Məhkəmə qərarları › İş №2-1(114)-2061/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2061/2024

24.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2061/2024 24.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “akt qeydində düzəliş edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: Doğum haqqında ЭЖ 959408 nömrəli şəhadətnaməyə əsasən İddiaçı 1952-ci ildə anadan olmuşdur, ana qrafasında X4 və X5 qeyd edilmişdir. Nikah haqqında İ- ЗЖ 336640 nömrəli şəhadətnaməyə əsasən X6 və X3 xx.xx.1971ci ildə nikaha daxil olmuş, iddiaçı Kərimova soyadını qəbul etmişdir . İddiaçı (bundan sonra mətndə - iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) müraciət edərək nikah akt qeydinin bərpasını xahiş etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16-5/8-K-1-122/2023 nömrəli məktubu ilə təqdim edilmiş şəxsiyyət vəsiqəsində ata adı “Mikayıl” , nikah haqqında şəhadətnamədə isə “Mikeyil” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabietinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qelydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında icra edilir. İtmiş qeydlərin bərpası qeydiyyat orqanında tərəfindən mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilməsi bildirilərək, məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə X6 arasında Ermənistan SSR Vardenis rayonu Zod kənd sovetliyində xx.xx.1971-ci il tarixdə 03 nömrə ilə qeydə alınmış nikah akt qeydinin bərpası və nikah akt qeydində Mikeyil sözünün Mikayıl sözünə düzədilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1952-ci ildə keçmiş Ermənistan SSR Basarkeçər (sonradan adı dəyişdirilərək Vardenis olmuşdur) rayonunun Qaraimanlı kəndində anadan olmuşdur. Bu barədə vətəndaşlı vəziyyəti aktlarının qeydiyyatı kitabında xx.xx.1956-cı il tarixdə 181 saylı qeydiyyat aparılmış və ona doğum haqqında şəhadətnamə verilmişdir. X6 ilə nikahlarını Ermənistan SSR Vardenis rayonu Zod kənd Sovetliyində xx.xx.1971-ci il tarixdə 03 № ilə rəsmi qeyd etdirməklə evlənmişlər. Bu barədə xx.xx.1971-ci il tarixdə 1-37K 336640 №-li nikah haqqında şəhadətnamə verilmişdir. Ənvər Kərimov xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Ərinin ölümündən sonra vərəsəliklə bağlı aidiyyəti orqanlara müraciət etdikdə məlum olmuşdur ki, nikah haqqında şəhadətnamədə ata adı '‘Mikayıl” əvəzinə “Mikeyil” yazılmışdır. Nikah haqqında şəhadətnamədə düzəliş edilməsi üçün vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanına müraciət etmiş sonuncu tərəfindən imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmasına dair qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərzə təqdim edərək, onunla X6 arasında Ermənistan SSR Vardenis rayonu Zod kənd sovetliyində xx.xx.1971-ci il tarixdə 03 nömrə ilə qeydə alınmış nikah akt qeydinin bərpası və nikah akt qeydində ata adının Mikayıl qeyd edilməklə akt qeydinin bərpa edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırılmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İddiaçının hazırkı tələbi akt qeydinin bərpa edilməsdir ki, cavabdeh orqan iddiaçının tələbini təmin etməkdən imtina edərək məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: Maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a görə: Bənd 1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bənd 3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə... İşdəki sənədlərlə müəyyən edilir ki, iddiaçının doğum haqqında şəhadətnaməsində onun ata adı X2 qeyd edilsə də, nikah haqqında şəhadətnaməsində ata adı Mikeyil kimi qeyd edilmişdir. Bu da iddiaçının atasının adı və soyadına dair məlumatların qeyri-dəqiq yazıldığını göstərir. Bu isə o deməkdir ki, həqiqətən də nikah haqqında şəhadətnaməsində səhvə yol verilmiş, ata adı barəsində məlumat düzgün qeyd edilməmişdir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdeh inzibati orqanın üzərinə İddiaçı ilə X6 arasında Ermənistan SSR Vardenis rayonu Zod kənd sovetliyində xx.xx.1971-ci il tarixdə 03 nömrə ilə qeydə alınmış nikah akt qeydinin bərpa edilməklə nikah akt qeydində ata adının Mikayıl qeyd edilməklə akt qeydinin bərpa edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı ilə X6 arasında Ermənistan SSR Vardenis rayonu Zod kənd sovetliyində xx.xx.1971-ci il tarixdə 03 nömrə ilə qeydə alınmış nikah akt qeydinin bərpa edilməklə nikah akt qeydində ata adının Mikayıl qeyd edilməklə akt qeydinin bərpa edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar