Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2069/2024 04.06.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı şəhadətnamədə düzəliş edilməsi və torpaq sahəsinin düzgün ölçülərək onun adına mülkiyyət hüququnun qeydiyyata alınması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X17 və cavabdehin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı onun adına verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-052A KOD 61003038 nömrəli şəhadətnaməyə əsasən Bərdə rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli 12 saylı qərarı ilə istifadəsinə verilmiş 0.26 ha torpaq sahəsinin əvəzinə şəhadətnamədə düzəliş edilərək Bərdə rayon sabiq Mehdixanlı kənd Sovetliyinin Qəhrəmanlı kəndi üzrə 8 saylı Təsərrüfatbaşına kitabın 1969-1971-ci illərə aid 232 saylı şəxsi hesabına əsasən X3na verilmiş onun istifadəsində olmuş 0.28 ha həyətyanı torpaq sahəsinin ölçülüb düzgün onun adına qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 12 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədilə İddiaçı 0.26 ha torpaq sahəsi ayrılmış və həmin torpaq barədə Torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2005-ci il tarixli JN-052A KOD 61003038 nömrəli şəhadətnamə tərtib edilmişdir.
2. Bərdə rayonu, Qəhrəmanlı kəndində vətəndaşların xüsusi mülkiyyətlərinə verilən həyətyanı torpaq sahələrinə dair cədvəldə İddiaçı adına 0.26 ha torpaq sahəsi qeyd edilmişdir.
3. Bərdə rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 116 nömrəli arxiv arayışına əsasən rayon Dövlət Arxivində 70 saylı fondda mühafizə olunan Bərdə rayon sabiq Mehdixanlı kənd sovetliyinin Qəhrəmanlı kəndi üzrə 8 saylı Təsərrüfatbaşına kitabın 1969- 1971-ci illərə aid 232 saylı şəxsi hesabına əsasən vətəndaş mərhum X6 adına olan torpaq sahəsinin 0.28 ha olduğu qeyd edilmişdir. Ailə tərkibinə aşağıdakılar aiddir: X12 – həyat yoldaşı; İddiaçı – qızı; X10 – oğlu; X19 – oğlu; X14 – anası; X15 – oğlu; X17 – oğlu.
4. İddiaçı Bərdə rayonu, Qəhrəmanlı kəndində yerləşən mərhum valideynlərinə məxsus olmuş 0.28 ha həyətyanı torpaq sahəsinin aqrar islahat aparılan zaman JN-052A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə səhv olaraq 0.26 ha kimi göstərilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2024cü il tarixli 3-21-3-46/2-M-02xx-xx/2024 nömrəli imtina məktubu ilə ona bildirilmişdir ki, Bərdə rayonu, Qəhrəmanlı kəndində yerləşən, aqrar islahat zamanı mərhum valideynlərinin mülkiyyətinə 0.28 ha əvəzinə hansı səbəbdən JN-052A saylı Torpağa mülkiyyət hüququna dair şəhadətnamə ilə 0.26 ha həyətyanı torpaq sahəsinin verilməsi onlara məlum deyildir. Həmin uyğunsuzluğun düzəldilməsi 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir.
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı şəhadətnamədə düzəliş edilməsi tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş və sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 12 saylı verdiyi qərar əsasında JN 052-A kod 61003038 olan şəhadətnaməyə düzəliş edilərək torpaq sahəsinin ölçüsünün 0.28 ha qeyd edilməsi və həmin torpaq sahəsinin koordinatlarının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarına uyğun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(104)-164/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərar Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2- 1(104)-394/2021 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(102)- 1819/2021 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(104)-394/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. II. Məhkəmədə icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun adına verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-052A KOD 61003038 nömrəli şəhadətnaməyə əsasən Bərdə rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli 12 saylı qərarı ilə istifadəsinə verilmiş 0.26 ha torpaq sahəsinin əvəzinə şəhadətnamədə düzəliş edilərək Bərdə rayon sabiq Mehdixanlı kənd Sovetliyinin Qəhrəmanlı kəndi üzrə 8 saylı Təsərrüfatbaşına kitabın 1969-1971-ci illərə aid 232 saylı şəxsi hesabına əsasən X3na verilmiş onun istifadəsində olmuş 0.28 ha həyətyanı torpaq sahəsinin ölçülüb düzgün onun adına qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1962-ci ildə Bərdə rayonu, Qəhrəmanlı kəndində doğulmuşdur və həmin kənddə yaşayır. AtasıX13, anası X8r. Valideynlərinin 5 evladı olmuşdur. Bunlar X1, X19, X15, X16r. Həmçinin ata X2dır. X2, atası xx.xx.1992-ci ildə X13 və anası xx.xx.1996-cı ildə X12 vəfat etmişlər. X1, X19, X15 və X17 ata təsərrüfatından ayrılmış və ayrı təsərrüfat olmuşlar. Nənəsi və valideynləri vəfat etdikdən və qardaşları ayrıldıqdan sonra X3 və anası X4 miras qalmış Bərdə rayonu, Qəhrəmanlı kəndində yerləşən evi və həyətyanı torpaq sahəsini miras əmlak kimi qəbul edib həmin əmlakı idarə edib orada yaşayır. Bərdə rayon Dövlət Arxivindən verilmiş xx.xx.2023-cü il tarixli, 116 nömrəli arxiv aryışında qeyd edilmişdir ki, rayon Dövlət Arxivində 70 saylı fondda mühafizə olunan Bərdə rayon sabiq Mehdixanlı kənd Sovetliyinin Qəhrəmanlı kəndi üzrə 8 saylı Təsərrüfatbaşına kitabın 1969-1971-ci illərə aid 232 saylı şəxsi hesabına əsasən X3nun adına olan torpaq sahəsinin 0.28 ha olduğu qeyd edilmişdir. xx.xx.1971-ci il tarixli 231 saylı və xx.xx.1972-ci il tarixli 249 saylı kənd təsərrüfat vergisi üzrə tədiyyə bildirişlərindən də görünür ki, X6 istifadəsində Bərdə rayonu, Qəhrəmanlı kəndində yerləşən 0.28 ha həyətyanı torpaq sahəsi olmuş və X13 0.28 ha həyətyanı torpaq sahəsinin vergisini ödəmişdir. X3 və anası X12 vəfat etdikdən sonra onlardan miras qalmış ev və yerləşdiyi 0.28 ha həyətyanı torpaq sahəsini o istifadə edir. Lakin onun adına verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-052A KOD 61003038 şəhadətnamədə Bərdə rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli 12 saylı qərarı ilə 0.26 ha torpaq sahəsi verildiyi qeyd edilmişdir. Hansı səbəbdən rayon Dövlət Arxivində 70 saylı fondda mühafizə olunan Bərdə rayon sabiq Mehdixanlı kənd Sovetliyinin Qəhrəmanlı kəndi üzrə 8 saylı Təşərrüfatbaşına kitabın 1969-1971-ci illərə aid 232 saylı şəxsi hesabına əsasən X3na verilmiş və həmin vaxtlardan da istifadələrində olmuş hazırda da onun istifadəsində olan 0.28 ha torpaq sahəsi Bərdə rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli 12 saylı qərarı ilə 0.26 ha torpaq sahəsi olaraq qeyd edildiyi ona məlum deyildir. Həmin vaxt anlamadığı üçün Bərdə rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli 12 saylı qərarı ilə valideynlərindən miras qalmış faktiki olan 0.28 ha torpaq sahəsinin 0.26 ha yazılmasını müzakirə etdirməmişdir. Bu yanlışlığın aradan qaldırılması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət edərək onlardan Torpağın mülkiyyətə verilməsinə dair JN-52A KOD 61003038 şəhadətnamədə düzəliş edilərək Bərdə rayon sabiq Mehdixanlı kənd Sovetliyinin Qəhrəmanlı kəndi üzrə 8 saylı Təsərrüfatbaşına kitabın 1969-1971-ci illərə aid 232 saylı şəxsi hesabına əsasən X3na verilmiş 0.28 ha həyətyanı torpaq sahəsinin ölçülüb düzgün qeyd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə etdiyi mürqaciətə xx.xx.2024-cü il tarixli, 3-21-3-46/2-M-02xx-xx- 2024 saylı məktubla cavab vermişdir ki, Bərdə rayonu Qəhrəmanlı kəndində yerləşən, islahat zamanı mərhum valideynlərinin mülkiyyətinə 0.28 ha əvəzinə hansı səbəbdən JN- 052A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 0.26 ha həyətyanı torpaq sahəsinin verilməsi onlara məlum deyildir. Həmin uyğunsuzluğun düzəldilməsi 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Məlum olduğu kimi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon şöbəsi ləğv edilmişdir. Həmin orqan mövcud olmadığından və həmin orqanla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsi əvəz olunmuşdur. Lakin onun adına verilmiş şəhadətnamədə düzəliş edilməsini xahiş etsə də bundan imtina edilmişdir. Şəhadətnamədə olan yanlışlığın düzəldilməsini başqa qaydada əldə edə bilmədiyi üçün məcbur qalıb məhkəmədə iddia qaldırmalı olmuşdur.
8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər
9. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir.
10. İddiaçının nümayəndəsi və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
11. İddiaçının nümayəndəsi X17 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
12. Cavabdeh orqanın yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz göstərilən dəlillərlə əsaslandırılmışdır (qərardadın 5-ci bəndi).
13. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, onun rədd edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
Əsaslandırma hissəsi:
14. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
15. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Bənd 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bənd 5.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.
16. İddiaçı öz tələbində Torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2005-ci il tarixli JN-052A KOD 61003038 nömrəli şəhadətnamədə düzəliş edilərək torpaq sahəsinin ölçüsünün 0.28 ha kimi qeyd edilməsini və həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qediyyatına alınmasını xahiş edir.
17. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı şəhadətnamədə düzəliş edilməsi tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş və sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 12 saylı verdiyi qərar əsasında JN-052A kod 61003038 olan şəhadətnaməyə düzəliş edilərək torpaq sahəsinin ölçüsünün 0.28 ha qeyd edilməsi və həmin torpaq sahəsinin koordinatlarının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarına uyğun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(104)-164/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərar Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(104)-394/2021 nömrəli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(102)-1819/2021 nömrəli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
18. Göründüyü kimi, eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair işlə bağlı qanuni qüvvəsini almış məhkəmə qərarı mövcud olduğundan, hazırkı iddia tələbi mümkün sayıla bilməz.
19. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.
20. Həmin normaya görə, eyni tərəflər arasında olan inzibati iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir inzibati icraatda təkrar mübahisələndirilə bilmək imkanını itirmiş olur. Yalnız o halda bu cür iddia mümkün sayılır ki, qərarın qanuni qüvvəyə minməsindən sonra işin faktiki və hüquqi halları dəyişmiş və bununla da yeni iddia predmeti yaranmış olsun.
21. Hazırkı iş üzrə məhkəmə qeyd edir ki, işin faktiki və hüquqi əsasları dəyişməmiş, iddiaçının eyni faktiki və hüquqi əsaslarla qaldırdığı iddia üzrə qəbul edilmiş məhkəmə qərarı qanuni qüvvəsini almışdır. İddiaçı isə yenidən analoji tələblə məhkəmədə iddia qaldırmışdır. Bu səbəbdən də hazırki iddia mümkün sayılmamalıdır.
22. Bu səbəbdən də hazırki iddia mümkün sayılmamalıdır.
23. İPM-in: - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. - 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:
24. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva