Məhkəmə qərarları › İş №2-1(114)-211/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-211/2022

01.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-211/2022 01.02.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin bərpa edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasına (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əlillik dərəcəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1961-ci ildə anadan olmuşdur. "xxxx" MMC-də işləmiş, 06.06.2016-cı il tarxidə əmək qabiliyyətini tam itirməsi ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin vaxtdan da etibarən ona İİ dərəcəli əlillik təyin edilmişdir. 2021-ci il iyul ayından etibarən ona təyin edilmiş pensiyanı ala bilmir. 27 iyul 2021 -ci il tarixdə müayinə olunmuş və 28 iyul 2021-ci il tarixdə 0278003AAJ52 saylı göndərişlə Tibbi Sosial Ekspert Komissiyasına göndəriş ünvanlanmışdır. 23 avqust 2021-ci il tarixdə göndərişin natamam doldurulduğu bildirilərək, Respublika Endokrinologiya Mərkəzində müayinə olunmağı məsləhət görülmüşdür. Bundan sonra müayinə olunmuş və yenidən 13 sentyabr 2021-ci il-tarixdə 0278003AAKXE bildiriş göndərilmişdir. Lakin bu günə qədər həmin göndərişə heç bir cavab verilməmişdir. Həmçinin, Dövlət Tibbi Sosial Ekpertiza və Reabilitasiya Agentliyinin sədrinə rəsmi müraciət ünvanlasa da, həmin müraciətin 29 sentyabr 2021-ci il tarixdə alınmasına baxmayaraq, ona bu günə qədər heç bir məlumat verilməmişdir. O, xroniki şəkərli diabet, insulinterapiya xəstəliyindən əziyyət çəkir, xəstəliyi xroniki xarakter daşıyır. Onun sağalmağı və səhhətinin bərpası qeyri mümkündür. Onun bu illər ərzində aldığı müalicələr isə yalnız vəziyyətinin pisləşməsinin qarşısını almağa yönəlmişdir. Hesab edir ki, xroniki xəstəliyə malik şəxsin əlillik dərəcəsinin təyin edilməsindən imtina edilməsi qanunsuzdur. Buna görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 01.12.2021-ci il tarixə təyin edilmiş şifahi məhkəmə baxış iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Daha sonra, iddiaçı 31.01.2022-ci il tarixli iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək onun əlilliyinin 2021-ci ilin iyul ayından bərpa edilməsini cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, məhkəmənin 01.02.2022-ci il tarixli məhkəmə iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddiaya dair etiraz göndərərək bildirmişdir ki, İddiaçı əlillik vəziyyətinə Goranboy Rayon Mərkəzi Xəstəxanasının 05.06.2016-cı il tarixli 0278003AAEQB saylı göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr - E10-E14 - Şəkərli diabet - E10 - İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: Şəkərli diabet İİ tip ağır forma. İnsulin tələbli. Hər iki aşağı ətrafın diabetik angiopatiyaslı. QDÇ İİ dərəcə. Hipertoniya xəstəliyi İİİ dərəcə. QDÇ İİ fs.; Meyar: 2.2 İkinci dərəcə əlillik - 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00,E07- E07.9,E10,E12,E15,E16.1,E22.0- E22.1,E23.0-E23.2,...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Goranboy Rayon Mərkəzi Xəstəxanasının 02.07.2021-ci il tarixli 0278003AAJ52 saylı göndərişi əsasında baxılmış və “X1: İV Sinif - S Endokrin sistemin xəstəlikləri, maddələr - E10-E14 - Şəkərli diabet - E10 - İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: XBT 10 kodu Xəstəliyin adı Əsas diaqnoz E10.7 İnsulindən asılı şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet tip 2,ağır forma.İnsulin tələbli. Ağırlaşma H36.0* Diabetik retinopatiya (E10- E14 ümumi dördüncü .3 işarəsi ilə), OU- proliferativ diabetic retinopatiya fəsadlıkatarakta.Vis OD=0.2 k/etmir.Vis OS=0.4 k/etmir; Mərkəzə göndərilmənin İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması-Səbəb: Respublika Endokrinologiya Mərkəzində müayinə olunması məsləhətdir” səbəbi ilə imtina verilmişdir. Goranboy Rayon Mərkəzi Xəstəxanasının 13.09.2021-ci il tarixli 0278003AAKXE saylı göndərişi əsasında baxılmış və “X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr - E10-E14 - Şəkərli diabet- E10 – İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: Çoxsaylı ağırlaşmalarla Şəkərli diabet tip 2,ağır forma.insulin tələbli. Diabetik polineyropatiya.Hər iki aşağı ətrafın diabetik angiopatiyası.OU- proliferativ diabetic retinopatiya fəsadlıkatarakta; Mərkəzə göndərilmənin/İmtlna edilmənin səbəbi isə göndərişin natamam doldurulması - Səbəb: Hədəf orqanlarda olan ağırlaşım alar ixtisaslaşmış tibb müəssisəsində ətraflı müayinə olunaraq dəqiqləşdirilsin və qeyd edilsin" səbəbi ile imtina verilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdlq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası'nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ile təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarına əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri"nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonragöndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş_verilməsi üçün əsaslara şəxşin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambülator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində gösterilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri"nə daxil edildikdən sonra alt sistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərek adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilkəsi məqsədilə altsisem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-n sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsisteminə daxil edilir.TSEK-in sədri və üzvləri tərəfindən gücləndirlmiş elektron imza ilə imzalanır. Sadalananları nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməməsinə baxmayaraq, məhkəmə işə baxıb iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini 0278003AAJ52 nömrəli, 28.07.2021-ci il tarixdə göndərilmiş Tibbi Sosial Komissiyasının cavabı, 2394 nömrəli, 10.08.2021-ci il tarixli tibbi xidmətə göndəriş vərəqəsi, Azərbaycan Respublikası Əmək və halinin Sosiual Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının 06.06.2016-cı il qiymətləndirmə tarixi olan sonuncu müayinəyə dair məlumatın verilməsi, iddiaçıya məxsus 04.04.2000-ci il tarixli, ******* nömrəli əmək kitabçasının kserosurəti, 0278003AAKXE nömrəli, 03.11.2021-ci il tarixdə göndərilmiş Tibbi Sosial Ekspert Komissiyasının cavabı, 13.09.2021-ci il tarixdə rəsmiləşdirilmiş, 0278003AAKXE nömrəli Azərbaycan Respublikası Tibbi Sosial Ekspert Komissiyasına göndəriş, 2690004AAZN2 nömrəli Ambulator kitabçadan çıxarış, 3502 nömrəli, 29.11.2021-ci il tarixli, tibbi xidmətə görə göndəriş vərəqəsi, cavabdeh tərəfindən göndərilmiş 02.12.2021-ci il tarixli etiraz təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. İddia ümumi mümkünlük şərtlərinə əməl olunmaqla verilmiş, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddia mümkün iddia olsa belə, mahiyyət baxımından əsassızdır. 0278003AAJ52 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının cavabından görünür ki, Dövlət səhiyyə müəssisə tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu muayinəyə dair məlumatda görünür ki, 06.06.2016-cı il tarixdə “Şəkərli diabet ll tip ağır forma. İnsulin tələbli. Hər iki aşağı ətrafın diabetik angiopatiyaslı. QDÇ ll dərəcə. Hipertoniya xəstəliyi lll dərəcə. QDÇ ll fs “ diaqnozu qoyulmuş və 06.06.2021-ci il tarixədək əlillik və sağlamlıq imkanlarının məhdudluq müddəti təyin edilmişdir. İş materiallarında olan 04.04.2000-ci il tarixli, ******* nömrəli əmək kitabçasının 9-cu səhifəsindən görünür ki, İddiaçı 12.01.2015-ci il tarixli, 07/08 nömrəli əmr ilə həmin tarixdən AN və MMİ idarəsi Kran təsərrüfatı sexinə 5-ci dərəcəli avtosəbət sürücüsü peşəsinə bərpa edilmiş, 06.06.2016-cı il tarixdə Əmək Məcəlləsinin 74-cü maddəsinin “c” bəndinə əsasən (əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar) əmək müqaviləsinə 07/87 nömrəli əmr ilə xitam verilmişdir. İş materiallarında olan 06.06.2016-cı il tarixli, 1KOJXAF0001 nömrəli Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 24 saylı Tibbi Sosial Ekspert Komissiyasının Müayinə barədə məlumatından görünür ki, iddiaçıya Şəkərli diabet ll tip ağır form. İnsulin tələbli. Hər iki aşağı ətrafın diabetik angiopatiyaslı. QDÇ ll dərəcə. Hipertoniya xəstəliyi lll dərəcə QDÇ ll fs diaqnozu qoyulmuşdur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiqedir «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın:- (bundan sonra Qayda) - 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. - 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən «Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.6-cı bəndinə əsasən qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. - 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. «Tibbi-Sosial Ekspert Komissiyaları haqqında» Əsasnamənin:- (bundan sonra TSEK) - 5.4-cü bəndinə əsasən TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların əlilliyin təkrar qiymətləndirilməsi Xidmət tərəfindən aparılır. - 5.5-ci bəndinə əsasən TSEK-in qərarlarından «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” AzərbaycanRespublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması,əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi- həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı AzərbaycanRespublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və ƏhalininSosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12(on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlaradavamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Göründüyü kimi, “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci bəndinin tələbinə görə, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12(on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmas nəzərdə tutulsada, iddiaçı həmin tələbi ödəyə bilməmişdir. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə ediliş sənədlər arasında ambulatorstasionar xəstənin tibb kartasından çıxarışlarda sözügedən müddət ödənməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2-ci bəndinə görə, ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.7-ci bənd. Endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00, E07-E07.9, E10, E12, E15-E16.1, E22.0-E22.1, E23.0-E23.2, E23.7, E24-24.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34- E34.1, E34-E35.8;... 4.2-ci bənd. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Göründüyü kimi, ikinci dərəcə əlillik səbəbindən iddiaçıya 06.06.2016-cı il tarixdə 5 illik, yəni 06.06.2021-ci il tarixə kimi əlillik müddəti təyin edilmiş və sözügedən tarixdə həmin müddət başa çatmışdır. Bundan sonra cavabdehin iddiaçının əlilliyinin qiymətləndirməsi ilə bağlı hərəkətləri yuxarıda şərh olunan maddi hüquq normalarının tələblərinə uyğun olduğundan məhkəmə bu nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68, 69, 73.1, 75 və 81-86-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyinin 2021-ci ilin iyul ayından bərpa edilməsi barədə iddia tələbi təmin olunmasın. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252)apellyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar