Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2070/2024 12.12.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5 və üçüncü şəxsin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) (üçüncü şəxs Şəmkir rayonu Şəmkir bələdiyyəsi) qarşı “çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Şəmkir rayon XDS- İK-nin 26 fevral 1991-ci il tarixli 04 nömrəli iclas protokolundan çıxarışa əsasən Şamxor rayon XDS İcariyyə Komitəsi N.Nərimanov adına sovxozun əkin torpaq sahəsində 50 hektar torpaq sahəsinin ayrılması, o cümlədən İddiaçı 0,05 ha həyatyanı tropaq sahəsinin verilməsi qərara alınmışdır. İddiaçı Şəmkir şəhərində yerləşən yerləşən 0,05 torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə etdiyi müraciətinə İdarənin xx.xx.2023-cü il tarixli 3-21-3-40/2-2565/2023 nömrəli imtina məktubunda bildirilmişdir ki, mütəxəssislər tərəfindən işin icraatına uyğun olaraq, təqdim etdiyiniz sənədlərə dair məlumatlar araşdırılmış, yerində müayinə baxışı keçirilmiş və elektron baza məlumatları ilə yoxlanılmışdır. Bu zaman məlum olmuşdur ki, sözügedən torpaq sahəsinin üzərindən 10 kv- luq yüksək gərginlikli alektrik xətti keçii k, bunun da 0.0187 ha inssəsi, "Gəryimiy i000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları" haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixii, 103 nömrəli qərarında göstərilən mövcud elektrik xəttinin mühafizə zonasına düşür. Həmçinin, təqdim etdiyiniz sənədlərin verilmə tarixini nəzərə alsaq, həmin vaxt sizin azyaşlı olmağınız müəyyən edilir ki, bununla da bağlı tərəfimizdən aidiyyəti üzrə Ədliyyə Nazirliyinə sorğu verilmişdir. Bu səbəbdən də mühafizə zonasının tələblərini və yaranmış uyğunsuzluğu nəzərə alaraq, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizənizin icrası tərəfimizdən mümkün olmamışdır. Məlumat üçün bildiririk ki, yuxarıda qeyd olunan sorğu cavablandırıldıqdan sonra, aınmış məzmuna uyğun olaraq ərizənizin icrasına təkrar baxıla bilər. İddiaçı iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək Şəmkir rayon XDS- İKnin 26 fevral 1991-ci il tarixli 04 nömrəli iclas protokoluna əsasən ayrılmış və İddiaçı faktiki istifadəsində olan 0.0437 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddia tələbinin dəqiqləşməsi barədə ərizə icraata qəbul edilmişdir. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şəmkir rayon XDS İcariyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 04 nömrəli iclas protokoluna əsasən ona Şəmkir şəhər ərazisindən “N.Nərimanov” adına sovxozunun torpaq sahəsindən ayrılmış (Şəmkir şəhıəri Yerquruluşu planından çıxarışda göstərilən ərazidən) 0,05 ha həyətyanı torpaq sahəsinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində eydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair etirazını təqdim etmişdir. Etirazda imtina əsasları təkrarlanmışdır. xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində məhkəmənin sualları aşağdakı şəkildə cavablandırılmışdır:
1. X2 faktiki istifadəsində olan(iddia etdiyi) torpaq sahəsinin yerləşdiyi torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olub bələdiyyə mülkiyyət formasına aid torpaq sahəsidir .
2. Həmin torpaq sahəsində başqa şəxsin , şəxslərin və ya orqanların hüquqları dövlət reyestrində qeydiyyata alınmamışdır.
3. Həmin torpaq sahəsi qaz kəmərinin mühafizə zolağına , elektrik xəttinin qoruma zolağına, çayların ,göllğrin və sənaye, nəqliyyat ,rabitə , müdafiə və digər təyinatlı obyektlərin mühafizə zolağına düşmür. 4.Faktiki istifadə edilən torpaq sahəsi 0.0437 ha olmaqla daş hasara alınmışdır.
5. Qeydə alınması nəzərdə tutulan torpaq sahəsinin hər hansı digər şəxslərin hüquqlarına toxunmur və üst-üstə düşmə halı müşahidə olunmadı .
6. X1 0.05 ha torpaq sahəsi satıldığı zaman Yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmuşdur.
7. X1 0.05 ha torpaq sahəsi Şəmkir şəhərinin yerquruluşu planından çıxarışa əsasən 1:10000 miqyasına uyğundur. 8.Rəy elektron məlumat bazasının kompleks yerquruluşu xəritəsinə və yeni elektron uçot xəritəsinə (TEKUİS) əsasən hazırlanmışdır.. İddiaçı, cavabdehin nümayəndəsi X9 və üçüncü şəxsin nümayəndəsi X10 məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək təmin olumasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinə qarşı etiraz edərək tələbin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs Şəmkir rayonu Şəmkir bələdiyyəsinin nümayəndəsi X10 məhkəməyə təqdim etdiyi iddiaya münasibət məktubuna uyğun izahat verərək torpaq sahəsinin iddiaçının adına qeydə alınmasına etiraz etmədiyini bildirmişdir.
Əsaslandırıcı hissə:
İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İşin hallarından görünür ki, Şəmkir rayon XDS- İK-nin 26 fevral 1991-ci il tarixli 04 nömrəli qərarına əsasən iddiaçının mülkiyyətinə Şamxor rayon XDS İcariyyə Komitəsi N.Nərimanov adına sovxozun əkin torpaq sahəsindən 0,05 ha həyatyanı torpaq sahəsi ayrılmışdır. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Şəmkir rayon XDS- İK-nin 26 fevral 1991-ci il tarixli 04 nömrəli qərarına əsasən ona verilmiş və faktiki istifadəsində olan 0.0437 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına nail olmaqdan ibarətdir. Cavabdehin etirazda imtina əsaslarından biri kimi qeyd etdiyi torpaq sahəsinin üzərindən 10 kv-luq yüksək gərginlikli elektrik xəttinin keçməsi mütəxəssis rəyi ilə öz əksini tapmamışdır və torpaq sahəsinin qaz kəmərinin mühafizə zolağına , elektrik xəttinin qoruma zolağına, çayların ,göllərin və sənaye, nəqliyyat ,rabitə , müdafiə və digər təyinatlı obyektlərin mühafizə zolağına düşmədiyi müəyyən edilmişdir. Cavabdehin etirazda imtina əsaslarından biri kimi qeyd etdiyi digər hal torpaq sahəsinin ayrılması zamanı iddiaçının azyaşlı olması ilə bağlı isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Dövlət X7 k-1-579 nömrəli, 22 noyabr 2021-ci il tarixli məktubu ilə Şəmkir rayon XDS- İK-nin 26 fevral 1991-ci il tarixli 04 nömrəli qərarından çıxarış təqdim edilmişdir və müəyyən edilmişdir ki, Şəmkir rayon XDS- İK-nin 26 fevral 1991-ci il tarixli 04 nömrəli qərarı ilə “N.Nərimanov “ adına sovxozun əkin torpaq sahəsindən 50 hektar torpaq sahəsi ayrılsın. O cümlədən İddiaçı 0,05 ha həyətyanı torpaq sahəsi verilsin.Eyni zamanda üçüncü şəxs Şəmkir Bələdiyyəsi tərəfindən məhkəməyə daxil olan iddiaya münasibət məktubunda qeyd edilmişdir ki, Şəmkir rayon XDS- İK-nin 26 fevral 1991-ci il tarixli 04 nömrəli qərarı ilə “N.Nərimanov “ adına sovxozun əkin torpaq sahəsindən İddiaçı 0,05 ha həyətyanı torpaq sahəsi ayrılmışdır, torpaq sahəsi Şəmkir Bələdiyyəsinin ərazisində olmaqla uzun illərdir ki, İddiaçı istifadəsindədir. İddiaçı müraciəti əsasında 0,05 ha həyətyanı torpaq sahəsinə dair Şəmkir şəhərinin yerquruluşu planından çıxarış tərtib edilmişdir, iddiaçının adına müvafiq torpaq sahəsinə çıxarış verilməsinə etiraz etmirlər. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-455/2024 nömrəli qərarında qeyd etdiyi hüquqi mövqe ondan ibarət olmuşdur ki, hüquqmüəyyənedici sənəd geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; … 8.0.5. 2006-cı il iyulun 6dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; … 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının tələbinə imtina verməsi üçün hüquqi əsaslar yoxdur. Belə olan halda iddiaçı hazırkı tələbində haqlı olmuşdur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Şəmkir rayon XDS- İK-nin 26 fevral 1991-ci il tarixli 04 nömrəli iclas protokoluna əsasən ayrılmış və İddiaçı faktiki istifadəsində olan 0.0437 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Əliyeva