Məhkəmə qərarları › İş №2-1(114)-2092/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2092/2022

23.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2092/2022 23.11.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı oğlunun və onun vəkili X3, Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi 193 saylı Hərbi Hissənin etibarnamə nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi 193 saylı Hərbi Hissəyə qarşı əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh 3-cü Ordu Korpusuna (üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi) qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək 3-cü Ordu Korpus komandirinin 26 aprel 2022-ci il tarixli, 035 nömrəli əmrinin ləğv edilərək, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. Bundan sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissə komandirinin 26 aprel 2022-ci il tarixli, N əç nömrəli əmrinin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1992-ci il tarixdə Samux rayonu, Qovlarsarı kəndində doğulmuşdur. xx.xx.2010-cu il tarixdə müddətli həqiqi hərbi xidmətə çağırılaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət keçmişdir. xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2012-ci il tarixli, 342 nömrəli əmri əsasında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. xx.xx.2020-ci il tarixdə mexanik-sürücü kimi N saylı hərbi hissədə işə başlamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissənin komandirinin 26 aprel 2022-ci il tarixli, 035 nömrəli əmrinə əsasən işdən çıxarılmışdır. Onun xx.xx.2022-ci il tarixə kimi adı işdə gedibdir. xx.xx.2022-ci il tarixdə hansı əsasla işdən çıxması bu günədək ona qaranlıqdır. İşdən çıxarılması qanunsuz və əsassızdır. Ona görə də, məhkəmə müdafiəsi hüququndan istifadə edərək məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. İş üzrə şifahi məhkəmə baxışı iclası 23 noyabr 2022-ci il tarixə təyin edilmişdir. İddiaçı və onun vəkili X6 şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi 193 saylı Hərbi Hissənin etibarnamə nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər İddiaçı, 03 iyul 2010-cu il tarixdə Samux rayon SHXÇDX tərəfindən hərbi xidmətə çağırılmış, xx.xx.2021-ci il tarixdə N nömrəli hərbi hissənin 2-ci tank taborun, tank bölüyünün tank taqımının mexanik-sürücüsü vəzifəsinə təyin edilmişdir. İddiaçı və onunla birlikdə 11 nəfər müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə daxil olarkən təqdim etdikləri sənədlərdə təhrif edilmiş məlumatlar qeyd edərək özünün və ya yaxın qohumlarının məhkum olunmalarını gizlətmişlər. Daxili Təhlükəsizlik İdarəsində keçirilən xüsusi yoxlama zamanı bu aşkar edilmiş və bu barədə Quru Qoşunlarına məlumat verilmişdir. X4 xx.xx.2022-ci il tarixli, 116 nömrəli əmri ilə həmin hərbi qulluqçuların ehtiyta buraxılmalarına dair tədbir görülməsi üçün birləşmə komandirlərinə göstəriş vermişdir. N nömrəli hərbi hissənin komandanlığı tərəfindən İddiaçı xarakterizə olunarkən qeyd edilmişdir ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər İddiaçı, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək N nömrəli hərbi hissənin 2-ci tank taborun, tank bölüyünün tank taqımının mexaniksürücüsü vəzifəsində xidmət etmişdir. Xidmət etdiyi müddət ərzində özünü bacarıqlı, funksional vəzifə borclarını bilən və onların öhdəsindən layiqincə gələn bir hərbi qulluqçu kimi tanıtmışdır. Peşəkar bilik səviyyəsinin artırılması üzrə öz üzərində çalışqanlığı qənaətbəxş olmuşdur. İşinə tənqidi yanaşma qabiliyyətinə malikdir. Sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər İddiaçı xx.xx.2021-ci il tarixdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi hərbi xidmətə daxil olarkən təqdim etdiyi sənədlərdə təhrif edilmiş məlumatlar verdiyinə görə N nömrəli hərbi hissə komandiri polkovnik-leytenant Elman Mikayılovun vəsatəti əsasında "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinin “z” bəndinə (bağlaşma ləğv edilərək) əsasən Silahlı Qüvvələrdən ehtiyata buraxılması haqqında qərar qəbul edilmişdir. N nömrəli hərbi hissə komandirinin N əç nömrəli, 26 aprel 2022-ci il tarixli əmri ilə "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinin "z" bəndinə (bağlaşma ləğv edilərək) ehtiyata buraxılmışdır. N nömrəli hərbi hissə komandirinin N əç nömrəli, 26 aprel 2022-ci il tarixli əmri ilə "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinin "z" bəndinə (bağlaşma ləğv edilərək) əsasən ehtiyata buraxılması qanunidir və həmin əmrin ləğv edilməsi və əvvəlki xidmətə bərpa edilməsinə dair etirazlarını bildirirlər. Bundan başqa, N nömrəli hərbi hissə komandirinin N əç nömrəli, 26 aprel 2022-ci il tarixli əmri "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanunun 41.0.10-cu bəndinə (bağlaşma ləğv edilərək) əmrin mətni uyğundur. İddiada göstərilənlərə etiraz edirlər və iddianı qəbul etmirlər. Belə ki, N nömrəli hərbi hissə komandirinin N əç nömrəli, 26 aprel 2022-ci il tarixli əmri ləğv edilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, hazırkı iddia tələbi mübahisələndirmə haqında iddia tələbidir və iddia tələbi üzrə ümumi və xüsusi mümkünlük şərtlərinə əməl edilmiş, iddiaçı barəsində qəbul edilmiş əlverişsiz inzibati aktın ləğv edilməsini və onun hüquqi nəticələrinin aradan qaldırılmasını xahiş etmişdir. Mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsinə və dəyişdirilməsinə yönəlməli; 3. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 4. İddia qaldırmaq səlahiyyəti olmalı; 5. iddia qaldırmaq üçün müəyyən edilən müddətə riayət edilməlidir. (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.1, 32.1, 35.1, 38.1 maddələri, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73. maddəsi). Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: - 201 nömrəli Hərbi Hissə komandirinin “Hərbi vəzifəlilərin həqiqi hərbi xidmətə qəbulu zamanı yol verilmiş nöqsanlar və təqsirkar vəzifəli şəxslərin cəzalandırılması haqqında” xx.xx.2022-ci il tarixli, 116 nömrəli əmrinin surətindən görünür ki, tərcümeyi-halında təhrifə yol verərək özünün və yaxın qohumlarının məhkum olunmaları barədə məlumatları gizlətdiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 nömrəli, xx.xx.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 3.9.3-cü bəndini rəhbər tutaraq əsgər İddiaçı, N nömrəli hərbi hissənin 2-ci tank taborunun, tank bölüyünün, tank taqımının mexanik-sürücüsü müqaviləsinə xitam verilməsi üzrə qanunamüvafiq tədbirlər görülməsi və xx.xx.2022-ci il tarixədək məruzə edilməsi əmr edilmişdir. - Təqdimatın təsdiqlənmiş surətindən görünür ki, İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə (bağlaşma ləğv edildiyinə görə) əsasən ehtiyata buraxılması barədə vəsatət qaldırılmışdır. - N nömrəli Hərbi Hissə komandirinin xx.xx.2022-ci il tarixli, N əç nömrəli əmrindən çıxarışdan görünür ki, MAHHXHQ əsgər İddiaçı N nömrəli Hərbi Hissənin 2-ci tank taborunun tank bölüyünün tank taqımının mexanik-sürücüsü “Hərbi vəzifə və hərbi hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinin “z” bəndinə (bağlaşma ləğv edilərək) müvafiq olaraq ehtiyata buraxılmışdır. - N nömrəli Hərbi Hissə komandirinin xx.xx.2022-ci il tarixli, 138 nömrəli əmrindən görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı 2-ci tank taborunun 4-cü tank bölüyünün 1-ci tank taqımının 3-cü tankının mexanik-sürücüsü “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə (bağlaşma ləğv edildiyinə görə) müvafiq olaraq, N nömrəli Hərbi Hissə komandirinin 26 aprel 2022-ci il tarixli, N əç nömrəli əmrinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, 2022-ci ilin növbəti məzuniyyət hesabından 26 (iyirmi altı) təqvim günü müddətinə məzuniyyət verilməklə xx.xx.2022-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmış, qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon şöbəsinə göndərilmişdir. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı 2022-ci ilin fevral ayındakı xidmətinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin 22 nömrəli 19 oktyabr 2017-ci il tarixli qərarının 27-ci maddəsinin bütün tələblərini rəhbər tutaraq birdəfəlik pul mükafatını almağa layiqdir. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı ehtiyata buraxılması ilə əlaqədar 2022-ci il üçün nəzərdə tutulmuş maddi yardım, məzuniyyət pulu ödənilib. İş materiallarına əlavə edilmiş Samux Rayon Polis Şöbəsinin 17 may 2022-ci il tarixli qərarından müəyyən olunur ki, İddiaçı barəsində cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı və onunla birlikdə 11 nəfər müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə daxil olarkən təqdim etdikləri sənədlərdə təhrif edilmiş məlumatlar qeyd edərək özünün və ya yaxın qohumlarının məhkum olunmalarını gizlətmişlər. Daxili Təhlükəsizlik İdarəsində keçirilən xüsusi yoxlama zamanı bu aşkar edilmiş və bu barədə Quru Qoşunlarına məlumat verilmişdir. X4 xx.xx.2022-ci il tarixli, 116 nömrəli əmri ilə həmin hərbi qulluqçuların ehtiyta buraxılmalarına dair tədbir görülməsi üçün birləşmə komandirlərinə göstəriş vermişdir. Sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər İddiaçı xx.xx.2021-ci il tarixdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi hərbi xidmətə daxil olarkən təqdim etdiyi sənədlərdə təhrif edilmiş məlumatlar verdiyinə görə N nömrəli hərbi hissə komandiri polkovnik-leytenant Elman Mikayılovun vəsatəti əsasında "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinin “z” bəndinə (bağlaşma ləğv edilərək) əsasən Silahlı Qüvvələrdən ehtiyata buraxılması haqqında qərar qəbul edilmişdir. N nömrəli hərbi hissə komandirinin N əç nömrəli, 26 aprel 2022-ci il tarixli əmri ilə "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinin "z" bəndinə (bağlaşma ləğv edilərək) ehtiyata buraxılmışdır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: 40.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. 41.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun:

3. maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.

4. maddəsinə əsasən hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş, əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. 30.1 maddəsinə əsasən hərbi qulluqçular hüquq pozuntuları törətmək üstündə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq surətdə məsuliyyət daşıyırlar. Hərbi rütbəsindən və xidmət vəziyyətindən asılı olmayaraq hərbi qulluqçular qanun qarşısında bərabərdirlər. Göründüyü kimi, hazırki iş üzrə İddiaçı hərbi xidmətə uyğun olmadığından, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinin “z” bəndinə (bağlaşma ləğv edildiyinə görə) əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinin tələblərinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinin tələblərinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinin tələblərinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi 193 saylı Hərbi Hissəyə qarşı əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin; 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir.

Nəticəvi h i s s ə:

Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68- 69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi 193 saylı Hərbi Hissəyə qarşı əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar