Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2112/2022 25.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********63163 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə - iddiaçı) 28 iyul 2007-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır və onun əsas fəaliyyət növü şaurma satışı üzrə fəaliyyətdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin (bundan sonra mətndə - cavabdeh) xx.xx.2022-ci il tarixli, **********1282 nömrəli qərarına əsasən, iddiaçıya məxsus, ünvan 1 ünvanının yanında yerləşən “BON APPETİT” adlı kafedə operativ vergi nəzarəti həyata keçirilmişdir. Qərar üzrə vergi nəzarəti xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməsi, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması məsələlərini əhatə etmişdir. Qərar KY221744487 nömrəsi ilə “sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmışdır. Həyata keçirilmiş operativ vergi nəzarəti zamanı iddiaçıya məxsus obyektdə qulluqçu, təmizləyici, aşbaz və s. kimi çalışan 7 nəfərin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar olunaraq, xx.xx.2022-ci il tarixdə 004661 nömrəli aktla rəsmiləşdirilmiş və həmin işçilərin siyahısı akta əlavə edilmişdir. Akt tərtib edilərkən siyahıda qeyd edilən 7 nəfər işçidən beşinin izahatı alınmış, digər ikisi izahat verməkdən imtina etmiş, bu hal cavabdeh qurumun əməkdaşları və iddiaçının da iştirakı aktlaşdırılmışdır. Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********63163 nömrəli qərarı ilə iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 7 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 14.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. Qərarla razılaşmayan iddiaçı xx.xx.2022-ci il tarixdə (müvafiq poçt xidmətinə təqdim etmişdir) iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022ci il tarixli, **********63163 nömrəli qərarın ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. İddia onunla əsaslandırılmışdır ki, 07 iyun 2022-ci il tarixdə Gəncə şəhəri Bon Appetit kafesində cavabdeh qurumun əməkdaşları tərəfindən operativ vergi nəzarəti nəticəsi haqqında xx.xx.2022-ci il tarixli, 004661 saylı akt tərtib edilmişdir. Həmin akta görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən iddiaçı tərəfindən işlərin yerinə yetirilməsinə 7 nəfər fiziki şəxs cəlb edilmişdir. Həmin akt tərtib edilərkən iddiaçının bundan xəbərim olmamış, aktın harada tərtib edilməsindən məlumatı olmamışdır. Sonra cavabdeh iddiaçını dəvət etmədən və ona məlumat vermədən barəsində qərar qəbul etmişdir. 16 iyun 2022-ci il tarixli **********63163 nömrəli qərara görə o, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 7 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə 14000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçı hesab edir ki, 16 iyun 2022-ci il tarixli **********63163 nömrəli qərar əsasız olduğundan ləğv olunmalıdır. Belə ki, qərarın qəbul olunmasına əsas olmuş xx.xx.2022-ci il tarixli, 004661 nömrəli akta əlavədə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 7 nəfər fiziki şəxslərin siyahısı vardır. İddiaçı qeyd edir ki, həmin şəxslər heç biri o vaxt restoranda işləməyib. Ümumiyətlə restoran artıq yanvar ayından işlək vəziyyətdə olmamışdır. Bunu restoranın dövriyəsindən də müəyyən etmək olar. Cavabdeh orqan isə heç bir araşdırma aparmadan qərar qəbul etmişdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində iddiaçıya məlumat verilsə də, məhkəmə iclaslarında iştirak etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. İddiaçının şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Cavabdeh iddia tələbinə dair xx.xx.2022-ci il tarixli, **********492700 nömrəli etirazını təqdim etmişdir. Etirazında bildirir ki, iddiaçının sahibkarlıq fəaliyyəti üzrə aparılmış operativ vergi nəzarəti cavabdehin xx.xx.2022-ci il tarixli **********1282 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" qərarı əsasında həyata keçirilmişdir. Qərar əsasında cavabdeh inzibati orqanda vergi ödəyicisi kimi qeydiyyatda olan hazırkı işdə İddiaçı (VÖEN: **********) sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 2 ünvanında yerləşən "BON APPETİT" restoranında xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Həyata keçirilmiş yoxlama nəticəsində 7 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müvafiq işlərə cəlb edildiyi müəyyən olunmuş və yoxlamanın nəticəsi xx.xx.2022-ci il tarixli DVX seriyalı 004661 nömrəli aktla rəsmiləşdirilmişdir. Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən aşkar edilmiş 7 nəfər işçidən 5 nəfəri izahat vermiş, 2 nəfər heç bir səbəb göstərmədən izahat verməkən imtina etmiş və bununla bağlı sərbəst akt tərtib olunmuşdur. Eyni zamanda İddiaçı iltizam təqdim edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 3 ünvanında yerləşən "Bon appetit" kafesində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məqsədi ilə 12 saylı Ərazi Vergilər Baş İdarəinin əməkdaşları tərəfindən keçirilən operativ vergi nəzarəti zamanı foto və video çəkilişlərin aparılmasına etiraz etmədiyini qeyd etmişdir. İddiaçının iddia ərizəsində göstərdiyi dəlillərin heç birinin mötəbərliyi təsdiqlənmədiyindən cavabdeh hesab edir ki, qəbul etdiyi qərarın ləğvi üçün əsaslar mövcud deyildir. İddia ərizəsinə nəzər yetirməklə görmək olur ki, iddianın dəlillərində inzibati aktın, eləcə də vergi orqanı əməkdaşlarının hərəkətlərinin qanunsuzluğunu sübut edəcək heç bir əsaslı hal yoxdur. İddiaçı cavabdehin qanuni səlahiyyətləri daxilində qəbul etdiyi qərarı mübahisələndirməklə tətbiq edilmiş maliyyə sanksiyasını ödəməmək, mövcud vergi öhdəliyini yerinə yetirməmək niyyətini ehtiva etdirmişdir. İddiaçı iddia ərizəsində akt tərtib olunarkən onun bundan xəbəri olmadığını, cavabdehin onu dəvət etmədən və ona məlumat vermədən barəsində qərar qəbul etdiyini, 16 iyun 2022-ci il tarixli qərara görə ona Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Rəspublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 7 nəfər fiziki şəxsin işlərin yerinə cəlb etdiyinə görə 14 000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edildiyini, xx.xx.2022-ci il tarixli akta əlavə edilmiş siyahıda adları qeyd olunmuş 7 nəfər fiziki şəxsin heç birinin həmin restoranda işləmədiyini, buna görə də 16 iyun 2022-ci il tarixli **********63163 nömrəli qərarın ləğv edilməli olduğunu qeyd etmişdir. İddiaçı aktda adları qeyd olunmuş 7 nəfərdən heç birinin həmin vaxt restoranda işləmədiyini bildirmişdir. İddiaçının bu dəlilinin əsassızlığını yoxlamaya təqdim olunmuş izahatı, Operativ vergi nəzarətinin nəticələri barədə aktı imzalaması, işçilərdən 5 nəfərin izahat verməsi və fotoşəkillər sübut edir. Belə ki, iddiaçı yoxlamaya təqdim etdiyi izahatında ünvan 2 ünvanında yerləşən, onun istifadəsində olan "BON APPETİT" restoranında işləyən işçilərin onun işçiləri olduğunu, adları siyahıda yazılan işçilərlə əmək müqaviləsi bağlamadığını etiraf etmişdir. Bundan başqa X1 şəhəri M.A.Abbaszadə ev 30A-30B ünvanında yerləşən, İddiaçı istifadəsində olan kafedə xx.xx.2022-ci il tarixdən işlədiyini, günlük olaraq 12 manat məvacib aldığını, işlədiyi gündən onunla sahibkar arasında əmək müqaviləsi bağlanmadığını, X20 ünvan 3 ünvanında yerləşən, İddiaçı sahibkarlıq fəaliyyəti göstərdiyi "BON APPETİT" kafesində iş icraçısı olaraq günlük 10 manat əmək haqqı müqabilində işlədiyini, vergi ödəyicisi ilə onun arasında əmək müqaviləsi bağlanmadığını, X8 şəhəri, M.A.Abbaszadə ev 30A-30B ünvanında yerləşən, İddiaçı sahibkarlıq fəaliyyəti göstərdiyi "Bon Appetit" kafesində xx.xx.2022-ci il tarixdən qulluqçu (ofsiant) olaraq günlük 10 manat müqabilində işlədiyini, vergi ödəyicisi ilə onun arasında əmək müqaviləsi bağlanmadığını, X3 şəhəri M.A.Abbaszadə ev 30A-30B ünvanında yerləşən, İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi "BON APPETİT" kafesində xx.xx.2022-ci il tarixdən aşbaz olaraq gündəlik 10 manat müqabilində işlədiyini, vergi ödəyicisi ilə onun arasında əmək müqaviləsi bağlanmadığını, X2 şəhəri M.A.Abbaszadə ev 30A-30B ünvanında yerləşən "Bon appetit" kafesində xx.xx.2022-ci il tarixdən aşbaz köməkçisi kimi gündəlik 10 manat aldığını, işlədiyi müddətdə onunla əmək müqaviləsi bağlanılmadığını öz izahatlarında qeyd etmişlər. Bundan əlavə olaraq, qeyd olunan fiziki şəxslərin və izahat verməkdən imtina etmiş fiziki şəxslərin həmin kafedə işlədiyini sübut edən fotoşəkillər etiraza əlavə olunmuşdur. İddiaçı həmçinin restoranın yanvar ayından işlək vəziyyətdə olmadığını, bunu restoranın dövriyyəsindən də müəyyən etməyin mümkün olduğunu, cavabdehin heç bir araşdırma aparmadığını qeyd edir. Bununla bağlı bildirilir ki, iddiaçı vergi orqanına dayandırılmış fəaliyyətinin bərpa edilməsi ilə bağlı arayış təqdim edərək xx.xx.2021-ci il tarixdən fəaliyyətini bərpa etmiş, xx.xx.2022-ci il tarixdə vergi orqanına arayış təqdim edərək həmin tarixdən 5 il müddətinə fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul etdiyini bildirmişdir. Lakin iddiaçı xx.xx.2022-ci il tarixdə yenidən arayış təqdim edərək həmin tarixdən fəalliyyətini bərpa etmişdir. Yuxarıda qeyd olunanlardan görünür ki, fərdi sahibkarın təsərrüfat suyektində operativ vergi nəzarəti xx.xx.2022-ci il tarixdə həyata keçirilmişdir. İşin qeyd edilən faktiki hallarından, eləcə də hüquqi əsaslarından bəlli olur ki, cavabdeh inzibati orqanın hərəkətləri əsaslı və qanuni olmuş, iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyektdə aparılan operativ vergi nəzarəti tədbiri vergi qanunvericiliyinin tələbləri daxilində olmuşdur. Əksinə iddiaçının dəlilləri vergi öhdəliyini yerinə yetirməkdən yayınmağa xidmət etməklə yanaşı işdə olan heç bir sübutla təsdiq olunmur. Qeyd edilənlərə əsasən iddiaçının cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022ci il tarixli **********63163 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarın ləğv edilməsi tələbinə dair iddia tələbinin təmin edilməməsi ilə bağlı qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. İş materiallarına mübahisələndirilən qərar və onun qəbul edilməsi ilə bağlı aparılmış icraat materiallarının təsdiqlənmiş surəti əlavə olunmuşdur. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı İnzibati Prosessual Məcəllənin 33.1 və 33.2-ci maddələrinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. Çünki cavabdeh iddiaçıya soyadın dəyişdirilməsi ilə əlaqədar ərizəsinə dair formal qərar qəbul etməmişdir. Həmçinin, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsində nəzərdə tutulmuş iddianın qaldırılması ilə bağlı müddətə (tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün) riayət edilmişdir. Belə ki, mübahisələndirilən qərar xx.xx.2022-ci il tarixdə qəbul edilmiş, iddiaçı isə xx.xx.2022-ci il tarixdə (zərfdəki möhür tarixindən) iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu baxımdan iddianın qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət açıq-aşkar gözlənilmişdir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. İnzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Başqa sözlə, cavabdeh orqanın inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparıb-aparılmaması yoxlanılır. Hazırkı iş üzrə cavabdeh vergi orqanının “xx.xx.2022-ci il tarixli, **********63163 nömrəli qərarı” mübahisələndirildiyindən, həmin qərarın qəbul edilməsi ilə bağlı aparılmış inzibati icraatın qanunauyğun aparılması yoxlanılmalıdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; Maddə 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Maddə 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Maddə 150.1. Aşağıdakı şəxslər (vergi agentləri) ödəmə mənbəyində vergini tutmağa borcludurlar: 150.1.2. muzdla işləyən fiziki şəxslərə ödəmələr verən sahibkarlar və xüsusi notariuslar; 150.1.7. Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar. Maddə 150.2 Bu Məcəllənin 150.1-ci maddəsində göstərilən şəxslər verginin tutulması və büdcəyə köçürülməsi üçün cavabdehdirlər. Vergi məbləği tutulmursa və ya tutulmuş vergi büdcəyə köçürülmürsə, gəliri ödəyən hüquqi şəxslər və sahibkarlar tutulmamış və ya köçürülməmiş verginin məbləğini, həmçinin müvafiq faizləri və sanksiyaları büdcəyə ödəməyə borcludurlar. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar
8. İş yeri — işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yer.
9. Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu. Maddə 7. Əmək münasibətlərinin qanunvericiliklə və müqavilə bağlamaqla tənzimlənməsi
2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Maddə 43. Əmək müqaviləsinin məzmunu
2. Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: b) işəgötürən hüquqi şəxs olduqda onun adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), hüquqi ünvanı, fiziki şəxs olduqda onun adı, soyadı, atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), sosial sığorta nömrəsi (SSN), ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası, nömrəsi, pin kodu və ya fərdi identifikasiya nömrəsi (FİN), verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı; c) işçinin iş yeri, vəzifəsi (peşəsi); Maddə 49. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi
1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. İşin müəyyən edilən hallarına əsasən, həyata keçirilmiş operativ vergi nəzarəti zamanı iddiaçıya məxsus obyektdə qulluqçu, təmizləyici, aşbaz və s. kimi çalışan şəxslərin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu madəsinin tələblərini pozaraq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar olunaraq xx.xx.2022-ci il tarixdə 004661 nömrəli aktla rəsmiləşdirilmiş və həmin işçilərin siyahısı akta əlavə edilmişdir. Habelə, iddiaçı da həmin vaxt yazmış olduğu izahatında da restoranda işləyən şəxslərin əmək müqaviləsi və xidməti müqavilə bağlamadan ona məxsus obyektdə müxtəlif işlərdə işləməsini etiraf etmişdir.. Operativ vergi nəzarəti zamanı izahatları alınmış 5 nəfər şəxs: X5 (Ş/V - AA3019505), X9 (Ş/V - AZE seriyalı, ********), X16 (Ş/V – AA1360469), X20 (Ş/V - AA0427765), X6 (Ş/V – AZE seiyalı, ********) əmək müqaviləsi bağlamadan müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edildiklərini etiraf etmişlər. İzahatları alınmamış digər şəxslər isə faktiki olaraq iş yerində olsalar da, izahat verməkdən imtina etmişlər. Qeyd edilən hallar müvafiq aktla rəsmiləşdirilmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş və 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş dəyişikliklər nəticəsində həmin Məcəllənin 41-ci maddəsi aşağıdakı məzmunda qeyd edilmişdir: - 41.1. Vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. - 41.2. Bu Məcəllənin 41.1-ci maddəsi ilə müəyyən edilmiş foto və (və ya) video çəkilişin nəticələri vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə məhkəmə və ya inzibati icraat çərçivəsində istifadə edilir. Foto və (və ya) video çəkilişin nəticələri üçüncü şəxslərə yalnız vergi ödəyicisinin yazılı razılığı əsasında açıqlana bilər. Vergi qanunvericiliyinin tələbləri baxımından, cavabdeh vergi orqanı iddiaçıya məxsus obyektdə aşkar etdiyi pozuntuları protokollaşdırmalı, foto və (və ya) video çəkilişdən istifadə etməlidir. Nəzərə alınmalıdır ki, yalnız foto və (və ya) video çəkilişdən istifadə edilərək protokollaşdırılan hallar məhkəmə və ya inzibati icraat çərçivəsində sübut qismində istifadə oluna bilər. Hazırkı halda, vergi qanunvericiliyinin tələbləri baxımından, iddiaçı barəsində məsuliyyət qərarının qəbul edilməsinə əsas olmuş icraat zamanı foto çəkilişlərdən istifadə olunduğu üçün cavabdeh tərəfindən tərtib edilmiş aktlara istinad edilməsi mötəbər əsas kimi qəbul edilə bilər. Göründüyü kimi, cavabdehin qəbul etdiyi qərar üçün əsas olan faktiki şərtlər mövcud olmuş, beləliklə də, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan kimi cavabdeh tərəfindən həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********63163 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Zəfər Quliyev