Məhkəmə qərarları › İş №2-1(114)-208/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-208/2024

15.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-208/2024 15.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı4 və digərlərinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 (digər İddiaçı4 Məhərərm oğlunun nümayəndəsi), cavabdehin nümayəndəsi X21 və X2nun iştirakları ilə, İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı Torpağın mülkiyyətə verilməsinə dair JN-2908A və JN2908G saylı şəhadətnamələrdə X4 adının mülkiyyətçilər siyahısından çıxarılması, 0.08 ha və 0.28 ha torpaq sahələrini onların adına qeydə alınmaqla müvafiq çıxarışın verilməsi öhəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Torpağın mülkiyyətə verilməsinə dair JN-2908A KOD 50413005 nömrəli şəhadətnaməyə əsasən Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 56 saylı qərarı ilə İddiaçı4, İddiaçı3, X10, İddiaçı1 və İddiaçı2 həyətyanı məqsədilə 0.08 (780.2 kv.m) ha torpaq sahəsi ayrılmışdır.

2. Torpağın mülkiyyətə verilməsinə dair JN-2908G KOD 50413005 nömrəli şəhadətnaməyə əsasən Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 56 saylı qərarı ilə İddiaçı4, İddiaçı3, X10, İddiaçı1 və İddiaçı2 həyətyanı məqsədilə 0. 28 (2816.9 kv.m) ha torpaq sahəsi ayrılmışdır.

3. Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Aşağı Seyfəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 481 nömrəli arayışında göstərilir ki, Aşağı Seyfəli kəndi ərazisində yerləşən JN-2908A torpağı mülkiyyətə verilməsinə dair şəhadətnamədə ailə üzvü kimi qeyd olunan X10 hal-hazırda və əvvəllər şəhadətnamədə adları göstərilən şəxslərin təsərrüfatında qeydiyyat olmamış və yaşamamışdır. X10 haqqında Aşağı Seyfəli kənd İƏD üzrə nümayəndəliyində hər hansı bir məlumat yoxdur.

4. İddiaçılar X10 adında ailə üzvlərinin olmadığını əsas gətirərək, həmin şəxsin adının şəhadətnamələrdə mülkiyyətçilər siyahısından çıxarılması və torpaq sahələri üzərində hüquqlarının dövlət qeydiyyatına alınması məqsədilə cavabdehə müraciət etmişdir. Cavabdeh orqan isə xx.xx.2022-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, iddiaçılara məxsus olan Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən torpaq sahəsinə dair tərtib edilmiş JN-2908A və JN-2908G saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə səhvən yazılmış X4 adının çıxarılması 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. Bununla bağlı məhkəməyə müraciət etmək tövsiyyə edilir.

5. Məhkəmənin sorğusuna "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2- 1544/2023 nömrəli cavab məktubuna əlavə edilmiş Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 56 saylı qərarından məlum olur ki, həmin qərar Seyfəli kəndində yerləşən “Seyfəli” kənd təsərrüfatı istehsalı kooperativinin torpaqlarında islahat aparılması ilə əlaqədar qəbul edilmişdir. Şəmkir rayonunun “Seyfəli” kənd təsərrüfatı istehsalı kooperativinin torpaqlarından pay alacaq subyektlərin siyahısında İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı1 adları (faktiki istifadə sahələri 0.36 ha kimi) qeyd edilmişdir.

6. Məhkəmə qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) Torpağın mülkiyyətə verilməsinə dair JN-2908A KOD 50413005 nömrəli və JN- 2908G KOD 50413005 nömrəli şəhadətnamələr əsasında İddiaçı4, İddiaçı3, İddiaçı2, X10 və İddiaçı1 ayrılmış 0.08 ha və 0.28 ha torpaq sahələri yaşayış məntəqələrinin torpaqları olmaqla xüsusi mülkiyyətə aid torpaq sahələridir. 2) Həmin torpaq sahələri naturada ölçülməklə, sərhədləri, döngə nöqtələri, koordinatları müəyyən edildi. 3) JN-2908G nömrəli şəhadətnamdə olan torpaq sahəsinin sənəd üzrə ölçüləri ilə faktiki ölçülərinin müəyyən hissələrdə üst-üstə düşməməsi müəyyən edildi. Belə ki, JN- 2908G nömrəli şəhadətnamdə olan torpaq sahəsinin faktiki istifadəsində olan 0.3566 ha torpaq sahəsinin 0.0653 ha hissəsi JN-2913A Şəhadətnamədə olan torpaq sahəsi ilə üstüstə düşür. JN-2908A nömrəli şəhadətnamədə olan torpaq sahəsinin sənəd üzrə ölçüləri ilə faktiki ölçülərinin hər hansı hissəsi üst-üstə düşmür. 0.1764 ha torpaq sahəsi (JN- 2908A kimi ölçülən hissə) 0.0807 ha hissədə JN-2913A saylı şəhadətnamədə olan torpaq sahəsi ilə, 0.0283 ha hissədə 6553BB saylı bələdiyyə mülkiyyətində olan torpaq sahəsi ilə və həmin torpaq sahəsinin 0.0646 ha hissədə isə JN-2941A şəhadətnamədə olan torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən olundu. 4) Həmin torpaq sahəsi qaz kəmərinin mühafizə zolağına , elektrik xəttinin qoruma zolağına, çayların, göllərin və sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin mühafizə zonalarına düşmür.

7. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-40/2- 7282/23 nömrəli cavab məktubunda bildirilmişdir ki, 6553BB nömrəsi ilə qeydə alınmış torpaq sahəsi Şəmkir rayonu, Aşağı Seyfəli bələdiyyəsinin mülkiyyətindədir və həmin hissəyə Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilməmişdir. - Həmin məktuba əlavə edilmiş Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 56 saylı qərarı ilə X17 və ailə üzvləri X18, X14 həyətyanı məqsədilə 0.12 ha torpaq sahəsi ayrılmış və bu barədə Torpağın mülkiyyətə verilməsinə dair JN- 2913A KOD 50413005 nömrəli şəhadətnamə tərtib edilmişdir. - Həmin məktuba əlavə edilmiş Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 56 saylı qərarı ilə X15 və ailə üzvləri X5, X6, Teymurzadə Mülkiyyə Qafqaz qızına həyətyanı məqsədilə 0.16 ha torpaq sahəsi ayrılmış və bu barədə Torpağın mülkiyyətə verilməsinə dair JN-2914A KOD 50413005 nömrəli şəhadətnamə tərtib edilmişdir. - Həmin məktuba əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında Şəmkir rayonu Aşağı Seyfəli kəndində yerləşən 0.16 ha torpaq sahəsi üzərində X15, X5, X6 və Teymurzadə Mülkiyyə Qafqaz qızının ümumi birgə mülkiyyət hüquqları qeydə alınmışdır. - Həmin məktuba əlavə edilmiş AN-İ № ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən X15, X5, X6 və Teymurzadə Mülkiyyə Qafqaz qızı ümumi birgə mülkiyyət hüquqları üzrə onlara məxsus 0.16 ha torpaq sahəsini X1. - Həmin məktuba əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında Şəmkir rayonu Aşağı Seyfəli kəndində yerləşən 0.16 ha torpaq sahəsi üzərində X7 tam mülkiyyət hüququ qeydə alınmışdır.

8. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Dövlət X13 xx.xx.2023-cü il tarixli 3-48-13F/2-208/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, Şəmkir filialında mühafizə olunan Seyfəli kəndi İƏV üzrə nümayəndəliyinin 1996-2000 və 2001-2005-ci illərə dair təsərrüfatbaşına kitablarında X4 adına təsərrüfat aşkar edilmədi. 1991-2006-cı illərə dair təsərrüfatbaşına kitablarda İddiaçı4 aid 1824 və 2114 nömrəli şəxsi hesablarda ailə tərkibində X4 adı aşkar edilmədi. II. Məhkəmədə icraat

9. İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 23 oktyabr tarixli 56 saylı qərarı JN-2908G KOD 50413005 və JN-2908A KOD 50413005 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr üzrə yalnız iddiaçıların adına çıxarış verilməsini cavabdeh orqanın üzərinə vəzifə olaraq qoyulması tələbinə dair qərar çıxarılmasını xahiş etmişlər.

10. Tələb onunla əsaslandırılmışdır ki, onlara Şəmkir Rrayon Aqrar İslahat Komissiyasının 1998-ci il 23 oktyabr tarixli 56 saylı qərarı JN-2908G KOD 50413005 və JN- 2908A KOD 50413005 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr ilə həyətyanı torpaq sahələri verilmişdir. Onlar torpağa çıxarış almaq məqsədi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmişlər. Həmin şöbədən onlara rəsmi məktubla bildirmişlər ki, həmin şəhadətnamələrdə olan yanlışlıqla bağlı məhkəməyə müraciət etməlidirlər. Həmin şəhadətnamələrdə texniki səhv olaraq “X10” adında adam adı səhvən yazılmışdır. Belə ki, X3 insan nə onların ailə üzvü, nə də qohumlarıdır. Ümumiyyətlə elə bir insan tanımırlar. Onlar “sənədin məxsus olma faktının müəyyən edilməsi” ilə bağlı ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişlər. Şəmkir Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli 2(076)-696/2023 saylı qərardadı ilə mübahisələri inzibati məhkəməyə aid olduğu üçün xitam verilmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşlar.

11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılımışdır.

12. İddiaçı və digər iddiaçının nümayəndəsi İddiaçı2, iddiaçılar İddiaçı3 və İddiaçı1 xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Şəmkir Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 56 saylı qərarı ilə verilmiş torpaq sahələrinin subyekt siyahısından X4 adının çıxarılması və həmin torpaq sahəsinin onların adına qeydə alınmaqla müvafiq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər və məhkəmənin eyni tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir.

13. Daha sonra xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında iddiaçı və digər iddiaçının nümayəndəsi İddiaçı2, iddiaçılar İddiaçı3 və İddiaçı1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Torpağın mülkiyyətə verilməsinə dair JN- 2908A və JN2908G saylı şəhadətnamələrdə X4 adının mülkiyyətçilər siyahısından çıxarılması, 0.08 ha və 0.28 ha torpaq sahələrinin onların adına qeydə alınmaqla müvafiq çıxarışın verilməsi öhəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasınıı xahiş etmişlər və məhkəmənin eyni tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü

14. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

15. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

16. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

17. Cavabdeh orqanın yerləşdiyi Şəmkir şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

18. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

19. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər

20. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir.

21. Tərəflər və rəy vermiş mütəxəssis məhkəmə iclasında iştirak edirlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

22. İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 (digər İddiaçı4 Məhərərm oğlunun nümayəndəsi) məhkəmə iclasında iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişlər.

23. Cavabdeh orqan iddiaya dair yazılı münasibətində bildirmişdir ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 23 oktyabr tarixli 56 saylı qərarı ilə İddiaçı4 və ailə üzvlərinə ayrılmış JN-2908 saylı Torpağa mülkiyyət hüquqna dair dövlət aktında səhv yazılmış ada düzəliş edilməsi 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. İddiaçı4 iddiası ilə bağlı yekun məhkəmə qərarı ərazi idarəsinə daxil olduğu təqdirdə icrasına baxılacaqdır.

24. Cavabdehin nümayəndəsi X21 məhkəmə iclasında iddia tələbinə etiraz etməyərək, qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir.

25. X2 məhkəmə iclası zamanı sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, JN-2908G KOD 50413005 nömrəli şəhadətnamədə göstərilən 0.28 ha torpaq sahəsi iddiaçıların faktiki istifadələrində olan 0.3566 ha torpaq sahəsinin daxilində yerləşir. Yəni, iddiaçılar JN-2908G KOD 50413005 nömrəli şəhadətnamə ilə onlara ayrılan 0.28 ha torpaq sahəsindən 0.0653 ha artıq torpaq sahəsi istifadə edirlər və həmin torpaq sahəsi JN-3390A saylı şəhadətnamədə göstərilmiş torpaq sahəsidir. Rəydə texniki səhv olaraq 0.0653 ha torpaq sahəsinin JN-2913A saylı şəhadətnamədə olan torpaq sahəsi ilə üstüstə düşdüyü göstərilmişdir. JN-2908A KOD 50413005 nömrəli şəhadətnamədə göstərilən 0.08 ha torpaq sahəsi isə iddiaçıların faktiki istifadəsində olan 0.1764 ha torpaq sahəsinin daxilində yerləşmir. Belə ki, faktiki istifadədə olan 0.1764 ha torpaq sahəsinin 0.0807 ha hissəsi JN-2913A saylı şəhadətnamədə olan torpaq sahəsi ilə, 0.0283 ha hissəsi 6553BB saylı bələdiyyə mülkiyyətində olan torpaq sahəsi ilə və həmin torpaq sahəsinin 0.0646 ha hissəsi isə JN-2941A nömrəli şəhadətnamədə olan torpaq sahəsi ilə üst-üstə düşür. Yəni, iddiaçılar JN-2908A KOD 50413005 nömrəli şəhadətnamədə göstərilən 0.08 ha torpaq sahəsindən faktiki olaraq naturada istifadə etmirlər, həmin torpaq başqa şəxslərin istifadəsindədir, iddiaçıların naturada istifadə etdikləri 0.1764 ha torpaq sahəsi isə şəhadətnamələrlə başqa şəxslərin mülkiyyətindədir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

26. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 56 saylı qərarı; - Torpağın mülkiyyətə verilməsinə dair JN-2908A KOD 50413005 nömrəli və JN- 2908G KOD 50413005 nömrəli şəhadətnamələr; - Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Aşağı Seyfəli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 481 nömrəli arayışı; - Məhkəmənin sorğusuna "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2- 1544/2023 nömrəli cavab məktubu və ona əlavə edilmiş sənədlər; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-40/2- 7282/23 nömrəli cavab məktubu və ona əlavə edilmiş sənədlər; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Dövlət X13 xx.xx.2023-cü il tarixli 3-48-13F/2-208/2023 nömrəli cavab məktubu; - Cavabdeh orqanın xx.xx.2023-cü il tarixli **********36 saylı imtina məktubu; - Mütəxəssis rəyi. Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

27. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından qismən əsaslıdır və qismən təmin edilməlidir.

28. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 56 saylı qərarı ilə İddiaçı4, İddiaçı3, İddiaçı1 və İddiaçı2 həyətyanı məqsədilə 0.08 ha və 0.28 ha torpaq sahələri ayrılmışdır. 0.08 ha torpaq sahəsi barədə tərtib edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-2908A KOD 50413005 nömrəli şəhadətnamədə və 0.28 ha torpaq sahəsi barədə tərtib edilmiş JN- 2908G KOD 50413005 nömrəli şəhadətnamədə isə mülkiyyətçilər olaraq İddiaçı4, İddiaçı3, Mə İddiaçı1 və İddiaçı2 ilə yanaşı X4 adı da qeyd edilmişdir.

29. İddiaçılar X10 adlı şəxsin adının Torpağın mülkiyyətə verilməsinə dair JN-2908A KOD 50413005 nömrəli JN-2908G KOD 50413005 nömrəli şəhadətnamələrdə qanunsuz və əsassız göstərildiyini, həmin şəxsin onların ailə üzvləri olmadığını və onun Şəmkir rayonu, Aşağı Seyfəli kəndində ümumiyyətlə qeydiyyatda olmadığını və yaşamadığıını əsas gətirərək, hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu isə iddiaçılara məxsus olan Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən torpaq sahəsinə dair tərtib edilmiş JN-2908A və JN-2908G saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə səhvən yazılmış X4 adının çıxarılmasının 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığını bildirmişdir.

30. Məhkəmənin mübahisə ilə bağlı sorğular nəticəsində əldə etdiyi sənədlərlə müəyyən etmişdir ki, Aşağı Seyfəli kəndi ərazisində yerləşən JN-2908A torpağı mülkiyyətə verilməsinə dair şəhadətnamədə ailə üzvü kimi qeyd olunan X10 hal-hazırda və əvvəllər şəhadətnamədə adları göstərilən şəxslərin təsərrüfatında qeydiyyat olmamış və yaşamamışdır. X24 filialında mühafizə olunan Seyfəli kəndi İƏV üzrə nümayəndəliyinin 1996-2000 və 2001-2005-ci illərə dair təsərrüfatbaşına kitablarında X4 adına təsərrüfat aşkar edilməmişdir. Eyni zamanda, 1991-2006-cı illərə dair təsərrüfatbaşına kitablarda İddiaçı4 aid 1824 və 2114 nömrəli şəxsi hesablarda ailə tərkibində X4 adı aşkar edilməmişdir.

31. 16 iyul 1996-cı il tarixdə qəbul edilmiş “Torpaq islahat haqqında” Qanununa görə: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 12. Sovxoz və kolxozların torpaqlarından pay almaq hüququ olan subyektlər

1. Sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər.

32. Göründüyü kimi, Şəmkir rayonu, Aşağı Seyfəli kəndində aqrar islahat aparılan zaman X10 adlı şəxs həmin kənddə yaşamamış, qeydiyyatda olmamış, habelə iddiaçıların ailə üzvləri olmamış və onların təsərrüfatında qeyd olunmamışdır. Hətta, Şəmkir rayonunun “Seyfəli” kənd təsərrüfatı istehsalı kooperativinin torpaqlarından pay alacaq subyektlərin siyahısında da yalnız iddiaçıların adı qeyd edilmiş və X4 adı qeyd edilməmişdir. Buna baxmayaraq, islahat zamanı həmin şəxsin adı texniki səhv olaraq Torpağın mülkiyyətə verilməsinə dair JN-2908A KOD 50413005 nömrəli və JN-2908G KOD 50413005 nömrəli şəhadətnamələrdə qeyd edilmişdir.

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə: Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər.

34. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 9. Bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənəd qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazılır və dövlət reyestrinə müvafiq məlumat daxil edilir. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir... Maddə 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Maddə 16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.

35. Belə olan halda məhkəmə hesab edir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-2908A KOD 50413005 nömrəli və JN-2908G KOD 50413005 nömrəli şəhadətnamələrdə mülkiyyətçilər siyahısında X4 adının qeyd edilməsi qanunsuz və əsassız olmuşdur. Ona görə də, tələb həmin hissədə təmin edilməlidir.

36. Məhkəmə iddia tələbinin Torpağın mülkiyyətə verilməsinə dair JN-2908A KOD 50413005 nömrəli və JN-2908G KOD 50413005 nömrəli şəhadətnamələrdə göstərilən 0.08 ha və 0.28 ha torpaq sahələri üzərində iddiaçıların mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir.

37. Məhkəmə iddiaçıların hüquqlarını qeydə aldırmaq istədiyi torpaq sahəsinin naturada mübahisəsiz mövcud olub-olmamasını, habelə mülkiyyət növünün, digər şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə və ya qaz kəmərinin mühafizə zolağına, elektrik xəttinin qoruma zolağına, çayların, göllərin və sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin mühafizə zonalarına düşüb-düşməməsinin müəyyənləşdirilməsi məqsədilə mütəxəssis rəyinin alınmasını qərara alımış və bununla bağlı tərtib edilmiş mütəxəssis rəyi məhkəməyə təqdim edilmişdir. Həmin rəyə əsasən müəyyən edilir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-2908A KOD 50413005 nömrəli və JN-2908G KOD 50413005 nömrəli şəhadətnamələr əsasında İddiaçı4, İddiaçı3, İddiaçı2, X10 və İddiaçı1 ayrılmış, 0.08 ha və 0.28 ha torpaq sahələri yaşayış məntəqələrinin torpaqları olmaqla xüsusi mülkiyyətə aid torpaq sahələridir. Həmin torpaq sahələri naturada ölçülməklə, sərhədləri, döngə nöqtələri, koordinatları müəyyən edildi. JN-2908G nömrəli şəhadətnamdə olan torpaq sahəsinin sənəd üzrə ölçüləri ilə faktiki ölçülərinin müəyyən hissələrdə üst-üstə düşməməsi müəyyən edildi. Belə ki, JN-2908G nömrəli şəhadətnamdə olan torpaq sahəsinin faktiki istifadəsində olan 0.3566 ha torpaq sahəsinin 0.0653 ha hissəsi JN-2913 A Şəhadətnamədə olan torpaq sahəsi ilə üst-üstə düşür. JN-2908A nömrəli şəhadətnamdə olan torpaq sahəsinin sənəd üzrə ölçüləri ilə faktiki ölçülərinin hər hansı hissəsi üst-üstə düşmür. 0.1764 ha torpaq sahəsi (JN- 2908A kimi ölçülən hissə) 0.0807 ha hissədə JN-2913A saylı şəhadətnamədə olan torpaq sahəsi ilə, 0.0283 ha hissədə 6553BB saylı bələdiyyə mülkiyyətində olan torpaq sahəsi ilə və həmin torpaq sahəsinin 0.0646 ha hissədə isə JN-2941A şəhadətnamədə olan torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən olundu. Həmin torpaq sahəsi qaz kəmərinin mühafizə zolağına, elektrik xəttinin qoruma zolağına, çayların, göllərin və sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin mühafizə zonalarına düşmür.

38. Eyni zamanda, məhkəmə rəydə qeyd edilənlərlə bağlı rəyi vermiş X2nu iclasda dinləmiş və o, iclası zamanı sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, JN- 2908G KOD 50413005 nömrəli şəhadətnamədə göstərilən 0.28 ha torpaq sahəsi iddiaçıların faktiki istifadələrində olan 0.3566 ha torpaq sahəsinin daxilində yerləşir. Yəni, iddiaçılar JN-2908G KOD 50413005 nömrəli şəhadətnamə ilə onlara ayrılan 0.28 ha torpaq sahəsindən 0.0653 ha artıq torpaq sahəsi istifadə edirlər və həmin torpaq sahəsi JN-3390A saylı şəhadətnamədə göstərilmiş torpaq sahəsidir. Rəydə texniki səhv olaraq 0.0653 ha torpaq sahəsinin JN-2913A saylı şəhadətnamədə olan torpaq sahəsi ilə üstüstə düşdüyü göstərilmişdir. JN-2908A KOD 50413005 nömrəli şəhadətnamədə göstərilən 0.08 ha torpaq sahəsi isə iddiaçıların faktiki istifadəsində olan 0.1764 ha torpaq sahəsinin daxilində yerləşmir. Belə ki, faktiki istifadədə olan 0.1764 ha torpaq sahəsinin 0.0807 ha hissəsi JN-2913A saylı şəhadətnamədə olan torpaq sahəsi ilə, 0.0283 ha hissəsi 6553BB saylı bələdiyyə mülkiyyətində olan torpaq sahəsi ilə və həmin torpaq sahəsinin 0.0646 ha hissəsi isə JN-2941A nömrəli şəhadətnamədə olan torpaq sahəsi ilə üst-üstə düşür. Yəni, iddiaçılar JN-2908A KOD 50413005 nömrəli şəhadətnamədə göstərilən 0.08 ha torpaq sahəsindən faktiki olaraq naturada istifadə etmirlər, həmin torpaq başqa şəxslərin istifadəsindədir, iddiaçıların naturada istifadə etdikləri 0.1764 ha torpaq sahəsi isə şəhadətnamələrlə başqa şəxslərin mülkiyyətindədir.

39. Yəni, mütəxəssis rəyi və rəyi vermiş mütəxəssisin iclas zamanı verdiyi izahatı ilə müəyyən olunmuşdur ki, iddiaçıların adlarına qeydə alınmasını tələb etdikləri JN-2908G KOD 50413005 nömrəli şəhadətnamədə göstərilən 0.28 ha torpaq sahəsinin faktiki istifadədə olan torpaq sahəsinin ölçüləri sənəd üzrə ölçülərindən artıq olsa da, yəni sənəd üzrə 0.28 ha olmasına baxmayaraq, iddiaçılar 0.3566 ha torpaq sahəsindən istifadə edirlər. Bununla belə, JN-2908G KOD 50413005 nömrəli şəhadətnamədə göstərilən 0.28 ha iddiaçıların faktiki istifadə etdiləri 0.3566 ha torpaq sahəsinin daxilində yerləşir.

40. JN-2908A KOD 50413005 nömrəli şəhadətnamədə göstərilən 0.08 ha torpaq sahəsinin sənəd üzrə ölçüləri ilə isə faktiki istifadədə olan torpaq sahəsinin ölçüləri üstüstə düşmür. Belə ki, iddiaçılar faktiki olaraq başqa şəxslərin mülkiyyətində olan 0.1764 ha torpaq sahəsini istifadə edirlər. Onlara JN-2908A KOD 50413005 nömrəli şəhadətnamədə göstərilən 0.08 ha torpaq sahəsi onların istifadəsində deyil.

41. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi Torpağın mülkiyyətə verilməsinə dair JN-2908A KOD 50413005 nömrəli və JN-2908G KOD 50413005 nömrəli şəhadətnamələrdə göstərilən 0.08 ha və 0.28 ha torpaq sahələri üzərində iddiaçıların mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması hissəsində qismən təmin edilməli, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 56 saylı qərarı ilə İddiaçı4, İddiaçı3, İddiaçı1 və İddiaçı2 həyətyanı məqsədilə ayrılmış 0.28 ha torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı, iddia Torpağın mülkiyyətə verilməsinə dair JN-2908A KOD 50413005 nömrəli şəhadətnamədə göstərilən 0.08 ha torpaq sahəsinə münasibətdə isə təmin edilməməlidir.

42. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri.

43. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

44. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia qismən təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-2908A KOD 50413005 və JN2908G saylı KOD 50413005 şəhadətnamələrdə X4 adının mülkiyyətçilər sırasından çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qoyulsun. Torpağın mülkiyyətə verilməsinə dair JN-2908G KOD 50413005 nömrəli şəhadətnaməyə əsasən Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 56 saylı qərarı ilə İddiaçı4, İddiaçı3, İddiaçı1 və İddiaçı2 həyətyanı məqsədilə ayrılmış 0.28 ha torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia Torpağın mülkiyyətə verilməsinə dair JN-2908A KOD 50413005 nömrəli şəhadətnaməyə əsasən Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 56 saylı qərarı ilə İddiaçı4, İddiaçı3, İddiaçı1 və İddiaçı2 həyətyanı məqsədilə ayrılmış 0.08 ha torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar