Məhkəmə qərarları › İş №2-1(114)-2133/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2133/2021

22.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2133/2021 22.12.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, X11 oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi yanında Hərracların Təşkili üzrə X9 Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasına (üçüncü şəxslər X5 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi) qarşı “Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 3 ha torpaq sahəsinin üçüncü şəxsə icarəyə verilməsinə dair 26.12.1019-cu il tarixli 682 nömrəli protokol qərarın etibarsız hesab edilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi yanında Hərracların Təşkili üzrə X9 Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasına və Şəmkir rayon Qapanlı Bələdiyyəsinə (üçüncü şəxs X6) qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək “Şəmkir rayonu, Qapanlı kəndinin Qara Yataq adlanan ərazisində Şəmkir rayon Qapanlı Bələdiyyəsinin mülkiyyətində olan 3 (üç) ha torpaq sahəsinin X3 istifadəsinə verilməsinə dair keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı 23.11.2021-ci il tarixdə məhkəmə iclasında ərizə təqdim edərək cavabdeh qismində yalnız Azərbaycan respublikası Dövlət Əmlak Komitəsi yanında Hərracların Təşkili üzrə X9 Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasının çıxış etməsini, üçüncü şəxs X3 əsl üçüncü şəxs X5 ilə əvəz edilməsini və Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 3 ha torpaq sahəsinin üçüncü şəxsə icarəyə verilməsinə dair 26.12.2019-cu il tarixli 682 nömrəli protokol qərarın etibarsız hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hər il Şəmkir rayon Qapanlı Bələdiyyəsinə icarə haqqı ödəməklə Şəmkir rayonu, Qapanlı kəndinin Qara yataq adlanan ərazidə heyvandarlıqla məşğul olur. Həmin ərazidə bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən örüş sahəsi kimi istifadə edir. Lakin istifadələrində olan yatağın qarşısındakı həmin ərazini Şəmkir rayon Qapanlı Bələdiyyəsi hərraca çıxarmış və torpaq sahəsi X4 15 il müddətinə icarə verilmişdir. X1 torpaq sahəsinin icarədarı kimi onların istifadəsinə imkan vermir. Bu isə təsərrüfatla məşğul olmağa mane yaradır. Bələdiyyə mübahisəli torpaq sahəsini icarəyə verərkən ilk olaraq ona təklif etməli olduğu halda bunu etməmişdir. Bu səbəbdən sözügedən torpaq sahəsinin X2 istifadəsinə verilməsinə dair keçirilmiş hərracın nəticələri etibarsız hesab edilməlidir. İddiaçının vəkili Vəkil səhhətində yaranan problemlə əlaqədar olaraq məhkəmə prosessinin təxirə salınmasını xahiş etsə də, bu barədə sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq iddiaçı və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barəsində məlumat verməmişlər. İddiaçı tərəfin və üçüncü şəxslərin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş materialları araşdırıb hesab edir ki inzibati akt iddiaçının subyektiv hüquq sferasına müdaxilə etmədiyi və ya müdaxilə təhlükəsi yaratmadığından iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında vurğulanmışdır ki, Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. İddiaçı inzibati aktın etibarsızlığınının tanınmasını tələb etdiyindən İPM-in 36-cı maddəsinin müddəaları rəhbər tutulmalıdır. Bu növ iddianın xüsusi mümkünlük şərti inzibati aktın etibarsızlığının tanınmasına iddiaçının hüquqi marağının olmasıdır. Başqa sözlə, etibarsız tanınması iddia edilən inzibtai akt idddiaçının subyektiv hüquq sferasın müdaxilə etməli və ya müdaxilə təhlükəsi yaratmalıdır. Bu halda, iddiaçının müəyyən etmə marağı ondan irəli gələcək ki, o, inzibati aktın hüququi nəticələr yaradıb-yaratmadığına dair qeyri-əminliyi aradan qaldırsın. Göstərilənləri hazırki mübahisəyə tətbiq etdikdə və barəsində iddia qaldırılan inzibati aktın daşınmaz əmlak barəsində qəbul edildiyi nəzərə aldıqda, iddiaçı həmin əmlakla bağlı yaranan hüquq münasibətlərini subyekti olmalıdır. Başqa sözlə, iddiaçı tələbdə göstərilən aktın onun hüquqlarına müdaxilə etdiyini (yaxud müdaxilə təhlükəsi yaratdığını) əsaslandırmalıdır. İşin faktiki hallarına görə, inzibati aktın aid olduğu torpaq sahəsinə dair iddiaçının Torpaq Məcəlləsinin 55-ci maddəsində nəzərdə tutulmuş hüquqi əsaslarından (müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollar) birinin olmadığı müəyyən olunur. Beləliklə, mübahisəli sahəyə dair qəbul edilmiş akt iddiaçının subyektiv hüquqlarına müdaxilə etməmişdir. Buradan, iddiaçının cavabdehə qarşı İPM-nin 36-cı maddəsindən irəli gələn tələb hüququ yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1 maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdənp çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə q ə r a r a a l d ı : İddiaçı Azərbaycan respublikası Dövlət Əmlak Komitəsi yanında Hərracların Təşkili üzrə X9 Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasına (üçüncü şəxslər X5 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi) qarşı “26.12.2019-cu il tarixli 682 nömrəli protokol qərarın etibarsız hesab edilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar