Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2122/2025 05.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun qeydə alınması tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışla İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu AKTA ərazisi, məhəllə A-1, sahə 4 ünvanında yerləşən 0.05 ha torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun koordinatlarla torpaq sahəsinin planı və ölçü sənədinin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2007-ci il qeydiyyat tarixli ********* qeydiyyat nömrəli çıxarışa əsasən Gəncə şəhəri, Nizami rayonu, Azərbaycan KTA ərazisi, məhəllə A-1, sahə 4 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi üzərində X5 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsinə dair xx.xx.2007-ci il tarixli 001332 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir.
2. xx.xx.2008-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X8 ona məxsus yerləşən Gəncə şəhəri, Nizami rayonu, Azərbaycan KTA ərazisi, məhəllə A-1, sahə 4 ünvanında yerləşən 0.05 ha torpaq sahəsini X1.
3. Hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2008-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Gəncə şəhəri, Nizami rayonu, Azərbaycan KTA ərazisi, məhəllə A-1, sahə 4 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi üzərində X3 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsinə dair xx.xx.2008-ci il tarixli 001498 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir.
4. xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ şəhadətnaməyə əsasən X3 qanun üzrə vərəsəsi İddiaçı hesab edilmişdir və o, miras əmlakdan - Gəncə şəhəri, Nizami rayonu, Azərbaycan KTA ərazisi, məhəllə A-1, sahə 4 ünvanında yerləşən 0.05 ha torpaq sahəsindən tam hissədə pay almalıdır.
5. Hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Gəncə şəhəri, Nizami rayonu, Azərbaycan KTA ərazisi, məhəllə A-1, sahə 4 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
6. İddiaçı cavabdeh orqana müraciət edərək, mülkiyyətində olan torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsini xahiş etmiş, cavabdeh orqan isə xx.xx.2022-ci il tarixli **********48 nömrəli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı torpaq sahəsinin sənəd üzrə yeri ilə faktiki yerinin fərqli olduğu müəyyən edilmişdir. Belə ki, “Torpaq sahəsinin planı və ölçüsü sənədi”nin hazırlanması üçün müraciət etdiyi ərazinin (faktiki torpaq sahəsinin) sərhədlərinin digər şəxs (qonşu) tərəfindən metal torla bağlandığı, torpaq sahəsinə girişin yalnız şəxs tərəfindən istifadə edildiyi aşkar edilmişdir. Həmçinin, torpaq sahəsinə yerində müayinə baxışı zamanı həmin torpaq sahəsinin qonşu ilə mübahisəli olduğu məlum olmuşdur. Qeyd olunanları nəzərə alaraq “Torpaq sahəsinin planı və ölçüsü sənədi”nin hazırlanması mümkün olmamışdır.
7. Məhkəmə qərardadı ilə əldə edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində göstərilmişdir ki: 1) **********3 reyestr nömrəli, çıxarışa əsasən Gəncə şəhəri, Azərbaycan KTA ərazisi, məhəllə A-1 sahə 4 ünvanında yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan 0.05 ha torpaq sahəsi, həmin çıxarışın verilməsinə əsas 2V-110 nömrəli 13 may 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə göstərilən, **********23 reyestr nömrəli, çıxarışa əsasən X3 mülkiyyətində olan 0.05 ha torpaq sahəsinə dair xx.xx.2008-ci il tarixli, AA 001498 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində göstərilən eyni torpaq sahəsidir. 2) Əraziyə baxış keçirilərkən İddiaçı deyil, iddiaçının AR-İİ 642147 nömrəli Etibarnamə üzrə nümayəndəsi X6 iştirak etmişdir. X2 naturada təqdim etdiyi faktiki istifadə sahəsi ilə xx.xx.2008-ci il tarixli, AA 001498 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində göstərilən torpaq sahəsi üst-üstə düşmür. 3) **********23 reyestr nömrəli, çıxarışa əsasən Gəncə şəhəri, Azərbaycan KTA ərazisi, məhəllə A-1 sahə 4 ünvanında yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan 0.05 ha torpaq sahəsi, daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən digər hər hansı üçüncü şəxsin adına qeydə alınmış çıxarış sənədi ilə üst-üstə düşmür. 4) İddiaçının AR-İİ 642147 nömrəli Etibarnamə üzrə nümayəndəsi X2 naturada təqdim etdiyi faktiki istifadə sahəsinin koordinatları, daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən digər hər hansı üçüncü şəxsin adına qeydə alınmış çıxarış sənədi ilə üst-üstə düşmür. 5) İddiaçının AR-İİ 642147 nömrəli Etibarnamə üzrə nümayəndəsi X2 naturada təqdim etdiyi faktiki istifadə sahəsi, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla həyətyanı sahələri üçün nəzərdə tutulmuşdur, həmin torpaq sahəsi üzərində köməkçi tikili mövuddur. 6) **********23 reyestr nömrəli, Çıxarışa əsasən Gəncə şəhəri, Azərbaycan KTA ərazisi, məhəllə A-1 sahə 4 ünvanında yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan 0.05 ha torpaq sahəsinin hava məkanından elektrik ötürüçü xəttin keçməsi müşahidə olunmadı. Əlavə olaraq qeyd edilir ki, istifadələrində olan elektron baza məlumatlarında sözügedən torpaq sahəsinin hər hansı sənaye, nəqliyyat, rabitə, müdafiyə və digər təyinatlı obyektlərin mühafizə zonasına düşmədiyi aşkarlandı.
8. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki, elektron kadastr bazası və arxiv sənədlərinə istinadən, iddiaçının nümayəndəsinin naturada təqdim etdiyi faktiki istifadə sahəsi üzərində digər vətəndaşın xüsusi mülkiyyət, istifadə və yaxud icarə hüququnu təsdiq edən hüquqmüəyyənedici sənəd qeydə alınmadığı müəyyən olundu. Qeyd edilir ki, iddiaçının nümayəndəsinin naturada təqdim etdiyi faktiki istifadə sahəsi, **********51-11301 reyestr nömrəli çıxarışa əsasən, X10 və X9 mülkiyyətlərində olan tikililər və 0,05 ha torpaq sahəsinə dair tərtib olunmuş texniki pasport sənədində, mülkiyyətlərindən əlavə qanunsuz istifadədə olan torpaq sahəsi olaraq qeyd edilmişdir.
9. Məhkəmə qərardadı ilə əldə edilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində göstərilmişdir ki: 1) **********3 reyestr nömrəli çıxarışa əsasən X5 mülkiyyətində olmuş torpaq sahəsinin xx.xx.2007-ci il tarixli AA 001332 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlar daxilində yerləşən 0.05 ha torpaq sahəsi tam hissədə **********23 reyestr nömrəli çıxarışa əsasən X3 mülkiyyətində olmuş torpaq sahəsinin xx.xx.2008-ci il tarixli AA 001498 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlar daxilində yerləşən 0.05 ha torpaq sahəsi ilə üst-üstə düşür. 2) **********3 reyestr nömrəli, çıxarışa əsasən X5 mülkiyyətində olmuş torpaq sahəsinin xx.xx.2007-ci il tarixli AA 001332 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlar, **********23 reyestr nömrəli çıxarışa əsasən X3 mülkiyyətində olmuş torpaq sahəsinin xx.xx.2008-ci il tarixli AA 001498 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlarla eyni koordinatlardır. Əlavə olaraq qeyd edilir ki, faktiki istifadə sahəsinin koordinatları ilə yuxarıda qeyd edilən plan və ölçü sənədlərində göstərilən koordinatlar eynilik təşkil etmir. Belə ki, iddiaçının faktiki istifadə sahəsi, X13 və X7 mülkiyyətlərində olan 0.05 ha torpaq sahəsinə dair qeydə alınmış **********51-10301 reyestr nömrəli çıxarış sənədinin texniki pasportunda, qanunsuz istifadədə olan torpaq sahəsi olaraq göstərilən sahədə yerləşir.
10. xx.xx.2025-ci il tarixdə mübahisəli torpaq sahəsinə yerində müayinə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi dəmir setka ilə hasara alınıb, torpaq sahəsinin daxilində girişi həm hazırkı sahədən, həm də qonşu torpaq sahəsindən olan tikili (anbar binası) yerləşir. Qonşu öz torpaq sahəsində toyuq damından (hinin içindən) həmin anbara qapı çəkmişdir.
11. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-33/2- 6676/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, sözügedən inzibati iş üzrə əraziyə keçirilən baxış zamanı naturada faktiki istifadə sahəsi (tikili daxil olmaqla) olaraq təqdim edilən torpaq sahəsi 0.06 ha təşkil edir. II. Məhkəmədə icraat
12. İddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, Azərbaycan KTA ərazisi, məhəllə A-1, sahə 4 bağlı torpaq sahəsinin planı və ölçüsü sənədlərinin hazırlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Tələb onunla əsaslandırılmışdır ki, onun Gəncə şəhəri, Azərbaycan KTA ərazisi, məhəllə A-1, sahə 4-də 0,05 ha torpaq sahəsi vardır. O, bu torpaq sahəsi ilə bağlı “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin hazırlanmasını 3 saylı Ərazi İdarəsindən xahiş etmişdir. Onun ərizəsindən imtina edilib ona bildirilmişdir ki, guya həmin torpaq sahəsinə yerində müayinə baxışı zamanı həmin torpaq sahəsinin qonşu ilə mübahisəli olduğu müəyyən edilir. Guya buna görə sənədlərin hazırlanması mümkün deyildir. Bildirir ki, onun torpaq sahəsi ilə bağlı Ərazi İdarəsindən çıxarışş almışdır. Belə olan halda onun ərizəsindən imtina edilməsi əsassızdır. Ona görə də məhkəmə qaydası ilə cavabdehin üzərinə ona məxsus 0.05 ha torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanması vəzifəsi qoyulmalıdır.
14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılımışdır.
15. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-811/2023 qərarı ilə iddia təmin edilmiş, Hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.05 ha torpaq sahəsinə dair xx.xx.2007-ci il tarixli AA 001332 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə uyğun “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
16. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2- 1(104)-119/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-811/2023 qərarı ləğv edilmiş və iş materialları birinci instansiya məhkəməsinə göndərilmişdir.
17. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışla İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu AKTA ərazisi, məhəllə A- 1, sahə 4 ünavnında yerləşən 0.05 ha torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun koordinatlarla torpaq sahəsinin planı və ölçü sənədinin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü
18. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
19. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
20. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
21. Cavabdeh orqanın yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
22. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
23. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
24. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
25. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlmiş, cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
26. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır (qərarın 6-cı bəndi).
27. İddiaçının nümayəndəsi X6 şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
28. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2007-ci il qeydiyyat tarixli ********* qeydiyyat nömrəli çıxarış; - xx.xx.2007-ci il tarixli 001332 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi; - xx.xx.2008-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi; - Hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2008-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; - xx.xx.2008-ci il tarixli 001498 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi; - xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ şəhadətnamə; - Hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; - xx.xx.2007-ci il tarixli 001332 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********48 nömrəli imtina məktubu; - xx.xx.2025-ci il tarixli yerində müayinə protokolu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-33/2- 6676/2025 nömrəli cavab məktubu; - Mütəxəssis rəyləri.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
29. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
30. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2007-ci il qeydiyyat tarixli ********* qeydiyyat nömrəli çıxarışa əsasən Gəncə şəhəri, Nizami rayonu, Azərbaycan KTA ərazisi, məhəllə A-1, sahə 4 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi üzərində X5 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsinə dair xx.xx.2007ci il tarixli 001332 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. xx.xx.2008-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X8 ona məxsus yerləşən Gəncə şəhəri, Nizami rayonu, Azərbaycan KTA ərazisi, məhəllə A-1, sahə 4 ünvanında yerləşən 0.05 ha torpaq sahəsini X1. Hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2008-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Gəncə şəhəri, Nizami rayonu, Azərbaycan KTA ərazisi, məhəllə A-1, sahə 4 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi üzərində X3 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsinə dair xx.xx.2008ci il tarixli 001498 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ şəhadətnaməyə əsasən X3 qanun üzrə vərəsəsi İddiaçı hesab edilmişdir və o, miras əmlakdan - Gəncə şəhəri, Nizami rayonu, Azərbaycan KTA ərazisi, məhəllə A-1, sahə 4 ünvanında yerləşən 0.05 ha torpaq sahəsindən tam hissədə pay almalıdır. Hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2022ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Gəncə şəhəri, Nizami rayonu, Azərbaycan KTA ərazisi, məhəllə A-1, sahə 4 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
31. İddiaçı cavabdeh orqana müraciət edərək, mülkiyyətində olan torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsini xahiş etmiş, cavabdeh orqan isə xx.xx.2022-ci il tarixli **********48 nömrəli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı torpaq sahəsinin sənəd üzrə yeri ilə faktiki yerinin fərqli olduğu müəyyən edilmişdir. Belə ki, “Torpaq sahəsinin planı və ölçüsü sənədi”nin hazırlanması üçün müraciət etdiyi ərazinin (faktiki torpaq sahəsinin) sərhədlərinin digər şəxs (qonşu) tərəfindən metal torla bağlandığı, torpaq sahəsinə girişin yalnız şəxs tərəfindən istifadə edildiyi aşkar edilmişdir. Həmçinin, torpaq sahəsinə yerində müayinə baxışı zamanı həmin torpaq sahəsinin qonşu ilə mübahisəli olduğu məlum olmuşdur. Qeyd olunanları nəzərə alaraq “Torpaq sahəsinin planı və ölçüsü sənədi”nin hazırlanması mümkün olmamışdır.
32. Cavabdeh orqanın iddiaya qarşı ilkin dəlili ondan ibarət olmuşdur ki, aparılan araşdırma zamanı torpaq sahəsinin sənəd üzrə yeri ilə faktiki yerinin fərqli olduğu müəyyən edilmişdir.
33. Məhkəmə bununla bağlı qeyd edir ki, həqiqətən də məhkəmə araşdırması zamanı məhkəmələr tərəfindən əldə edilmiş mütəxəssis rəyləri ilə Gəncə şəhəri, Nizami rayonu, Azərbaycan KTA ərazisi, məhəllə A-1, sahə 4 ünvanında yerləşən 0.05 ha torpaq sahəsinə dair əvvəllər tərtib edilmiş texniki sənədlərin, o cümlədən X4 verilmiş xx.xx.2008ci il tarixli 001498 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatları qüsurlu hazırlanmışdır. Həmin sənədlərdəki koordinatlar üzrə torpaq sahəsi mübahisəli torpaq sahəsinin naturada həqiqi vəziyyətini əks etdirməməklə, iki digər şəxsin torpaq sahəsinə və infrastruktur (yol) ərazisinə düşür.
34. İddiaçı da həmin hala istinadla torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun koordinatlarla plan-ölçü sənədinin tərtib edilməsini tələb edir.
35. Bu zaman isə cavabdehin imtina dəlili torpaq sahəsinin qonşu ilə mübahisəli olması halıdır. Cavabdeh orqan imtinasında göstərmişdir ki, ərazinin (faktiki torpaq sahəsinin) sərhədlərinin digər şəxs (qonşu) tərəfindən metal torla bağlandığı, torpaq sahəsinə girişin yalnız şəxs tərəfindən istifadə edildiyi aşkar edilmişdir. Həmçinin, torpaq sahəsinə yerində müayinə baxışı zamanı həmin torpaq sahəsinin qonşu ilə mübahisəli olduğu məlum olmuşdur.
36. Eyni zamanda, xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində iddiaçının faktiki istifadə sahəsinin X13 və X9 mülkiyyətlərində olan 0.05 ha torpaq sahəsinə dair qeydə alınmış **********51-10301 reyestr nömrəli çıxarış sənədinin texniki pasportunda, qanunsuz istifadədə olan torpaq sahəsi olaraq göstərilən sahədə yerləşdiyi qeyd edilmişdir.
37. Məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixdə mübahisəli torpaq sahəsinə yerində müayinə baxışı keçirilmiş və bu zaman müəyyən edilmişdir ki, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi dəmir setka ilə hasara alınıb, torpaq sahəsinin daxilində girişi həm hazırkı sahədən, həm də qonşu torpaq sahəsindən olan tikili (anbar binası) yerləşir. Qonşu öz torpaq sahəsində toyuq damından (hinin içindən) həmin anbara qapı çəkmişdir.
38. Məhkəmə bununla bağlı qeyd edir ki, əvvəla, cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Gəncə şəhəri, Nizami rayonu, Azərbaycan KTA ərazisi, məhəllə A-1, sahə 4 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alındığından və həmin qeydiyyatın qanuniliyi və mötəbərliyini istisna edən hansısa hal müəyyən edilmədiyindən, eyni zamanda həmin qeydin həqiqiliyi mübahisələndirilmədiyindən sözügedən torpaq sahəsinə dair torpaq sahəsinin planının və ölçüsünün tərtib edilərək iddiaçıya təqdim edilməsi birbaşa cavabdeh inzibati orqanın xidməti vəzifəsinə aiddir.
39. İkinci tərəfdən, iddiaçının naturada faktiki istifadə etdiyi həmin torpaq sahəsi üzərində nə X13 və X9, nə də digər üçüncü şəxslərin mülkiyyət, istifadə, icarə hüquqları qeydə alınmamışdır (xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi). Həmin sahənin X13 və X9 mülkiyyətlərində olan 0.05 ha torpaq sahəsinə dair qeydə alınmış **********51-10301 reyestr nömrəli çıxarış sənədinin texniki pasportunda qanunsuz istifadədə olan torpaq sahəsi kimi göstərilməsi isə həmin torpaq sahəsinin iddiaçıya məxsus olmaması anlamına gəlmir və ona plan-ölçü sənədinin verilməsindən imtina əsası kimi çıxış edə bilməz.
40. Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə: Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aid edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin (publik hüquqi şəxsin) Nizamnaməsi”nin 1.3.-cü bəndinə əsasən, daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək onun fəaliyyət istiqamətlərinə aiddir.
41. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə qərara alınmışdır ki:
1. “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.4. torpaqların elektron kadastr uçotu informasiya sisteminə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin;...
42. Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarına görə: Bənd 6.1. Sistemə torpaqlara dair aşağıdakı məlumatlar daxil edilir: Bənd 6.1.1. Azərbaycan Respublikasının, ərazi vahidinin və inzibati ərazi dairəsinin, bələdiyyənin adı, onun ərazisinin sərhədləri və döngə nöqtələrinin koordinatları, ölçüsü, döngə nöqtələri və onların koordinatları göstərilməklə hər bir torpaq sahəsinin sərhədləri, kateqoriyası və məqsədli istifadə növü, mülkiyyət növü, torpaq sahəsi kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) - əkin, çoxillik əkmələrin altında olan torpaqlara, dincə qoyulmuş torpaqlara, biçənəklərə, örüşlərə və otlaqlara aid edildiyi hallarda isə, əlavə olaraq, onun keyfiyyət göstəricilərini xarakterizə edən məlumatlar, torpaq sahəsinə və onun üzərində yerləşən daşınmaz əmlaka (belə əmlak olduğu halda) verilmiş kadastr nömrəsi, daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahəsinin reyestr nömrəsi;...
43. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışla İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu AKTA ərazisi, məhəllə A- 1, sahə 4 ünvanında yerləşən 0.05 ha torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun koordinatlarla torpaq sahəsinin planı və ölçü sənədinin tərtib edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
44. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
45. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışla İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu AKTA ərazisi, məhəllə A-1, sahə 4 ünvanında yerləşən 0.05 ha torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun koordinatlarla torpaq sahəsinin planı və ölçü sənədinin tərtib edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva