Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2138/2022 15.09.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 X2 Filialının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 Gəncə-X1rşı işlə təmin olunma öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 Gəncə-X1rşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, 2-ci qrup əlil kimi işlə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, hərbi xidmət dövründə döyüş tapşırığını yerinə yetirərkən aldığı xəsarətlərə görə 2-ci qrup əlil olaraq ordu sıralarından ehtiyata buraxılmışdır. 2018-ci ildən Goranboy rayon Məşğulluq idarəsində qeydiyyatda olmağına baxmayaraq, bu günə qədər işlə təmin olunmamış və sonuncu tərəfindən ona Goranboy rayon Mədəniyyət şöbəsinə verilən göndəriş qanunun tələbinə zidd olaraq qəsdən qəbul olunmamışdır. Goranboy rayon Məşğulluq idarəsində adı işsiz kimi qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası “Əlillərin Sosial Müdafiəsi haqqında” Qanuna əsasən işlə təmin olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 X2 Filialının üzərinə öhdəlik qoyulmalıdır. İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq ixtisasına uyğun “inzibatçı” vəzifəsində işləmək istədiyini bildirmişdir. Cavabdehin nümayəndəsi M.Ə Bağıri iddianı qəbul etməyərək bildirmişdir ki, müəssisələrdə boş iş yerləri ilə bağlı kvotaları yerli icra hakimiyyəti orqanları hazırlayır və onlara təqdim edir. Bu ilin noyabr ayında ərazi məşğulluq proqramı verilməlidir, onun əsasında göndəriş verilə bilir, lakin yekun qərarı işəgötürən verir. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Goranboy rayon Məşğulluq Mərkəzi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********2 nömrəli məktubdan görünür ki, iddiaçı Goranboy rayon Məşğulluq Mərkəzinə dəvət olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********9 nömrəli məktubun məzmunundan görünür ki, iddiaçıya Goranboy rayon Məşğulluq Mərkəzi tərəfindən Goranboy rayon Mədəniyyət Evində direktor (390 manat) iş yerinin olduğu barədə məlumat verilmiş, lakin iddiaçı ixtisasına uyğun dövlət qulluğu üzrə işlə təmin olunmasını bildirmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Goranboy rayon Məşğulluq Mərkəzi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********7 nömrəli məktubdan görünür ki, iddiaçıya Goranboy rayonu Mədəniyyət Evində direktor vəzifəsinə göndəriş verilmiş, lakin işəgötürən tərəfindən ixtisas uyğunsuzluğu olduğundan işə qəbul edilməmişdir. Bundan əlavə ona "xxxx" MMC-də nəzarətçi vəzifəsi təklif olunmuş, lakin iddiaçını iş rejimi qane etməmişdir. İddiaçı ali təhsil tələb edən işlə təmin olunmaq istəmişdir, Mərkəz tərəfindən tələb olunan ixtisasa uyğun işlər olmadığından onu işlə təmin etmək mümkün olmamışdır. Gələcəkdə iş yeri yaranacağı halda iddiaçıya məlumat veriləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 X8 20 saylı Ərazi Məşğulluq Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********5 nömrəli məktubdan görünür ki, iddiaçı xx.xx.2019-cu il tarixdən “Məşğulluq” altsistemində işsiz şəxs kimi qeydiyyata alınmışdır. Qeyd olunanlarla əlaqədar məhkəmə aşağıdakı normativ aktları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş X4 Nizamnaməsinin 1.1 bəndinə əsasən X7 (bundan sonra – Agentlik) aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Həmin nizamnamənin 2-ci bəndinə əsasən müvafiq sahənin inkişafını təmin etmək, işaxtaran və işsiz şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi, onların peşəyönümünün, peşə hazırlığının təmin edilməsi, bilik və bacarıqlarının artırılması, əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinin formalaşdırılması məqsədilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsini təmin etmək, işəgötürənlərin boş olan və işçi tələb edilən iş yerləri, habelə yeni yaradılan iş yerləri barədə məlumatları əsasında vakansiya bankı yaratmaq və ondan istifadə etmək, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyən edilmiş kvotaya uyğun olaraq, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunu təmin etmək X4 fəaliyyət istiqamətləri kimi göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 noyabr tarixli 213 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi” qaydasının 3-cü hissəsinə əsasən müəssisələr üçün kvota ilə müəyyən olunmuş iş yerlərinə işçilərin qəbul edilməsi şəhər, rayon məşğulluq mərkəzlərinin və ya “DOST” mərkəzlərinin göndərişi ilə həyata keçirilir. İşəgötürən 5 gün müddətində sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların işə qəbul edilməsi haqqında qərar qəbul edib, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X7 tərəfindən təsdiq olunmuş formada "Göndəriş"in ikinci hissəsində müvafiq qeydlər apararaq şəhər, rayon Məşğulluq Mərkəzinə və ya “DOST” mərkəzinə təqdim edir. İşəgötürən tərəfindən "Göndəriş"in ikinci hissəsində müvafiq qeydlər aparılmaqla şəhər, rayon Məşğulluq Mərkəzinə və ya “DOST” mərkəzinə təqdim edilməsi halları işə qəbul etməkdən imtina kimi qiymətləndirilir. Sosial müdafiyəyə xüsusi ehtiyacı olan vətəndaşların işə düzəlmək üçün birbaşa müəssisələrə müraciət etdikləri hallarda işəgötürənlər şəhər, rayon Məşğulluq Mərkəzinə və ya “DOST” mərkəzinə ən geci 5 gün müddətində məlumat vermək şərtilə, müəyyən olunmuş kvota hesabına onları işə qəbul edə bilərlər. Sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşlara şəhər, rayon məşğulluq mərkəzləri və ya “DOST” mərkəzləri tərəfindən müəssisələrə göndəriş verilərkən həmin müəssisədə kvota üzrə işlə təmin edilmiş sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin sayı nəzərə alınır. Kvota tətbiq olunan müddətdə kvota üzrə müəyyən edilmiş iş yerində vakansiya yarandığı təqdirdə, işəgötürənlər 5 gün müddətində şəhər, rayon məşğulluq mərkəzlərinə və ya “DOST” mərkəzlərinə məlumat verməlidirlər. Qeyd olunan normaların sistematik təhlilindən o nəticəyə gəlinir ki, cavabdeh işaxtaranların bilavasitə işlə təmin etmək öhdəliyi daşımır, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların işlə təmin edilməsində vasitəçilik edir. Odur ki, cavabdeh qurumun üzərinə hər hansı şəxsin işlə təmin edilməsi öhdəliyinin qoyulması tələbi mümkünlük şərtlərinə cavab vermir. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qəraraaldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 Gəncə-X1rşı işlə təmin olunma öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2138/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2138/2022
15.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver