Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2131/2025 13.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Nağıyeva Aysu Azər qızının katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, “Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********6190 nömrəli qərarına əsasən fərdi sahibkar İddiaçı məxsus Gəncə şəhəri, Nəriman Nərimanov ünvanında yerləşən gözəllik salonunda operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Həyata keçirilmiş operativ vergi nəzarəti nəticəsində xx.xx.2024-cü il tarixdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı qəbul edilmiş nağd pul vəsaitinin nəzarətkassa aparatına daxil edilməməsi müəyyən olunmuş, bu barədə xx.xx.2024-cü il tarixli akt tərtib edilmişdir. Həyata keçirilmiş operativ vergi nəzarəti nəticəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərcə tutulmuş qaydəda əmək müqaviiəsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəf etdən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsi haqqında qəbz" əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması ilə bağlı operativ vergi nəzarətinin nəticəsi haqqında xx.xx.2024-cü il tarixli akt tərtib edilmişdir. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********2922 nömrəli qərarı ilə, vergi ödəyicisi İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********2888 nömrəli qərarı ilə, vergi ödəyicisi İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixli, **********2888 və **********2922 saylı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarlarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixli, **********2888 və **********2922 saylı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarlarına əsasən ümumilikdə 3000 manat cərimə edilmişdir. Cavabdeh inzibati orqan qəbul etdiyi qərarlarını onunla əsaslandırmışdır ki, xx.xx.2024- cü il tarixli, 039009 və 02168 saylı aktlarına əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydasını pozmuş və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 1 nəfər işçini işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. xx.xx.2024-cü il tarixli, 3-21-2-18/2-İ-3xx-xx/2024 saylı elektron məktubla yuxarıda qeyd olunan inzibati qərarlar və onun qəbul edilməsinə əsas olmuş 34 vərəq sənəd ona göndərilmişdir. Cavabdeh orqanın qəbul etdiyi inzibati qərar və həmin qərarın qəbul edilməsi üçün gətirdiyi xüsusatlar əsassızdır. İlkin olaraq xx.xx.2024-cü il tarixli, **********2888 saylı qərarın məzmununa diqqət etdikdə açıq-aşkar görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli, 02168 nömrəli akt əsasında əsasında məsuliyyətə cəlb edilmişdir. 34 vərəq olan inzibati icraat materiallarında isə xx.xx.2024-cü il tarixli, 02168 nömrəli hər hansı akt yoxdur. Mövcud olan 7.09.2024-cü il tarixli, 002168 saylı aktdır. Sual yarana bilər ki, bir rəqəmin əksik olmasının iş üçün əhəmiyyəti nədir? Zərurət ondan ibarətdir ki, bütün dövlət orqanları, o cümlədən də, cavabdeh orqan vahid elektron sənəd dövriyyəsinə qoşulmuşdur. Bütün sənədləşmə işləri elektron qaydada gedir və sənədlərə nömrəni də, sistem özü verir. Mübahisələndirilən qərar da, yazılan aktın nömrəsinin inzibati icraat materiallarında olan sənədlərlə uyğunsuzluq təşkil etməsi texniki cəhətdən səhvin nəticəsi ola bilməz. Qeyd olunan aktın nömrəsi eyni ilə xx.xx.2024-cü il tarixli, 3-21-2-18/2- 16887/2024 saylı bildirişdə göstərilmişdir. Həmin bildirişdə qeyd olunur ki, “barənizdə xx.xx.2024-cü il tarixli DVX seriyalı 02168 nömrəli Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması ilə bağlı operativ vergi nəzarəti haqqında” akt tərtib edilmişdir. 34 vərəq olan inzibati icraat materiallarında diqqət çəkən digər məqam isə xx.xx.2024- cü il tarixdə keçirilən operativ vergi yoxlanılması zamanı əhali ilə nağd pul hesablaşmaları qaydalarının pozulub-pozulmamasının müəyyən edilməsi ilə bağlı aparılmış prosessual hərəkəti özündə ehtiva edən protokol inzibati icraat materiallarında yoxdur. İnzibati icraat materiallarında olan xx.xx.2024-cü il tarixli protokoldur ki, həmin protokolda yalnız işçilərin əmək müqaviləsinin yoxlanılması ilə bağlı aparılmış prosessual hərəkət qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli, DVX-nin 039009 saylı aktında göstərilir ki, “xx.xx.2024-cü il tarixdə saat 11:50-də Gəncə şəhəri Nəriman Nərimanov ünvanında yerləşən Gözəllik salonunda müştəri tərəfindən 4 manat dəyərində xidmət alındı və bunun müqabilində MKA-ya çek vurulmadı və müştəriyə təqdim edilmədi. Bu xüsusatla bağlı qeyd edir ki, elə bir fakt olmayıbdır. Həmin faktın olmamasının təsdiqi inzibati icraat materiallarında olan xx.xx.2024-cü il tarixli protokoldur. Həmin protokolda qeyd olunur ki, Gözəllik salonunda yoxlama saat 12:00-da başlanılmışdır. Əgər cavabdeh orqan 12:00 -da yoxlamaya başlayıbsa, saat ll:50-də əhali ilə hesablaşma qaydasının pozulmasının müəyyən edilməsi inandırıcı deyildir. Cavabdeh iddiaya dair etiraz daha sonra etiraza əlavə təqdim etmişdir. Etirazda bildirilir ki, işinin faktiki halları ilə bağlı qeyd edilir ki, cavabdeh inzibati orqan olan 12 saylı Ərazi Vergilər Baş İdarəsi vergi qanunvericiliyində əks olunmuş və vergi orqanlarına verilmiş hüquqi səlahiyyət çərçivəsində sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvanda operativ vergi nəzarəti tədbiri həyata keçirmişdir. İddiaçının sahibkarlıq fəaliyyəti üzrə aparılmış operativ vergi nəzarəti cavabdehin xx.xx.2024-cü il tarixli **********6190 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarı əsasında həyata keçirilmişdir. Sözügedən qərar Vergi Məcəlləsinin 50.1.3-cü və 50.1.7-ci maddələrində əks olunmuş əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə operativ vergi nəzarətini əhatə etmişdir. xx.xx.2024-cü il tarixli **********6190 nömrəli qərar əsasında cavabdeh inzibati orqanda vergi ödəyicisi kimi qeydiyyatda olan hazırkı işdə İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Gəncə şəhəri, N. Nərimanov prospektində yerləşən gözəllik salonunda xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Yoxlama tədbiri zamanı vergi ödəyicisinə məxsus obyektdə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması, eyni zamanda AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halları müəyyən olunmuş və yoxlamanın nəticəsi xx.xx.2024-cü il tarixli DVX seriyalı 039009 nömrəli və 002168 nömrəli aktlarla rəsmiləşdirilmişdir Həmçinin qeyd edilir ki, KY242157095 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”əsasında hazırkı operativ vergi nəzarəti tədbiri reyestrdə müvafiq qaydada qeydiyyatdan keçirilmişdir. Operativ vergi nəzarəti tədbirində iddiaçı iştirak etməmiş, həmçinin istifadəsində olan ********** nömrəli mobil telefon vasitəsi ilə ona vergi nəzarəti tədbiri haqqında məlumat verilmiş və yoxlamada iştirak etməsi tövsiyyə edilmişdir. İddiaçı Gəncə şəhərindən kənarda olduğu üçün yoxlama tədbirində iştirak edə bilməyəcəyini bildirmişdir. Bu baxımdan cavabdehin əməkdaşları tərəfindən “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərar, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış”la iddiaçının əmək müqaviləsi ilə işçisi olan X2 tanış edilməsi təmin olunmuşdur. Nəzarət tədbiri zamanı iddiaçının istifadəsində olan gözəllik salonunda müştəriyə göstərilmiş xidmət müqabilində onun tərəfindən ödənilmiş 4 manat nağd pula görə nəzarət-kassa aparatının çekinin vurulmadığı və müştəriyə təqdim olunmadığı aşkar olunmuş, yayındırılmış məbləği nəzarət-kassa aparatında bərpa etməyə çalışarkən vergi ödəyicisinin nəzarət-kassa aparatının olmadığı məlum olmuşdur. Keçirilmiş nəzarət tədbiri zamanı həmçinin 1 nəfər fiziki şəxsin – X8 (FİN KOD: 2TDWM5R) qızının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar olunmuşdur. İddiaçı ərizəsində xx.xx.2024-cü il tarixli **********2888 nömrəli qərarda aktın nömrəsinin düzgün yazılmadığını, xx.xx.2024cü il tarixdə keçirilən operativ vergi yoxlanılması zamanı əhali ilə pul hesablaşmaları qaydalarının pozulub-pozulmamasını müəyyən edilməsi ilə bağlı aparılmış prosessual hərəkəti özündə ehtiva edən protokolun inzibati icraat materiallarında olmadığını, xx.xx.2024-cü il tarixli protokolda gözəllik salonunda yoxlamanın saat 12:00-da başlanılmasının göstərilməsi səbəbindən saat 11:50-də əhali ilə hesablaşma qaydalarının pozulmasının müəyyən edilməsinin inandırıcı görsənmədiyini” qeyd etmişdir. İşin yuxarıda qeyd edilmiş faktiki və hüquqi hallarına əsasən bildirilir ki, İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Yuxarıda qeyd olunan maddələrin məzmunundan da göründüyü kimi iddiaçının fəaliyyət növü nəzarət-kassa aparatı quraşdırmadan həyata keçirilən fəaliyyət növü deyildir. Bu səbəbdən də iddiaçı tərəfindən müvafiq fəaliyyət növü ilə məşğul olmağa başlandığı zaman nəzarət-kassa aparatı quraşdırılmalı və əhali ilə pul hesablaşmalarını nəzarət-kassa aparatından kənar aparmamalıdır. Aktdan da göründüyü kimi iddiaçının vergi orqanında qeydiyyatdan keçmiş nəzarətkassa aparatı yoxdur. Eyni zamanda operativ vergi nəzarəti tədbirinin keçirildiyi zaman fəaliyyəti aktiv olmuşdur. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı fəaliyyətini nəzarət kassa aparatı vasitəsi ilə həyata keçirməli olması səbəbindən obyektdə (gözəllik salonunda) NKA-nin olmaması faktı özü əhali ilə pul hesablaşmalarının pozulması faktının baş verməsini sübut edən haldır. Tərəfimizdən tərtib edilmiş aktdan da görünür ki, müştəriyə göstərilmiş xidmət müqabilində ödənilmiş 4 manat nağ pul vəsaiti nəzarət kassa aparatına mədaxil edilməmişdir. Bu da birmənalı olaraq sübut edir ki, iddiaçı tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydası pozulmuş və haqlı olaraq da vergi orqanı onun barəsində maliyyə sanksiyası tətbiq etmişdir. Nəzərə alınmalı məqam ondan ibarətdir ki, iddiaçı fərdi qaydada fəaliyyət göstərməmişdir. Operativ vergi nəzarəti materiallarına əlavə edilmiş “Vergi ödəyiciləri üzrə hüquqi qüvvəyə minmiş əmək müqavilələri barədə hesabat”dan görünür ki, tərəfimizdən aşkar edilmiş işçidən savayı iddiaçının rəsmi əmək müqaviləsi olan digər işçisi də (X5) olmuşdur. İddiaçı fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olmadığından VM-nin 16.1.8-ci maddənin tələbləri əsasında nəzarət kassa aparatı quraşdırmalı idi. Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən aşkar edilmiş şəxsin-X3 obyektdə işləməsini təsdiq edən foto şəkil VM-nin 41-ci maddəsinə əsasən operativ vergi nəzarəti ilə bağlı materiallara əlavə edilmişdir. Həmin fotodan görünür ki, E. İsmayılova iddiaçının istifadəsində olan gözəllik salonunda gözəllik salonu ilə bağlı xidmətlərin (qadın bərbəri) göstərilməsinə cəlb olunmuşdur. Elvira Əlişir qızının obyektdə işləməsini təsdiq edən foto şəkil VM-nin 41-ci maddəsinə əsasən operativ vergi nəzarəti ilə bağlı materiallara əlavə edilmişdir. Həmin fotodan görünür ki, E. İsmayılova iddiaçının istifadəsində olan gözəllik salonunda gözəllik salonu ilə bağlı xidmətlərin (qadın bərbəri) göstərilməsinə cəlb olunmuşdur.Qeyd olunur ki, VM-nin 50.1.7-ci maddəsi ilə həyata keçirilmiş operativ vergi nəzarətinin nəticəsi xx.xx.2024-cü il tarixli DVX seriyalı 002168 nömrəli aktla rəsmiləşdirilmişdir. İddiaçı göstərmişdir ki, qərarda 02168 nömrəli akt qeyd olunmuşdur. Bildirmək istərdik ki, “Dövlət vergi orqanları tərəfindən operativ vergi və digər nəzarət tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın 2.7-ci bəndinə əsasən operativ vergi nəzarətinin nəticələri barədə tərtib olunmuş aktlar, protokollar və digər sənədlər nəzarətin başa çatdığı tarixdən sonrakı 3 iş günü ərzində nəzarəti həyata keçirmiş vergi orqanının vəzifəli şəxsləri tərəfindən X1 Sistemi (AVİS) proqram təminatı bazasının Operativ nəzarət alt sisteminə işlənilir və əlavələri ilə birlikdə dərhal vergi orqanının aidiyyəti rəhbər vəzifəli şəxsinə təhvil verilir. DVX seriyalı 002168 nömrəli akt AVİS proqram təminatına işnilərkən texniki xəta baş vermiş, belə ki, sözügedən aktın nömrəsini tam olaraq sistemə daxil etmək mümkün olmamış, 02168 nömrəli kimi sistemdə işlənilmişdir.Bu baxımdan **********2888 nömrəli qərar avtomatik olaraq sistem tərəfindən hazırlandığından aktın nömrəsi 02168 olaraq göstərilmişdir. Bu hal texniki xəta olaraq **********2888 nömrəli qərarın ləğv olunması üçün əsas ola bilməz. Materiallarda protokolun olmaması ilə bağlı da iddiaçının mövqeyi əsaslı deyil Çünki Vergi Məcəlləsinin müddəalarına əsasən (VM-nin 39-cu maddəsi) operativ vergi nəzarətinin nəticəsi olaraq protokol tərtib edilmir. Həmçinin VM-nin 48.1-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda vergi yoxlamasının keçirilməsi zamanı protokollar tərtib edilir. Protokolların isə hansı hallarda tərtib edilməsi açıq aydın VM-də əks olunmuşdur (VM-nin 23.1.3-2, 41.1,43.7,47.4, 89.8-1,89.10-cu maddələri) Eləcə də iddiaçı operativ vergi nəzarətinin başlanması vaxtını da mübahisələndirmişdir. DVX seriyalı 002168 nömrəli aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 12:00-da VMnin 50.1.7-ci maddəsi ilə həyata keçirilmiş operativ vergi nəzarəti ilə əlaqədar olaraq əmək müqaviləsi bildirişinə əməkdaşlarımız tərəfindən baxış aparılmışdır. Həmin tarixdə saat 11:50 radələrində isə əhali ilə pul hesablaşmalarının aparılması qaydasının pozulması faktı aşkar edilmişdir. Göründüyü kimi, saat 11: 50-də əhali ilə pul hesablaşmalarının aparılması qaydasının pozulması faktı aşkar edilmiş, saat 12: 00 da isə müvafiq sənədlərə baxış həyata keçirilib. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən İddiaçı xx.xx.2024- cü il tarixli **********2888 və **********2922 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarların ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi ilə bağlı qərar qəbul edilməsi xahiş olunur. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasına gəlmiş, iddiaçı məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat təqdim etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. İş materiallarına mübahisələndirilən qərar və onun qəbul edilməsi ilə bağlı aparılmış icraat materiallarının təsdiqlənmiş surəti əlavə olunmuşdur. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Məhkəmə qeyd edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğundan həmin növ iddianın xüsusi mümkünlük şərti kimi İnzibati-Prosessual Məcəllənin 38-ci maddəsinə əsasən iddia müddətinə riayət edilməklə verilib-verilməməsi yoxlanılmalıdır. İddiaçı məsuliyyətə cəlb edilməsi barədə **********2922 nömrəli və **********2888 nömrəli qərar xx.xx.2024-cü il tarixdə qəbul edilmiş, iddiaçı isə hazırki iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə hazırki işdə iddia müddətinin ötürülmədiyini hesab edir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, “Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********46190 nömrəli qərarına əsasən fərdi sahibkar İddiaçı məxsus Gəncə şəhəri, Nəriman Nərimanov ünvanında yerləşən gözəllik salonunda operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Həyata keçirilmiş operativ vergi nəzarəti nəticəsində xx.xx.2024-cü il tarixdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı qəbul edilmiş nağd pul vəsaitinin nəzarətkassa aparatına daxil edilməməsi müəyyən olunmuş, bu barədə xx.xx.2024-cü il tarixli akt tərtib edilmişdir. Həyata keçirilmiş operativ vergi nəzarəti nəticəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydəda əmək (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəf etdən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsi haqqında qəbz" əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması ilə bağlı operativ vergi nəzarətinin nəticəsi haqqında xx.xx.2024-cü il tarixli akt tərtib edilmişdir. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********2922 nömrəli qərarı ilə, vergi ödəyicisi İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********2888 nömrəli qərarı ilə, vergi ödəyicisi İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir İddiaçı hazırkı iddia tələbində həmin qərarı mübahisələndirərək, ləğv olunmasını xahiş edir. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, cavabdeh orqan tərəfindən iddiaçıya məxsus sahibkarlıq subyektində xx.xx.2024-cü il tarixdə keçirilmiş operativ vergi nəzarəti nəticəsində aşağıdakı 2 hal aşkar olunmuşdur: 1) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verilməsi; 2) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi. Məhkəmə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına münasibətdə qeyd edir ki, xx.xx.2024-cü il tarixdə keçirilən nəzarət tədbiri zamanı saat 11:50-də Gəncə şəhəri,Nəriman Nərimanov ünvanında yerləşən gözəllik salonunda müştəri tərəfindən 4 manat dəyərində xidmət alınmış və bunun müqabilində NKA-ya çek vurulmamış və müştəriyə təqdim edilməmiş, bununla əhaliyə nağd pul hesablaşmaları qaydaları pozulmuşdur. OVN zamanı dövriyyədən yayındırılmış məbləği obyektdə NKA olmadığından üçün bərpa etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinə görə: Maddə 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.9. lotereya biletlərinin, idman mərc oyunu biletlərinin və elektron idman mərc oyunu biletlərinin alışı istisna olmaqla nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək; 16.1.11-1. nağdsız ödənişlərin aparılması üçün "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS- terminalların quraşdırılmasını və (və ya) "Elektron ticarət haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə uyğun olaraq satıcı kimi fəaliyyət göstərdikdə, həmin Qanuna əsasən istehlakçıların elektron ödəniş etmək imkanını təmin etmək; Maddə 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: - 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; Maddə 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki səxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə- material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.7 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi. Maddə 50.2. Operativ vergi nəzarətinin həyata kecirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. Maddə 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Maddə 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Maddə 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Maddə 58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət- kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunların verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət- kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat maliyyə sanksiyası tətbiq edilir. Maddə 58.8. Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71- 1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesabfaktura (invoys), bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda: 58.8.1. pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə – 1000 manatdan çox olan hissəsinin 10 faizi, təqvim ili ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir; 58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Bu maddənin müddəaları istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsullara münasibətdə tətbiq edilmir; 58.8.3. bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda – alıcıya rəsmiləşdirilməyən xərclərin 20 faizi miqdarında. Maddə 150.1. Aşağıdakı şəxslər (vergi agentləri) ödəmə mənbəyində vergini tutmağa borcludurlar: ... 150.1.7. Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar. Maddə 150.2 Bu Məcəllənin 150.1-ci maddəsində göstərilən şəxslər verginin tutulması və büdcəyə köçürülməsi üçün cavabdehdirlər. Vergi məbləği tutulmursa və ya tutulmuş vergi büdcəyə köçürülmürsə, gəliri ödəyən hüquqi şəxslər və sahibkarlar tutulmamış və ya köçürülməmiş verginin məbləğini, həmçinin müvafiq faizləri və sanksiyaları büdcəyə ödəməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş Nəzarət-kassa aparatlarının istismarı Qaydalarının 1.4.6 və 8.3.16-cı maddələrinə əsasən malların təqdim edilməsi (xidmətlərin göstərilməsi) zamanı aparılan hesablaşmaları müvafiq qanunvericiliyə əsasən qeydiyyatdan keçirmiş nəzarət kassa aparatı vasitəsilə həyata keçirməli olan vergi ödəyicisinin pul hesablaşmaları aparılan zaman alıcıya cek təqdim etmək və həmin çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vəzifəsidir. Qeyd olunanlardan da göründüyü kimi vergi ödəyicisi tərəfindən əhali ilə pul hesablaşmalarının aparılmasına əməl olunmamışdır. Məhkəmə operativ vergi nəzarəti nəticəsində aşkar olunmuş digər halla -Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı isə aşağıdakıları qeyd edir. Belə ki, xx.xx.2024-cü il tarixdə aparılmış vergi nəzarəti tədbirləri zamanı təsərrüfat subyektində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsin - X3 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək aşkar edilmiş qanun pozuntusu DVX seriyalı 002168 nömrəli aktla rəsmiləşdirilmişdir. İşlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş şəxs izahat verməkdən imtina etsə də, orqanın əməkdaşları tərəfindən onun fotoşəkilləri çəkilmişdir. (fotoşəkillər iş materiallarına əlavə olunmuşdur). Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Göstərilən maddənin tələbindən də göründüyü kimi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş işçi ilə əmək müqaviləsi bağlanmalıdır, Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq fəaliyyət göstərən şəxslər isə "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə etdikdən sonra işlərin yerinə yetirilməsinə cəlb edilməli olduğu açıq-aydın göstərilmişdir. Vergi Məcəlləsinin 58.10-cu maddəsində Məcəllənin tələblərinə əməl olunmadıqda əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildikdə işəgötürənə, digər halda isə Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq fəaliyyət göstərən şəxsləri işlərin yerinə yetirilməsinə cəlb edən sifarişçiyə maliyyə sanksiyasının tətbiq edilməsi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. - 2-1-ci maddəsinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. - 2-2-ci maddəsinə əsasən "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə əmək münasibətləri həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan yaranır. - 49-cu maddəsinin 1-ci hissəsinə əsasən Bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. Beləliklə məhkəmə qeyd edir ki, vergi orqanı tərəfindən iddiaçıya məxsus sahibkarlıq subyektində operativ vergi nəzarəti həyata keçirilərkən və bunun nəticəsində mübahisələndirilən qərarlar qəbul edilərkən vergi qanunvericiliyinin tələblərinə əməl edilməklə, cavabdehin hərəkətləri qanuni və əsaslı olmuşdur. Bu zaman cavabdeh inzibati orqan hər hansı qanun pozuntusuna yol verməmişdir. Vergi orqanı tərəfindən qəbul edilmiş hazırda mübahisələndirilən qərarın ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunacaq maddi hüquq normalarına əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-2131/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2131/2025
13.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver