Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-212/2020 18.03.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil, Üçüncü şəxs Cəfərov Şöhrət Fikrət oğlunun iştirakları ilə İddiaçı Firkət oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X9 (üçüncü şəxs Cəfərov Şöhrət Firkət oğlu) qarşı dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2009-cu il qeydiyyat tarixli, MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqla, 49,8 kv.m yaşayış, 69,3 kv.m köməkçi sahədən ibarət olan 110 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli reyestr kitabının 173 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx xxxx 2011-ci il tarixli, 4Ə-1-316 nömrəli bəxşeyiş müqaviləsinin surətindən görünür ki, X2 Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2009-cu il qeydiyyat tarixli, MH seriyalı ******* nömrəli çıxarışa əsasən, ona məxsus olan 0,06 ha torpaq sahəsində yerləşən 02 otaqlı, 49,8 kv.m yaşayış sahəsindən 69,3 kv.m köməkçi sahədən, 191 kv.m ümumi sahədən ibarət olan Gəncə şəhəri Bayan küçəsi, 110 saylı ünvanda yerləşən fərdi yaşayış evinin yalnız 1 otaqlı, 29,2 kv.m yaşayış sahəsindən, 29,2 kv.m köməkçi sahədən, 58,4 kv.m ümumi sahədən ibarət olan hissəsini oğlu İddiaçı bağışlamışdır. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı 02978017 nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsində yerləşən 20,6 kv.m olan 1 yaşayış otağı, 40,1 kv.m olan köməkçi sahə, 0,06 ha torpaq sahəsi X3 adına xx.xx.2011-ci il tarixdə, 29,2 kv.m 1 yaşayış otağı, 29,2 kv.m köməkçi sahə İddiaçı adına xx.xx.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli reyestr kitabının 173 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx xxx 2012-ci il tarixli, 4Ə-200 nömrəli Bəxşeyiş müqaviləsinin surətindən görünür ki, bağışlayan – X2 Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı 02978017 nömrəli çıxarışa əsasən 0,06 ha torpaq sahəsində yerləşən 20,6 kv.m olan 1 yaşayış otağından, 40,1 kv.m olan köməkçi sahədən ibarət olan Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsində yerləşən evin ona məxsus hissəsini oğlu Cəfərov Şöhrət Fikrət oğluna bağışlamışdır. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsində yerləşən 20,6 kv.m olan 1 yaşayış otağı, 40,1 kv.m olan köməkçi sahə, 0,06 ha torpaq sahəsi Cəfərova Şöhrət Fikrət oğlunun adına xx.xx.2012-ci il tarixdə, 29,2 kv.m 1 yaşayış otağı, 29,2 kv.m köməkçi sahə İddiaçı adına xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli reyestr kitabının 173 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X8 (bundan sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X12) xx.xx.2019-cu il tarixli məktubu ilə fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun notariat qaydada təsdiq edilmiş müqavilələr əsasında qeydiyyata alındığı, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2. maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilməsi və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə qaydasında həl edilməsi bildirilmiş, müraciətin icrasından imtina edilmişdir. İmtinanı qanunsuz hesab edən İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X9 (üçüncü şəxs Cəfərov Şöhrət Fikrət oğlu) qarşı hazırkı tələblə məhkəməyə müraciət edərək Gəncə şəhəri, Bayan küçəsi, 110 saylı ünvanda yerləşən 0.06 ha torpaq sahəsinin Cəfərov Şöhrət Fikrət oğlunun adına olan daşınmaz əmlakın dövlət qeydiyyatının qanunsuz hesab edilərək ləğv edilməsi və Gəncə şəhəri, Bayan küçəsi, 110 saylı ünvanda yerləşən 0.06 ha torpaq sahəsinin X3 adına qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədəərizə təqdim edərək, Gəncə şəhəri, Bayan küçəsi, 110 saylı ünvanda yerləşən 0.06 ha torpaq sahəsinin Cəfərov Şöhrət Fikrət oğlunun adına olan daşınmaz əmlakın – torpaq sahəsi üzrə dövlət qeydiyyatının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhər 2 saylı notariat kontorunun xx.xx.2011-ci il tarixli 4Ə-1-316 saylı bəxşeyiş müqaviləsinə əsasən anası X7 özünə məxsus Gəncə şəhəri Bayan küçəsi, 110 saylı fərdi yaşayış evində olan yaşayış evinin 29.2 kv.m bir yaşayış otağını, 29.2 kv.m köməkçi sahəsini ona bağışlamışdır. Qalan tikililəri və mülkün 0,06 ha torpaq sahəsini öz istifadəsində saxlamışdır. Bundan sonra 2 saylı notariat kontorunun xx.xx.2012-ci il tarixli 4Ə-1-200 saylı bəxşeyiş müqaviləsinə əsasən X7 0,06 torpaq sahəsində yerləşən 20,6 kv.m 01 yaşayış otağından, 40,1 kv.m köməkçi sahədən ibarət Gəncə şəhəri, Bayan küçəsi, 110 saylı evin ona məxsus hissəsini qardaşı Cəfərov Şöhrət Fikrət oğluna bağışlamışdır. Hal-hazırda Bayan küçəsi, 110 saylı fərdi yaşayış evinə dair paylı mülkiyyət kimi onun adına xx.xx.2011-ci il tarixli ********** və adına xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhəri Bayan küçəsi, 110 saylı evin Cəfərov Şöhrət Fikrət oğlunun adına 20,6 kv.m bir yaşayış otağı, 40,1 kv.m köməkçi sahədən başqa 0,06 ha torpaq sahəsinin onun adına dövlət qeydiyyatı qanunsuzdur. Belə ki, 2 saylı notariat kontorunun xx.xx.2012-ci il tarixli 4Ə-1-200 saylı bəxşeyiş müqaviləsinə əsasən X7 20,6 kv.m 01 yaşayış otağından köməkçi sahədən ibarət Gəncə şəhəri Bayan küçəsi, 110 saylı evin ona məxsus hissəsini Cəfərov Şöhrət Fikrət oğluna bağışlamışdır. 0,06 ha torpaq sahəsini isə anası heç kimə bağışlamamışdır. Hər iki bəxşeyiş müqaviləsi ilə 0,06 ha torpaq sahəsi yox, məhz torpaq sahəsində yerləşən tikililər bağışlanmışdır. Gəncə şəhəri Bayan küçəsi, 110 saylı ünvanda 0,06 ha torpaq sahəsinin Cəfərov Şöhrət Fikrət oğlunun adına qeydə alınmış dövlət qeydiyyatı qanunsuzdur. İddiaçı və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat vermişlər və tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişlər. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X8 etibarnamə üzrə nümayəndəsi X6 əvvəlki məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, tərəflərindən aparılmış araşdırma zamanı həmin fərdi yaşayış evi üzərində Cəfərov Fikrət oğlunun və İddiaçı mülkiyyət hüquqları Gəncə şəhəri 2 saylı Dövlət notariat kontorunun xx.xx.2011-ci il tarixli, 4Ə-1-316 reyestr nömrəli və xx.xx.2012-ci il tarixli, 4Ə-1- 200 reyestr nömrəli bağışlama müqavilələri əsasında dövlət qeydiyyatına alındığı müəyyən edilmiş və hüquqların dövlət qeydiyyatının ləğvi üçün əsas olmadığından müraciətin icrası tərəflərindən mümkün olmamışdır. Üçüncü şəxs Cəfərov Şöhrət Fikrət oğlu iddia tələbinə etiraz edərək bildirmişdir ki, bölgü anası X1 hamısının razılıqları olmuşdur. İddiaçı öz razılğı ilə mülkün torpaq hissəsindən imtina etmiş, bunu öz imzası ilə təsdiqləmişdir. Aralarında olan razılaşmaya əsasən torpaq sahəsi ona verilmişdir. Odur ki, iddia tələbi əsassız olduğundan təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə iddia tələbinin məhkəmə aidiyyətinə dair qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2020-ci il tarixli qərarırın
9. Bəndinin 13-cü hissəsində qeyd edilmişdir ki, Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda işə inzibati məhkəmələrdə baxılmalıdır. Beləliklə məhkəmə işin hallarını, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin mahiyyəti üzrə həlli ilə bağlı məhkəmə işdə olan sübutları tam və hərtərəfli araşdıraraq işin düzgün həlli üçün əhəmiyyəti olan faktiki hallar kimi müəyyən etmişdir ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2009-cu il qeydiyyat tarixli, MH seriyalı ******* nömrəli çıxarışa əsasən Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqla, 49,8 kv.m yaşayış, 69,3 kv.m köməkçi sahədən ibarət olan 110 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X3 xüsusi mülkiyyətində olmuş, xx xxxx 2011ci il tarixli, 4Ə-1-316 nömrəli Bəxşeyiş müqaviləsinə əsasən X7 ona məxsus olan 0,06 ha torpaq sahəsində yerləşən 02 otaqlı, 49,8 kv.m yaşayış sahəsindən 69,3 kv.m köməkçi sahədən, 191 kv.m ümumi sahədən ibarət olan Gəncə şəhəri Bayan küçəsi, 110 saylı ünvanda yerləşən fərdi yaşayış evinin yalnız 1 otaqlı, 29,2 kv.m yaşayış sahəsindən, 29,2 kv.m köməkçi sahədən, 58,4 kv.m ümumi sahədən ibarət olan hissəsini oğlu İddiaçı, xx xxx 2012-ci il tarixli, 4Ə-200 nömrəli Bəxşeyiş müqaviləsinə əsasən isə X7 0,06 ha torpaq sahəsində yerləşən 20,6 kv.m olan 1 yaşayış otağından, 40,1 kv.m olan köməkçi sahədən ibarət olan Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsində yerləşən evin ona məxsus hissəsini oğlu Cəfərov Şöhrət Fikrət oğluna bağışlamışdır. Göründüyü kimi hər iki Bəxşeyiş müqaviləsində Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqla, 49,8 kv.m yaşayış, 69,3 kv.m köməkçi sahədən ibarət olan 110 nömrəli fərdi yaşayış evi ilə bağlı M.Cəfərova iradə ifadəsini əks etdirmiş, lakin torpaq sahəsinə dair müqavilədə hər hansı qeyd aparılmamışdır. X13 mülkiyyətində olan fərdi yaşayış evinə dair müqavilə bağlasa da torpaq sahəsinn bölüşdürülməsi və ya hər hansı şəxsə verilməsinə dair müqavilədə qeyd etdirməmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsində yerləşən 20,6 kv.m olan 1 yaşayış otağı, 40,1 kv.m olan köməkçi sahə, 0,06 ha torpaq sahəsi Cəfərova Şöhrət Fikrət oğlunun adına xx.xx.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli reyestr kitabının 173 nömrəli vərəqində qeydiyyata alınmışdır. Göründüyü ki, mülki-hüquqi əqdlərdən irəli gələn qeydiyyat inzibati orqan tərəfindən düzgün aparılmamışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun; 2.1. maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatıüçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: Həmin Qanunun 16-cı maddəsinə görə qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə hesab edir ki, işin hallarından göründüyü kimi Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsində yerləşən torpaq sahəsi üzərində üçüncü şəxs Cəfərov Şöhrət Əlixan oğlunun hüquqları dövlət qeydiyyatına alınaraq bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Lakin həmin torpaq sahəsi düzgün göstərilməmişdir. Ona görə ki, xx xxx 2012ci il tarixli, 4Ə-200 nömrəli Bəxşeyiş müqaviləsinə əsasən X7 0,06 ha torpaq sahəsində yerləşən 20,6 kv.m olan 1 yaşayış otağından, 40,1 kv.m olan köməkçi sahədən ibarət olan evin oğlu Cəfərov Şöhrət Əlixan oğluna bağışlamasının göstərilməsinə baxmayaraq, həmin müqavilə əsasında üçüncü şəxsin adına verilmiş dövlət reyestrindən çıxarışda 0,06 ha torpaq sahəsinin üçüncü şəxsin adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxx 2015-ci ıl tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək Xidmətin vəzifələri sırasına daxildir. Beləliklə şərh olunanlardan görünür ki, cavabdeh tərəfindən üçüncü şəxsin adına verilmiş xx.xx.2012-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışda fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzrə əsassız qeyd aparılmışdır. Ona görə də iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 68.1 və 68.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.
N ə t i c ə h i s s ə s i:
Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin. ünvan 3 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə Cəfərov Şöhrət Fikrət oğlunun adına aparılmış qeydiyyat ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir.
Sədrlik edən: Aygül İsgəndərova