Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2078/2024 17.07.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçının nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı ona xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 5 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin göndərişinə əsasən “Üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu üzrə xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması səbəbilə (Xəstəliyin ağırlaşmasını təsdiq edən instrumental müayinələr dəqiqləşdirilsin) göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır.
2. Sonrakı dövrdə İddiaçı əlillik vəziyyəti X1 L00154811FTİ nömrəli xx.xx.2024-cü il tarixli göndərişi əsasında xx.xx.2024-cü il tarixində qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması (İxtisaslaşdırılmış səhiyyə müəssisəsində ətraflı müayinə-müalicə olunması tövsiyyə olunmuşdur) barədə qərar qəbul edilmişdir.
3. Həmin göndərişdə İddiaçı xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə ambulator müayinələrinin, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək F062.1 – Psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi diaqnozu üzrə X2, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək F07.0 – Üzvi mənşəli şəxsiyyət pozğunluğu diaqnozu üzrə X3 stasionar müalicələrdə olması, həmçinin diaqnostik müayinə olaraq Beyin MRT-nin nəticəsi (Bilaterial frontal və parietal paylarda subkortikal və dərin ağ maddədə T2 və FİAİR seriyalarda hiperintans, T1 yüklü seriyalarda izointens, diffuzion seriyada xüsusiyyət kəsb etməyən bir neçə ədəd millimetrlik nonspesifik, kontraslanmayan qliotik ocaqlar aşkar edilir) əks olunmuşdur.
4. X5 ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışlarından görünür ki, İddiaçı həmin tibb müəssisəsində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixədək “F62.1 - Psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozu üzrə ambulator müalicələrdə olmuşdur.
5. X6 ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışından görünür ki, İddiaçı həmin tibb müəssisəsində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək “F62.1 Psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozu üzrə ambulator müalicədə olmuşdur.
6. “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 8308 nömrəli tibbi rəyində diaqnoz “Psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi F62.1” kimi qeyd edilmişdir. Demensiyanın olub-olmamasını müəyyən etmək üçün MRT müayinəsi tövsiyyə olunmuşdur.
7. Respublika Klinik Xəstəxanasının xx.xx.2023-cü il tarixli Beyin MRT-sinin nəticəsi olaraq İddiaçı baş beynin atrofiyası. Sol yuxarı arxa təpə payında beynin ağ maddəsində mm-ik postangiopatik qlioz ocağı müəyyən edilmişdir.
8. “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 8624 nömrəli tibbi rəyində diaqnoz “Asltheymer nəticəsində demensiya F00.0 MMSE 18” kimi qeyd edilmişdir.
9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin xx.xx.2024cü il tarixli 3-17-4/2-H-2182/2024 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01. 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, İddiaçı əlillik vəziyyəti dövlət tibb müəssisəsinin L00154811FTİ nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Sonrakı dövrdə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsisteminə İddiaçı dair dövlət tibb müəssisəsi tərəfindən A00163452GER nömrəli göndəriş daxil olmuşdur. Bununla əlaqədar, İddiaçı ərazi üzrə xidmət göstərən Tibbi-sosial ekspert komissiyasına müraciət etməyi tövsiyə olunmuşdur.
10. X6 ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışından görünür ki, İddiaçı həmin tibb müəssisəsində xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək “Əsas xəstəlik: F62.1 - Psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Yanaşı xəstəliklər: F00.0 - Alsheymer xəstəliyi zamanı erkən başlamış demensiya (G30.0)” diaqnozları üzrə müalicədə olmuşdur.
11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin xx.xx.2024cü il tarixli 3-17-4/2-H-11850/2024 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, İddiaçı əlillik vəziyyəti dövlət tibb müəssisəsinin L00154811FTİ nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Daha sonra müraciətinə əsasən İddiaçı xx.xx.2024-cü il tarixində Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliklə bağlı ağırlaşmalar müəyyən edilməmişdir. II. Məhkəmədə icraat
12. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona İİ dərəcəli əlilliyin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
13. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.1966-cı ildə anadan olmuşdur. 10 ildir ki, ruhi-əsəb xəstəliyindən əziyyət çəkir. Gəncə şəhər və Qazax rayon Ruhi Əsəb xəstəxanalarında və dispanserlərində qeydiyyatdadır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Gəncə Ruhi-Əsəb Dispanserindən forma 88 vurulmasına baxmayaraq, xx.xx.2023-cü il tarixdə sənədləri yanlış doldurulduğuna görə geri qaytarılmış və qeyd olunmuşdur ki, Dövlət Səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Bundan sonra Gəncə Ruhi-Əsəb Dispanserinə müraciət etdikdə sənədlərin doğru doldurulduğu bildirilmiş, yenidən cavabdeh orqana müraciət etdikdə bir sənədin çatışmadığını bildirdilər, bunun üçün TƏBİB-ə müraciət etdikdə bütün sənədlərin qaydasında olduğunu dedilər. Bundan sonra Prezident Adminstrasiyasında qəbulda oldmuş, Prezidentin köməkçisi Natiq Əmirov onun yenidən müayinədən keçməyi üçün göstəriş vermişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh orqandan onlara zəng gəlmiş xx.xx.2023-cü ildə komissiyada olmuşdur. Onda xəstəliyin olmaması bildirilmişdir. Oğlu onu professor Fuad İsmayılovun qəbuluna aparmış və xx.xx.2023-cü il tarixdə 8308 saylı verilən rəylə ona "psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi F62.1. Demensiyanın olub-olmamasını müəyyən etmək üçün MRT müayinəsi tövsiyə olunur" diaqnozu qoyulmuşdur. xx.xx.2023-cü il tarixdə ona MRT-yə göndəriş yazılmış və həmin tarixdə MRT-dən keçmişdir. MRT-dən sonra yenidən Fuad İsmayılov tərəfindən ona "asltheymer nəticəsində demensiya F00.0 MMSE 18" diaqoz qoyulmuşdur. Beləliklə də, onda "psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi F621 asltheymer nəticəsində demensiya F00.0 MMSE 18" xəstəliyinin olması təsdiq olunmuşdur. Növbəti dəfə Forma 88 sistemə vurulduqdan sonra xx.xx.2024-cü il tarıxdə "əlavə müalicəyə ehtiyacı olması" səbəbindən imtina edimişdir. Bundan sonra yenidən Prezidentin köməkçisinin qəbulunda olmuş və yenidən Forma-88 doldurularaq sistemə vurulmuşdur. xx.xx.2024-cü il tarixdə onlayn növbə götürmüşdür. Həmin zaman ona bildirdilər ki, imtina doğru verilmişdir. Hər hansısa bir professorun diaqnozu sistemə yerləşdirilməmişdir. X11 Xəstəxanası tərəfindən sənədlər sistemə yerləşdirildikdə o, cavabdehin qanunsuz cavablarından sığortalanmaq üçün şəkilləri sübut kimi çəkmişdir. Ona qoyulan diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"nın və Əlavə - "Orqanizmin funksiyasının pozulmasının faiz göstəricisi və müddəti"nin 7.5.1. (F62.1 diaqnozu); 7.6.1. (F00 diaqnozu); 7.6.1.1. (MMSE - 19-11 bal məndə 18-dir) maddələrində göstərilmişdir. Həmin normalar 35-60% (7.5.1.1.), 35-80% (7.6.1.1) sağlamlığın itirildiyini göstərir. Həmin normalara uyğun olaraq ona 5 il müddətinə İl dərəcəli əlillik dərəcəsi təyin edilməlidir.
14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
15. İddiaçının nümayəndəsi X10 xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, anası İddiaçı xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyalarının 65-80% pozulmasına görə 5 il müddətinə əlilliyin təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü
16. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
17. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
23. İddiaçı əlillik vəziyyəti X1 L00154811FTİ nömrəli göndərişi əsasında xx.xx.2024cü il tarixində qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Həmin imtina qərarında ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadığı və iddiaçı hazırkı tələblə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etdiyi üçün «İnzibati icraat haqqında» Qanunun 73.2-ci maddəsinin tələblərinə müvafiq olaraq iddiaçı tərəfindən müddətin ötürülmədiyi müəyyən edilir.
18. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gədəbəy şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
19. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
20. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
21. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
22. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
23. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
24. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
25. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Qazax rayon Psixiatrik Xəstəxanasının ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışları; - X6 ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışı; - Respublika Klinik Xəstəxanasının Ambulator xəstənin tibbi kartasından xx.xx.2023-cü il tarixli çıxarışı; - “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 8308 nömrəli tibbi rəyi; - “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 8624 nömrəli tibbi rəyi; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin xx.xx.2024cü il tarixli 3-17-4/2-H-2182/2024 nömrəli məktubu; - X6 ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışı; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin xx.xx.2024cü il tarixli 3-17-4/2-H-11850/2024 nömrəli məktubu; - Məhkəmənin sorğusuna əsasən cavabdehin təqdim etdiyi İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri.
Əsaslandırma hissəsi:
Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
26. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
27. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin göndərişinə əsasən “Üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu üzrə xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması səbəbilə göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Sonrakı dövrdə İddiaçı əlillik vəziyyəti X1 L00154811FTİ nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir.
28. Bundan sonra, İddiaçı xx.xx.2024-cü il tarixində Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliklə bağlı ağırlaşmalar müəyyən edilməmişdir.
29. Halbuki, iş üzrə təqdim olunmuş xəstəlik tarixçəsindən çıxarışlarla müəyyən edilir ki, İddiaçı İddiaçı “F62.1 Psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozu ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X7, “F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu ilə xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında, “F62.1 Psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozu ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək X8, “F00.0 Alsheymer xəstəliyi zamanı erkən başlamış demensiya” diaqnozu ilə xx.xx.2023-cü il və 12.1.2023-cü il tarixlərdə isə Psixi Sağlamlıq Mərkəzində, “Əsas xəstəlik: F62.1 Psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Yanaşı xəstəliklər: F00.0 Alsheymer xəstəliyi zamanı erkən başlamış demensiya (G30.0)” diaqnozu ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək X8 ambulator müalicədə, “Psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozu ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X4, “Üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu ilə X8 stasionar müalicədə olmuşdur.
30. “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 8624 nömrəli tibbi rəyində diaqnoz “Asltheymer nəticəsində demensiya F00.0 MMSE 18” kimi qeyd edilmişdir.
31. Hətta, Forma 88 haqqında məlumatda əsas diaqnoz “F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu”, yanaşı xəstəlik “F00.0 Alsheymer nəticəsində demensiya. MMSE18” kimi göstərilmişdir.
32. Bütün bunlara baxmayaraq, İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və əlavə müayinəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir.
33. Lakin yuxarıda qeyd edildiyi kimi, göndərişdə və tibbi sənədlərdə göstərilən xəstəliklər onun sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizmin funksiyalarının 5 il müddətinə 65-80 faiz aralığında pozulması ilə əlaqədar qərar qəbul edilməsinə əsas verir.
34. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.
35. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna görə: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
36. Məhkəmə qeyd edir ki, iddiaçının xəstəliyi onun sağlamlığının qiymətləndirildiyi zaman (xx.xx.2024-cü il tarixli göndəriş əsasında) qüvvədə olmuş “Əlilliyin müəyyən olunması meyarları”na görə ikinci dərəcə əlilliyin əhatə dairəsinə düşmüşdür.
37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”na görə: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 31-60 faiz; Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
38. Həmin Əlavə: Sıra Xəstəliklərin, zədələrin və XBT- Orqanizmin Orqanizmin №-si çatışmazlıqların adları, onların 10 funksiyalarının funksiyalarını ağırlıq dərəcəsi, mərhələsi, (kod) pozulması faizi n pozulması orqanizmin funksiyalarının müddəti davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri
7. Psixi və davranış pozuntuları Qeyd. Xroniki və (və ya) davamlı ağır, yaxud tez-tez kəskinləşən psixi pozuntulardan əziyyət çəkən şəxslərin dezadaptasiya dərəcəsini müəyyən etmək üçün aşağıdakılar nəzərə alınır: - psixopatoloji simptomların təzahür dərəcəsi; - xəstəliyin davametmə müddəti, epizodların tezliyi və (və ya) gedişinin növü; - xəstəlik nəticəsində şəxsiyyət dəyişiklikləri dərəcəsi; - öz xəstəliyinə, cari vəziyyətinə və ətraf reallığa tənqid dərəcəsi; - aqressiv və ya intihar davranışları həyata keçirmə riski də daxil olmaqla, əsas həyat fəaliyyəti sahələrində funksional dezadaptasiya dərəcəsi; - kənar şəxslərin yardımı və müşahidəsinin vacibliyi; - müalicə və reabilitasiya müdaxilələrinin keçirilməsi üçün potensial; - psixiatriya dispanser müşahidəsində və psixi pozuntusu olan şəxslərin elektron reyestrində olması. 7.6. Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular Qeyd. Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - psixi pozuntuya səbəb olan üzvi patologiyanın olması, obyektiv olaraq təsdiq edilməlidir (məsələn, MRT-də beynin atrofik dəyişiklikləri, EEQ vasitəsilə epileptik paroksizmlər, müvafiq testlər vasitəsilə endokrin dəyişikliklər və s.); - xəstəliyin başlama yaşı (məsələn: demensiya əlamətləri ilə erkən başlanğıclı Alsheymer xəstəliyi zamanı 65 yaş əsas götürülür); - xəstəliyin davametmə müddəti və proqredientliyi (prosessual dəyişikliklərin artma sürəti); - intellektual-amnestik pozuntuların təzahür dərəcəsi (psixi statusun qısa qiymətləndirilməsi şkalası - MMSE vasitəsilə müəyyən edilir, bu şkala Demensiyanin diaqnostika və müalicəsi üzrə klinik protokolda vardır); - psixotik epizodların olması (üzvi deliriy, üzvi hallüsinoz, üzvi katotonik pozuntu) və onların tezliyi ilə; - aqresiv davranış və suisidal cəhdlər də daxil olmaqla, şəxsiyyət və davranış dəyişikliklərinin ağırlıq dərəcəsi; - müalicəvi və reabilitasiya müdaxilələrinin aparılmasının mümkünlüyü ilə 7.6.1. demensiya alsheymer xəstəliyi zamanı F00* demensiya Qiymətləndirmə 7.6.1.2. orta təzahür dərəcəsi (MMSE – 65-80 5 il 19-11 bal): yalnız çox yaxşı bələd olunmuş materialın mənimsənilməsi, yeni informasiyanın yalnız təsadüfi və ya qısa müddətə yadda saxlanılması; yaşadığı yeri, yaxın zamanda nə etdiyini və ya tanışlarının adını xatırlaması, alışveriş və pulla davranış da daxil olmaqla, kənar şəxsin köməyi olmadan gündəlik fəaliyyəti mümkünsüz edən intellektual qabiliyyətlərin enməsi
24. Göründüyü kimi, iddiaçının xəstəliyi “F00.0 Alsheymer xəstəliyi zamanı erkən başlamış demensiya (G30.0)” diaqnozu üzrə orta təzahür dərəcəsi psixi sağlamlıq statusunun qısa qiymətləndirilmə şkalası 19-11 bal aralığında olduqda orqanizminin funksiyalarının pozulması faizi 65-80 faiz aralığındadır və bu da iddiaçıya 5 il müddətinə orqanizmin funksiyalarının pozulması ilə bağlı qərar qəbul edilməsinə əsas verir.
25. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
35. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya əlillik təyinatından imtina ilə bağlı hərəkətləri qanunsuz olmuşdur.
36. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
37. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
35. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən 5 il müddətinə orqanizmin funksiyalarının 65-80 faiz aralığında pozulması barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva