Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2096/2024 29.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı reyestr qeydinin ləğv edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2019-cu il tarixdə X7 adına qeydiyyata alınmasına dair **********39-10301 reyestr nömrəli reyestr qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Kirovabad şəhər, kvartal 8, sahə 2, döngə 28, Aprel küçəsi 43 ünvanında yerləşən 750,00 kv.m torpaq sahəsinə dair X9 və X5 adlarına xx.xx.1934-cü il tarixli və xx.xx.1939-cu il tarixli Torpaq qeydləri tərtib edilmişdir. Kirovabad şəhər notariat kontorunun 21,12.1953-cü il tarixli, 136-30986 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməsinə əsasən mülkün 1/2 hissəsinin 1/3 hissəsi X9 adından X5 adına keçmişdir.
2. Kirovabad şəhər, 1-ci döngə, Dəmiryol küçəsində yerləşən 8 saylı fərdi yaşayış evə dair X9 adına “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarlaşdırılmasına və qiymətləndirilməsinə aid” pasport tərtib edilmişdir.
3. Kirovabad şəhər notariat kontorunun xx.xx.1958-ci il tarixli, 10-2K-1366 nömrəli alğı-satqı müqaviləsinə əsasən Kirovabad şəhər, 1-ci döngə, Dəmiryol küçəsində yerləşən 10 saylı fərdi yaşayış evi X1.
4. Kirovabad şəhər, 1-ci döngə, Dəmiryol küçəsində yerləşən 8A saylı fərdi yaşayış evinə dair X8 adına Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarlaşdırılmasına və qiymətləndirilməsinə aid” pasport tərtib edilmişdir.
5. Kirovabad şəhər, 1-ci döngə, Dəmiryol küçəsində yerləşən 8 saylı (Azərbaycan küçəsi, 1-ci döngə, 8) fərdi yaşayış evinə dair X8 adına xx.xx.1987-ci il tarixli texniki pasport tərtib edilmişdir.
6. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(044)- 2119/2014 saylı qətnaməsinə əsasən X15 xx.xx.1958-ci ildə vəfat etmiş X8 qanun üzrə vərəsəsi tanınmış, ünvan 2 ünvanda yerləşən 240,0 kv.m torpaq sahəsində olan - 18, 7 kv.m, 11,3 kv.m, 21,6 kv.m, 17,6 kv.m yaşayış otağından , 26,7 kv.m örtülü eyvandan, 9,7 kv.m-dən ibarət mətbəxdən, 6,4 kv.m və 17,8 kv.m dəhlizdən, 2,4 kv.m mətbəxdən, 8,9 kv.m açıq eyvandan ibarət tikililərə və 240 kv.m torpaq sahəsinə X6 mülkiyyət hüququ tanınmışdır. Həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(104)-136/2015 saylı qətnaməsi ilə ləğv edilərək, yeni qətnamə çıxarılmış və iddia təmin edilərək, ünvan 2 ünvanda yerləşən 240,0 kv.m torpaq sahəsində olan - 18,7 kv.m, 11,3 kv.m, 21,6 kv.m, 17,6 kv.m yaşayış otaqlarından, 26,7 örtülü eyvandan, 9,7 kv.m-dən ibarət mətbəxdən, 6,4 kv.m və 17,8 kv.m dəhlizdən, 2,4 kv.m mətbəxdən, 8,9 kv.m açıq eyvandan ibarət tikililərə və 240 kv.m torpaq sahəsinə X6 mülkiyyət hüququ tanınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(102)-4277/2015 saylı qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(104)-136/2015 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır.
7. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair X6 adına xx.xx.2016- cı il tarixli, ********** qeydiyyat nömrəli, **********39-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evinə dair daşınmaz əmlakın texniki pasportu tərtib edilmişdir.
8. Gəncə şəhəri 1 saylı notariat kontorunun xx.xx.2018-ci il tarixli, 2V-210 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməsinə əsasən X6 vərəsəsi X21 **********39-10301 reyestr nömrəli fərdi yaşayış evindən 1/1 hissəsində pay almışdır.
9. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair X11 adına xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********39-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.
10. Gəncə şəhəri 3 saylı notariat ofisinin xx.xx.2019-cu il tarixli, 4Ə-177 reyestr nömrəli Daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən **********39-10301 reyestr nömrəli fərdi yaşayış evi X11 etibarnamə üzrə nümayəndəsi X31 tərəfindən X2.
11. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair X7 adına xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********39-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.
12. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(043)- 2896/2020 saylı qətnaməsinə əsasən iddiaçı X16 və X17 cavabdehlər X13 və X12 qarşı “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin, alğı-satqı müqaviləsinin, çıxarışın ləğv edilməsi və mülkün əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(104)-1630/2021 nömrəli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-5682/2021 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
13. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-33/2-11020/2023 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 4 ünvanı ilə daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. II. Məhkəmədə icraat
14. İddiaçı cavabdeh Gəncə şəhər 1 saylı Notarius, Gəncə şəhər 3 saylı Notarius, "xxxx" ASC, “Azəriqaz” İB, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun evinin ona qaytarılmasına, saxta yolla alınmış Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən alınmış çıxarışların ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
15. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, qanunsuz olaraq X18 aid olan Azərbaycan küçəsi, 1-ci döngə, ev 8 A-nın sənədlərini mənimsəyərək vərəsəlik imzası olmayaraq həmin 8 A ünvanındakı evi ünvan 5 Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi, Azərişıq, Azəriqaz hamısı birlikdə dələduzluq edərək sənədləri saxtalaşdıraraq Azərbaycan küçəsi 8 və 8A ünvanında yerləşən mülkləri ələ keçiriblər. Əlavə onu da bildirmək istəyir ki, X22 Azərbaycan küçəsi, 1-ci döngə, ev 8 ünvanında qeydiyyatda olaola xəbəri olmadan ata mülkünün X3 sənədlə çıxarışı öz xeyrinə həll etmişdir. Bu barədə onlar Azərbaycan Respublikasının Baş Prokuroruna bildirmişlər.
16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
17. Məhkəmənin hüquqi yardımından sonra İddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə ünvanlayaraq, cavabdeh qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı onun evinin ona qaytarılmasını, saxta yolla alınmış Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən alınmış çıxarışların ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmiş və xx.xx.2024-cü il tarixli qərardadla ərizə icraata qəbul edilmişdir.
18. Məhkəmənin hüquqi yardımından sonra İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2019-cu il tarixdə X7 adına qeydiyyata alınmasına dair **********39-10301 reyestr nömrəli reyestr qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. Prosessual məsələlər
19. İş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir.
20. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
21. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, Kirovabad şəhər, kvartal 8, sahə 2, döngə 28, Aprel küçəsi 43 ünvanında yerləşən 750,00 kv.m torpaq sahəsinə dair X9 və X5 adlarına xx.xx.1934-cü il tarixli və xx.xx.1939-cu il tarixli Torpaq qeydləri tərtib edilmişdir. Kirovabad şəhər notariat kontorunun 21,12.1953-cü il tarixli, 136-30986 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməsinə əsasən mülkün 1/2 hissəsinin 1/3 hissəsi X9 adından X5 adına keçmişdir. Kirovabad şəhər, 1-ci döngə, Dəmiryol küçəsində yerləşən 8 saylı fərdi yaşayış evə dair X9 adına “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarlaşdırılmasına və qiymətləndirilməsinə aid” pasport tərtib edilmişdir. Kirovabad şəhər notariat kontorunun xx.xx.1958-ci il tarixli, 10-2K-1366 nömrəli alğı-satqı müqaviləsinə əsasən Kirovabad şəhər, 1-ci döngə, Dəmiryol küçəsində yerləşən 10 saylı fərdi yaşayış evi X1. Kirovabad şəhər, 1-ci döngə, Dəmiryol küçəsində yerləşən 8A saylı fərdi yaşayış evinə dair X8 adına “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarlaşdırılmasına və qiymətləndirilməsinə aid” pasport tərtib edilmişdir. Kirovabad şəhər, 1-ci döngə, Dəmiryol küçəsində yerləşən 8 saylı (Azərbaycan küçəsi, 1-ci döngə, 8) fərdi yaşayış evinə dair X8 adına xx.xx.1987-ci il tarixli texniki pasport tərtib edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(044)-2119/2014 saylı qətnaməsinə və icra vərəqəsinə əsasən X15 xx.xx.1958-ci ildə vəfat etmiş X8 qanun üzrə vərəsəsi tanınmış, ünvan 2 ünvanda yerləşən 240,0 kv.m torpaq sahəsində olan - 18, 7 kv.m, 11,3 kv.m, 21,6 kv.m, 17,6 kv.m yaşayış otağından , 26,7 kv.m örtülü eyvandan, 9,7 kv.m-dən ibarət mətbəxdən, 6,4 kv.m və 17,8 kv.m dəhlizdən, 2,4 kv.m mətbəxdən, 8,9 kv.m açıq eyvandan ibarət tikililərə və 240 kv.m torpaq sahəsinə X6 mülkiyyət hüququ tanınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(104)-136/2015 saylı qətanməsinə və icra vərəqəsinə əsasən ünvan 2 ünvanda yerləşən 240,0 kv.m torpaq sahəsində olan - 18,7 kv.m, 11,3 kv.m, 21,6 kv.m, 17,6 kv.m yaşayış otaqlarından, 26,7 örtülü eyvandan, 9,7 kv.m-dən ibarət mətbəxdən, 6,4 kv.m və 17,8 kv.m dəhlizdən, 2,4 kv.m mətbəxdən, 8,9 kv.m açıq eyvandan ibarət tikililərə və 240 kv.m torpaq sahəsinə X6 mülkiyyət hüququ tanınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(102)-4277/2015 saylı qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(104)-136/2015 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair X6 adına xx.xx.2016- cı il tarixli, ********** qeydiyyat nömrəli, **********39-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evinə dair daşınmaz əmlakın texniki pasportu tərtib edilmişdir. Gəncə şəhəri, 1 saylı notariat kontorunun xx.xx.2018-ci il tarixli, 2V-210 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməsinə əsasən X6 vərəsəsi X21 **********39-10301 reyestr nömrəli fərdi yaşayış evindən 1/1 hissəsində pay almışdır. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair X11 adına xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********39-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri 3 saylı notariat ofisinin xx.xx.2019-cu il tarixli, 4Ə-177 reyestr nömrəli “Daşınmaz əmlakın alğı-satqı” müqaviləsinə əsasən **********39-10301 reyestr nömrəli fərdi yaşayış evi X11 etibarnamə üzrə nümayəndəsi X31 tərəfindən X2. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair X7 adına xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********39-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(043)-2896/2020 saylı qətnaməsinə əsasən iddiaçı X16 və X17 cavabdehlər X13 və X12 qarşı “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin, alğı-satqı müqaviləsinin, çıxarışın ləğv edilməsi və mülkün əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)- 5682/2021 saylı qərarına əsasən iddiaçılar X23 və X24 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. İddiaçının iddia tələbi ilə eyni məzmunlu müraciəti 3 saylı Gəncə Ərazi İdarəsinə daxil olmamışdır. Bununla yanaşı iddiaçının onun evinin ona qaytarılması, saxta yolla alınmış Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən alınmış çıxarışın ləğv olunması iddiası üzrə dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi tələbi irəli sürülsə də bununla bağlı mötəbər sübut təqdim edilməmişdir, eyni zamanda iddiaçı hər hansı bir qanuna söykənməmişdir. Qeyd edirik ki, X7 hüquqları həm də daşınmaz əmlakın dövlət reyestrinin tamamlığı və həqiqiliyi prezumpsiyasına əsasən müdafiə olunmalıdır. Buna görə də mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi üçün də heç bir əsas yoxdur. Göründüyü kimi, iddiaçılar öncədən iddia tələbində nəzərdə tutan ərizə ilə inzibati orqana müraciət etməli və nəticə əldə olunmadığı təqdirdə müvafiq inzibati məhkəməyə müraciət etməlidir. Hazırki iddiaçılar Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsində göstərilən şərtlərə riayət etməmişdir. Belə olan halda hesab edirik ki, iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır.
22. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, o, sözügedən evi X20 pul ödəyərək 2017-ci ildə ondan satın almış, lakin rəsmi alğı-satqı müqaviləsi bağlamamışlar. Həmin vaxtdan ailəsi ilə birlikdə orada yaşayır.
24. Cavabdehin nümayəndəsi X14 məhkəmə iclasında yazılı etirazda göstərilənləri müdafiə edərək, iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmasını xahiş etmişdir.
Əsaslandırma hissəsi:
25. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
26. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. Bənd 12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Bənd 17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
27. İddia ərizəsindən məlum olur ki, iddiaçı tələbində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2019-cu il tarixdə X7 adına qeydiyyata alınmasına dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsində aparılmış **********39-10301 reyestr nömrəli reyestr qeydinin ləğv olunmasını xahiş etmişdir.
28. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib- etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.
29. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun (bundan sonra «İnzibati icraat haqqında» Qanununun) 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir.
30. Məhkəmə qeyd edir ki, inzibati məhkəmələr inzibati icraat baxımından «İnzibati icraat haqqında» Qanununun şamil olunduğu, yəni Qanunun 1.1 və 1.2-ci maddələrinin tətbiq dairəsinə aid bütün işlər üzrə səlahiyyətlidir. Bu isə o deməkdir ki, bu zaman ya «İnzibati icraat haqqında» Qanununun 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati aktlar, ya da «İnzibati icraat haqqında» Qanununun 1.2-ci maddəsində nəzərdə tutulmuş mənada faktiki xarakterli hərəkətlər olmalıdır.
31. İnzibati hüquqi akt qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir.
32. “İnzibati icraat haqqında” Qanununda “inzibati akt” anlayışı özündə yalnız fərdi aktları ehtiva edir. Belə ki, Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.
33. Göstərilən maddənin mahiyyətini təhlil edərək belə nəticəyə gəlmək olar ki, inzibati akt inzibati orqan tərəfindən qəbul edilməli, ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı, ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı və hakimiyyət tədbiri olması əlamətləri ilə səciyyələnir. Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli qərarı).
34. Alğı-satqı müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyata dair reyestr qeydinin ləğvi ilə bağlı məhkəmə qeyd edir ki, həmin qeydiyyat mülki-hüquqi əqdlərin (alğı-satqı müqaviləsi) əsasında aparıldığı üçün bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquqmüəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli Qərarı ilə müəyyən edilmiş hüquqi mövqeyə görə əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır.
36. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarına görə: Bənd 17. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alğı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər.
37. Göründüyü kimi, reyestrdə aparılmış qeydin mübahisələndirilməsi o zaman inzibati məhkəmədə mümkündür ki, reyestrdəki qeydiyyat inzibati akt əsasında aparılmış və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etmiş olsun, və yaxud reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparıldığ zaman, yəni inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsi olmuş olsun.
38. Beləliklə, hazırkı işdə isə iddiaçının ləğv edilməsini xahiş etdiyi reyestr qeydi mülki-hüquqi əqd olan alğı-satqı müqaviləsi əsasında verildiyindən, həm alğı-satqı müqaviləsinin və həm də müqavilə əsasında verilmiş çıxarışın (reyestrdə aparılmış qeydiyyatın) ləğvi tələbinə dair işin məhkəmə aidiyyatı mülki məhkəmə icraatı qaydasında baxan rayon (şəhər) məhkəməsinə aiddir.
39. Məhkəmə qeyd edir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüququ, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüququ münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüququ şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir.
40. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatına zəmanət yaradan şərtlərdən biri olduğundan, qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə, məhkəmə aidiyyəti məsələsində qeyri-müəyyənlik yaranmış olur, bu isə məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında ciddi maneələr yarada və şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər.
41. Məhkəmə onu da qeyd edir ki, hazırkı tələbin inzibati icraat qaydasında baxılması mümkün olsaydı belə, yenə də İddiaçı sözügedən evə dair hər hansı hüquqlarının olması və mübahisələndiriıən reyestr qeydinin aparılması ilə hüququna müdaxilə müəyyən edilmir. Yəni, onun hazırkı iddia ilə çıxış etməyə də subyektiv hüququ yoxdur.
42. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2019-cu il tarixdə X7 adına qeydiyyata alınmasına dair **********39-10301 reyestr nömrəli reyestr qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi mümkün sayılmamalıdır. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
43. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva