Məhkəmə qərarları › İş №2-1(114)-2095/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2095/2021

30.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2095/2021 30.09.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Osmanov Usaməddin Hidayət oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı onun 19.09.1975-ci ildən 03.02.1976-cı ilə qədər Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının Bərdə rayon filialının, Bərdə rayon Nəcəfqulubəyli kəndində qarışıq mallar mağazasında müdir-satıcı işləməsi faktının təsdiq edilərək, ona əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə məhkəmənin binasında məhkəmə iclasından kənar baxaraq, müəyyən e t d i m: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına (bundan sonra mətndə iddiaçı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 19.09.1975-ci ildən 03.02.1976-cı ilə qədər Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının Bərdə rayon filialının, Bərdə rayon Nəcəfqulubəyli kəndində qarışıq mallar mağazasında müdir-satıcı işləməsi faktının təsdiq edilərək, ona əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Mübahisənin predmetindən göründüyü kimi iddiaçı 19.09.1975-ci ildən 03.02.1976-cı ilə qədər Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının Bərdə rayon filialının, Bərdə rayon Nəcəfqulubəyli kəndində qarışıq mallar mağazasında müdir-satıcı işləməsi faktının təsdiq edilərək, ona əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə görə həmin Məcəllənin 305-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə ümumi məhkəmələr tərəfindən baxılır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisəyə müvafiq rayon (şəhər) məhkəməsində baxılmalı olduğundan iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- - 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1, 35, 80, 81, 85-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı onun 19.09.1975-ci ildən 03.02.1976-cı ilə qədər Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının Bərdə rayon filialının, Bərdə rayon Nəcəfqulubəyli kəndində qarışıq mallar mağazasında müdir-satıcı işləməsi faktının təsdiq edilərək, ona əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar