Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2081/2025 18.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı ona xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyalarının 65-80 faiz pozulmasının görə ikinci dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçıya xx.xx.2013-cü il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə ikinci dərəcə, xx.xx.2014-cü il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə ikinci dərəcə, xx.xx.2015-ci il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə ikinci dərəcə, xx.xx.2016-cı il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
2. Cavabdeh orqan iddiaçının əlillik vəziyyətini növbəti dəfə tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2021-ci il və xx.xx.2023-cü il tarixlərdə qiymətləndirərək, “Diaqnozun əlillik təyin etməməsi barədə” barədə qərarlar qəbul edilmişdir.
3. “Respublika Psixiatriya Xəstəxnası” publik hüquqi şəxsin Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 1850 nömrəli rəyində diaqnoz “Rekurrent depressiya. Cariorta dərəcəli depressiv epizod F33.1” kimi qeyd edilmişdir.
4. “Respublika Psixiatriya Xəstəxnası” publik hüquqi şəxsin Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 4776 nömrəli rəyində diaqnoz “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, özünə xəsarət hərəkətləri ilə F62.0” kimi qeyd edilmişdir.
5. Cavabdeh orqan iddiaçının əlillik vəziyyətini sonuncu dəfə tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirərək, “Diaqnozun əlillik təyin etməməsi barədə” barədə qərar qəbul edilmişdir.
6. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı kimi olmuşdur: Əsas diaqnoz – F62.0 – Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət (İ Qarabağ müharibəsi) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, depressiv daxilolmalar, özünə xəsarət yetirmələrlə; Yanaşı xəstəliklər – Y36.4 – Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Sağ çiyinin ön və arxa nahiyyəsində güllə yarası, Sağ əlin dəlib keçən güllə yarası. Travmatik şok; Yanaşı xəstəliklər – M24.5 – Oynaqların kontrakturası, Sağ bazu oynağında daimi ağrı sindromu, Sağ əlin tutma funksiyasının pozulması.
7. Cavabdeh orqan tərəfdən iddiaçının imtina barədə qərardan verdiyi şikayətinə baxılaraq onun xx.xx.2024-cü il tarixdə əyani müayinəsi həyata keçirilmiş və nəticədə xx.xx.2024-cü il tarixdə diaqnozun əlillik təyin etməməsi barədə 3-17-4/3-3-6947/2024 nömrəli qərar qəbul edilmişdir.
8. xx.xx.2024-cü il tarixli göndərişdən və xəstəlik tarixindən çıxarışlardan müəyyən olunur ki, İddiaçı “F62.0 – Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozu üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Mingəçevir PND-də, “Y36.4 – Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr” diaqnozu üzrə xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Tərtər RMX-da, “Y36.4 – Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr” diaqnozu üzrə xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixədək Tərtər RMX-da, “Y36.4 – Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr” diaqnozu üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Tərtər RMX-da, “F62.0 – Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozu üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək 18 saylı Birləşmiş şəhər xəstəxanası, “Y36.4 – Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr” diaqnozu üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Bərdə RMX-da, “Y36.4 – Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr” diaqnozu üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Bərdə RMX-da, “F62.0 – Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozu üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Bərdə RMX-da, “Y36.4 – Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr” diaqnozu üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Gəncə şəhər Xəstəxanasında, “F62.0 – Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozu üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək 2 saylı X1, “F62.0 – Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozu üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2 saylı X1, “F62.0 – Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozu üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2 saylı X1, “F33.1 – Qayıdan depressiv pozğunluq, orta dərəcəli növbəti epizod” diaqnozu üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 1 saylı X1, “F62.0 – Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozu üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 1 saylı X1, “F62.0 – Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozu üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 2 saylı X1, “Y36.4 – Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr” diaqnozu üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Ak.M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında stasionar müalicələr almış, “F62.0 – Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozu üzrə isə xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərdə ambulator müraciətləri olmuşdur.
9. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2025-ci il tarixli 3-17-4/2-5552/2025 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nəzərinizə çatdırırıq ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd (məhkəmə qərarı və s.) əsas götürülür. Bildiririk ki, İddiaçı xx.xx.2014-cü il tarixində təyin edilmiş Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən bir il müddətinə ikinci dərəcə əlillik təyinatı xx.xx.2016-cı il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 6.1-ci bəndinə uyğun olaraq dövlət tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmədən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.2021-ci il tarixinədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixindən sonra vətəndaşa dair Tərtər Rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2021ci il tarixli, 0319003AAHQE nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş və müraciəti əsasında İddiaçı xx.xx.2022-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, xx.xx.2021-ci il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Növbəti dəfə İddiaçı dövlət tibb müəssisəsinin Y00140439PNP nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Müayinə nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, xx.xx.2023-cü il tarixindən diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Sonuncu dəfə vətəndaş dövlət tibb müəssisəsinin N00194117YEX nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə müayinədə iştirak etmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, xx.xx.2024-cü il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Qiymətləndirmələrin yekun nəticələri barədə vətəndaşa SMS vasitəsilə məlumat göndərilmişdir. II. Məhkəmədə icraat
10. İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 2013-cü ildə ona təyin edilmiş ikinci qrup əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.1961-ci il təvəllüdlü olmaqla, uzun illərdir hərbidə qulluq etmişdir. Vətən müharibəsi iştirakçısıdır. 2012-ci ildə bazu sümüyünün yuxarı ucunun sınığı,sağ bazu sümüyü başının güllə yaralanmasından sonrakı kelloid capıqlar. Oynaqların kontrakturası, sağ bazu oynağının kontrakturası, dəqiqləşdirilməmiş biomexaniki pozğunluq, sol əlin tutma funksiyasının pozulması. Biləyin və əlin digər hissələrinin acıq yarası,sol əlin güllə yaralanmasından sonrakı çapıqları diaqnozu ilə 2-ci qrup əlillik ilə təmin olunmuşdur. 2022-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Əhalinin Sosial müdafiə Fondunun yanında X3 və Reabilitasiya Agentliyi 2-ci qrup əlilliyini ləğv etmişdir. Uzun illərdir xəstəxanalarda müalicə alır. Sonra 2-ci Qarabağ müharibəsini keçdikdən sonra halı pisləşərək Psixiatrik xəstəxanada şəxsiyyətin dəyişkənliyi, depressiv özünə xəsarət yetirmə diaqnozu ilə stasionar müalicələr alır. xx.xx.2024-cü ildə yenidən Tibbi komisiyyadan keçərək Əhalinin Sosial Müdafiə Fondunu yanında X3 və Reabilitasiya Agentliyinə müraciət etmiş, xx.xx.2024-cü ildə isə Agentlik tərəfindən əlaqə nömrəsinə imtina cavabı gəlmişdir.
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
13. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “xx.xx.2024cü il tarixdən orqanizmin funksiyalarının 65-80 faiz pozulmasının görə ikinci dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü
14. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
15. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
16. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir. Belə ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə buraxılmış iddia müddəti bərpa edilmişdir.
17. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Tərtər şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
18. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
19. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
20. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
21. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
22. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2021-ci il tarixli 0319003AAHQE nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS **********9). Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2023-cü il tarixli Y00140439PNP nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS 3-17- 4/3-1-5613/2024). Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2011-ci il tarixli 257 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sağ çiyinin ön və arxa nahiyəsində güllə yarası. Sağ əlin dəlib-keçən güllə yarası. Travmatik şok” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2022-ci il tarixində, xx.xx.2024-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrıları, yuxusuzluqdan şikayətlənmişdir. Anamnestik məlumatlarında kəsim aparatı ilə (laqunda) özünə xəsarət yetirdiyini, sol əl barmaqlarında keyimə hissi olduğunu bildirmiş, qəbul etdiyi medikamentoz preparatların adlarını sadalaya bilməmişdir. Müayinə zamanı sağ qoltuqaltı nahiyədə, sol əlin İİ və İİİ daraq sümükləri arasında çapıqlar izlənilmiş, sağ bazu oynağını 80 dərəcəyə qədər qaldırmış, çiyin əzələləri simmetrik, atrofiya qeyd edilməmiş, digər hərəkətlərin tam sərbəst olması izlənilmişdir. Vətəndaş sənədlərini təqdim etmək istədikdə, sağ bazu oynağında tam hərəkət olması müşahidə edilmişdir. Psixi statusunda intihara cəhd etdiyini bildirmiş, bədənin müayinəsi (vizual) zamanı müvafiq xəsarət aşkarlanmamışdır. Ambulator müalicə kartı 2021-ci il tarixindən açıldığı, stasionar müalicələrin isə 2023-cü il tarixindən ardıcıl olması müəyyənləşdirilmiş, xəstəliyin ilkin, kəskin dövrünə aid heç bir sənəd təqdim edilməmişdir. Fəlakətin (müharibə) qalıq əlamətlərinin (Şəxsiyyət dəyişikliyi) kəskin dövrünün 31 il sonra büruzə verməsi patofizioloji olaraq mümkün deyildir. Hal-hazırda əlillik təyinatına əsas verən psixi pozuntular müşahidə edilməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilik, yuxusuzluq, ailə üzvləri ilə yola gedə bilməmək, dəfələrlə müxtəlif vasitələrlə özünə xəsarət yetirməsindən şikayətlənmişdir. Hərəkətlər tam sərbəst olmuş, sağ qoltuqaltında çapıq izlənilmişdir. Sağ bazu oynağında 80 dərəcəyə qədər hərəkət göstərmiş, sonra ağrı olduğunu bildirmişdir. Nevroloji müayinə zamanı yuxarı ətraflarda sümüküstü və vətər refleksləri D=S, orta canlı alınmışdır. Sağ yuxarı ətrafda hipotoniya (atoniya), atrofiya qeyd edilməmişdir. Xəstə sağ yuxarı ətrafını ağrı səbəbi ilə tam qaldırmamışdır. Psixi statusu: təhdidkar danışmış, əlillik təyinatı edilmədiyi təqdirdə özünü öldürəcəyi ilə hədələmişdir. Psixiatrik sənədlər 2023-cü ildən ardıcıllıq təşkil etmişdir. Mühakiməsi tam, emosiyaları stabil, əhval-ruhiyyə fonu normal diapazonunda izlənmişdir. Tənqidi tam olmuşdur. 2 X2 Xəstəxanasının xx.xx.2024xx.xx.2024-cü il tarixli 3458 nömrəli Çıxarışında diaqnoz “Fəlakətli hadisədən (İ Qarabağ müharibəsi) sonra yaranan davamlı şəxsiyyət dəyişikliyi” kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli 4776 nömrəli Tibbi rəyində diaqnoz “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, özünə xəsarət hərəkətləri ilə” kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
23. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
24. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - “Respublika Psixiatriya Xəstəxnası” publik hüquqi şəxsin Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 1850 nömrəli və xx.xx.2024-cü il tarixli 4776 nömrəli rəyləri; - 10.02.2025-ci il tarixli yeni göndəriş; - Xəstəlik tarixindən çıxarışlar; - İddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsinə dair tibbi-sosial ekspertiza sənədləri; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2025-ci il tarixli 3-17-4/2-5552/2025 nömrəli cavab məktubu.
Əsaslandırma hissəsi:
Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
25. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
26. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.2013-cü il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə ikinci dərəcə, xx.xx.2014-cü il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə ikinci dərəcə, xx.xx.2015-ci il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə ikinci dərəcə, xx.xx.2016-cı il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
27. Cavabdeh orqan iddiaçının əlillik vəziyyətini növbəti dəfə tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2021-ci il və xx.xx.2023-cü il tarixlərdə qiymətləndirərək, “Diaqnozun əlillik təyin etməməsi barədə” barədə qərarlar qəbul edilmişdir.
28. Cavabdeh orqan iddiaçının əlillik vəziyyətini sonuncu dəfə tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirərək, “Diaqnozun əlillik təyin etməməsi barədə” barədə qərar qəbul edilmişdir.
29. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı kimi olmuşdur: Əsas diaqnoz – F62.0 – Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət (İ Qarabağ müharibəsi) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, depressiv daxilolmalar, özünə xəsarət yetirmələrlə; Yanaşı xəstəliklər – Y36.4 – Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Sağ çiyinin ön və arxa nahiyyəsində güllə yarası, Sağ əlin dəlib keçən güllə yarası. Travmatik şok; Yanaşı xəstəliklər – M24.5 – Oynaqların kontrakturası, Sağ bazu oynağında daimi ağrı sindromu, Sağ əlin tutma funksiyasının pozulması.
30. Cavabdeh orqan tərəfdən iddiaçının imtina barədə qərardan verdiyi şikayətinə baxılaraq onun xx.xx.2024-cü il tarixdə əyani müayinəsi həyata keçirilmiş və nəticədə xx.xx.2024-cü il tarixdə diaqnozun əlillik təyin etməməsi barədə 3-17-4/3-3-6947/2024 nömrəli qərar qəbul edilmişdir.
31. Göründüyü kimi, iddiaçıya əvvəllər Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlillik təyin edilsə də, həmin əlilliyin təyininə əsas olan diaqnoz S10-S19 və S40-S49 XBT kodlu travma ilə əlaqədar olan xəstəliklər olmuşdur.
32. İddiaçıya “F62.0 – Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət (İ Qarabağ müharibəsi) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, depressiv daxilolmalar, özünə xəsarət yetirmələrlə” diaqnozu üzrə əvvəllər təyinat aparılmamışdır. Həmin diaqnozla ilkin əlillik təyinatının aparılması üçün tibb müəssisəsi tərəfindən sonuncu dəfə xx.xx.2024-cü il tarixdə göndəriş rəsmiləşdirilmişdir. Hansı ki, ilkin əlillik təyinatı zamanı göndərişin rəsmiləşdirilməsi üçün iki şərt vardır (göndəriş verildiyi zaman qüvvədə olan qanunvericilik normalarına əsasən): 1) şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 2) şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir).
33. Yəni, normanın məzmunundan göründüyü kimi, şəxs barəsində tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilməsi üçün ya eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olması, lakin həmin müalicəyə baxmayaraq orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması tələb olunur.
34. Hazırkı işdə isə iddiaçının barəsində rəsmiləşdirilmiş göndərişə nəzər saldıqda iddiaçının ambulator müalicəsinin olmaması, stasionar müalicəsinin isə son 12 ay ərzində (xx.xx.2024-cü il tarixdən əvvəlki son 12 ay) “F62.0” diaqnozu üzrə cəmi 88 gün olması müəyyən edilir ki, bu da 6 aydan azdır.
35. Hansı ki, qanunvericinin həmin normanın müəyyən edilməsində məqsədi ondan ibarət olmuşdur ki, şəxs reabilitasiya (yaxşılaşma, sağalma) üçün müalicə imkanlarından istifadə etmiş və tükətmiş olsun, yəni həmin xəstəlik üzrə uzun müddət müalicə olunmasına baxmayaraq, həmin xəstəlik onda sağalmamış və davam edən vəziyyətdə olsun.
36. Lakin hazırkı vəziyyətdə iddiaçının barəsində göndəriş rəsmiləşdirilərkən həmin şərtə əməl edilmədiyi, başqa sözlə bütün müalicə imkanlarından istifadə etməsi və tükətmiş olması müəyyən edilmir.
37. Eyni zamanda, iddiaçının barədə rəsmiləşdirilmiş göndərişdə ona qoyulmuş və əlillik təyinatına əsas verən diaqnozların heç bir müddət gözlənilmədən göndəriş rəsmiləşdirilməsi nəzərdə tutulan (Qaydaya 1 nömrəli əlavədə qeyd olunan) xəstəlik deyildir.
38. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na görə:
2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.
40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na görə: Bənd 1.2. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. Bənd 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya 2 nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması.
41. Yekunda, məhkəmənin qənaətinə görə, iddiaçıda adıçəkilən Qaydaya 1 nömrəli əlavədə qeyd olunan (müddət gözlənilmədən göndəriş verilən) xəstəliklərin olması müəyyən olunmadığından ona göndərişin verilməsi üçün yuxarıda qeyd edilən Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddətlər (şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olması) gözlənilməlidir. Xəstəliklər və onun ağırlaşmaları ilə əlaqədar iddiaçının müalicə müddətinin az olması ona əlillik dərəcəsinin təyini üçün yetərli deyildir.
42. İddiaçının özü tərəfindən yuxarıda tələb olunan həddə ambulator və stasionar müalicə alması barədə hər hansı dəlil və sübut təqdim edilməmişdir.
43. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
44. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
45. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva