Məhkəmə qərarları › İş №2-1(114)-2109/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2109/2023

27.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2109/2023 27.07.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı pensiyasının təyin edilməsi və fərq məbləğinin hesablanaraq ödənilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-111/2023 nömrəli xx.xx.2023-cü il tarixli qanuni qüvvəsini almış qərarı nəzərə alınmaqla ona pensiya təyin edilməsi, xx.xx.2022-ci il tarixdən etibarən ödənilməyən pensiyanın fərq məbləğinin hesablanaraq tam şəkildə birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ona əlillik təyin edilməsi məqsədi ilə məhkəməyə müraciət etmiş, məhkəmə xeyrinə qərar qəbul edərək onun xx.xx.2022-ci ildən hərbi xidmət dövrü ilə əlaqədar 2-ci qrup müddətsiz əlillik təyin edilməsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinə həvalə etmişdir. Lakin bu günə kimi Gəncə İnzibati Məhkəməsinin 2-1(114)- 111/2023 nömrəli xx.xx.2023-cü il tarixli qanuni qüvvəsini almış qərarı icra edilmir, bu səbəbdən də onun pensiyası ödənilməyərək qalmaqdadır. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçıya əlillik təyin edilməsi barədə qərar qüvvəyə minmədiyinə görə hazırda iddia mümkünsüz sayılmalıdır. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mahiyyətindən də məlum olur ki, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)- 111/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçıya hərbi xidmət dövrü ilə əlaqədar 2-ci dərəcə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinin üzərinə qoyulmuşdur. İddiaçı hazırda həmin qərarın icrası istiqamətində ona təyin edilmiş əlilliyə görə pensiya ödənilməsini tələb edir. Qeyd edilməlidir ki, Məhkəmənin elektron informasiya sistemindən əldə edilmiş məlumatla müəyyən edilir ki, iddiaçının istinad etdiyi Gəncə İnzibati Məhkəməsinin 2- 1(114)-111/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən iş Gəncə Apellyasiya Məhkəməsinin icraatındadır. Göründüyü kimi Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-111/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı qanuni qüvvəyə minməmişdir. Beləliklə müəyyən olunur ki, hazırki tələb sözügedən məhkəmə qərarı ilə birbaşa bağlı olduğundan və həmin qərar üzrə apellyasiya baxışı davam etdiyindən hazırki işə baxılması mümkün hesab edilə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiyasının təyin edilməsi və fərq məbləğinin hesablanaraq ödənilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar