Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2084/2025 05.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı əmrin ləğvi və işə bərpa tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı cavabdehin xx.xx.2024-cü il tarixli 2856/Ş nömrəli əmrinin onun fövqəladə hallar orqanlarından xaric edilməsi hissəsində ləğv edilməklə onun əvvəlki işinə bərpa edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. 27.07.2022-ci il tarixli ******* nömrəli əmək kitabçasından məlum olur ki, İddiaçı Cavabdeh X3 Xidmətinin xx.xx.2022-ci il tarixli 1023/ş nömrəli əmri ilə Cavabdeh X3 Xidmətində xidmətə qəbul edilmiş və Fövqəladə Hallar nazirinin xx.xx.2024-cü il tarixli 2856/Ş nömrəli əmri ilə “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.10-cu və 33.1.12-ci maddələrinə əsasən fövqəladə hallar orqanlarından xaric edilmişdir.
2. Cavabdeh X3 Xidmətinin xx.xx.2022-ci il tarixli 1023/ş nömrəli əmri ilə İddiaçı Azərbaycan Respublikası Cavabdeh X3 Xidmətinin Göygöl rayon X3 hissəsinin yanğınsöndürmə növbəsinin yanğınsöndürəni vəzifəsinə təyin edilərək 3 (üç) ay sınaq müddəti ilə fövqəladə hallar orqanlarına xidmətə qəbul edilmişdir.
3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat Statistik İnformasiya İdarəsi və Dövlət Təhlükəsizlik Xidmətinin Cinayət məsuliyyətinə cəlb etmə/Məhkumluq barədə xx.xx.2022-ci il tarixli arayışında göstərilmişdir ki, İddiaçı Göygöl Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 70, 152-ci maddələrinə əsasən xx.xx.2024-cü il tarixdən cinayət məsuliyyətinə cəlb edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə xx.xx.2015-ci il tarixli hökm dəyişdirilmiş, CM-in 70-ci maddəsi xaric edilmiş, azadlıqdan məhrum etmə cəzası 1 il 6 ayadək artırılmış, xx.xx.2016-cı il tarixdə AR Milli Məclisin xx.xx.2016-cı il tarixli amnistiya qərarının 1.2-ci bəndinə əsasən əsas cəzadan azad edilmişdir.
4. İddiaçı xx.xx.2024-cü il tarixli izahatında Tərcümeyi halda məhkumluğunun olmasını gizlətməsinin səbəbini onu xidmətə qəbul etməyəcəklərindən qorxması ilə əsaslandırmışdır.
5. Cavabdeh xx.xx.2024-cü il tarixli 2856/Ş nömrəli əmrinə əsasən Nazirliyin X3 Xidmətinin Göygöl rayon şöbəsinin X3 hissəsinin yanğınsöndürəni daxili xidmət çavuşu İddiaçı fövqəladə hallar orqanlarından xaric edilmişdir. Məhkəmədə icraat
6. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Cavabdehnə və Cavabdeh X3 Xidmətinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli № 2856/Ş nömrəli əmrinin onun fövqəladə hallar orqanlarından xaric edilməsi hissəsində ləğv edilməklə əvvəlki işinə bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Tələb onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin X3 Xidmətinin xx.xx.2022-ci il tarixli, № 1023/S nömrəli əmri ilə Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin X3 Xidmətində xidmətə qəbul edilmişdir. Lakin Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin xx.xx.2024-cü il tarixli № 2856/Ş nömrəli əmri ilə fövqaladə hallar orqanlarından xidmətdən xaric edilmişdir. Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin xx.xx.2024-cü il tarixli No 2856/Ş nömrəli əmrində qeyd edilmişdir ki, Fövqaladə hallar orqanlarında xidmətkeçmə haqqında Azərbaycan Respublikası Qanununun 33.1.10-cu və 33.1.12-ci maddələrinə əsasən fövqəladə hallar orqanlarından xaric edilmişdir. Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında Azərbaycan Respublikası Qanununun 33.1.10-cu maddəsində qeyd edlmişdir ki, bu Qanunun 4.5-ci maddəsində göstərilən hal aşkar edildikdə fövqəladə hallar orqanları əməkdaşının xidmət keçməsinə xitam verilir. Həmin Qanunun 33.1.12-ci maddəsində qeyd edilmişdir ki, fövqəladə hallar orqanlarından xaric edildikdə fövqəladə hallar orqanları əməkdaşının xidmət keçməsinə xitam verilir. Həmin Qanunun 4.5-ci maddəsinə əsasən fövqəladə hallar orqanlarına xidmətə qəbul üçün müraciət etmiş şəxsin təqdim etdiyi sənədlərdə bilərəkdən təhrif olunmuş məlumatların qeyd edilməsi həmin şəxsin xidmətə qəbul olunmaması və ya xidmət keçməsinə xitam verilməsi üçün əsasdır. Lakin o, fövqəladə hallar orqanlarına xidmətə qəbul üçün müraciət edərkən təqdim etdiyi sənədlərdə bilərəkdən heç bir təhrif olunmuş məlumat daxil etməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.
8. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Cavabdeh qismində qeyd edilməklə, hazırkı iddia tələbi xx.xx.2024-cü il tarixli 2856/Ş nömrəli əmrinin onun fövqəladə hallar orqanlarından xaric edilməsi hissəsində ləğv edilməklə əvvəlki işinə bərpa edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması tələbinə dəyişdirilmişdir. II. İddianın növü və mümkünlüyü
9. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş və iddia düzgün cavabdehə qarşı verilmişdir.
10. Hazırkı iddia İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir.
11. İPM-in 2.2-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia).
12. İPM-ə görə: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Maddə 8.1.3. İnzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır
13. Məhkəmə qeyd edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğundan həmin növ iddianın xüsusi mümkünlük şərti kimi İnzibati-Prosessual Məcəllənin 38-ci maddəsinə əsasən iddia müddətinə dair şərt ödənilmişdir. Belə ki, mübahisələndirilən əmr xx.xx.2024-cü il tarixdə qəbul edilmiş, iddiaçı hazırki iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün nəzərdə tutulmuş prosessual müddət ötürülmüməmişdir.
14. Hazırki mübahisə iddiaçı ilə cavabdeh inzibati orqan arasında əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı olduğundan və iddiaçının xidməti yaşayış sahəsi olmadığından, hazırkı işə iddiaçının yaşayış yeri üzrə baxılır. İddiaçının yaşayış yeri olan Göygöl rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
15. Məhkəmə hesab edir ki, iddia ərazi aidiyyəti üzrə düzgün verilmişdir və ona Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
16. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. III.Prosessual məsələlər
17. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
18. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı isə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
19. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
20. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.
21. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. V. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
22. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - 27.07.2022-ci il tarixli ******* nömrəli əmək kitabçası; - Cavabdeh X3 Xidmətinin xx.xx.2022-ci il tarixli 1023/ş nömrəli əmri; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat Statistik İnformasiya İdarəsi və Dövlət Təhlükəsizlik Xidmətinin Cinayət məsuliyyətinə cəlb etmə/Məhlumluq barədə xx.xx.2022-ci il tarixli arayışı; - İddiaçı xx.xx.2024-cü il tarixli izahatı; - Fövqəladə Hallar nazirinin xx.xx.2024-cü il tarixli 2856/Ş nömrəli əmri; - Məhkəmənin sorğusu əsasında əldə edilmiş İddiaçı barəsində toplanmış icraat materiallarına dair sənədlər.
Əsaslandırma hissəsi:
VI. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
23. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsalıdır və təmin edilməlidir.
24. Məhkəmə araşdırmaları nəticəsində iş materialları və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh X3 Xidmətinin xx.xx.2022-ci il tarixli 1023/ş nömrəli əmri ilə Cavabdeh X3 Xidmətində xidmətə qəbul edilmişdir. Daha sonra Daxili Təhlükəsizlik Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-18/3-16-2843/2024 nömrəli təqriri əsasında İddiaçı barəsində inzibati icraat başlanılmış və Fövqəladə Hallar nazirinin xx.xx.2024-cü il tarixli 2856/Ş nömrəli əmrlə “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.10-cu və 33.1.12-ci maddələrinə əsasən fövqəladə hallar orqanlarından xaric edilmişdir.
25. Məhkəmə aşağıda qeyd olunanlara əsasən iddia tələbini qanunsuz və əsassız hesab edir.
26. Belə ki, İddiaçı fövqəladə hallar orqanlarına xidmətə qəbul zamanı tərcümeyi halda cinayət məsuliyyətinə cəlb edilmədiyini qeyd etmişdir.
27. Halbuki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat Statistik İnformasiya İdarəsi və Dövlət Təhlükəsizlik Xidmətinin Cinayət məsuliyyətinə cəlb etmə/Məhlumluq barədə xx.xx.2022-ci il tarixli arayışında göstərilmişdir ki, İddiaçı Göygöl Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 70, 152-ci maddələrinə əsasən xx.xx.2024-cü il tarixdən cinayıt məsuliyyətinə cəlb edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə xx.xx.2015-ci il tarixli hökm dəyişdirilmiş, CM-in 70-ci maddəsi xaric edilmiş, azadlqıdan məhrum etmə cəzası 1 il 6 ayadək artırılmış, xx.xx.2016-cı il tarixdə AR Milli Məclisin xx.xx.2016-cı il tarixli amnistiya qərarının 1.2-ci bəndinə əsasən əsas cəzadan azad edilmişdir.
28. İddiaçı xx.xx.2024-cü il tarixli izahatında “Tərcümeyi halda məhkumluğunun olmasını gizlətməsinin səbəbini onu xidmətə qəbul etməyəcəklərindən qorxması ilə əsaslandırmışdır.
29. Göründüyü kimi, iddiaçının məhkumluğunun olmasına baxmayaraq, o, xidmətə qəbul zamanı bilərəkdən bu barədə məlumat verməmiş və məhkumluğunu gizlətmişdir .
30. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.10-cu və 33.1.12-ci maddələrinə əsasən fövqəladə hallar orqanlarından xaric edilməsi qanuni və əsaslı olmuşdur.
31. Belə ki, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 4. Fövqəladə hallar orqanlarına xidmətə qəbulun qaydaları və şərtləri 4.5. Fövqəladə hallar orqanlarına xidmətə qəbul üçün müraciət etmiş şəxsin təqdim etdiyi sənədlərdə bilərəkdən təhrif olunmuş məlumatların qeyd edilməsi həmin şəxsin xidmətə qəbul olunmaması və ya xidmət keçməsinə xitam verilməsi üçün əsasdır. Maddə 33. Fövqəladə hallar orqanlarında xidmətkeçməyə xitam verilmənin əsasları 33.1. Fövqəladə hallar orqanları əməkdaşının xidmət keçməsinə aşağıdakı əsaslar olduqda xitam verilir: 33.1.10. bu Qanunun 4.5-ci maddəsində göstərilən hal aşkar edildikdə; 33.1.12. fövqəladə hallar orqanlarından xaric edildikdə;
32. Göründüyü kimi, iddiaçı fövqəladə hallar orqanlarına xidmətə qəbul üçün müraciət etdiyi zaman sənədlərdə bilərəkdən təhrif olunmuş məlumatlar, yəni məhkum olunduğu halda məhkumluğunun olmamasını qeyd etmişdir ki, həmin hal sonradan onun xidmət keçdiyi orqan tərəfindən aşkar edilərək, bu əsasla xidmət keçməsinə xitam verilmişdir.
33. Beləliklə qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunacaq maddi hüquq normalarına əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının xidmətdən xaric olunmasına dair əmr qanuni əsaslarla verildiyindən, iddia təmin edilməməlidir.
34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir.
Nəticəvi hissə:
30. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva
AZƏRBAYCAN RESPUBLİKASİ GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ AZ 2012, Gəncə şəhəri, H.Əliyev pr., 105. Tel: (+99422) 265-11-18; Fax: (+99422) ***-**-** www.ganjaadministrativecourt.gov.az Elektron ünvan
2-1(114)-2084/2025 xx.xx.2025-ci il
İddiaçı: İddiaçı Ünvan: Göygöl rayonu, Topalhəsənli kəndi
Cavabdeh: Azərbaycan Respublikası Cavabdehnə Ünvan: Bakı şəhəri, M.Müşfiq küçəsi, 501-ci məhəllə
Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-2084/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qərarı məlumat üçün üçün Sizə göndərilir.
Qoşma: qərarın surəti – 07 vərəqdə.
Hakim Gülşən Əliyeva
Şifahi məhkəmə baxışı iclasının protokolu İş № 2-1(114)-2084/2025 05 iyun 2025-ci il Gəncə şəhəri Gəncə İnzibati Məhkəməsi Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı cavabdehin xx.xx.2024-cü il tarixli 2856/Ş nömrəli əmrinin onun fövqəladə hallar orqanlarından xaric edilməsi hissəsində ləğv edilməklə onun əvvəlki işinə bərpa edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxılır. Şifahi məhkəmə baxışı iclası 10:00-da açılır. Sədrlik edən məhkəmə iclasını açır və məhkəmədə baxılmalı olan işi elan edir. Sədrlik edən məhkəmə iclas katibinə məruzə üçün söz verir. Məhkəmə iclas katibi məruzə edərək bildirir ki, iş üzrə tərəflərə şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə məlumat verilmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı isə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Sədrlik edən əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsinin şəxsiyyətinin müəyyən edildiyini və səlahiyyətinin yoxlanıldığını bildirir. Sədrlik edən məhkəmədə tətbiq olunan “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəmə iclasının fasiləsiz video-audio yazısının aparıldığını elan edir və proses iştirakçılarının məhkəmə iclasının video-audio yazısı ilə tanış olmaq hüquqlarının olduğunu izah edir. Sədrlik edən şifahi məhkəmə baxışı iclasının iddiaçının iştirakı olmadan keçirilməsi ilə bağlı proses iştirakçısının fikrini soruşur. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirir. Sədrlik edən yerində müşavirə edərək qərara aldı ki, şifahi məhkəmə baxışı iclası iddiaçının iştirakı olmadan keçirilsin. Sədrlik edən İPM-in 63.2-ci maddəsinə müvafiq olaraq mübahisənin mahiyyətini ümumi şəkildə izah edir. Sədrlik edən İPM-in 63.3-cü maddəsinə müvafiq olaraq vəsatət vermək, öz tələblərini və ya vəsatətlərini əsaslandırmaq üçün proses iştirakçısına söz verir. Sübut və vəsatət daxil olmadı. Sədrlik edən cavabdehin nümayəndəsinə mübahisə ilə bağlı izahat vermək üçün söz verir. Cavabdehin nümayəndəsi X1 izahatı: İddia tələbinə etiraz edirəm və iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş edirəm. Sədrlik edən iş materiallarında olan sübutları tədqiq edərək, elan edir və proses iştirakçısın bu barədə mövqeyini öyrənir. İş materiallarında olan sübutların tədqiqi ilə bağlı tərəfin hər hansı bir mülahizəsi olmadı. Sədrlik edən proses iştirakçısından məhkəmə tədqiqatının tamamlanmasına dair əlavə sübut və vəsatətinin olub-olmaması haqqında fikirini soruşur. Cavabdehin nümayəndəsi X2 başqa sübut və vəsatətinin olmadığını bildirir. Sədrlik edən məhkəmə tədqiqatının tamamlandığını və çıxışlara başlanıldığını bildirir. Sədrlik edən çıxış üçün proses iştirakçısına söz verir. Cavabdehin nümayəndəsi X2: iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş edirəm. Sədrlik edən işdəki sənədləri nəzərdən keçirib müşavirə otağına gedir. Sədrlik edən müşavirədən qayıdır və qərarı elan edir. Sədrlik edən proses iştirakçısına qərardan şikayət vermə qaydası və müddətini, protokolla tanış olub ona dair qeydlər verə bilmək hüququnu izah edir. Sədrlik edən şifahi məhkəmə baxışı iclasını bağlı elan edir. İclas saat 10:10-da qurtarır. Protokol xx.xx.2025-ci il tarixdə tərtib edildi.
Sədrlik edən Gülşən Əliyeva Katib Elvin Kərimov