Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-210/2020 11.06.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs X2) qeydiyyatdan çıxarılma tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı Cavabdehnə (üçüncü şəxs X2) qarşı üçüncü şəxsin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 mülkiyyətində olan Qazax şəhəri, İ.Qayıbov küçəsi, 17 nömrəli ünvanda yerləşən evi xx.xx.2018-cil tarixdə alğı-satqı edərək almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********74-10301 reyestr nömrəli çıxarışa əsasən həmin evi öz adına rəsmiləşdirmişdir. Razılaşma əsasındə cavabdeh bir ay ərzində onun evindən qeydiyyatdan çıxmalı idi. Ancaq cavabdeh hələdə onun evindən çıxmayıbdır. Cavabdehin isə onun evində qeydiyyatda olmağı onlara çox maneələr və əlavə xərclər yaradır. Bu da onun büdcəsinə müəyyən zərər vurur. Özünə nə qədər desə də ki qeydiyyatdan çıx özü könüllü olaraq razı olmur. Qeydiyyatdan çıxmağı ilə bağlı Cavabdehnə müraciət etmişdir. Oradan isə ona xx xxxxxxx 2019-cu il tarixli məktubla cavab olaraq məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Hesab edir ki, cavabdeh orqanın hərəkətləri qanuna uyğun deyil. İş üzrə tərəflərə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və ərizə təqdim edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, üçüncü şəxs və cavabdhein nümayənbdəsi isə məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərəflərin və üçüncü şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən xx xxx 2020-ci il tarixli məktubla məhkəmə tərəfindən iddiaçıya real yardım edilmiş və yardıma uyğun nöqsanların aradan qaldırılması ona təklif olunmuşdur. Məhkəmənin müraciəti xx xxxx 2020-ci il tarixdə sonuncunun ünvanı üzrə təqdim olunsa da iddiaçı məhkəmənin müraciətinə uyğun nöqsanları aradan qaldırmamış, məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi qeyri-müəyyəndir. Belə ki, iddia ərizəsinin “xahiş etdim” hissəsində X1 pasport qeydiyyatından çıxarılma öhdəliyinin Cavabdeh üzərinə qoyulması xahiş edilmiş, lakin üçüncü şəxsin hansı ünvandan pasport qeydiyyatından çıxarılması qeyd edilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulubpozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar («İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarının 4.1, 4.2, 5.1 və 5.2 bəndləri). «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarının 8ci bəndində qeyd edilir ki, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. İdiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs X2) qeydiyyatdan çıxarılma tələbinə dair iddiası mümkün sayılmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80. maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs X2) qeydiyyatdan çıxarılma tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-210/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-210/2020
11.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver