Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2127/2022 15.09.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavadehin 11 iyun 2019-cu il tarixli, 177 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1960-cı ildən ünvan 1 ünvanında doğulub boya-başa çatmışdır. Hələ sovet dönəmindən evlərinə bitişik ikimərtəbəli, çoxmənzilli yaşayış evləri mövcud idi. Şəmkir şəhərində artıq istismar müddəti başa çatmış 5 ədəd iki mərtəbəli çoxmənzilli evlərin sökülmüş, sakinləri isə yeni ünvanda tikilmiş və müasir tələblərə cavab verən tam təmirli mənzillərə köçürülmüşdür. O, sökülmüş evlərin yerində boş qalmış təqribən 15 sot ərazidə park salınıb həmin əraziyə bitişik olan uşaq bağçasının ərazisinə qatılacağını düşünmüşdür. Ancaq sonra ona 15 sotluq ərazinin X2 adlı şəxsə satılması məlum olmuşdur. V.Rüstəmov isə artıq həmin yerdə iki mərtəbəli - birinci mərtəbəsi Ticarət Mərkəzi, ikinci mərtəbəsi isə Şadlıq Sarayı obyekt tikməyə hazırlaşır. Belə bir şəraitdə nə həmin yerə bitişik uşaq bağçasının fəaliyyət göstərməsi, nə də İİ qrup əlil kimi rahat yaşaması mümkün olmayacaqdır. Həmin 15 sot ərazi bir tərəfi onun şəxsi evinin divarı, digər tərəfi isə uşaq bağçasıdır. Müraciətlərindən sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 X5 X3 İdarəsinin səyi nəticəsində tikinti dayandırılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 X5 Agentliyi tərəfindən sözügedən torpaq sahəsi üzərində Cavabdeh Başçısının 11 iyun 2019-cu il tarixli 177 saylı sərəncamına əsasən vətəndaş X2 tərəfindən tikinti işlərinin aparılması halının müəyyən edildiyi, qanunsuz tikinti işlərinin qarşısı alındığı bildirilmiş və qeyd edilən sərəncama yenidən baxılması üçün Cavabdehnə məktub ünvanlanmışdır. Lakin Şəmkir RİH tərəfindən heç bir qanuni tədbir görülməmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli sərəncamı ilə iddianın verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürüldüyü iddiaçının nəzərinə çatdırılmış və prosessual müddətin bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olduğu ona izah edilmişdir. İddiaçı tərəfindən müddətin bərpası ilə bağlı ərizə təqdim edilməmiş, həmçinin məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.1 maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Göründüyü kimi, mübahisələndirilən sərəncam xx.xx.2019-cu il tarixdə qəbul edilməsinə baxmayaraq iddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Deməli iddiaçı sözügedən sərəncamı – inzibati aktı qeyd edilən normalarda nəzərdə tutulmuş müddətdə mübahisələndirməmiş, həmçinin müddətin bərpa olunmasına cəhd etməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-ci və 35-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdehnə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2127/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2127/2022
15.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver