Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2117/2023 27.07.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı doğum haqqında şəhadətnamənin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun xx.xx.1964-cü il tarixdə Ermənistan Respublikası, Amasiya rayonunun Oxçuoğlu kəndində anadan olması barədə doğum haqqında şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2964-cü ildə Ermənistan Respublikasının Amasiya rayonunun Oxçuoğlu kəndində anadan olmuşdur, 1986-cı ildən Azərbaycan Respublikasının Gəncə şəhərində yaşamışdır. Barəsində olan cinayət işi ilə əlaqədar 2000-ci ildə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkum olunmuş, həbs edilərkən şəxsiyyətini təsdiq edən sənəd kimi keçmiş SSRİ pasportu ondan alınmışdır. Bundan sonra 2011-ci ildə həbsdən azad edilmiş, digər bir cinayət hadisəsinə görə 2013-cü ildə yenidən Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkum olunmuşdur. Hazırda xx.xx.2023-cü il tarixdən azadlığa buraxılmışdır. Həbsdə olduğu üçün onun şəxsiyyətini təsdiq edən sənəd olan SSRİ pasportu 2000-ci ildə Ağır cinayətlər Məhkəməsində iş materiallarına əlavə edildikdən sonra ona qaytarılmamışdır. Azadlığa çıxandan sonra onun heç bir sənədi yoxdur. X1 müraciət edərək şəxsiyyət vəsiqəsi almaq üçün ona doğum şəhadətnaməsinin verilməsini xahiş etmiş, Cavabdeh xx.xx.2023-cü il tarixli məktubu ilə ona doğum şəhadətnaməsi verməkdən imtina etmiş və məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Hesab edir ki, cavabdeh orqanın imrtinası əsassızdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, valideynlərinin heç bir sənədi onda yoxdur, əldə etməsi mümkün deyil. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırması predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsinin xx.xx.2023-cü il tarixli, 03 nömrəli arayışından görünür ki, xx.xx.1964-cü il tarixdə Ermənistan Amasiya rayonunda anadan olmuş İddiaçı xx.xx.2014-cü il tarixdə X2 Məhkəməsinin hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və o, 8 saylı CMdə cəza müddətini çəkib və və cəza sonu ilə azad olunub. -işə əlavə edilmiş Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-16-5/8-230/2023 nömrəli məktubundan görünür ki, İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləoğlunun 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi məqsədilə cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydası ilə müəyyən edilmişdir. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının:- -9.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindəki məlumatların vətəndaşlıq vəziyyəti akt qeydlərindəki məlumatlara uyğunluğu yoxlanılmaqla şəxslərə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. -9.2-ci bəndinə əsasən təkrar şəhadətnamənin verilməsi üçün maraqlı şəxslər tərəfindən seçdiyi qeydiyyat şöbəsinə, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə və ya akt qeydinin olduğu konsulluq idarəsinə müraciət olunur. -9.3-cü bəndinə əsasən təkrar şəhadətnamələr almaq haqqında ərizələrdə aşağıdakılar göstərilməlidir: 9.3.1. ərizəçinin adı, soyadı və atasının adı; 9.3.2. ünvanı; 9.3.3. haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin adı, soyadı və atasının adı; 9.3.4. təkrar tələb olunan şəhadətnamənin növü; 9.3.5. vətəndaşlıq vəziyyəti aktının qeydini aparan Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi, habelə aparılma tarixi və yerli barədə məlumatlar. 9.3-1-ci bəndinə əsasən təkrar şəhadətnamənin alınması üçün elektron qaydada müraciət daxil olduqda zəruri olan məlumatlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindən əldə edilir. Müvafiq məlumatlar informasiya sistemində aşkar olunmadıqda onları əks etdirən sənədlər qeydiyyat orqanlarına bilavasitə təqdim edilməlidir. -9.5.-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti akt qeydləri qeydiyyat şöbəsində və konsulluq idarəsində olmadıqda təkrar şəhadətnamənin verilməsi haqqında müraciəti qəbul etmiş qeydiyyat şöbəsi və ya konsulluq idarəsi müvafiq akt qeydinin əldə edilməsi üçün Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə və ya Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə elektron sorğu göndərir. -9.6-cı bəndinə əsasən sorğu edilən akt qeydi Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin və Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivində olduqda akt qeydi skan edilərək sorğu edən qeydiyyat şöbəsinə və konsulluq idarəsinə elektron qaydada göndərilir. Sorğu edən qeydiyyat şöbəsi və konsulluq idarəsi elektron formada daxil olmuş akt qeydi əsasında təkrar şəhadətnamə verir. Sorğu edilən akt qeydi Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin və Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılmadıqda sorğu edən qeydiyyat şöbəsinə və konsulluq idarəsinə akt qeydinin aşkar edilməməsi barədə məlumat göndərilir. Qeydiyyat şöbəsi və konsulluq idarəsi həmin məlumat əsasında müraciət etmiş şəxsə bu barədə arayış verir. Vətəndaşlıq vəziyyəti akt qeydi qeydiyyat şöbəsində və konsulluq idarəsində aşkar edilmədiyi halda şəxs bu barədə arayışı təqdim etməklə təkrar şəhadətnamənin əldə edilməsi üçün bilavasitə Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə və Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə müraciət edə bilər. Vətəndaşlıq vəziyyəti aktlarının reyestr xidmətinin, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivində vətəndaşlıq vəziyyəti haqqında akt qeydi barədə məlumatlar olmadıqda, ərizəçiyə vətəndaşlıq vəziyyəti haqqında akt qeydinin olmaması barədə arayış verilir və ya göndərilir. Yuxarıda istinad olunan normaların tələbindən göründüyü kimi doğum akt qeydi qeydiyyat şöbəsində və ya vətəndaşlıq vəziyyəti aktlarının arxivində olduqda həmin akt qeydi əsasında təkrar şəhadətnamə verilir, həmin sənəd qeydiyyat şöbəsində və arxivdə aşkar olunmadıqda isə Qeydiyyat şöbəsi müraciət etmiş şəxsə bu barədə arayış verir. Beləliklə müəyyən olunur ki, iddiaçının doğumu haqqında akt qeydi aşkar edilmədiyindən ona təkrar doğum haqqında şəhadətnamənin verilməsi də mümkün deyil. Həmçinin qeyd edilməlidir ki, hazırki iddianın “Doğum akt qeydinin bərpa edilməsi” tələbinə dəyişdirilməsi halında da valideynlərinə məxsus sənədlər olmadığından iddianın uğurluluq ehtimalı yoxdur. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı doğum haqqında təkrar şəhadətnamənin verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2117/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2117/2023
27.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver