Məhkəmə qərarları › İş №2-1(114)-2070/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2070/2021

16.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2070/2021 16.12.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) məhkəməyə müraciət edərək, onun 03.N0.N992-ci il tarixdən – N0.08.N994-cü il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakı və kəllə beyin travması almasını nəzərə alaraq ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin (bundan sonra mətndə cavabdeh) üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o 03.N0.N992-ci il tarixdən N () nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə göndərilmiş, N və N9 (N8N) nömrəli hərbi hissənin tərkibidə erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmiş və 07.07.N994-cü ildə ağır kəllə-beyin travması alaraq hərbi hospitala göndərilmişdir. 07.07.N994-cü ildən N0.08.N994-cü il tarixədək hospitalda müalicə olunduğu üçün xidmətini davam etdirə bilməmişdir. N9.0N.N998-ci il tarixdə hərbi prokurorluğa çağırılmış və barəsində olan cinayət işinin araşdırılması rədd edilmişdir. O, müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmiş, lakin bundan imtina etmişdir. Ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edildiyi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən “N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adi verilir. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparıldığı dövrdə hərbi hissəni özbaşına tərk etmiş və Füzuli qarnizonu hərbi prokurorluğunun 27 yanvar N998-ci il tarixli qərarı ilə işin başlaması amnistiya ilə əlaqədar rədd edilmişdir. Bu səbəbdən də ona Müdafiə Nazirliyi tərəfindən iddiaçıya müharibə veteran adının və vəsiqəsinin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Ona görədə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «Müharibə veteranı» adının və vəsiqəsinin verilməsinə dair iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini 30.09.N992-ci il tarixli НЗ ******* nömrəli hərbi bilet, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 27.0N.N998-ci il tarixli qərar, Azərbaycan Respublikası Hərbi Prokurorluğu Füzuli qarnizonunun 27.0N.N998-ci il tarixli N5/Ə-NN00 nömrəli məktubu, Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin N0.03.202Nci il tarixli, 9/2-2088 nömrəli arxiv arayışı, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin N9.04.202N-ci il tarixli, N/Ə-9665 və 24.05.202N-ci il tarixli N/Ə- N2N48 nömrəli imtina məktubları və cavabdehin 05.NN.202N-ci il tarixli NN/5263 nömrəli etirazı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iddiaçının izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia rədd edilməlidir. İddia mümkün iddiadır. Hazırkı iş üzrə iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün müvafiq inzibati orqana müraciət etmişdir. İş materialları ilə, habelə məhkəmə tərəfindən işin tədqiq edilmiş halları ilə iddia tələbinin hüquqi əsasının olmadığı müəyyən edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus olan 30.09.N992-ci il tarixli НЗ ******* nömrəli hərbi biletin 4-cü səhifəsində onun 03.N0.N992-ci il tarixli N09 nömrəli əmrlə N () nömrəli hərbi hissəyə daxil olması, 28.N2.N992-ci il tarixli N nömrəli əmrlə isə hərbi hissənin siyahısından çıxarılması, 04.02.N993-cü il tarixli 20 nömrəli əmrlə N nömrəli hərbi hissəyə qranat atan kimi daxil olması, 26.04.N993-cü il tarixdə hərbi hissənin siyahısından çıxarılması, 23-cü səhifəsində isə onun barəsində olan cinayət işinin başlanmasının amnistiya ilə əlaqədar rədd edildiyi qeyd olunmuşdur. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Füzuli qarnizonu hərbi prokurorluğunun 27.0N.N998-ci il tarixli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Milli Məclisinin «hərbi cinayətlər törətmiş şəxslər barəsində dövlət müstəqilliyi günü münasibətilə amnistiya haqqında» N7.N0.N997-ci il tarixli qərarının N-ci maddəsinin N-ci və 6-cı bəndlərinin və Azərbaycan Respublikası CM-nin 4-cü bəndinin tələblərinə əsasən barəsində toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin N9.04.202Nci il tarixli, N/Ə-9665 və 24.05.202N-ci il tarixli N/Ə-N2N48 nömrəli məktublarından görünür ki, iddiaçının cavabdehə ünvanladığı sənədlərə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində «Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya»nın N6.04.202N-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Təqdim olunmuş sənədlərə (yəni hərbi biletin 4-cü və 23-cü səhifələrinə və xidmət uçot kartasına) əsasən döyüş əməliyyatları aparılan zaman hərbi hissəni özbaşına tərk etmə faktı olduğuna görə iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin N0.03.202N-ci il tarixli, 9/2-2088 nömrəli məktubundan görünür ki, N () №-li hərbi hissə komandirinin N oktyabr N992-ci il tarixli N09 nömrəli əmrində İddiaçı Zakir oğlunun (əsas:- N, sıra-28, səh-N8; qeyd: əmrdə atasının adı Zakir yazılmışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən bağlanmamışdır) xidmət etmək üçün N nömrəli hərbi hissəyə göndərilməsi barədə məlumat var. N nömrəli hərbi hissə komandirinin N noyabr N992-ci il tarixli 2N nömrəli əmrində N4 nömrəli hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş, sıravi İddiaçı (əsas: § 6, sıra 27, səh 23; qeyd: əmrdə atasının adı yazılmamışdır) şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmiş, N nömrəli hərbi hissə komandirinin N fevral N993-cü il tarixli 20 nömrəli əmrində sıravi İddiaçı (əsas: §-N, sıra-32; qeyd: əmrdə adı və atasının adı tam yazılmamışdır) 2-ci MAR-un şəxsi heyətinin siyahısında adı qeyd olunmuş, N nömrəli hərbi hissə komandirinin N fevral N993-cü il tarixli 23 nömrəli əmrində qranatatan, sıravi İddiaçı Zakir oğlunun (əsas: § N, sıra N3, səh 23, qeyd: əmrdə atasının adı Zakir yazılmışdır) Ağcabədi şəhəri döyüş bölgəsinə göndərilməsi barədə məlumat var. N8N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh-NN, sıra-N2N; qeyd: məlumatda atasının adı Zakir yazılmışdır) 28.05.N993-cü il tarixdə Ağstafa RHK-dan çağırılmış İddiaçı Zakir oğlunun N nömrəli hərbi hissədən gəlməsi və komandirin 0N.03.N994-cü tarixli 50 nömrəli əmrilə şəxsi heyətin siyahısına daxil edilməsi barədə məlumat var. Lakin şəxsi heyətin siyahısından çıxarılması barədə müvafiq qeydiyyat aparılmamışdır. N9 (N8N) nömrəli hərbi hissə komandirinin 06.07.N993-cü il tarixli 73 nömrəli əmrində (əsas: §-7, səh-82, sıra-N9; qeyd: əmrdə atasının adı Zakir yazılmışdır) sıravi İddiaçı Zakir oğlunun şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək atıcı vəzifəsinə təyin edilməsi barədə məlumat var. N9 (N8N) nömrəli hərbi hissə komandirinin NN.09.N993-cü il tarixli NN nömrəli əmrində (əsas: §-N, sıra-42, səh-84; qeyd: əmrdə atasının adı Zakir yazılmışdır) sıravi İddiaçı Zakir oğlunun 0N.09.N993-cü il tarixdən atıcı-qumbaraatan vəzifəsinə təyin edilməsi barədə məlumat var. İddiaçı 742, N4 nömrəli hərbi hissə komandirlərinin 09.02.N993-07.N993-cü il tarixli nizami hissə üzrə əmrlərində və N8N nömrəli hərbi hissə komandirinin 0N.03.N994-cü il tarixli 50 nömrəli əmrində xidməti, avqust-sentyabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində yaralanması barədə məlumat aşkar edilməmişdir. N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeydinə əsasən bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin N-ci bəndinə əsasən N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 6 yanvar N998-ci il tarixli, 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranıadlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın N.6-cı bəndinə əsasən, N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarəetmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. «Müharibə veteranı» adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin N4-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gündür. Beləliklə, məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddiaçı döyüş mövqeyini özbaşına tərk etdiyi üçün onun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri olmadığından iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 8N-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti N05) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar