Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2061/2022 23.11.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı cavabdehin operativ vergi nəzarəti çərçivəsində hərəkətlərinin qanunsuz hesab edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı sahibkarlıq fəaliyyətinin yoxlanılması məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qəbul edilmiş operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında **********8531 №-li və **********8532 №-li qərarların və operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında **********8535 №-li tələbnamənin, o cümlədən həmin sənədlər əsasında operativ vergi nəzarəti qaydasında həyata keçirilmiş yoxlamanın qanunsuz hesab olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi ilə əvəz edilmişdir. Bundan sonra iddiaçının vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qəbul edilmiş operativ vergi nəzarətinin həyata keçirilməsi ilə bağlı olan **********8531 №-li və **********8532 №-li qərarlar çərçivəsində həyata keçirilmiş hərəkətlərin və operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması ilə bağlı olan **********8535 №-li tələbnamə çərçivəsində sənədlərin tələb edilməsinin və götürülməsinin qanunsuz hesab edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı (VÖEN: **********) sahibkarlıq fəaliyyətinin yoxlanılması məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən operativ vergi nəzarəti qaydasında yoxlama həyata keçirilmişdir. Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən operativ vergi nəzarəti çərçivəsində ciddi hüquqi pozuntularına yol verilmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin KY221728628 saylı çıxarışından göründüyü kimi İddiaçı barəsində onun istifadəsində olan ünvan 1 ünvanında yerləşən 23004 X3 mağazasına dair operativ vergi nəzarəti yoxlaması açılmışdır. Həmçinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin KY221728629 saylı çıxarışından da göründüyü kimi X1 barəsində onun istifadəsində olan Gəncə şəhəri, Tağı-Arani, ev İmperial şadlıq sarayının yanında yerləşən 23003 X3 mağazasına dair operativ vergi nəzarəti yoxlaması açılmışdır. Habelə ərizəyə əlavə edilmiş operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında № **********8531 və № **********8532 saylı qərarlardan da göründüyü kimi İddiaçı məxsus ünvan 1 ünvanında və ünvan 2a operativ vergi nəzarətinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi Dövlət Vergi Xidməti tərəfindən fiziki şəxs İddiaçı məxsus 2 ünvanda yerləşən mağazada yoxlama tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulsa da, Dövlət Vergi Xidmətinin əməkdaşları çox ciddi qanun pozuntusuna yol verərək İddiaçı məxsus 4 mağazada birdən yoxlama həyata keçirmiş və səlahiyyət hədlərini kobud şəkildə aşmışlar. Dövlət Vergi Xidmətinin əməkdaşlarının hərəkətləri qanunazidd olmuşdur. Dövlət Vergi Xidmətinin operativ vergi nəzarəti çərçivəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli tarixli, № **********8535 saylı tələbnaməsinin tələbləri belə kobud şəkildə pozulmuşdur. Belə ki, tələbnamənin 1-ci bəndinə əsasən İddiaçı qarşısında yalnız və yalnız aşağıda qeyd edilən sənəd və məlumatların: fəaliyyətini həyat keçirdiyi obyekti barədə mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlərin, gəlir və xərcin uçotuna dair mühasibatlıq sənədlərin, alkoqollu içkilərin və tütün məmulatlarının, eyni zamanda aksiz markası olmayan və ya saxta markalar ilə markalanmış alkoqollu içkilərin və tütün məmulatının alış mənbələrini və qiymətlərini əks etdirən sənədlərin, həmin sənədlərin elektron daşıyıcıda surətlərinin, komputer prossesorlarının, prossesorlarının, fiziki şəxslərlə bağlanmış əmək müqaviləsi bildirişlərinin, ƏƏSMN-nin elektron informasiya sistemində qeydiyyatı barədə məlumatların, xidmət müqavilələlərin, digər zəruri sənədlər və əşyaların təqdim edilməsi tələbi qoyulmuşdur. Qeyd edilən tələblərdən də göründüyü kimi fiziki şəxsin sahibkarlıq fəaliyyəti ilə bağlı yalnız gəlir və xərclərinin uçotuna dair mühasibatlıq sənədlərinin tələb edilməsinə və götürülməsinə icazə verilmişdir. İndiki halda isə Dövlət Vergi Xidmətinin əməkdaşları özbaşına olaraq fiziki şəxsin sahibkarlıq fəaliyyəti ilə bağlı olan və olmayan şəxsi istifadə üçün nəzərdə tutulmuş komputerlərə belə daxil olmuş, İC mühasibatlıq proqramından və komputer daxilindəki digər informasiya datalarından məlumatları “EXCEL” Microsoft Office proqramına kopyalamış oradan da əməkdaşlara məxsus flash carda köçürmüşlər. Həyata keçirilmiş bu fəaliyyət ona görə qanunsuzdur ki, əvvəla operativ vergi nəzarəti qaydasında hər hansı komputer prossesorlarının və noutbukların tələb edilməsi və onların daxilindən hər hansı məlumatların götürülməsi qanunsuzdur. Çünki Azərbaycan Respublikası Vergilər Məcəlləsində komputer prossesorlarının və noutbukların tələb edilməsi və habelə onların daxilindən məlumatların götürülməsinə dair heç bir müddəa yoxdur. Ümumiyyətlə Azərbaycan Respublikası Vergilər Məcəlləsində cəmi 2 yerdə komputer ifadəsindən istifadə edilmişdir: Göründüyü kimi komputer ifadəsininin işlədildiyi normalardan heç biri operativ vergi nəzarəti ilə bağlı deyil, fərqli hüquq münasibətləri ilə əlaqədardır. X4 Xidmətinin əməkdaşları operativ vergi nəzarəti çərçivəsində komputer prossesorları və noutbukların təqdim edilməsini analogiya qaydasında tələb etmişlərsə, bu da qanunsuzdur. Hətta nəzərə alsaq ki, komputer prossesorları və noutbukların tələb edilməsi qanuni olsaydı belə Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilən hərəkətlər tamamilə qanunazidd olmuşdur. Belə ki, ticarət obyektindəki komputer və noutbukların sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsə aidiyyətinin olub-olmaması araşdırılmadan hamısına birmənalı şəkildə əl qoyulmuş, tam mənası ilə müsadirə edilmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, məhkəmə 29 sentyabr 2022-ci il tarixdə keçirilən iclasda iddiaçıya əlavə vaxt verərək iddia ərizəsini dəqiqləşdirməsini təklif etmişdir. Daha sonra iddiaçı tərəfindən iddia tələbi dəqiqləşdirilərək məhkəmədən operativ vergi nəzarətinin keçirilməsi ilə bağlı olan **********8531 və **********8532 nömrəli qərarlar çərçivəsində həyata keçirilmiş hərəkətlərin və “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” **********8535 nömrəli tələbnamə çərçivəsində sənədlərin tələb edilməsinin və götürülməsinin qanunsuz hesab edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Beləliklə, iddiaçının ilkin iddia tələbi “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” **********8531 və **********8532 nömrəli qərarların və “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” **********8535 nömrəli tələbnamənin, o cümlədən həmin sənədlər əsasında operativ vergi nəzarəti qaydasında həyata keçirilmiş yoxlamanın qanunsuz hesab olunması, dəqiqləşdirilmiş iddia tələbi isə həmin qərarlar çərçivəsində həyata keçirilmiş hərəkətlərin və tələbnamə çərçivəsində sənədlərin tələb edilməsinin və götürülməsinin qanunsuz hesab edilməsi olmuşdur. İddiaçı məzmunca fərqli, lakin mahiyyətcə ilkin iddia tələbi ilə eyni olan dəqiqləşdirilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” qərarlar və “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” tələbnamənin qanunsuz hesab olunması (ilkin iddia), həmin qərarlar çərçivəsində həyata keçirilmiş hərəkətlərin və tələbnamə çərçivəsində sənədlərin tələb edilməsinin və götürülməsinin qanunsuz hesab edilməsi (dəqiqləşdirilmiş iddia) deməkdir. Beləliklə mümkünlük şərtlərinə əməl olunmadığından, istər ilkin iddia, istərsə də dəqiqləşdirilmiş iddia Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən mümkün sayılmamalıdır. Məlum olduğu kimi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibat məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtlər iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Göründüyü kimi, hazırki iş üzrə iddiaçı iddia ərizəsini prosessual pozuntuya yol verməklə tərtib etdiyindən iddia tələbi mümkün sayılmamalıdır. İş üzrə şifahi məhkəmə baxışı iclası 23 noyabr 2022-ci il tarixə təyin edilmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehə hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, cavabdeh nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmiş, məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki mümkünlük və əsaslılıq hissələrinə ayrılır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Göründüyü kimi, iddiaçının ilkin iddia tələbi “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” **********8531 və **********8532 nömrəli qərarların və “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” **********8535 nömrəli tələbnamənin, o cümlədən həmin sənədlər əsasında operativ vergi nəzarəti qaydasında həyata keçirilmiş yoxlamanın qanunsuz hesab olunması, dəqiqləşdirilmiş iddia tələbi isə həmin qərarlar çərçivəsində həyata keçirilmiş hərəkətlərin və tələbnamə çərçivəsində sənədlərin tələb edilməsinin və götürülməsinin qanunsuz hesab edilməsi olmuşdur. Beləliklə, iddiaçı məzmunca fərqli, lakin mahiyyətcə ilkin iddia tələbi ilə eyni olan dəqiqləşdirilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” qərarların və “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” tələbnamənin qanunsuz hesab olunması (ilkin iddia), həmin qərarlar çərçivəsində həyata keçirilmiş hərəkətlərin və tələbnamə çərçivəsində sənədlərin tələb edilməsinin və götürülməsinin qanunsuz hesab edilməsi (dəqiqləşdirilmiş iddia) deməkdir. Məhkəmə səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə vergi orqanlarının qəbul etdiyi qərarlarla bağlı ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Vergi Məcəlləsinin 38-ci maddəsi səyyar vergi yoxlamasının iki növünü müəyyən etmişdir: növbəti və növbədənkənar. Vergi orqanı hər iki yoxlamanın keçirilməsi ilə bağlı qərar qəbul etsə də, sözügedən qərarlar “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati akt hesab olunmurlar. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Vergi Məcəlləsinin 38, 39 və 49-cu maddələrinin birgə təhlili onu deməyə əsas verir ki, səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar özü-özlüyündə vergi ödəyicisi üçün hüquqi nəticə yaratmır. Belə ki, aparılan yoxlamanın nəticələri Vergi Məcəlləsinin 39.1-ci maddəsinə müvafiq olaraq səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilir və həmin akt əsasında vergi orqanının rəhbəri (rəhbərin müavini) Vergi Məcəlləsinin 49.1-ci maddəsində nəzərdə tutulan qərarlardan birini qəbul edir. Göründüyü kimi, səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar, həmin yoxlamanın nəticələrinin rəsmiləşdirildiyi akt hələ vergi ödəyicisinin vergi məsuliyyətini müəyyən etmir (başqa sözlə, hüquqi nəticə yaratmır), vergi məsuliyyətinin yaranması üçün vergi orqanının rəhbərinin (rəhbərin müavini) bu barədə qərarı tələb olunur. Vergi Məcəlləsinin 49-cu maddəsində isə vergi orqanının rəhbərinə (rəhbərin müavini) həm məsuliyyətə cəlbetmə, həm də məsuliyyətə cəlbetməmə barədə, həm də həmin maddədə nəzərdə tutulan digər qərarlardan birini qəbul etmə imkanı verilir. Belə olan halda isə, yalnız vergi orqanının rəhbərinin (rəhbərin müavini) vergi ödəyicisini vergi məsuliyyətinə cəlb etmə barədə qərarı ilə vergi ödəyicisi vergi məsuliyyətinə cəlb edilə bilər ki, məhz həmin qərar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmış olur. Qeyd edilənlərə əsasən, istər növbəti, istərsə də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qəbul edilmiş qərarlar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmadıqlarından inzibati orqan tərəfindən qəbul edilən konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı aralıq inzibati akt hesab edilirlər və inzibati məhkəmə icraatında müstəqil qaydada mübahisələndirilə bilməzlər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı cavabdehin operativ vergi nəzarəti çərçivəsində hərəkətlərinin qanunsuz hesab edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-2061/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2061/2022
23.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver