Məhkəmə qərarları › İş №2-1(114)-2083/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2083/2025

04.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2083/2025 04.02.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Məmmədova Ərkinaz Kamal qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “yalnış kadastr məlumatlarının ləğv edilməsi və qeydləri ləğv edilməsi” tələbi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi,daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, "Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları"nın təsdiq edilməsi barədə 2010-cu il 27 iyul tarixli 308 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı icrası zamanı daşınmaz əmlak obyektlərinin vahid dövlət kadastr uçotuna alınması barədə ərizənin verilməsi və ilkin araşdırma işlərinin aparilmasi zamanı onun X1nun torpaq üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair verilmiş ərizənin və onun əsasında reyesterə daxil edilən kadastr məlumatlarının ləğv edilməsi barədə, həmin, faktiki sahə 1.05 ha torpaq sahəsinə Torpaq üzərində mülkiyyət hüququna dair və daimi istifadəyə dair dövlət aktının (hər iki halda) ləğv edilməsi, hüquqmüəyyənedici sənədlər 1981-ci ildə tikilmiş fərdi yaşayış evinə tərtib edilmiş 340 qeydiyyat 503-2/4 inventar nömrəli texniki pasportda aydın cizgilərlə qeyd olunan 0.3598 ha və tərtib edilmə əsası texniki paport olmaqla vahid konturda həmin ərazidə oğlu X2 adına ayrıca təsərrüfata ayrılmış və sonuncu istifadəçi kimi daimi atasının və ailə üzvlərinin istifadəsində olmuş arxiv arayışlarında qeyd olunmuş ümumilikdə 0.67 ha həyatyanı torpaq sahəsinin xüsusi mülkiyyət kimi X1nun adına, digər 0.37 zəbt torpaqlarının 1982-ci ildən bu tərəfə atasının və torpaq islahatı zamanı pay torpağı almaq hüququ olmuş ailə üzvü 1981-ci ildə tikilmiş fərdi yaşayaış evində qeydiyyatda olmuş X3nın hüquqlarının qeydiyyata alınması, sovxoz kolkozların əmlakından çıxılmış eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178 maddəsinə uyğun atasının və ailə üzvünün uzunmüddət istifadsində olmuş torpaq sahəsinin daşınmaz əmlakın reyeyester xidmətində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Azaplı kəndində yerləşən onun atası Abbasov Məhəmməd oğlunun (baza xəritəsiniəlavə edirəm işarələnən ərazi) 0.80 ha zəbt kimi qeyd edildiy, 1981-ci ildə tikilmiş fərdi yaşayış evinin, ona xx.xx.2021-ci ildə təsdiqlənmiş surətini təqdim etdiyi 340 qeydiyyat 503-2/4 inventar nömrəli texniki pasportda və arxiv arayışlaında qeyd oluna 0.55 ha, və həmin ərazidə oğlu X2 adına ayrıca təsərrüfata ayrılmış və sonuncu istifadəçi kimi daimi atasının və ailə üzvlərinin istifadəsində olmuş ümumilikdə 0.67 ha həyatyanı torpaq sahəsinin xüsusi mülkiyyət kimi atasının adına, digər zəbt torpaqlarının 1982-ci ildən bu tərəfə atasının və torpaq islahatı zamanı pay torpağı almaq hüququ olmuş ailə üzvlərinin istifadəsində olmuş sovxoz kolkozların əmlakından çıxılmış eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178 maddəsinə uyğun atasının və və ailə üzvlərinin uzunmüddətli istifadələrində olmuş torpaq sahəsinin Daşınmaz əmlakın reyeyester xidmətində qeydiyyata alınmasını xahiş etmişdir. Lakin cavabdeh bu günə qədər onun müraciətinə cavab verməmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. X1 xx.xx.1922-ci il Tovuzrayonu Azaplı kəndində anadan olmuş 26 aprel 2004-cü ildə vəfat etmişdir. X3 xx.xx.1932-ci ildə anadan olmuş 18 aprel 2018-ci ildə vəfat etmişdir. Tovuz rayon Azaplı kəndində Torpaq islahatı haqqında Azərbaycan Respublikası qanunun tələblərinə uyğun torpaq islahatı keçirilmişdir. Tovuz rayon AİK 28 avqust 1998-ci il 23-№-li iclas protokolundan çıxarışın qərar hissəsindən görünür ki, Bakı fəhləsi sovxozunun Yerli aqrar islahat Komisisyasının özəlləşdiriləcək və bələdiyyə və və dövlət mülkiyyətinə veriləcək torpaqların baş sxemi, Təsərrüfatın fəaliyyətinə xitam verilməsi, Yerliaqrar islahat Komissiyasının yaradılması,özəlləşdiriləcək torpaqların bölgü istiqamətinimüəyyənləşdirilməsi, normadan artıq istifadə olunan həyatyanı sahələrin istifadəsi barədə, püşkatma aktlarının ailələr və qrupların təsdiqi protokollarının , torpaq payı və əlavə torpaq payıalacaq subyektlərin ardıcılığı siyahısı təsdiq edilməsi , hazırlanmış sənədlər Azərbaycan Respublikasının Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqa mülkiyyət, istifadə hüququna dair sənədlərin hazırlanması qeydiyyatı və verilməsi haqqında Əsasnaməyə uyğun olaraq Torpağa mülkiyyət hüquqna dair Dövlət aktının hazırlanması üçün Azərbaycan Respublikası Torpaq komitəsinə göndərilmişdir. Lakin təqdim edilən sənədlər zamanında hazırlanmamış və atam X5 təqdim edilməmişdir. Cavab məktublarındanda görünür ki, Tovuz rayon Azaplı kənd icra nümayəndəliyidə Bayramlı və Azaplı kəndində yaşayanlar pasport qeydiyyatında olanlar torpaq payı və əmlak payıalmaq hüququ olan vətəndaşların siyahısından onların ailəsinə dair siyahıdıda qeydiyyatda olanlar barədə məlumat öz əksini tapmışdır. Azaplı və Bayramlı kəndi bir sovetklikdə birləşdirilmişdir. Qeyd edilən pasport qeydiyyatı siyahısında ailəsinin istifadəsində 1.05 ha torpaq sahəsi qeyd edilmişdir. Arxiv arayışlarından və texniki pasportdanda görünür ki 1948-ci ildən başlayaraq ailəsinin qanuni istifadəsinə 0.79 ha torpaq sahəsi götürmüşdür və bu günə qədərdə həmin torpaq sahəsi istifadələrindədir. Ona məlum olmayan səbəbdən qanuni istifadələrində 0.25 ha həyatyanı torpaq sahəsi göstərilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları”nın təsdiq edilməsi barədə 2010-cu il 27 iyul tarixli 308 nömrəli Azərbaycan Respublikasi Prezidentinin Fərmani icrasi zamani daşınmaz əmlak obyektlərinin vahid dövlət kadastr uçotuna alınması barədə ərizənin verilməsi və ilkin araşdirma işlərinin aparilması zamanı X1nun torpaq üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair verilmiş ərizənin və onun əsasında reyesterə daxil edilən yalnış kadastr məlumatlarının ləğv edilməsi, faktiki olaraq 1953-cü ildən və 1981 -ci ildən ailəsinin istifadəsində olan, üzərində qanuni inşa edilmiş fərdi yaşayış evi mövcud olan 1.05 ha torpaq sahəsinin heç bir hüquqi əsas olmadan bələdiyyə mülkiyyəti kimi qeydiyyata alınması barədə reyestr qeydləri ləğv edilməsi, faktiki sahəsi 1.05 ha olan torpaq sahəsinə dair əvvəllər verilmiş mülkiyyət hüququna dair və əvəzləşdirmə adı altında daimi istifadəyə dair dövlət aktları (hər iki halda) ləğv edilməsi, X1nun 2004-cü ildə vəfat etməsi faktı nəzərə alınaraq, vəfatından sonra — 2005, 2010 və 2014-cü illərdə hüquqi əsas olmadan onun adına aparılmış daşınmaz əmlakın vahid dövlət kadastrı qeydləri, tərtib edilmiş kadastr sənədləri və verilmiş dövlət aktları etibarsız hesab edilməsi ləğv edilməsi, 1960-cı il tarixli arxiv sənədləri ilə təsdiq olunan evin yerləşdiyi 0.25 ha torpaq sahəsi üzərində, reyesterdəki yanlış məlumat (torpaq sahəsidə daxil olmaqla) düzəldilərək, 2007–ci ildə sökülmüş evin yerində tərəfimdən 2011-ci ildə inşa edilmiş yeni evin texniki göstəriciləri və koordinatları daxil edilməsi, 12 avqust 1993-cü il tarixli yerquruluşu aktı ilə atamın faktiki istifadəsində olduğu təsdiq edilmiş 1.05 ha torpaq sahəsi və həmin sahədə yerləşən, 340 qeydiyyat 503-2/4 inventar nömrəli hüquqmüəyyənedici sənəd əsasında 1981-ci ildə inşa edilmiş (lakin qeydiyyata alınmamış) fərdi yaşayış evi üzərində faktiki vərəsəliyi qəbul etmiş varis kimi onun mülkiyyət hüququnun tanınması və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması, ********** reyestr, **********03-10301 reyestr nömrəli texniki pasportda fərdi yaşayış evinin tikilmə tarixinə dair yanlış qeyd düzəldilərək, 2011-ci il kimi qeyd edilməsi, cavabdehin kadastr cizgilərini dəyişdirərək evi "kağız üzərində" mövcud saxlaması və real tikililəri (1981) gizlədilməsi nəticəsində ona dəymiş 7000 AZN maddi və 10000 AZN mənəvi ziyan cavabdeh tərəfindən ona ödənilməsi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı çəkiləcək bütün xərclər və dövlət rüsumları cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş,daha sonra ərizə ünvanlayaraq cavabdehin kadastr cizgilərini dəyişdirərək evi "kağız üzərində" mövcud saxlaması və real tikililəri (1981) gizlədilməsi nəticəsində ona dəymiş 7000 AZN maddi və 10000 AZN mənəvi ziyan cavabdeh tərəfindən mənə ödənilməsinə dair tələbimi geri götürmüş, ərizələr inzibati məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmənin qərardadı ilə cavabdeh qismində iştirak edən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi hüquqi varisi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz olunmuşdur. İddiaçı və cavabdehin nümayəndəsi X15 məhkəmə iclasına gəlmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X15 məhkəmə iclasında iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddihüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. («İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.2, 1.3, 1.4, 2.1, 4.1, 4.2 və 5.1-ci bəndləri). İş materialları ilə müəyyən edilir ki, iddiaçının tələbi üzrə cavabdeh inzibati orqanın onun hansı hüququnu pozması müəyyən edilmir. İlk növbədə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman Tovuz rayonu, Azaflı kəndində yerləşən onun X1nun 0,80 ha zəbt kimi qeyd edildiyi, 1981-ci ildə tikilmiş fərdi yaşayış evinin təsdiqlənmiş surətini əlavə etdiyi 340 qeydiyyat 503-2/4 inventar nömrəli texniki pasportda və arxiv arayışlarında qeyd olunan 0,3598 ha tərtib edilmə əsası texniki pasport olmaqla vahid konturda həmin ərazidə oğlu X2 adına ayrıca təsərrüfata ayrılmış və sonuncu istifadəçi kimi daimi onun atasının və ailə üzvlərinin istifadəsində olmuş ümumilikdə 0,67 ha həyətyanı torpaq sahəsinin xüsusi mülkiyyət kimi X1nun adına, digər zəbt torpaqlarının 1982-ci ildən bu tərəfə onun atasının və torpaq islahatı zamanı pay torpağı almaq hüququ olmuş ailə üzvü olan anasının X6 hüquqlarının qeydiyyata alınması, sovxoz kolxozların əmlakından çıxılmış eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178-ci maddəsinə uyğun onun atasının və ailə üzvünün uzun müddət istifadəsində olmuş torpaq sahəsinin Daşınmaz əmlakın reyestr xidmətində qeydiyyata alınmasını xahiş etmişdir. Hansı ki, cavabdeh inzibati orqan iddiaçıya etdiyi müraciətlərinə qarşı verdiyi cavab məktublarında bildirmişdir ki, Baza məlumatları ilə araşdırma zamanı müəyyən olunmuşdur ki, Tovuz rayonu, Azafiı kəndində aparılmış torpaq islahatı ilə bağlı tərtib edilmiş kompleks yerquruluşu sənədlərində saxlanılan yuxarıda adı çəkilən siyahıda yerli aqrar islahatı komissiyası tərəfindən atanızın adı (ailə üzvləri X9. X11, İddiaçı, X13 və X18) siyahıya daxil edilmiş, qanuni istifadəsində 0.25 ha, zəbt kimi isə 0,80 ha həyətyanı torpaq sahəsi göstərilmişdir. Vətəndaşların qanuni istifadələrində olan həyətyanı torpaq sahələrinin onların mülkiyyətinə verilməsi ilə bağlı yerli aqrar islahatı komissiyası tərəfindən tərtib edilmiş və rayon aqrar islahatı komissiyası tərəfindən təsdiq edilmiş siyahıda atanızın adı ailə üzvləri (X9, X11, İddiaçı, X13, X18, X16. X17 və X10) ilə birlikdə 162-ci sırada qeyd olunmuş və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş bölgü layihəsində ailənizə JN-162A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə 0,30 ha həyətyanı torpaq sahəsi verilmişdir. Buna baxmayaraq iddiaçının tələbi aydın olmamaqla bərabər, müraciəti bir neçə tələbdən ibarətdir və tələbləri üzrə iddiaçının hüquqi marağını və hansı hüququnun pozulduğunu aydın müəyyən etmək mümkün deyildir.( iddiaçı iddia tələbini aydın şəkildə ifadə etmir). Məhkəmə iclası zamanı məhkəmə tərəfindən iddiaçıya tələbinin aydınlaşdırılmasına dair yardım edilsə də, iddiaçı bundan imtina etmişdir. İddiaçı tərəfindən iddia tələbi aydınlaşdırılmamışdır. Odur ki, iddia tələbi mümkün sayılmamalıdır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı ““Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları”nın təsdiq edilməsi barədə 2010-cu il 27 iyul tarixli 308 nömrəli Azərbaycan Respublikasi Prezidentinin Fərmani icrasi zamani daşınmaz əmlak obyektlərinin vahid dövlət kadastr uçotuna alınması barədə ərizənin verilməsi və ilkin araşdirma işlərinin aparilması zamanı X1nun torpaq üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair verilmiş ərizənin və onun əsasında reyesterə daxil edilən yalnış kadastr məlumatlarının ləğv edilməsi, faktiki olaraq 1953-cü ildən və 1981 -ci ildən ailəsinin istifadəsində olan, üzərində qanuni inşa edilmiş fərdi yaşayış evi mövcud olan 1.05 ha torpaq sahəsinin heç bir hüquqi əsas olmadan bələdiyyə mülkiyyəti kimi qeydiyyata alınması barədə reyestr qeydləri ləğv edilməsi, faktiki sahəsi 1.05 ha olan torpaq sahəsinə dair əvvəllər verilmiş mülkiyyət hüququna dair və əvəzləşdirmə adı altında daimi istifadəyə dair dövlət aktları (hər iki halda) ləğv edilməsi, X1nun 2004-cü ildə vəfat etməsi faktı nəzərə alınaraq, vəfatından sonra — 2005, 2010 və 2014-cü illərdə hüquqi əsas olmadan onun adına aparılmış daşınmaz əmlakın vahid dövlət kadastrı qeydləri, tərtib edilmiş kadastr sənədləri və verilmiş dövlət aktları etibarsız hesab edilməsi ləğv edilməsi, 1960-cı il tarixli arxiv sənədləri ilə təsdiq olunan evin yerləşdiyi 0.25 ha torpaq sahəsi üzərində, reyesterdəki yanlış məlumat (torpaq sahəsidə daxil olmaqla) düzəldilərək, 2007–ci ildə sökülmüş evin yerində tərəfimdən 2011-ci ildə inşa edilmiş yeni evin texniki göstəriciləri və koordinatları daxil edilməsi, 12 avqust 1993-cü il tarixli yerquruluşu aktı ilə atamın faktiki istifadəsində olduğu təsdiq edilmiş 1.05 ha torpaq sahəsi və həmin sahədə yerləşən, 340 qeydiyyat 503-2/4 inventar nömrəli hüquqmüəyyənedici sənəd əsasında 1981-ci ildə inşa edilmiş (lakin qeydiyyata alınmamış) fərdi yaşayış evi üzərində faktiki vərəsəliyi qəbul etmiş varis kimi onun mülkiyyət hüququnun tanınması və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması, ********** reyestr, **********03-10301 reyestr nömrəli texniki pasportda fərdi yaşayış evinin tikilmə tarixinə dair yanlış qeyd düzəldilərək, 2011-ci il kimi qeyd edilməsi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı çəkiləcək bütün xərclər və dövlət rüsumları cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar