Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-21/2020 04.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı və onun vəkili X7, Cavabdehlər: X19 Hakimiyyətinin nümayəndəsi Nümayəndə3, X18 rayon İcara Hakimiyyətinin nümayəndəsi Mikayılov Abbas Rövşən oğlunun, Üçüncü şəxs Maliyyə Nazirliyinin nümayəndəsi Nümayəndə4 iştirakı ilə İddiaçı cavabdehlər X19 Hakimiyyətinə, Gəncə Şəhər Cavabdeh2nə, Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı kompensasiyanın ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər X19 Hakimiyyətinə, Gəncə Şəhər Cavabdeh2nə, Gəncə şəhər Mənzil Kommunal X1rşı üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi olmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Nizami rayonu, Əziz Əliyev küçəsində yerləşən 0,6680 hektar (yaxud 6608,8 kv.metr) torpaq sahəsinin qanunsuz zəbt edilməsi və həmin torpaq sahəsində mövcud olmuş 1036,8 kv.m ümumi, 345,4 kv.m əsas, 691,4 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinin (X10) məhv edilməsində ifadə olunan cavabdehlərin hərəkətlərinin onun mülkiyyət və pis rəftara məruz qalmamaq hüquqlarının pozulması hesab edilməsi, onun xüsusi mülkiyyətində olmuş Gəncə şəhəri Nizami küçəsində yerləşən 0,66089 hektar (yaxud 6608,9 kv. metr) torpaq sahəsindən qanunsuz və əsassız məhrum olunaraq yerində “Əziz Əliyev adına” parkın salınması nəticəsində torpaq sahəsi və üzərində olan ağaclara görə ona dəymiş real zərərin əvəzi olaraq 1.500.000 (bir milyon beş yüz min manat) manat, həmin torpaq sahəsində mövcud olmuş 1036,8 kv.metr ümumi, 345,4 kv.metr əsas, 691,4 kv. köməkçi sahədən ibarət əmlak kompleksinin məhv edilməsinə görə 1.000.000 (bir milyon) manat məbləğində maddi zərərin və 2014-2019-cu illər üzrə Mərkəzi Bankın illik uçot faiz dərəcəsinə uyğun olaraq 59,5% faiz dərəcəsi üzrə 1,487500 (bir milyon dörd yüz səksən yeddi min beş yüz ) manat əlavəsinin, habelə Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikası Qanununun 32.3, 66.4.6-cı maddələrinin tələblərinə əsasən 20 faiz dərəcə üzrə 500.000 (beş yüz min) manat əlavə nəzərə alınmaqla, cəmi 4.487.500 manat (1.500.000+1.000.000+500.000+1.487.500 = 4.487.500) və mənəvi ziyana görə 1.000.000 (bir milyon) manat, ümumilikdə 5.487.500 (beş milyon dörd yüz səksən yeddi min beş yüz) manat kompensasiyanın dövlət büdcəsi hesabına cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Qəmərli küçəsi ilə Əziz Əliyev küçəsinin kəsişməsində 0,66089 ha torpaq sahəsində yerləşən "Kinoprokat Məntəqəsi” mərhum atası X2 xüsusi mülkiyyətində olmuş və hal-hazırda qeyd olunan torpaq sahəsi tam olaraq onun xüsusi mülkiyyətindədir. Bu barədə ona 2013-cü ildə DƏDRX tərəfindən ******* nömrəli çıxarış verilmişdir. Əvvəllər həmin torpaq sahəsində əmlak kompleksi (X10) yerləşmişdir. Təxminən, 2011-2012-ci illərdə həmin ərazidə yerləşən daşınmaz əmlak özü tərəfindən sökülmüş və gələcəkdə tikintidə istifadə etmək üçün mişar daşları, beton piltələr, dəmir armaturlar və digər materiallar səliqəli şəkildə kənara yığılmışdır. 2013-cü ildən başlayaraq Gəncə Şəhər Cavabdeh2 keçmiş başçısı Məharət Mustafayev ona həmin torpaq sahəsinin əvəzinə şəhərin başqa ərazisində torpaq sahəsinin verilməsini təklif etmiş, lakin, o bu təklifi qəbul etməmişdir. Həmin dövrdə Bakı şəhərində AR Maliyyə Nazirliyində işlədiyi və sözügedən əmlaka tam nəzarət edə bilmədiyi üçün, yalnız həmin torpaq sahəsində saxladığı mühafizəçi və bağban vasitəsi ilə əlaqə saxlamışdır. 2013-cü ildə mühafizəçi Famil onunla əlaqə saxlayaraq icra hakimiyyətinin adından bir-iki maşın mişar daşları verilməsi istənildiyini, o isə həmin ərəfədə şəhərdə gedən abadlıq işlərinin aparılmasını nəzərə alaraq obyektdən 2 maşın mişar daşların icra hakimiyyətinə verilməsinə razılıq vermişdir. Lakin bundan sonra Cavabdeh2 aparatının əməkdaşları, həmin rayonun sabiq icra başçısı Məharət Mustafayev, o cümlədən Gəncə şəhər Kommunal Təsərrüfat İdarəsinin rəisi Elgün adlı şəxs ona məxsus torpaq sahəsində olan bütün əmlakı, yəni tikinti materiallarını onun razılığı olmadan müxtəlif istiqamətlərə daşıyıb talamış, həmin torpaq sahəsində heç bir tikinti materialları qoymamışlar. Bu səbəbdən 2014-cü ilin müxtəlif vaxtlarında ölkə rəhbərinə, hüquq-mühafizə orqanlarına rəsmi müraciətlər etmiş, lakin müraciətlərinə baxılmamış, heç bir əmlakı qaytarılmamışdır. 2014-cü ildən başlayaraq cavabdehlər sözügedən torpaq sahəsində qanunsuz tikinti işlərinə başlamışdır. Belə ki, əraziyə döşəmə daşları vurulmuş, ağacların kənarlarına beton səkilər qoyulmuş, torpaq sahənin kənarları beton piltələrlə əhatələnmiş, ancaq bir müddətdən sonra özləri tərəfindən sökülmüşdür. Sonradan ona məlum olmuşdur ki, təxminən 2017-ci ilin aprel ayında torpaq sahəsində mini futbol meydançası tikilmiş, ətrafı dəmir tor ilə çəpərlənmiş və digər tikinti işləri aparılmışdır. Həmin işlərin sifarişçisi Gəncə şəhər Cavabdeh2 başçısı Məharət Mustafayev və Gəncə şəhərinin baş memarı Əli Rüstəmli olmuşdur. Əli Rüstəmli ilə telefon vasitəsi ilə əlaqə saxlayaraq ərazinin onun xüsusi mülkiyyətində olduğunu, aparılan tikinti işlərinin qanunsuz olduğunu onun diqqətinə çatdırmış, sonuncu isə telefonda ona "Biz tikintini başlamışıq və davam edəcəyik" sözlərini demiş və onun sözlərinə məhəl qoymamışdır. Təxminən, 2013-cü ildə torpaq sahəsindən 140 ədəd beton piltələr, ən azı 50 maşın mişar daşları, taxta, armaturlar və digər tikinti materiallar talanmış və ona təxminən 65.000 manat məbləğində maddi ziyan dəymişdir. Həmçinin torpaq sahəsinin qanunsuz olaraq İcra Hakimiyyəti tərəfindən zəbt edilməsinə görə ona 1.464.458 (bir milyon dörd yüz altmış dörd min dörd yüz əlli səkkiz) manat maddi ziyan dəymişdir. Bununla bağlı, qiymətləndirmə hesabatı tərtib edilmişdir. Əmlakın qiymətləndirilməsi barədə xx.xx.2014-cü il tarixli hesabatda 2014-cü ildə mövcud olan bazar qiymətinə görə hər kv.m-nin qiyməti 220 manat hesabı ilə mövcud olan 0,66089 hektar torpaq sahəsinin ümumi dəyəri ******* manat təşkil etmiş, eyni zamanda ərazidə mövcud olmuş 42 ədəd küknar-şam ağaclarının ümumi dəyəri 10500 manat qiymətləndirilmiş, beləliklə, 6608,9 kv.m torpaq sahəsinin və həmin sahədə yerləşən bəzək ağaclarının ümumilikdə dəyəri 1.464.458 manat məbləğində olması müəyyən edilmişdir. O, dəymiş ziyanın əvəzi olaraq 1.500.000 manat kompensasiya ödənilməsi üçün cavabdehlərə ərizələrlə müraciət etmiş, lakin cavab məktublarında cavabdehlər hər hansı kompensasiya ödənilməsindən imtina etmiş, ona ziyanın ödənilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək tövsiyə etmişlər. Beləliklə, onun mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Əziz Əliyev küçəsində yerləşən 0,66089 hektar torpaq sahəsi qanunsuz və əsassız olaraq əlindən alınmış, həmin torpaq sahəsində mövcud olmuş əmlak kompleksi cavabdehlər tərəfindən sökülərək yerində “Əziz Əliyev” adına Park Komleksi salınmış, lakin hal-hazıradək ona hər hansı kompensasiya ödənilməmişdir. Göstərilənləri nəzərə alaraq qeyd edilən torpaq sahəsindən qanunsuz və əsassız məhrum olunaraq yerində “Əziz Əliyev adına” parkın salınması nəticəsində torpaq sahəsi və üzərində olan ağaclara görə ona dəymiş real zərərin əvəzi olaraq 1.500.000 (bir milyon beş yüz min manat) manat, həmin torpaq sahəsində mövcud olmuş 1036,8 kv.metr ümumi, 345,4 kv.metr əsas, 691,4 kv. köməkçi sahədən ibarət əmlak kompleksinin məhv edilməsinə görə 1.000.000 (bir milyon) manat məbləğində maddi zərərin və 2014-2019-cu illər üzrə Mərkəzi Bankın illik uçot faiz dərəcəsinə uyğun olaraq 59,5% faiz dərəcəsi üzrə 1,487500 (bir milyon dörd yüz səksən yeddi min beş yüz ) manat əlavəsinin, habelə Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikası Qanununun 32.3, 66.4.6-cı maddələrinin tələblərinə əsasən 20 faiz dərəcə üzrə 500.000 (beş yüz min) manat əlavə nəzərə alınmaqla, cəmi 4.487.500 manat (1.500.000+1.000.000+500.000+1.487.500 = 4.487.500) və mənəvi ziyana görə 1.000.000 (bir milyon) manat, ümumilikdə 5.487.500 (beş milyon dörd yüz səksən yeddi min beş yüz) manat kompensasiyanın dövlət büdcəsi hesabına cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı və nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə etdi, əlavə olaraq bildirdirlər ki, iddia ərizəsi tərtib edilərkən iddia ərizəsində bəzi məlumatlar dəqiq göstərilməmişdir. Belə ki iddiaçı yalnız tikilinin dam örtüyünü özü sökdürmüş, tikilinin yerdə qalan hissələri isə cavabdehlər tərəfindən sökdürülmüşdür. Məhkəmə iclasında cavabdehlər X19 Hakimiyyətinin nümayəndəsi Nümayəndə3 və Gəncə Şəhər Cavabdeh2 nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək izahatlarında sözügedən torpaq sahəsində faktiki olaraq park salındığını etiraf etsələr də, lakin müvafiq icra hakimiyyəti başçıları tərəfindən sözügedən torpaq sahəsi liə bağlı hər hansı bir sərəncamın qəbul olunmadığını, orada olan tikililərin onlar tərəfindən sökülmədiyini bildirdilər. Cavabdeh Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə1 İsrafil oğlu iddia tələbini qəbul etməyərək, izahatında Birliyin tikinti anbarına iddiaçıya məxsus hər hansı tikinti materiallarının qəbul edilmədiyini, sözügedən torpaq sahəsində təmir işlərini X19 hakimiyyəti başçısının müvafiq sərəncamlarına əsasən sifarişçi olaraq podratçı təşkilatlarla bağlanmış müqavilələr əsasında həyata keçirildiyini bildirdi. Üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi iddia tələbinə yazılı etiraz göndərərək bildirmişdir ki, hazırki iddia tələbinin Maliyyə Nazirliyinə heç bir aidiyyəti yoxdur. Belə ki, Maliyyə Nazirliyində mübahisəli əmlakın tikintisi və ya sökülməsi, torpaq sahəsinin tutulması ilə bağlı hər hansı məlumat yoxdur. Ümumiyyətlə, ölkə ərazisində tikintilərin aparılması, habelə onların sökülməsi, torpaq sahələrinin bu və ya digər məqsədlər üçün ayrılması, müvafiq abadlıq işlərinin aparılması və digər bu qəbildən fəaliyyət Maliyyə Nazirliyinin funksiyalarından kənardır. Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və müvafiq qaydada təsdiq edilmiş dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə sahəsində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Nazirlik iddiaçının əmlakına müdaxilə olunması ilə bağlı hər hansı məlumata sahib olmamış, iddiaçıya zərər vuran heç bir hərəkət və hərəkətsizliyə yol verməmişdir. Belə olan halda iddiaçının Maliyyə Nazirliyindən hər hansı zərər əvəzi tələb etməsi qanunvericiliyin tələblərinə ziddir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən dəymiş zərər o halda təmin edilə bilər ki, bu iddia həmin zərəri vurana yönəlmiş olsun, eyni zamanda zərərvuranın hərəkətləri ilə dəymiş zərər arasında səbəbli əlaqə mövcud olsun. İndiki halda Maliyyə Nazirliyinin iddiaçıya zərər dəyməsinə səbəb olan heç bir hərəkəti olmadığından, iddianın Maliyyə Nazirliyinə yönəldilməsi, habelə kompensasiya tələbinin ödənilməsi ilə bağlı Nazirliyə münasibətdə hər hansı tələbin təmin edilməsi mümkün deyildir. Bundan əlavə prosessual qanunvericiliyn tələblərinə görə prosesdə tərəflər iddiaçı, cavabdeh, üçüncü şəxs ola bilər. Maliyyə Nazirliyi iddiaya cavab verməli tərəf olmadığı halda onun üzərinə hər hansı öhdəlik qoyula bilməz. Müvafiq tikintinin aparılması ilə bağlı görülən işlər heç bir dövlət ehtiyacı ilə əlaqədar olmamışdır. Buna görə də hazırki işdə kompensasiyanın ödənilməsi dövlət büdcəsinin öhdəliyi ola bilməz. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi Nümayəndə4 etirazda qeyd olunanlara uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, iddiaçıa məxsus olan kinoprokat obyektinin mühafizəçisi olmuş, 5 il bundan əvvəl Gəncə şəhər Cavabdeh2 işçiləri gəlib obyektin ətrafına hasar çəkilməli olduqlarını bildirərək obyektin bir hissəsinə hasar çəkmiş, bir müddət sonra isə hasar və orada olan kinoprokat tikilisi onlar tərəfindən sökülərək, materialları da avtomaşınlara yığılaraq aparılmış, materialların bir hissəsi isə elə yerində onlar tərəfindən ucuz qiymətə kənar şəxslərə satılmışdır. Onun ifadəsindən, həmçinin ərazinin hasara alınması üçün iddiaçı tərəfindən verilmiş vəsait hesabına onun tərəfindən 140 ədəd beton piltə, 200-ə yaxın şpal, 1 kamaz qum, 100 kisə sement və 100 kv.m. aqlay daşı alındığı məlum olmuşdur. Məhkəmə əraziyə yerli baxış keçirmiş və sözügüdən ərazinin hasar alınaraq yerində park salındığını müəyyən etmişdir. Məhkəmə araşdırmasının predmetini MH seriyalı, ********** qeydiyyat nömrəli, xx.xx.2008-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış, X3 xx.xx.2012-ci il tarixli ölüm şəhadətnaməsinin surəti, RX seriyalı, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış, sərbəst auditor Əliyev Aftandil Adıgözəl oğlu tərəfindən xx.xx.2014-cü il tarixdə tərtib edilmiş «əmlakın qiymətləndirilməsi barədə hesabat », «xxxxxxxxxxxxx» MMC-nin 228/Mİ/19 nömrəli qiymətləndirmə rəyi, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin 100 nömrəli, xx.xx.2019-cu il tarixli hesabatı, X19 Hakimiyyətinin 47 nömrəli xx.xx.2018-ci il tarixli və 64 nömrəli xx.xx.2018-ci il tarixli sərəncamları, 11 və 12 nömrəli Mallar (işlər və xidmətlər) üzrə satınalma müqavilələri,Gəncə Regional « Asan Xidmət » Mərkəzində notariat ofisi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2020-ci il tarixli 512 nömrəli məktubu, Gəncə şəhəri 2 saylı Notariat Ofisinin xx.xx.2020-ci il tarixli 225 nömrəli məktubu, Gəncə şəhəri 5 saylı Notariat Ofisinin xx.xx.2020-ci il tarixli 173 nömrəli məktubu və ona əlavə edilmiş müqavilələr, üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin mübahisəli torpaq sahəsinin və qeyri-yaşayış sahəsinin qiymətləndirilməsinə dair rəyi və ona əlavə edilmiş müqavilələr, AR Baş Prokuroru yanında X8 Baş İdarəsinin istintaq idarəsində dindirilmiş şahid X5 ifadəsi barəsində protokol təşkil etmişdir. Məhkəmə həmçinin, əraziyə yerli baxış keçirilməsi, habelə, şahidin dindirilməsi ilə mübahisəni araşdırmışdır. Əsaslandırma hissəsi: İddia inzibati mübahisələrin həlli ilə bağlı inzibati orqanların qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbi olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə iddia qismən əsaslıdır. MH seriyalı, ********** qeydiyyat nömrəli, xx.xx.2008-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla Gəncə şəhəri, Nizami rayonu, Əziz Əliyev küçəsində mülkiyyətində olan 0,66089 ha torpaq sahəsində yerləşən 1036,8 kv.m ümumi, 354,4 kv.m əsas, 691,4 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X3 xx.xx.2012-ci il tarixli ölüm şəhadətnaməsindən surətindən görünür ki, o, xx xxx 2012-ci ildə ölmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il qeydiyyat tarixli RX seriyalı ******* nömrəli Çıxarışla İddiaçı Gəncə şəhəri, Nizami rayonu, Əziz Əliyev küçəsində (X10) yerləşən 0,66089 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ qeydə alınmışdır (bax İ cild səhifə 25). Sözügedən torpaq sahəsinin 0,6359 ha hissəsinin həmin ərazidə salınmış Əziz Əliyev adına parkın faktiki yerləşdiyi sahə ilə üst-üstə düşməsi işdə olan xx.xx.2019-cu il tarixli 182 nömrəli mütəxəssis rəyi ilə təsdiq olunur (bax İ cild, səhifə 183). Əraziyə yerində baxış keçirilərkən sözügedən torpaq sahəsində park salındığı müəyyən olunmuşdur. Cavabdehlər X19 Hakimiyyəti və Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi mübahisələndirilən torpaq sahəsində görülən işlərlə bağlı aşağıdakı aktları qəbul etmişdir: X19 Hakimiyyətinin keçmiş icra başçısı Elmar Vəliyev tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli 47 nömrəli sərəncamla 2018-ci ilin xərclər smetasının 282.100 (sair xərclər) iqtisadi təsnifat üzrə İ yarımildə nəzərdə tutulmuş 133.000 manat məbləğində vəsaitin istifadə məqsədi ilə əlaqədar Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə (bundan sonra mətndə Gəncə şəhər MKTİB) sifarişçi səlahiyyəti verilmiş və ona podratçı təşkilatlarda müəyyən edilmiş müddətdə müqavilələr bağlamaq, görülən işlərin vaxtlı-vaxtında yerinə yetirilməsinə və istifadəyə nəzarət etmək, görülmüş işlərin keyfiyyətinə texniki nəzarətin həyata keçirilməsini, müqaviləyə uyğun olaraq podratçı təşkilatlarla sənədləşdirmələrin aparılmasını təmin etmək, Baş mühasibə isə görülən işlərin müvafiq sənədləri Gəncə şəhər MKTİB tərəfindən rəsmiləşdirildikdən sonra ayrılmış vəsaitin təyinatı üzrə köçürülməsini təmin etmək tapşırılmışdır (bax İİ cild, səh 11). X19 Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 64 nömrəli sərəncamı isə 2018-ci il xərclər smetasının iqtisadi təsnifatı üzrə İİ yarımildə nəzərdə tutulmuş 188.651 manat məbləğində vəsaitin ayrılması ilə bağlı olmuşdur ki, həmin sərəncamla yuxarıda qeyd olunan səlahiyyətlər Gəncə şəhər MKTİB-ə verilmiş və hər iki sərəncamın icrasına nəzarəti keçmiş icra başçısı Elmar Vəliyev öz üzərinə götürmüşdür (bax İİ cild, səh 12). Yuxarıda qeyd olunan sərəncamların icrası ilə bağlı sifarişçi Gəncə şəhər MKTİB ilə icraçı MVVL VP MMC arasında xx.xx.2018-ci il tarixdə Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi bağlanmış və müqavilənin premetini Sifarişçinin Gəncə şəhəri Əziz Əliyev parkında təmir işlərinin satın alınanması üçün icraçının 133.000 manat məbləğində təklifini qəbul etmək təşkil etmiş və icraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın alınan Gəncə şəhəri, Əziz Əliyev parkında təmir işlərinin təhvil verilməsini öhdəsinə götürmüşdür (bax İİ cild, səh 24). Eynilə, sifarişçi Gəncə şəhər MKTİB ilə icraçı MVVL VP MMC arasında xx.xx.2018-ci il tarixdə Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi bağlanmış və müqavilənin premetini Sifarişçinin Gəncə şəhəri Əziz Əliyev parkında təmir işlərinin satın alınanması üçün icraçının 188.651 manat məbləğində təklifini qəbul etmək təşkil etmiş və icraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın alınan Gəncə şəhəri, Əziz Əliyev parkında təmir işlərinin təhvil verilməsini öhdəsinə götürmüşdür (bax İİ cild, səh 13). İddiaçının bildirdiyinə görə İcra Hakimiyyətinin sərəncamları barədə ona heç vaxt xəbər verilməmiş və bu sərəncamların mövcudluğu barədə ilk dəfə məhkəmə icraatı zamanı məlumatı olmuşdur. İddiaçının bildirdikləri cavabdehlərin ona ünvanladığı cavab məktubları ilə təsdiq olunur. Belə ki, X19 Hakimiyyəti xx.xx.2018-ci il tarixli B-63/4-008/2 saylı, xx.xx.2018-ci il tarixli B-63/5-150 saylı və xx.xx.2018-ci il tarixli B-63/6-008/3-t/l saylı məktublarla iddiaçıya mülkiyyət hüququ ilə ona məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Ə.Əliyev küçəsində yerləşən torpaq sahəsində hər hansı bir tikinti işinin aparılması ilə bağlı X19 Hakimiyyəti tərəfindən qərar verilmədiyi, müraciətində qeyd etdiyi əmlakın talanması ilə bağlı bilavasitə hüquq mühafizə orqanlarına, pozulmuş hüquqlarının bərpa edilməsi üçün isə məhkəməyə müraciət etmək hüququna malik olduğu bildirilmişdir. (bax İ cild, səh 10, 12 və 13). Gəncə şəhər Cavabdeh2 başçısının Aparatının iddiaçıya ünvanladığı B-28-148 nömrəli, xx.xx.2019-cu il tarixli məktubda bildirilmişdir ki, mülkiyyətində olan Əziz Əliyev küçəsində yerləşən (X10) 0,66 ha torpaq sahəsinə dair Gəncə şəhər Cavabdeh2 tərəfindən hər hansı sərəncam verilməmişdir (bax İ cild, səh 14). X19 Hakimiyyəti MKTİB-nın xx.xx.2018-ci il tarixli 490 saylı məktubunda qeyd edilmişdir ki, iddiaçının mülkiyyətində olan tikinti materialları heç bir rəsmi sənədlə Birliyə daxil olmamış və iddaçıya tövsiyyə olunmuşdur ki, ona dəyən ziyanın ödənilməsi üçün ərizəsində adlarını çəkdiyi Nizami rayonunun keçmiş icra başçısı Məharət Mustafayevi, MKTİB-nin keçmiş rəisi Şahid və keçmiş baş memar Əli Rüstəmlini məhkəməyə vermək hüququ vardır (bax İ cild səh 11). Yuxarıda qeyd olunan cavab məktublarından göründüyü kimi cavabdehlər iddiaçının əmlakından məhrum edilməsinin qanunun tələblərinə müvafiq olduğunun yoxlanılmasına heç bir səy göstərməmişlər. Halbuki, “Yerli İcra Hakimiyyəti haqqında” Əsasnamənin 4.16.3-cü maddəsinə əsasən xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirmək və müvafiq tədbirlər görmək yerli icra hakimiyəti başçısının səlahiyyətlərinə aid edilmişdir. Məhkəmə bu qənaətə gəlir ki, torpaq sahəsinin alınmasına dair qanuna müvafiq qaydada qərar qəbul edilmədiyindən iddiaçının mülkiyyətindən məhrum edilməsi qanunsuz olmuşdur. Belə ki, cavabdehlərin sözügedən torpaq sahəsində parkın salınmasına dair göstərdiyi dəlillərin qanunla müəyyən edilmiş əsasları olmamış və qanunda tələb edildiyi kimi Nazirlər Kabineti tərəfindən torpaq sahəsinin alınmasına dair hec bir normativ akt qəbul edilməmişdir. Məhkəmə qeyd edir ki, mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini də nəzərdə tutur. Mövcud qanunvericiliyə əsasən şəxsi mülkiyyət dövlət hesabına aşağıdakı yollarla özgəninkiləşdirilə bilər: Konstitusiyanın 29-cu maddəsinin İV bəndi tələb etdiyi kimi Mülki Məcəllənin 157.9-cu maddəsinə əsasən mülkiyyət qanuni kompensasiya əvvəlcədən ödənilməsi şərtilə dövlət ehtiyacları üçün müsadirə yolu ilə; və ya Mülki Məcəllənin 207 və 203.3.3-cü maddələrinə uyğun olaraq mülkiyyətçinin razılığı ilə dövlət tərəfindən əmlakın alınması yolu ilə; və ya Mülki Məcəllənin 203.3 maddəsində nəzərdə tutulmuş digər xüsusi hallarda. İşin faktiki hallarından göründüyü kimi yuxarıdakı prosedurların heç birinə riayət edilməmişdir. Konstitusiyanın 13-cü maddəsinin 1-ci bəndində deyilir: “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Konstitusiyanın 29-cu maddəsinin 4-cü bəndində deyilir: “ Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakının tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər”. Mülki Məcəllənin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyətli obyektləirin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə özgəninkiləşdirilə bilər. Mülki Məcəllənin 157.9-cu maddəsində nəzərdə tutulmuş “müvafiq dövlət orqanı” kimi Nazirlər Kabinetinin təyin edilməsi müəyyən edilmişdir. Həmin Məcəllənin 203.3-ü maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa əmlakın mülkiyyətçisindən məcburi alınmasına yol verilmir: -öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi (maddə 203.3.1); - qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi (maddə 203.3.2); - sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi (maddə 203.3.3); - təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması (maddə 203.3.4); - rekvizisiya (maddə 203.3.5); -müsadirə (maddə 203.3.6). Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən həyata keçirilir (maddə 203.5). Qeyd olunan Məcəllənin 207-ci maddəsinə əsasən torpaq sahəsində olan binalara, qurğulara və ya digər daşınmaz əmlaka mulkiyyət hüquna xitam verilməsi həmin sahənin dövlət ehtiyacları üçün alınmasının mümkün olmadığı hallarda dövlət bu əmlakı satınalma yolu ilə ala bilər. Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsində deyilir: “ Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. heç kəs cəmiyyətin maraqları naminə və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. Sözügüdən 0, 66089 hektar torpaq sahəsinin iddiaçının mülkiyyətində olması mübahisələndirilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə müəyyən edir ki, torpaq sahəsi 1 saylı Protokolun 1-ci maddəsinə əsasən iddiaçının müılkiyyəti olmuşdur. Məhkəmə qeyd edir ki, hazırki işdə iddiaçının mülkiyyətinə müdaxilə olmuşdur. Belə ki, onun mülkiyyəti dövlət tərəfindən alınmışdır. Bu müdaxilə 1 saylı protokolun 1-ci maddəsinin 2-ci cümləsinin məzmunu baxımından mülkiyyətdən məhrum etməyə bərabərdir. Məhkəmə iddiaçının torpaq səhəsinə müdaxilə zamanı mülkiyyətinin alınması ilə bağlı prosedurun Konstitusiyanın, Mülki Məcəllənin 152.1, 157.4, 157.9, 1097, 1100, 1113 və 1115-ci maddələrinin müddəaları ilə tənzimlənməsinə dair arqumentini nəzərə alır və razılaşır ki, iddiaçının mülkiyyətinin alınması zamanı həmin hüquqi aktlar tətbiq olunmalı idi. Buna baxmayaraq, hazırki işdə ərizəçinin mülkiyyətindən məhrum edilməsi zamanı qanunla nəzərdə tutulmuş şərtlərin heç birinə əməl olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehlər ərizəçinin təkrar şikayətlərinə baxmayaraq həmin qanunvericilik aktlarının tətbiq olunması məsələsini ümumiyyətlə müzakirə etməmişlər. Yuxarıda qeyd olunan əsaslara görə məhkəmə bu nəticəyə gəlir ki, hazırki işdə müdaxilə qanunla nəzərdə tutulmuş şərtlərə uyğun şəkildə həyata keçirilməmişdir. İddiaçı öz mülkiyyətindən qanunsuz olaraq məhrum olunmuşdur. X14 Konvensiyasının 41-ci maddəsi aşağıdakıları nəzərdə tutur: “Əgər məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin razılığa gələn yüksək tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməyini təyin edir.” Məhkəmə hesab edir ki, iddiaçı öz mülkiyyətindən məhrum edildiyinə görə kompensasiya hüququna malikdir. İddiaçı maddi zərərə görə 4.487.500 manat məbləğin kompensasiya şəklində cavabdehlərdən dövlət büdcəsi hesabına alınaraq ona ödənilməsini tələb edir. Hazırki işdə maddi zərərin qiymətləndirilməsi ilə bağlı iş materiallarında ekspertlər iddiaçının əmlakının bazar dəyərini fərqli məbləğlərdə təqdim etmişdir. Məhkəmə bu səbəbdən zərərin qiymətləndirilməsi üçün hansı məbləğin əsas kimi götürüləcəyini müəyyənləşdirməlidir. Sərbəst auditor Əliyev Aftandil Adıgözəl oğlu tərəfindən xx.xx.2014-cü il tarixdə tərtib edilmiş «əmlakın qiymətləndirilməsi barədə hesabat »dan görünür ki, Gəncə şəhəri, Əziz Əliyev küçəsi adlanan sahədə iddiaçıya məxsus 0,66089 ha torpaq sahəsinin bazar qiyməti hər bir kv.m-nin qiyməti 220 manat olmaqla, ümumi dəyəri 1.453.958 manat təşkil edir. « xxxxxxxxxxxxx » MMC-nin 228/Mİ/19 nömrəli qiymətləndirmə rəyindən görünür ki, mübahisəli torpaq sahəsi 1.584.000 manat məbləğində, həmin torpaq sahəsi üzərində yerləşən əmlak kompleksi isə 516.000 manat dəyərində qiymətləndirilmişdir. « xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx » MMC-nin 100 nömrəli, xx.xx.2019-cu il tarixli hesabatından görünür ki, mübahisəli torpaq sahəsinin bazar qiyməti 1.652.225 manat, əmlak kompleksinin dəyəri 260.000 manat məbləğində qiymətləndirilmişdir. Bundan əlavə məhkəmə notariuslara sorğu göndərib cavab almaqla iddiaçıya məxsus torpaq sahəsinin bazar dəyərini obyektiv müəyyən etməyə çalışmışdır. Gəncə Regional “ASAN XİDMƏT” Mərkəzində notariat ofisinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli 512 nömrəli məlumata əsasən 1 il ərzində Gəncə şəhəri, Gülüstan qəsəbəsində torpaq sahəsinin alqı-satqısına dair tərəflər bir halda 0,02 ha torpaq sahəsini 4.000 manat, bir halda 0,0151 ha torpaq sahəsini 5.000 manat, bir halda 0,8 ha torpaq sahəsini 8.000 manat məbləğlərdə müəyyən edərək alqı-satqı müqavilələri bağlamışdır. Gəncə şəhəri 2 saylı Notariat ofisinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli 225 nömrəli məktubda bildirilmişdir ki, Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi ətrafında yerləşən torpaqlara alqı-satqı müqavilələrində 3 ən yüksək qiymət – 0,04 ha torpaq sahəsi 5.300 manat, 0,03965 ha torpaq sahəsi 5.000 manat, 0,05 ha torpaq sahəsi 5.000 manat məbləğdə rəsmiləşdirilmişdir. Gəncə şəhəri 5 saylı Notariat Ofisinin məhkəməyə təqdim etdiyi torpaq sahələrinin alqı-satqı müqavilələrindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi ərazisində 2018-ci ildə 0,06 ha torpaq sahəsi 5.000 manat, 2016-cı ildə 0,0504 ha torpaq sahəsi 4.000 manat, 0,08 ha torpaq sahəsi 5.000 manat məbləğə satılmışdır. Məhkəmə iddiaçının əmlakı ilə bağlı ekspertlərin qiymətləndirilməsi ilə notariusların həmin ərazidə yerləşən daşınmaz əmlakların bazar dəyərini müqayisə edərkən qiymətlər arasında həddindən artıq tənasübsüz fərqlər müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, ekspertlər rəylərinə qiymətləndirmə ilə bağlı hesabatlar əlavə etsələr də, bu sadəcə bir sıra təqribi məbləğləri əks etdirir, hər hansı əvvəlki ekspert rəylərinə və ya digər etibarlı məlumatlara istinad olunmamışdır. Buna görə də məhkəmə qiymətləndirmə ilə bağlı mövcud bütün sübut və materialları nəzərə alaraq sözügedən torpaq sahəsinin bazar dəyərini notarius tərəfindən müəyyən olunmuş ən yüksən qiymətlə dəyərləndirməkdən başqa seçim görməmişdir. Yuxarıda göstərilən mülahizələri nəzərə alaraq məhkəmə hesab edir ki, torpaq sahəsinə görə iddiaçıya notariat qaydasında təsdiq olunmuş torpaq alqı-satqı müqaviləsində göstərilən ən yüksək qymət, yəni 218.837,75 manat ( 0.66089 x 5.000 / 0,0151 = 218.837,75) ödənilməlidir. Ərazidə olan ağaclara görə cavabdeh tərəf həmin əmlakların qiymətləndirilməsinə heç bir yardım göstərmədiyindən, məhkəmə iddiaçının təqdim etdiyi qiymətləndirmə əsasında işi davam etdirməkdən başqa seçim görməmişdir. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar (AR İnzibati Prosessual Məcəlləsinin 12.3-cü maddəsi). Müstəqil auditor xx.xx.2014-cü il tarixli rəyində qeyd etmişdir ki, 0,66089 hektar torpaq sahəsində 42 ədəd müxtəlif yaşdan ibarət bəzək ağacları (küknar-şam) H-810 m müəyyən edildi ki, həmin ağacların hal-hazıra hər bir ədədinin orta bazar qiyməti 250 manatdan 10.500 manat (42 ədəd x 250 manat = 10.500 manat) təşkil edir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə bu nəticəyə gəlir ki, iddiaçıya ağaclara görə 10.500 manat ödənilməlidir. Hazırki işdə tərəflər iş üçün mühüm əhəmiyyəti olan faktor-müdaxilənin baş verdiyi vaxt orada tikilinin mövcud olmaması, əvvəllər mövcud olmuş tikilinin ( Kinoprokat məntəqəsi) isə iddiaçının özü tərəfindən sökülməsi barədə razılığa gələ bilməmişlər. Cavabdeh tərəf xüsusi olaraq vurğulamışdır ki, ərazidə park salınarkən orada tikili olmamışdır. İddiaçı isə ərazidə olan tikintinin yalnız dam hissəsinin özü tərəfindən söküldüyünü, qalan hissəsinin isə cavabdehlər tərəfindən söküldüyünü iddia etmişdir. Bununla bağlı iddiaçı tərəfindən dindirilmiş şahid X9 bildirdikləri, habelə AR Baş Prokuroru yanında X8 Baş İdarəsinin istintaq idarəsində dindirilmiş şahid X5 ifadəsi mübahisəyə aydınlıq gətirmişdir. Belə ki, sonuncunun ifadəsindən məlum olmuşdur ki, o, 2011-ci il tarixdə iddiaçının atası Nurəddin Babayevə məxsus olan Cəncə şəhəri Əziz Əliyiv küçəsində yerləşən 0.68 ha torpaq sahəsində yerləşən iki ədəd inzibati binanın sökülməsinə həmin zaman Gəncə şəhər Cavabdeh2 başçısı vəzifəsində işləyən Məharət Mustafayevlə birlikdə rəhbərlik etmiş, həmin vaxt orada hər hansı bir tikinti materialları olmamış, sadəcə olaraq həmin binaların söküntüsü zamanı oradan çıxan yararsız köhnə daşları və taxtaları Nurəddin Babayevin adını xatırlamadığı gözətçisinə təhvil vermiş, sonuncu da yararsız tikinti materiallarını oradan daşıyaraq aparmışdır. Onun ifadəsindən həmçinin məlum olmuşdur ki, söküntüyə rəhbərlik etməyi ona həmin vaxt X19 Hakimiyyətinin başçısı olmuş Elmar Vəliyev tapşırmış, söküntü işləri aparılarkən Nurəddin Babayev əraziyə gələrək ərazinin hüquq müəyyənedici sənədlərlə ona məxsus olduğunu, sözügedən əmlakı ƏMDK vasitəsi ilə özəlləşdirdiyini, söküntünün qanunsuz aparıldığını ona bildirmiş, lakin həmin vaxt ona heç bir sənəd təqdim etməmişdir. Məhkəmə ərazidə mövcud olmuş və sonradan sökülüb götürülmüş tikililərlə bağlı şahidlərin və iddiaçının göstərdiklərini, habelə işdə olan hüquq müəyyənedici sənədləri tədqiq edib, bu nəticəyə iddiaçı sözügedən tikililərlə bağlı hər hansı bir tələbə malik deyildir. Belə ki, sözügedən tikililər iddiaçının mərhum atasının sağlığında sökülmüş və sonuncu bununla bağlı məhkəmədə iddia qaldırmamış, iddiaçı mərhum atasından miras əmlak kimi yalnız sözügedən tikililərin yerləşdiyi torpaq səhəsinə hüquq əldə etmiş və hüquq müəyyənedici sənəddə tikililər qeyd olunmamışdır (bax RX seriyalı, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa). İddiaçı 2014-2019-cu illər üzrə Mərkəzi Bankın illik uçot faiz dərəcələrinə uyğun olaraq 1.987.500 manat (500.000+1.487.500=1.987.500) əlavəsini də tələb etmiş və tələbinin hüquqi əsası kimi « Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında » Azərbaycan Respublikası Qanununa əsaslanmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının torpağı sözügedən Qanuna əsasən dövlət ehtiyacları üçün alınmadığından o belə bir hüquqa malik deyildir. Belə ki, həmin Qanunun 72.1-ci maddəsinə əsasən torpaq dövlət ehtiyacları üçün alınarkən ödənilmə gecikdiyi halda Mərkəzi Bankın müəyyən etdiyi faiz dərəcəsi tələb oluna bilər. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, iddiaçıya maddi zərər olaraq 229.338 (218.838+10.500=229.338) manat ödənilməlidir. İddia tələbi 0,660089 ha torpaq sahəsində mövcud olmuş 1036,8 kv.metr ümumi, 345,4 kv.metr əsas, 691,4 kv. köməkçi sahədən ibarət əmlak kompleksinin məhv edilməsinə görə 1.000.000 (bir milyon) manat məbləğində maddi zərərin və 2014-2019-cu illər üzrə Mərkəzi Bankın illik uçot faiz dərəcəsinə uyğun olaraq 59,5% faiz dərəcəsi üzrə 1,487500 (bir milyon dörd yüz səksən yeddi min beş yüz ) manat əlavəsinin, habelə Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikası Qanununun 32.3, 66.4.6-cı maddələrinin tələblərinə əsasən 20 faiz dərəcə üzrə 500.000 (beş yüz min) manat əlavənin tələb edilməsi hissəsində sübut olmadığından rədd edilməlidir. İddiaçı mənəvi zərərə görə 1.000.000 manat tələb etmişdir. Məhkəmə iddia edilən məbləğin həddən artıq olduğunu bildirir və hesab edir ki, bu başlıq altında iddiaçıya 5.000 manat ödənilməlidir. Ədalətli məhkəmə baxışına olan hüququn səmərəli təmininə həm milli qanunvericilin tələbi, həm də dövlətimizin beynəlxalq öhdəliyi kimi yanaşılmalı və riayət olunmalıdır. X14 Məhkəməsinin presedentinə istinad edərək məhkəmə qeyd edir ki, “X4rşı” işdə (xx xxxx 2006-cı il) ərizəçinin mənəvi ziyan ödənilməsi barədə tələbinə Rusiya Federasiyası höküməti etirazını bildirərək ərizəçinin ona mənəvi ziyan vurması barədə heç bir sübut təqdim etməməsinə görə mənəvi ziyana görə kompensasiya tələbinin təmin olunmamasını xahiş etmişdir. Avropa Məhkəməsi qərarında göstərmişdir ki, ərizəçi cavabdehin hərəkətləri nəticəsində müəyyən mənəvi sarsıntılara məruz qalmış və işsizliyə görə müavinəti onun yeganə dolanışıq mənbəyi olmuşdur. Məhkəmə ədalətlilik prinsipinə istinad edərək ərizəçiyə kompensasiya ödənilməsini vacib hesab etmişdir. Avropa Məhkəməsi “Sporronq və Lonnpot İsveçə qarşı” işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ şərti və qeyri-sabit xarakterli etmiş olur. Ali Məhkəmənin MİÜMK-nın xx.xx.2007-ci il tarixli 6k-2203 saylı qərraında hüquqi dövlətin pozitiv öhdəliklərinə istinad edərək göstərmişdir ki, hüquqi dövlət suverenliyə malik olmaqla özü-özünü yaradır və hamı üçün məcburi olan davranış qaydalarını müəyyən edir. Hüquqi dövlətin əsas əlamətlərindən biri də qanunun aliliyidir. Həmin əlamətə və prinsipə müvafiq olaraq heç bir dövlət orqanı, heç bir vəzifəli şəxs, heç bir kollektiv və ya ictimai təşkilat, heç bir insan qanuna tabe olmaq öhdəliyindən azad deyildir. Qanunun aliliyindən söhbət getdikdə bu özünün düzünə mənasında başa düşülməlidir. Hüquqi dövlətin yaradılması və mövcudluğu qanunun aliliyinin təkcə faktiki olaraq elan edilməsini deyil, həm də onun cəmiyyətin həyatının bütün sahələrində həyata keçirilməsi, ictimai münasibətlərə birbaşa təsirinin gücləndirilməsini nəzərdə tutur. Hüquqi dövlətdə insan hüquq və azadlıqlarına tam təminat verilməli, dövlət və onun yurisdiksiyası altında olan insanların qarşılıqlı məsuliyyəti prinsipi müyyənləşdirilməlidir. Dövlətin yurisdiksiyası altında olan insanlar dövlət qarşısında məsuliyyət daşıdığı kimi, dövlət də insanların hüquq və azadlıqlarının təmin edilməsində cavabdehlik daşımalıdır. Bu müqqəa Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə, o cümlədən “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasında da öz əksini tapmışdır. Konvensiyanın 1-ci maddəsinə əsasən ”Razılığa gələn yüksək Tərəflər onların yurisdiksiyası altında olan hər kəs üçün Konvensiyada müəyyən olunmuş hüquq və azadlıqları təmin etməlidir”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (maddə 1097.1). Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər (maddə 1097.3). Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir (maddə 1100). Birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar (maddə 1113.1). Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur (maddə 1115). Bundan əlavə, məhkəmə hesab edir ki, iş üzrə 400 manat ekspertiza və 128.20 manat mütəxəssis xərci cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 110.3 maddəsinə görə iddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prossesual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia qismən təmin edilsin. Cavabdehlər X19 Hakimiyyəti, Gəncə Şəhər Cavabdeh2 və Gəncə şəhər Mənzil Kommunal İstehsalat Birliyindən müştərək qaydada 229.338 (iki yüz iyirmi doqquz min üç yüz otuz səkkiz) manat məbləğində maddi ziyan, 5000 (beş min) manat məbləğində mənəvi ziyan, cəmi 234.338 (iki yüz otuz dörd min üç yüz otuz səkkiz) manat dövlət büdcəsi hesabına tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə 400 (dörd yüz) manat məhkəmə xərci cavabdehlərdən müştərək qaydada dövlət büdcəsi hesabına tutularaq “xxxxxxxxxxxxx” MMC-nin VÖEN **********, Kod:503314 VÖEN (bank) **********, müxbir hesab AZ89NABZ******************** S.W.İ.F.T BİC: AMRAAZ22, H/h: AZ40AMRA******************** saylı hesabına ödənilsin. İş üzrə 128,20 (bir yüz iyirmi səkkiz manat iyirmi qəpik) manat məhkəmə xərci cavabdehlərdən müştərək qaydada dövlət büdcəsi hesabına tutularaq VÖEN **********, S.W.İ.F.T kod AİİBAZ2X, AZ37NABZ******************** müxbir hesabına ödənilsin. Kompensasiyanın və məhkəmə xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinə həvalə edilsin. Tələb qalan hissədə rədd edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-21/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-21/2020
04.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver