Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2127/2020 14.12.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Osmanov Usaməddin Hidayət oğlu, İddiaçı müharibə veteranlarına müəyyən edilmiş güzəşt və imtiyazların bərpasının təmin edilməsi tələbinə dair ərizəsinə məhkəmənin binasında məhkəmə iclasından kənar baxaraq, müəyyən e t d i: İddiaçı (bundan sonra mətndə iddiaçı) ərizə ilə məhkəməyə müraciət edərək müharibə veteranlarına müəyyən edilmiş güzəşt və imtiyazların bərpasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli sərəncamı ilə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46-cı maddələrinin tələblərinə əsasən tərtib edilmədiyi üçün qeyd olunan maddələrin tələblərinə uyğun iddia ərizəsinin 10 gün müddətinə məhkəməyə təqdim olunması ərizəçidən tələb edilmişdir. Lakin tələb edilən vaxtadək ərizəçi tərəfindən düzəliş edilmiş iddia ərizəsi məhkəməyə təqdim edilmədiyindən, məhkəmə xx xxxxxx 2020-ci il tarixli sərəncamı ilə ərizəçiyə təkrar 5 gün müddət təyin etmiş, lakin sərəncamda qeyd edilən müddət ərzində ərizəçi tərəfindən göstərilən nöqsanlar aradan qaldırılmamışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, ərizə geri götürülmüş hesab edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- - 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. - 55.5-ci maddəsində deyilir ki, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Hazırkı mübahisədə də iş materiallarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 15, 55 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: İddiaçı müharibə veteranlarına müəyyən edilmiş güzəşt və imtiyazların bərpasının təmin edilməsi tələbinə dair ərizəsi geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252)apellyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov AZƏRBAYCAN RESPUBLİKASİ GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Tel: (022) 255-58-65, (022) 265-11-17, AZ-2012 Gəncə şəhəri, H.Əliyev prospekti 105 (022) 255-01-25,,Faks: (022) 255-58-65 www.ganjaadministrativecourt.gov.az Elektron ünvan № 2-1(114)-2127/2020 11dekabr 2020-ci il İddiaçı ünvan: Gədəbəy rayonu, Qaravəlli kəndi Gəncə İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(114)-2127/2020 nömrəli qərardadının surəti Sizə göndərilir. Qoşma: qərardadın surəti « 02 » vərəqə. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-2127/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2127/2020
14.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver