Məhkəmə qərarları › İş №2-1(114)-21/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-21/2024

24.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-21/2024 24.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, üçüncü şəxs “Tərtər rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs “Tərtər rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi) əlillik dərəcəsinin verilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1993-cü il tarixdə Tərtər rayon Şıxarx qəsəbəsi ərazisində erməni təcavüzkarlarının atdığı mərmi məticəsində aldığı qəlpə yarasını müəyyən etməklə, əmək qabiliyyətini itirdiyi üçün əlilik dərəcəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 1992-ci il tarixdə Laçın rayonundan məcburi köçkün düşmüş, Tərtər rayon Şıxarx qəsəbəsində müvəqqəti məskunlaşmışdır. 20 fevral 1993-cü il tarixdən Tərtər rayonu təmas xəttinə yaxındır, o cümlədən Şıxarx qəsəbəsi mərmilər altında qalmışdır, yaxınlığında partlayan mərmi nəticəsində ağır xəsarət almış və dərhal Tərtər rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunmuşdur. Onun səhhətində günü-gündən problemlər yaranmış, lazımi səhiyyə ocaqlarına müraciət etmiş, ambulator və stosionar müalicələr almışdır. Bir neçə ildir əmək qabliyyətini tam itirmişdir. İddiaçı bildirir ki, Ermənistan ordusunun Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə qarşı təcavüz etməsi nəticəsində o, xəsarət alıb yaralanmışdır. Bu barədə şahidləri də mövcuddur. Əlillik dərəcəsinin müəyyən edilməsi ilə bağlı dəfələrlə müraciət etsə də cavabdeh tərəfindən imtina cavabı verilmişdir. İddiaçının müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ilkin iddia tələbi “xx.xx.2022-ci il tarixdən orqanizmin funksiyalarının 65-80 faiz itirilməsi səbəbi ilə müddətsiz əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Üçüncü şəxsin nümayəndəsi X3 məhkəmə iclasında məsələnin həllini məhkəmə mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -işə əlavə edilmiş “Tərtər rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Tərtər RMX-da "Qarın boşluğunun odlu silah yaralanması "diaqnozu ilə stasionar müalicə almışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə Tərtər RMX PHŞnın HMK-na əlilliklə bağlı müraciət etmiş və ona F.088 (0319003AAJRR) tərtib edilmiş və TSEK-ə göndərilmişdir. xx.xx.2022-ci il tarixdə TSEK tərəfindən "Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: Boy/bədən indeksi qeyd edilməmişdir" səbəbindən imtina edilmişdir. -işə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubundan görünür ki, İddiaçı əlillik vəziyyəti Tərtər rayon Mərkəzi Xəstəxanasının göndərişləri əsasında 3 dəfə (xx.xx.2020-ci ildə 0319003AAFGG nömrəli, xx.xx.2021-ci ildə 0319003AAFTJ nömrəli, xx.xx.2021-ci ildə 0319003AAGDU nömrəli göndərişlər) qiymətləndirilmiş və bütün hallarda müalicə potensialı tükənmədiyindən “Əlavə müalicəyə ehtiyacın olması” barədə qərar qəbul edilmiş, şəxsin əlillik vəziyyəti sonuncu dəfə dövlət tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci ildə qiymətləndirilmiş və boy-çəki indeksi qeyd edilmədiyindən göndərişin natamam doldurulması səbəbindən dövlət səhiyyə müəssisəsinə geri qaytarılmışdır. -surəti işə əlavə edilmiş TSEK müayinə sənədlərindən görünür ki, İddiaçı əlillik vəziyyətinə xx.xx.2020, xx.xx.2021 və xx.xx.2022-ci il tarixli göndərişlər əsasında baxılmış, ona sonuncu dəfə « digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, güllə yaralanması və qarın ön divarının əməliyyatdan sonrakı yırtığına görə keçirilmiş çoxsaylı loparatamiyadan sonrakı vəziyyət Ağırlaşma K56.6- digər dəqiqləşdirilməmiş bağırsaq keçməzliyi, Hissəvi bağırsaq keçməzliyi. Hazim traktının trasitoz funksiyasının pozulması (xx.xx.2021) Ağırlaşma K91.3 Cərrahi əməliyyatdan sonra yaranan bağırsaq keçməməzliyi, Ağırlaşma K91.2 Başqa rubrikalarda təsnif olunmayan cərrahi əməliyyatdan sonra əmələ gələn sorulma pozğunluğu. Ağırlaşma K56.5 Bağırsaq bitişmələri, keçməməzlik ilə, Bağırsaq bitişmələri, keçməməzlik ilə Bitişmə xəstəliyi (xx.xx.2021) Yanaşı xəstəliklər K40.9 Birtərəfli və ya dəqiqləşdirilməmiş qasıq yırtığı, keçməməzlik və ya qanqrena olmadan, Sağ tərəfli qasıq yırtığı (xx.xx.2021) Yanaşı xəstəliklər D59.4 Digər qeyri-autoimmun hemolitik anemiyalar, ikincili anemiya Yanaşı xəstəliklər 184.4 Digər ağırlaşmalarla müşayiət olunan xarici babasil, Konklemə olunmuş babasil tez- tez qanaxmalar. » diaqnoz qoyulsa da, « göndərişin natamam doldurulması » səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. -surəti işə əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsinin T 266/2023 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssəsində tərtib edilmiş göndəriş tam doldurulmuş və qeyd edilən “ Xİ Sinif – həzm sisteminin xəstəlikləri => K56 – paralitik bağırsaq çevrilməsi və bağırsaq keçməzliyi, yırtığ olmadan => K56.6 – digər və dəqiqləşdirmə..Z98.8 – digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. Akademik Topçubaşov adına ECM-in xx.xx.2021-ci il tarixdə güllə yaralanması və qarının ön divarının əməliyyatdan sonrakı yırtığına görə keçirilmiş çoxsaylı və dəqiqləşdirilməmiş bağırsaq keçməzliyi, hissəvi bağırsaq keçməzliyi, həzm - digər traktının tranzitor funksiyasının pozulması (xx.xx.2021). Ağırlaşma: K91.3-cərrahi əməliyyatdan sonra yaranan bağırsaq keçməzliyi, cərrahi əməliyyatdan sonra yaranan bağırsaq keçməzliyi. Diaqnozun mətni: Ağırlaşma: K91.2-başqa rubrikalarda təsnif olunmayan, cərrahi əməliyyatdan sonra əmələ gələn sorulma pozğumluğu başqa rubrikalarda təsnif olunmayan cərrahi əməliyyatdan sonra əmələ rubrikalarda təsnif olunmayan, cərrahi əməliyyatdan sonra əmələ gələn sorulma Yan gələn sorulma pozğunluğu, K56.6 bağırsaq bitişmələri keçməzlik ilə, bağırsaq zlik bitişmələri keçməzlik ilə bitişmə xəstəliyi (xx.xx.2021). Yanaşı xəstəliklər: K40.9. ey birtərəfli və ya dəqiqləşdirilməmiş qasıq yırtığı, keçməzlik və ya qanqrena olmadan, sağ tərəfli qasıq yırtığı (xx.xx.2021), D59.4-digər qeyri-autoimmun hemolitik anemiyalar, ikincili anemiya, 184.4-digər ağırlaşmalarla müşayiət olunan xarici babasil, konklemə olunmuş babasil tez-tez qanaxmalar" diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, instrumental müayinələrin nəticələri və özünün əyani müayinəsi əsasında müəyyən edilmişdir. 3. Vətəndaş İddiaçı müəyyən edilən diaqnozla əlaqədar zərurət yarandığı təqdirdə əlavə bərpa müalicəsinə cəlb edilə bilər. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının xəstəliyi ilə əlaqədar ona qoyulmuş “güllə yaralanması və qarın ön divarının əməliyyatdan sonrakı yırtığına görə keçirilmiş çoxsaylı loparatamiyadan sonrakı vəziyyət Ağırlaşma K56.6- digər dəqiqləşdirilməmiş bağırsaq keçməzliyi və.s” diaqnozu qoyulsa da, həmin göndərişlərdən “Əlavə müalicəyə ehtiyacın olması” və “Göndərişin natamam doldurulması səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. İddiaçı hazırki tələblə ona qoyulmuş müvafiq diaqnoza əssasən xx.xx.2022-ci il tarixdən orqanizmin funksiyalarının 65-80 faiz itirilməsi səbəbi ilə müddətsiz əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın:- -1.1-ci bəndinə əsasən əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. -3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz. -3.2-ci bəndinə əsasən xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. -3.4.2.2 bəndinə əsasən həzm funksiyasının aydın nəzərəçarpan pozuntusu – xəstəliklərin ağır formaları – davamlı residivləşən, proqressiv gedişatlı, dayanıqlı qabarıq ağrı sindromu və dispeptik hallar, bədən çəkisi çatışmazlığı; stasionar müalicə (ildə 4 dəfədən çox) və təkrar əməliyyat tələb edən tez-tez mexaniki bağırsaq keçməzliyi tutmalarının baş verməsi xəstəliyinə görə orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla orqanizmin funksiyalarının pozulması müddətsizdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən, 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1. maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3. maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4. maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, iddiaçının tələbi əsaslıdır. Belə ki yuxarıda istinad olunan qanunvericiliyin tələblərinə əsasən göndərişin natamam doldurulması əlilliyin müəyyən olunmasından imtinaya deyil, altsistemin xüsusi bölməsində müvafiq qeyd aparılmaqla bu barədə bildirişin göndərişi rəsmiləşdirilmiş komissiyaya göndərilməsinə əsas verir. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçı hazırda qeyd olunan xəstəliklərdən əziyyət çəkir və onda olan xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 3.4.2.2-ci bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla, orqanizmin funksiyalarının pozulmasının müddətsiz müəyyən edilməsinə əsas verir. Odur ki, iddiaçı barəsində rəsmiləşdirilmiş göndərişlərdən imtina “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvədə olmadığı vaxt verilsə də, iş məhkəmə icraatında olan zaman həmin meyarlar qüvvəyə mindiyindən cavabdeh orqan həmin meyarlar əsasında iddiaçıya müvafiq əlillik dərəcəsini verməməklə hərəkətsizlik nümayiş etdirmişdir. Odur ki, məhkəmə “Əlilliyin müəyyən olunması meyarları”nın 3.4.2.2-ci bəndinə əsasən iddiaçıya əlillik təyinatının aparılmasını məqsədəmüvafiq hesab edir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya əlillik təyinatından imtina ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 3.4.2.2-ci bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla, müddətsiz əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar