şəhəri, X7 küçəsi, ev 39, mənzil 5 ünvanında istifadədə olan 66.3 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin xx.xx.2023-cü il tarixdə tam mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı müəyyən edilir.
21. Həmçinin, Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışından müəyyən olunur ki, X1 şəhəri, Nizami rayonu, Həsən Əliyev küçəsi, ev 39, mənzil 5 ünvanında qeydiyyatda deyil.
22. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışda da X2 qeydiyyat ünvanı kimi Gəncə şəhəri, H.Əliyev küçəsi, 39 kimi qeyd olunmuşdur.
23. Göründüyü kimi, iddiaçıya məxsus ev Gəncə şəhəri, X7 küçəsi, ev 39, mənzil 5 ünvanıdır, X4 isə həmin ünvanda qeydiyyatda deyil.
24. Belə olan halda, cavabdeh orqan tərəfindən iddiaçının hüquqlarına müdaxilə, yəni onun hər hansı hüququnun pozulması halı mövcud deyildir.
25. Məhkəmə qeyd edir ki, iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh orqan tərəfindən pozulması müəyyən edilmədiyindən, yəni cavabdeh tərəfindən iddiaçının istinad etdiyi hallar üzrə onun hər hansı hüquqlarının pozulmasına yol verilmədiyindən, bu barədə faktiki halların mövcudluğu iddiaçı tərəfindən sübuta yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.
26. İPM-ə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:
27. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva