Məhkəmə qərarları › İş №2-1(114)-2056/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2056/2020

04.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2056/2020 04.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X9, üçüncü şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X17rşı (üçüncü şəxs Gəncə Şəhər İcra Hakimiyyəti) daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh DƏDRX-nin 3 saylı X17rşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağı, 14 nömrəli binanın 3 nömrəli mənzilinin daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağı bina 16-da yerləşən 3 saylı kooperativ mənzilin mülkiyyətində olması ilə bağlı hüquqlarını təsdiq edən sənədlərin verilməsi məqsədilə xx.xx.2020-ci il tarixli ********** V- 0002 qeydiyyat nömrəli ərizə ilə cavabdehə müraciət etmiş, lakin sonuncu ona xx.xx.2020-ci il tarixli **********86 nömrəli bildirişlə imtina cavabı vermişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Belə ki, onun mənzili kooperativ mənzil olduğu üçün cavabdehin istinad etdiyi “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun tənzimlədiyi özəlləşdirmə qaydası tətbiq edilə bilməz. Ona görə ki, kooperativ mənzil mülkiyyət hüququ haqda sənədlərin verilməsindən asılı olmayaraq onun mülkiyyətindədir. Mənzil adına olmuş həyat yoldaşı X13 vəfat etdiyi vaxtdan mənzildə tək o qeydiyyatdadır və tək yaşayır, digər ailə üzvləri yoxdur. Kirovabad şəhər X10 İcraiyyə Komitəsinin iclasının xx xxxx 1975-ci il tarixli 15 nömrəli protokolundan çıxarış haqda olan dövlət X11 xx.xx.2019-cu il tarixli 167/4 nömrəli arxiv arayışından müəyyən olunur ki, İcraiyyə Komitəsinin iclasında “Nizami” mənzil-tikinti kooperativinin 72 üzvlərinin orderlərinin verilməsi üçün siyahı təsdiq edilmişdir. X2 22-ci olmuş və mənzilə orderin verilməsinin əsası da həmin tarixli iclas olmuşdur. Ailə üzvləri kimi onun iki bacısı göstərilmişdir: X14 və X12. Əslində həyat yoldaşının bacıları heç vaxt həmin mənzildə yaşamayıblar, onlar həmişə atalarının evində yaşayıblar, hal-hazırda onların öz ailələri və öz evləri vardır. Mənzil verilən vaxtdan orada yalnız o və həyat yoldaşı yaşamışdır. Onun adının ailə üzvü kimi yazılmamasının səbəbi isə o olmuşdur ki, o, sovet vaxtlarından daimi ticarətlə məşğul olmuş və bu qanunsuz fəaliyyət sayıldığı üçün məsuliyyətə cəlb oluna biləcəyindən müsadirədən çəkinmişdir. Həyat yoldaşı xx.xx.2005-ci il tarixdə vəfat edəndən sonra onun rəsmi müraciəti əsasında yaşayış yeri üzrə qeydiyyatda olduğu və faktiki yaşadığı Gəncə şəhəri, Məhərəsə bağı, ev 14, 3 nömrəli mənzil Gəncə şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəisi A.S.Əliyevin xx.xx.2005-ci il tarixli 40 nömrəli sərəncamına əsasən onun adına keçirilmişdir. Belə bir sərəncamın verilməsinə Gəncə şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin səlahiyyətli olmasının sübutu kimi dövlət X11 xx.xx.2019-cu il tarixli 159/3 nömrəli arayışına və Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 2489 nömrəli sərəncamına istinad olunur. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 2489 nömrəli sərəncamının 5-ci bəndində deyilir ki, “kooperativ binalarda yaşayan vətəndaşların ev qeydiyyatına alınması və çıxarılması, addan ada keçirilməsi və dəyişdirilməsi, yeni təşkil olunmuş idarəyə həvalə edilsin. Beləliklə, hesab edir ki, yaşadığı kooperativ mənzilə dair mülkiyyət hüququ haqda sənədləri ona verməməklə cavabdeh qanuna zidd hərəkət edir və ona görə hüquqlarının bərpası yalnız məhkəmə vasitəsilə mümkündür. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə Gəncə Şəhər İcra Hakimiyyəti iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddianı müdafiə etmişdir. Üçüncü şəxsin nümayəndəsi X7 mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdehə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Dövlət X11 xx.xx.2019-cu il tarixli, 167/4 nömrəli arxiv arayışından görünür ki, Kirovabad şəhər Xalq deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1975-ci il tarixli iclasının 15 nömrəli protokolu ilə “Nizami” kooperativinin 72 üzvünə orderlərin verilməsi üçün siyahı təsdiq edilmişdir. -Gəncə Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal X3 xx.xx.2005-ci il tarixli 40 nömrəli sərəncamının surətindən görünür ki, Gəncə şəhəri, Məhrəsə bağı, “Nizami” kooperativ binasında sahəsi 47.0 kv.m olan 3 (üç) otaqlı 3 saylı mənzil X8 adından həyat yoldaşı İddiaçı adına keçirilməsi qərara alınmışdır. AZ-İ 154043 nömrəli, xx.xx.2005-ci il tarixli “Ölüm haqqında” şəhadətnamədən görünür ki, X13 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. -“Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2019-cu il tarixli ******* nömrəli arayışın surətindən görünür ki, İddiaçı ünvan 1 mənzil 3 ünvanında qeydiyyatdadır. -DƏDRX-nin 3 saylı X20 xx.xx.2020-ci il tarixli, **********86 nömrəli məktubunun surətindən görünür ki, iddiaçının müvafiq müraciəti müsbət həll edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Kirovabad şəhər X10 xx xxxx 1975-ci il tarixli 15 nömrəli protokolu ilə “Nizami” mənzil-tikinti kooperativinin 72 üzvünə orderlərin verilməsi üçün siyahı təsdiq edilmiş, iddiaçının faktiki nikahda olan əri X2 22-cı sırada qeyd olunmuşdur. X13 xx.xx.2005-ci il tarixdə vəfat etdikdən sonra iddiaçının rəsmi müraciəti əsasında Gəncə Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal X3 xx.xx.2005-ci il tarixli 40 nömrəli sərəncamına əsasən ünvan 1 mənzil 3 onun adına keçirilmişdir. İddiaçı qeyd olunan mənzilin daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınması ilə bağlı DƏDRX-nin 3 saylı X21 müraciət etsə də cavabdeh orqan bundan imtina etmişdir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən cavabdeh orqanın imtinasını əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -109.1-ci maddəsinə əsasən kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. -109.4-cü maddəsinə əsasən kooperativ üzvünün əmlak pay haqqı nizamnamə ilə müəyyənləşdirilən qaydada və həcmdə üzvlər tərəfindən ödənilən daşınar və (və ya) daşınmaz əmlakdan, habelə pulla qiymətləndirilən əmlak hüquqlarından ibarət olan pay haqqıdır. Əmlak pay haqqı mütləq və əlavə ola bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:- -112.1-ci maddəsinə əsasənmənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal X3 xx.xx.2005-ci il tarixli 40 nömrəli sərəncamı ilə təsdiq olunur ki, Gəncə şəhər XDS İK-nin xx xxxx 1975-ci il tarixli 53 saylı orderi ilə X15 Məhrəsə bağı “Nizami” kooperativ binasında sahəsi 47,0 kv.m olan 3 (üç) otaqlı 3 saylı mənzil verilmişdir. Deməli X1 üzvü kimi pay haqqını tam ödədiyinə görə sözügedən mənzilə dair onun adına order verilmişdir. Daha sonra X19 xx.xx.2005-ci il tarixdə vəfat etdiyinə görə balans saxlayan, yəni Gəncə Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal X6 həmin sərəncamla mənzili İddiaçı adına keçirmişdir. Həmçinin qeyd edilməlidir ki, hazırda balans saxlayan Gəncə Şəhər İcra Hakimiyyəti də həmin mənzil üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına etiraz etməmişdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələblərinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikası vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqınnda” Azərbaycan Respublikası Qanununun 2ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsidir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağı, 14 nömrəli binanın 3 nömrəli mənzilinin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağı, 14 nömrəli binanın 3 nömrəli mənzilinin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X20 üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar