Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-208/2023 22.06.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 qızının, üçüncü şəxs Azərbaycan Dövlət Aqrar Universitetinin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “Az.KTAkademiyası kompleksi ərazisindən, V-1 kvartalından 500 kv.m torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1945-ci il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialı tərəfindən verilmiş 29 iyul 2022-ci il tarixli arxiv Arayışında Gəncə şəhər İcra Hakimiyyəti Başçısının 24 may 1993-cü il tarixli 778 saylı Sərəncamına əsasən 1993-cü ildən iş yerində mənzil növbəsində duran H.Araslı küçəsi, 30 nömrəli evdə yaşayan Az. KTAkademiyasında K/t heyvanlarının yemləndirilməsi kafedrasının dosenti iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün Az.KTAkademiyası kompleksinin ərazisindən V-1 kvartalından sahəsi 500 kv.m olan 13 nömrəli torpaq sahəsinin ayrılması və onun iş yerindən mənzil növbəsindən çıxarılması qeyd edilmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi X5 həmin torpaq sahəsi üzərində iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli **********01 məktubla bildirmişdir ki, aparılan araşdırma zamanı, torpaq sahəsinin yerini və ölçülərini göstərən texniki sənədin ərizəsinə əlavə edilmədiyi müəyyən edilmişdir. Həmçinin torpaq sahəsinə dair təqdim edilmiş Gəncə şəhər İcra hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 778 saylı sərəncamında Az.KTA kpmpleksinin ərazisindən “V-1” kvartaldan 13 nömrəli torpaq sahəsinin ayrıldığı göstərilmişdir. Lakin, Ərazi idarəsinin elektron xəritə məlumatlarında faktiki torpaq sahəsinin sıra nömrəsinin hüquqmüəyyənedici sənədə uyğun olmadığı aşkar edilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Az.KTAkademiyası kompleksi ərazisindən, V-1 kvartalından 500 kv.m torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı işlədiyi Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında 1993-cü ildən mənzil növbəsində durmuşdu. Gəncə şəhər İcra hakimiyyəti Başçısının 24 may 1993-cü il tarixli 778 saylı Sərəncamı ilə mənə fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Kənd Təsərrüfatı Akademiyası kompleksinin ərazisindən, "V-1" kvartalından sahəsi 500,0 kv.m olan 13№-li torpaq sahəsi ayrıldı və iddiaçı mənzil növbəsindən çıxarıldı. Həmin torpaq sahəsinin yer üzərində ölçülüb ayrılması və fərdi yaşayış evinin tikintisi üçün lazımi layihə ilə təmin edilməsi şəhərin o zamankı Baş memarı Ə.Z.Məmmədova tapşırıldı. Şəhərin baş memarı iddiaçıya ayrılmış torpaq sahəsini yerində iddiaçıya göstərmiş və evin layihəsini kağız üzərində hazırlayıb təqdim etmişdir. İddiaçı tikinti işlərinə başlasa da, maddi imkanı olmadığından tikintini davam etdirə bilməmişdir. Lakin torpaq sahəsinə daim gedib-gəlmişdir. Torpaq sahəsi həmin vaxtdan indiyədək iddiaçının istifadəsindədir. Bir müddət əvvəl iddiaçı yaşayış evinin tikintisini davam etdirmək qərarına gəlmiş və buna görə torpaq sahəsini əvvəlcə daşınmaz əmlakın dövlət reyestrində adıma qeydiyyata aldırmaq istəmişdir. Bunun üçün 2022-ci ilin avqust ayında cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla torpaq sahəsini qeydiyyata almaqdan imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin yerini və ölçülərini göstərən texniki sənəd ərizəyə əlavə edilməmişdir, həmçinin elektron xəritə məlumatlarında faktiki torpaq sahəsinin sıra nömrəsinin hüquqmüəyyənedici sənədə uyğun olmadığı aşkar edilmişdir. İddiaçı cavabdeh orqanın imtinasını əsassız hesab edir. Belə ki, qeyd etdiyi kimi torpaq sahəsi ona 1993-cü ildə verilmişdir. Həmin illərdə torpaq sahəsinin yerini və ölçülərini göstərən texniki sənəd verilmirdi. Bu səbəbdən ona torpaq sahəsinin yerini və ölçülətini, göstərən texniki sənəd verilməmişdir. Lakin Sərəncamda konkret olaraq torpaq sahəsinin "V- 1" kvartalında olduğu göstərilib və torpaq sahəsi yerində faktiki olaraq iddiaçıya təhvil verilmişdir. Ərazi İdarəsinin elektron xəritə məlumatlarına, elektron xəritə son illərdə yaranıb. "V-1" kvartalında olan digər torpaq sahələrinin sıra nömrəsinin xəritədə olub, iddiaçının torpaq sahəsinin sıra nömrəsinin orada olmaması iddiaçının günahım deyil və bu hal onun hüquqlarının qeydiyyata alınmasından imtinaya səbəb ola bilməz. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi, eyni zamanda iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair xx.xx.2022-ci il tarixli, **********35 nömrəli etirazını təqdim etmiş, etirazda imtinanın əsasları təkrarlanmış, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10, 9, 23,12, 2, 11-ci maddələrinə istinad edilmişdir. Cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya dair münasibət bildirməmişlər. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Dövlət Aqrar Universiteti iştirakı adi olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi bildirmişdir ki, mütəxəssis və ekspert rəylərinə əsasən mübahisəli torpaq sahəsi faktiki olaraq Azərbaycan Dövlət Aqrar Universitetinin mülkiyyətində və istifadəsində deyildir. Ona görə iddianın təmin olunmasına etiraz etmirlər. Tədqiqat obyektinə keçirilmiş baxış və aparılmış araşdırma nəticəsində Yerquruluşunun Təşkili şöbəsinin mühəndisi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən iddiaçının iddia etdiyi torpaq sahəsi yaşayış məntəqələri torpaqları kateqoriyasına aid, həyətyanı məqsədlər üçün nəzərdə tutulmuş torpaq sahəsidir. Həmin torpaq sahəsi üzərində başqa şəxsin, şəxslərin və ya orqanların hüquqları dövlət reyestrində qeydiyyata alınmamışdır. İş üzrə keçirilmiş xx.xx.2023-cü il tarixli, 10/1494 nömrəli ekspert rəyinə əsasən də iddiaçının iddia etidiyi torpaq sahəsi yaşayış məntəqələri torpaqları kateqoriyasına aid, həyətyanı məqsədlər üçün nəzərdə tutulmuş torpaq sahəsidir. Həmin torpaq sahəsi üzərində başqa şəxsin, şəxslərin və ya orqanların hüquqları dövlət reyestrində qeydiyyata alınmamışdır. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İşin hallarından görünür ki, Gəncə şəhər İcra Hakimiyyəti Başçısının 24 may 1993-cü il tarixli 778 saylı Sərəncamına əsasən iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün Az.KTAkademiyası kompleksinin ərazisindən V-1 kvartalından sahəsi 500 kv.m olan 13 nömrəli torpaq sahəsinin ayrılmışdır. İddiaçı 24 may 1993-cü il tarixli sərəncama istinad edərək 500 kv.m torpaq sahəsinə hüququn qeydə alınmasını xahiş etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8-ci maddəsinə görə bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanının 1.4-cü bəndinə görə kənd yaşayış məntəqələrinin və qəsəbələrin torpaqlarından torpaq sahələrinin ayrılması barədə kənd və qəsəbə zəhmətkeş deputatları sovetlərinin qərarları yaşayış və ya bağ evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə hüququn qeydə alınması üçün əsasdır. Bununla belə, Fərmanla təsdiq edilmiş Siyahının 2-ci bəndinə görə Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlər hüququn qeydə alınması üçün əsasdır. Bu həm də ondan irəli gəlir ki, 1 yanvar 1971-ci ildən 9 noyabr 1991-ci ilə qədər qüvvədə olmuş Torpaq Məcəlləsinin 17 və 20-ci maddələrinə görə qanunvericilik qəsəbə xalq deputatları sovetinə fərdi mənzil tikintisi üçün torpaq sahəsi ayrılmasını nəzərdə tutmuş, 9 noyabr 1991-ci ildən 8 avqust 1999-cu il tarixə qədər qüvvədə olmuş Torpaq Məcəlləsində isə belə səlahiyyət rayon və şəhər xalq deputatları sovetinə verilmişdir. Göründüyü kimi, 500 kv.m torpaq sahəsinə hüququn qeydə alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olmuşdur. Digər tərəfdən, cavabdeh imtinasında “faktiki torpaq sahəsinin sıra nömrəsinin hüquqmüəyyənedici sənədə uyğun olmaması”na istinad etmiş, ancaq uyğunsuzluğa nə imtinasında, nə etirazında aydınlıq gətirmiş, bu halı təsdiq edən heç bir sübut təqdim etməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Belə olan halda iddiaçı hazırkı tələbində haqlı olmuşdur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməli və məhkəmə tikinti-texniki ekspertizası keçirilməsi nəzərə alınaraq prosessual qanunvericiliyin tələblərinə əsasən 50 (əlli) manat ekspertiza xərci cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Gəncə şəhər İcra Hakimiyyəti Başçısının 24 may 1993-cü il tarixli 778 saylı Sərəncamı ilə Az.KTAkademiyası kompleksi ərazisindən ayrılmış, V-1 kvartalından 500 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası üçün aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) manat ekspertiza xərci “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsindən alınaraq 210005 kodlu, VÖEN**********, AZ34CTRE ********************, X2, VÖEN********** müxbir hesab AZ41NABZ013602**********3944; SFİFT BİK CTREAZ22 saylı hesaba ödənilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-208/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-208/2023
22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver