Məhkəmə qərarları › İş №2-1(114)-2087/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2087/2025

11.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2087/2025 11.03.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyuması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o ailəsi ilə (mərhum ata, ana, bacı və qardaşı ilə) birlikdə Kəlbəcər rayonundan məcburi köçkün düşdükdən sonra bir müddət Bakı şəhərində məskunlaşmışdır. Bundan sonra xx.xx.1994-cü il tarixdə atası X22 uzun sürən ankoloji xəstəlikdən vəfat etmişdir. İddiaçı mərhum atasının adına verilmiş xx.xx.1995-ci il tarixli, İİ-ЖГ 425498 nömrəli ölüm haqqında şəhadətnaməni atasının ölümündən təxminən 1 ildən artıq müddətdən sonra almışdır. Daha sonra o Tərtər rayonunda məskunlaşmış və hal-hazırda da Tərtər rayonunda yaşayır. İddiaçının anası xx.xx.1956-cı il tarixdə Goranboy rayonunun Xanqərvənd kəndində anadan olmuş X6 xx.xx.1998-ci il tarixdə 53711 nömrəli məcburi köçkün vəsiqəsi verilmişdir. Bundan sonra qardaşı X13 xx.xx.2010-cu il tarixdə AA221133 nömrəli məcburi köçkün vəsiqəsi verilmişdir. Həmçinin digər ailə üzvlərinində məcburi köçkün vəsiqələri var. İddiaçı övladlarının gələcəkdə ali məktəblərdə ödənişsiz təhsil almalarını nəzərə alaraq 2023-cü ilin əvvəllərindən özünə məcburi köçkün vəsiqəsi almaq üçün sənədlər toplamağa başlamış, lakin Kəlbəcər rayon İcra Hakimiyyətindən tələb olunan məktubu ala bilməmişdir. X12 1993-2006-cı illəri əhatə edən dövrlərdə Kəlbəcər rayonunun adlı siyahısında adı aşkar edilməmişdir. Daha sonra Kəlbəcər rayon İcra Hakimiyyətinin məsul şəxsləri iddiaçıya izah etmişlər ki, Kəlbəcər rayon Polis şöbəsindən və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsindən zəruri olan sənədləri aldıqdan sonra müraciətinə yenidən baxılacaqdır. Kəlbəcər rayon Polis şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-13-85/2-H-65xx/xx/2024 nömrəli arayışda qeyd edilmişdir ki, iddiaçının vəfat etmiş atasının Kəlbəcər rayonunda pasport qeydiyyatında olubolmaması barədə Kəlbəcər RPŞ-nə yazmış olduğu ərizəsinə əsasən, DİN-nin BPQ və Miqrasiya İdarəsinin MAPS-üzrə sorğu verilmişdir. Sorğuya cavab olaraq iddaçının vəfat etmiş atası X12 ölkə ərazisində qeydiyyatı barədə məlumat müəyyən edilməmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 343-32/2-537/24 nömrəli məktubda qeyd edilmişdir ki, 1993-cü ilin aprel ayında ermənilər tərəfindən Kəlbəcər rayonun işğalı ilə əlaqədar, keçmiş Kəlbəcər rayon hərbi komissarlığına aid qeydiyyat və arxiv sənədləri işğal ərazisində qalmışdır. İşğaldan sonra şöbədə hərbi vəzifəlilərin qeydiyyata bərpa işləri aparılmışdır. X22 xx.xx.1994-cü il tarixdə vəfat etdiyi üçün SHXÇDX-nin Kəlbəcər rayon şöbəsində hərbi vəzifəlilərin qeydiyyatından silinmişdir. İddiaçı hesab edir ki, hər iki məktubun əlaqəli təhlilindən belə qənaətə gəlmək olur ki, işğaldan əvvəl onun mərhum atası X3 rayonunda qeydiyyatı olmuşdur. Belə olduğu halda da, xx.xx.1994-cü il tarixdə vəfat etdiyi üçün SHXÇDX-nin Kəlbəcər rayon şöbəsində hərbi vəzifəlilərin qeydiyyatından silinmişdir. İddiaçı daha sonra məcburi köçkün vəsiqəsinin verilməsi üçün Qaçqınların və X11 üzrə Dövlət Komitəsinə müraciət etmiş, lakin cavabdeh orqan xx.xx.2024-cü il tarixli, 3-36-3/2-H-94xx-xx/2024/9253 nömrəli məktubla ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina etmişdir. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş və iddia tələbi əsassız olduğu üçün rədd edilməsi xahiş edilmişdir. Etirazda göstərilmişdir ki, İddiaçı sözügedən iddia tələbi tam əsassız və qanunsuz olduğundan, həmçinin, heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, iddiaçının “məcburi köçkün vəsiqəsinin yenilənməsi barədə Komitəyə daxil olmuş müraciəti Komitənin cavab məktubu ilə cavablandırılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın tələblərinə uyğun olaraq iddiaçı mərhum atasının 1993-cü ildə Kəlbəcər rayonundan məcburi köçkün düşməsini və işğala qədər Kəlbəcər rayonunda daimi pasport və ya hərbi qeydiyyatda olduğunu təsdiq edən arayışları Komitənin Regional idarəetmə və status sektoruna təqdim edə bilmədiyindən ona məcburi köçkün statusunun verilməsi imkan xaricindədir. İddiaçı iddia ərizəsindən də göründüyü kimi Kəlbəcər Rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş arayışda iddiaçının mərhum atası X12 1993- 1996-cı illəri əhatə edən dövrlərdə Kəlbəcər rayon sakinlərinin adlı siyahısında adı aşkar edilmədiyi bildirilmişdir. Həmçinin, Kəlbəcər Rayon Polis İdarəsinin iddiaçının ərizəsinə cavab məktubunda bildirilmişdir ki, X12 ölkə ərazisində qeydiyyatı barədə məlumat müəyyən edilməmişdir. Göründüyü kimi iddiaçı mərhum atasına dair tələb edilən sənədləri (1993-cü ildə Kəlbəcər rayonundan məcburi köçkün düşməsini və işğala qədər Kəlbəcər rayonunda daimi pasport və ya hərbi qeydiyyatda olduğunu təsdiq edən arayışları) Komitəyə təqdim edə bilmədiyindən Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın 2.6-cı bəndinə əsasən, ona yeni məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. Belə ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 2.6-cı bəndinə əsasən, “Məcburi köçkün” statusu verilməsi haqqında ərizə təqdim edən, lakin özü barəsində məlumat, tələb edilən sənədləri verməkdən imtina edən və ya status verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verən şəxsə “məcburi köçkün” statusu verilməsindən imtina edilir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə gəlməmələrinin üzrlü olması və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. İşin halları xx.xx.1976-cı il tarixli AЗ 304613 №-li Evlənmək haqqında Şəhadətnaməyə əsasən, X22 ilə X5 aralarında xx.xx.1976-ci il tarixdə nikah bağlanmış, ərə və arvada Həşimov(a) soyadı verilmişdir. xx.xx.1981-ci il tarixli Vİİİ-ЖГ 306050 №-li Doğum haqqında Şəhadətnaməyə əsasən, İddiaçı xx.xx.1981-ci il tarixdə Kəlbəcər rayonu, Qılınclı kəndində doğulmuşdur. “Atası” qrafasında X22, “anası” qrafasında X9 göstərilmişdir. xx.xx.1991-ci il tarixli XV-ЖГ 415324 №-li Doğum haqqında Şəhadətnaməyə əsasən, X23 xx.xx.1991-ci il tarixdə Kəlbəcər rayonu, Qılınclı kəndində doğulmuşdur. “Atası” qrafasında X22, “anası” qrafasında X9 göstərilmişdir. xx.xx.1995-ci il tarixli, İİ-ЖГ 425498 Ölüm haqqında Şəhadətnaməyə əsasən, X22 xx.xx.1994-cü ildə ölmüşdür. Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsi tərəfindən X6 xx.xx.1998-ci il tarixdə 53711 №-li məcburi köçkün vəsiqəsi verilmişdir. xx.xx.1999-cu il tarixli AO ******* nömrəli hərbi biletə əsasən, həmin hərbi bilet X14 Azərbaycan Respublikası Kəlbəcər rayon hərbi komissarlığı tərəfindən verilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsi tərəfindən X13 xx.xx.2010-cu il tarixdə 221133 №-li məcburi köçkün vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin xx.xx.2024-cü i tarixli, məktubundan görünür ki, aprel 1993-cü il ermənilər tərəfindən Kəlbəcər rayonunun işğalı ilə əlaqədar, keçmiş Kəlbəcər rayon hərbi komissarlığına aid qeydiyyat və arxiv sənədləri işğal ərazisində qalmışdır. İşğaldan sonra şöbədə hərbi vəzifəlilərin qeydiyyatının bərpa işi aparılmışdır. X22 xx.xx.1994-cü il tarixdə vəfat etdiyi üçün SHXÇDX-nin Kəlbəcər rayon şöbəsində hərbi vəzifəlilərin qeydiyyatından silinmişdir. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli, 1/13-1658-83 nömrəli arayışına əsasən, X9 xx.xx.2001-ci il tarixdən Kəlbəcər rayonu, Qılınclı kəndində qeydiyyatdadır. Onun həyat yoldaşı X21 xx.xx.1994-cü il tarixdə vəfat etdiyi üçün arxivdə məlumat yoxdur. Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Qılınclı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışına əsasən, X9 məcburi köçkündür. Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Qılınclı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2021-2025-ci illərə dair 05 saylı təsərrüfatbaşına kitabın 047-ci səhifəsində 318 nömrəli şəxsi hesabla Qılınclı kəndində daimi qeydiyyatdadır. Hal-hazırda məcburi köçkün kimi Tərtər şəhəri, Narçılıq qəsəbəsində müvəqqəti olaraq məskunlaşmışdır. Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı Aparatının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, mərhum X12 məcburi köçkün düşməsi ilə bağlı 1993-2006-cı illəri əhatə edən dövrlərdə Kəlbəcər rayonunun adlı siyahısında adı aşkar edilməmişdir. Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsi Tərtər Rayon Mənzil-Kommunal İstismat Sahəsinin xx.xx.2024-cü il tarixli 422 nömrəli arayışına əsasən, İddiaçı həqiqətən Kəlbəcər rayonu, Qılınclı kəndindən məcburi köçkündür. Tərtər rayonu, Yeni qəsəbə, bina 04, mənzil 11-də müvəqqəti qeydiyyatdadır. Kəlbəcər rayon Polis şöbəsinin xx.xx.2024-cü i tarixli arayışına əsasən, xx.xx.1994cü il tarixdə vəfat etmiş X12 ölkə ərazisində qeydiyyatı barədə məlumat müəyyən edilməmişdir. Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın tələblərinə uyğun olaraq İddiaçı mərhum atasının 1993-cü ildə Kəlbəcər rayonundan məcburi köçkün düşməsini və işğala qədər Kəlbəcər rayonunda daimi pasport və ya hərbi qeydiyyatda olduğunu təsdiq edən arayışları Komitənin Regional idarəetmə və status şöbəsinin status sektoruna təqdim edə bilmədiyindən ona məcburi köçkün statusunun verilməsi imkan xaricindədir. Kəlbəcər rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 85 nömrəli arayışına əsasən, Həşimov X16 Rayon İcra Hakimiyyəti başçısının Qılınclı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1991-1995-ci illəri əhatə edən 02 saylı Təsərrüfatbaşına kitabda, 25 saylı şəxsi hesab nömrəsi olan ailə başçısı - nənəsi X10 ailə tərkibində, 4-cü sütünda məcburi köçkün kimi daimi qeydiyyatda olmuşdur. Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı, X1 məcburi köçkünlərin elektron bazasında Kəlbəcər rayonundan məcburi köçkün kimi qeydiyyatdadırlar. X20 idarəetmə və status şöbəsinin 2007-2024-cü illəri əhatə edən elektron məlumat bazasında onlara məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsi barədə qeyd aşkar edilməmişdir. X4 rayonundan məcburi köçkündür. “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışlardan görünür ki, İddiaçı və anası X2 rayonu, Qılınclı kəndində qeydiyyatdadır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1 . Bu Qanunda istifadə edilən əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 №-li qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. İV. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara. Məhkəmənin mövqeyi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, iş üzrə tərəfi dinləyərək, həmçinin vahid məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. İşin hallarından görünür ki, İddiaçı, anası X9 və qardaşı X4 rayonu, Qılınclı kəndində qeydiyyatdadırlar. Yalnız iddiaçının atası X22 xx.xx.1994-cü ildə öldüyü üçün onun qeydiyyatının müəyyənləşdirilməsi mümkün olmamışdır. Qeyd olunan şəxslər Kəlbəcər rayonundan məcburi köçkün düşmüşlər. Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsi tərəfindən iddiaçının anası X6 və qardaşı X13 məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilmiş, lakin iddiaçıya atasının qeydiyyatının müəyyən edilməsinin mümkün olmaması ilə əlaqədar olaraq ona məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir. Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 №-li qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalarının 4.1.6-cı maddəsinə görə, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. İddiaçı hazırkı iddia tələbi ilə, anasının, qardaşının Kəlbəcər rayonu, Qılınclı kəndində qeydiyyatda olmaqla məcburi köçkün, özünün də Kəlbəcər rayonu, Qılınclı kəndində qeydiyyatda olmasını nəzərə alaraq ona məcburi köçkün vəsiqəsinin verilməsini xahiş edir. Cavabdeh inzibati orqan Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsi İddiaçı mərhum atasının 1993-cü ildə Kəlbəcər rayonundan məcburi köçkün düşməsini və işğala qədər Kəlbəcər rayonunda daimi pasport və ya hərbi qeydiyyatda olduğunu təsdiq edən arayışları təqdim edə bilmədiyindən İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsindən imtina etmişdir. İş materiallarından görünür ki, iddiaçının anası və qardaşı Kəlbəcər rayonu, Qılınclı kəndində qeydiyyatdadır və onlara cavabdeh orqan tərəfindən Kəlbəcər rayonundan məcburi köçkün düşmələrinə dair vəsiqə verilmişdir. İddiaçı özü də Kəlbəcər rayonu, Qılınclı kəndində qeydiyyatdadır. Ona görə də məhkəmə cavabdehin imtinasını qanunsuz hesab edir. Məhkəmə əvvəla qeyd edir ki, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalarda göstərilən məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi üçün nəzərdə tutulan “valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan uşaqlara” tələbi Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmamışdır. Halbuki Azərbaycan Respublikasının Konstitusiyasının və Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun tələbinə görə Qaydalar Qanuna uyğun olmalı, Qanunun normaları ilə ziddiyyət yaradan hüquq normaları nəzərdə tutulmamalıdır. Digər tərəfdən Qaydalarda göstərilən məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi üçün nəzərdə tutulan “valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan uşaqlara” tələbi hüquq və azadlıqların məhdudlaşdırılmasına gətirib çıxarır. Bu məhdudiyyət isə hüquqa müdaxilə ilə bağlı qanunilik prinsipinə uyğun deyil. Həmçinin iddiaçının qeydiyyatda olduğu yer Kəlbəcər rayonu, Qılınclı kəndi 2024-cü ilin 1 may tarixindən Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanununun 14-cü maddəsinə və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən məcburi köçkün statusunun ləğv edildiyi və sosial müdafiə tədbirlərinin verilməsinin dayandırıldığı rayon və kəndlərin siyahısında olmadığından, hazırda iddiaçıya məcburi köçkün statusunun verilməsi mümkündür. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı “məcburi köçkün” statusu və vəsiqəsinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin üzərinə qoyulmalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. İddiaçı “məcburi köçkün” statusu və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar