Məhkəmə qərarları › İş №2-1(114)-2108/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2108/2020

19.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2108/2020 19.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X1rşı qeyri-yaşayış sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh DƏDRX-nin 3 saylı X1rşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, Xanlar küçəsi, 4-cü dalanda yerləşən “xxxx” ASC-nin mülkiyyətində olmuş və ona satılmış əmlakın məişət sahəsi hissəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət qeydiyyatına alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, “xxxx” ASC-nin Müşahidə Şurasının xx.xx.2009-cu il tarixli, 03 saylı iclas protokolu ilə cəmiyyətin balansında olan Gəncə şəhəri, Xanlar küçəsi, 4-cü dalanda yerləşən qeyri-yaşayış sahəsi olan məişət sahəsinin dəyərinin bazar qiymətinə uyğunlaşdırılaraq satılmasına razılıq verilmişdir. Bundan sonra iddiaçı ilə “xxxx” ASC arasında xx.xx.2009-cu il tarixli müqavilə bağlanmış və müqaviləyə əsasən protokolda göstərilən daşınmaz əmlak, yəni Gəncə şəhəri, Xanlar küçəsi, 4-cü dalanda yerləşən qeyri-yaşayış sahəsi olan məişət sahəsi 59000 (əlli doqquz min) manata ona satılmışdır. Qeyd olunan məbləğ iddiaçı tərəfindən “xxxx” ASC-nin “xxxx” ASC-nin Gəncə filialında olan bank hesabına ödənilmişdir. Qeyd olunanlara əsaslanaraq göstərilən qeyri-yaşayış sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə iddiaçı DƏDRX-nin 3 saylı X3 müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdehə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -“xxxx” ASC-nin Müşahidə Şurasının xx.xx.2009-cu il tarixli, 03 saylı iclas protokolundan görünür ki, cəmiyyətin balansında olan Gəncə şəhəri, Xanlar küçəsi, 4cü dalanda yerləşən qeyri-yaşayış sahəsi olan məişət sahəsinin dəyərinin bazar qiymətinə uyğunlaşdırılaraq satılmasına razılıq verilmişdir. -xx.xx.2009-cu il tarixli, 01 nömrəli müqavilənin surətindən görünür ki, “xxxx” ASC tərəfindən ona məxsus Gəncə şəhəri, Xanlar küçəsi, 4-cü dalanda yerləşən qeyriyaşayış sahəsi olan Məişət sahəsi 59000 (əlli doqquz min) manat müqabilində İddiaçı satılmışdır. -xx.xx.2009-cu il tarixli orderin surətindən görünür ki, bağlanmış müqaviləyə əsasən İddiaçı tərəfindən “xxxx” ASC-nin “xxxx” ASC-nin Gəncə filialında olan bank hesabına 59000 (əlli doqquz min) manat ödənilmişdir. -“xxxx” ASC-nin arayışından görünür ki, Gəncə şəhəri, Xanlar küçəsi, 4-cü dalanda yerləşən iki mərtəbəli məişət binasını xx.xx.2009-cu ildə İddiaçı satmışdır. -DƏDRX-nin 3 saylı X2 xx.xx.2020-ci il tarixli, **********15 nömrəli məktubunun surətindən görünür ki, iddiaçının müvafiq müraciəti müsbət həll edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, “xxxx” ASC-nin Müşahidə Şurasının xx.xx.2009-cu il tarixli, 03 saylı iclas protokolu ilə cəmiyyətin balansında olan Gəncə şəhəri, Xanlar küçəsi, 4-cü dalanda yerləşən qeyriyaşayış sahəsi olan məişət sahəsinin dəyərinin bazar qiymətinə uyğunlaşdırılaraq satılmasına razılıq verilmiş, bundan sonra iddiaçı ilə “xxxx” ASC arasında xx.xx.2009cu il tarixli müqavilə bağlanmış və müqaviləyə əsasən protokolda göstərilən daşınmaz əmlak 59000 (əlli doqquz min) manata ona satılmış və həmin məbləğ müvafiq hesaba ödənilmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək həmin əmlak üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən cavabdeh orqanın imtinasını əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; Sadalanan normaların məzmununa istinadən qeyd edilməlidir ki, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. İş materialları ilə müəyyən edilir ki, hazırda mübahisə predmeti olan qeyri-yaşayış sahəsi “xxxx” ASC-nin müvafiq iclas qərarı ilə iddiaçıya satılmışdır və əmlakın dəyəri iddiaçı tərəfindən satıcının müvafiq hesabına ödənilmişdir, yəni sözügedən qeyriyaşayış sahəsi alqı-satqı qaydasında iddiaçıya verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Gəncə şəhəri, Xanlar küçəsi, 4-cü dalanda yerləşən “xxxx” ASC-nin mülkiyyətində olmuş və iddiaçıya satılmış əmlakın məişət sahəsi hissəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Gəncə şəhəri, Xanlar küçəsi, 4-cü dalanda yerləşən, “xxxx” ASC-ə məxsus olmuş qeyri-yaşayış sahəsi olan məişət sahəsi üzərində İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X3 həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar