Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2140/2021 24.12.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, X6 oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsinin 18 saylı Regional Ərazi filialına qarşı 02.01.1992-15.09.1996-cı illərdə Gəncə şəhəri “Orkestrli musiqiçilər bürosun”-da və 30.04.1998-31.12.2002-ci illərdə Gəncə şəhəri “Mərkəzi Mədəniyyət evi”-də işlədiyi 02.01.1992-15.09.1996-cı illərdə 3 il 8 ay 13 gün və 30.04.1998-31.12.2002-ci illərdə 3 il 8 ay, cəmi 7 il 6 ay 13 gün və 01.09.1972-ci il tarixdən 01.08.1973-cü il tarixədək Gəncə şəhəri, 9 nömrəli Texniki Peşə Məktəbində təhsil aldığı 11 ayı hesablamaqla onun 25 ildən artıq əmək stajını nəzərə alıb yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) xx.xx.1956-cı il tarixdə Daşkəsən rayonun Dəstəfur kəndində anadan olmuşdur. İddiaçı 01.09.1972-ci il tarixdən 01.08.1973-cü il tarixədək (11 ay) texniki peşə məktəbində oxumuş, 10.05.1974-cü il tarixdən 09.06.1976-cı il tarixədək (02 il 01 ay) hərbi xidmətdə olmuş, əmək kitabçasına əsasən 05.08.1976-14.02.1977 (06 ay 09 gün), 21.03.1977-25.07.1977 (04 ay 04 gün), 01.09.1977-13.12.1977 (03 ay 12 gün), 20.02.1978-07.04.1978 (01 ay 18 gün), 17.05.1978-18.09.1978 (04 ay 01 gün), 16.07.1979-10.09.1979 (01 ay 25 gün), 23.11.1979-01.02.1980 (02 ay 07 gün), 01.09.1980-28.03.1981 (06 ay 27 gün), 03.04.1981-02.01.1992 (10 il 09 ay), 02.01.1992- 15.09.1996 (04 il 08 ay 13 gün), 16.09.1996-19.02.1998 (01 il 05 gün 03 gün), 30.04.1998-31.12.2002-ci (04 il 08 ay 01 gün) illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı yaşa görə əmək pensiyasının təyin olunması məqsədilə inzibati orqana müraciət etmiş, sonuncu isə 22.09.2021-ci il tarixli **********0 nömrəli məktubla yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, pensiya işinin arxiv sənədlərindən 01.01.2006-cı il tarixədək 16 il 09 ay 13 gün iş stajı olduğu məlum olmuşdur. Əmək kitabçasında qeyd edilmiş 02.01.1992-15.09.1996-cı illərdə Gəncə şəhəri “Orkestrli musiqiçilər bürosun”-da və 30.04.1998-31.12.2002-ci illərdə Gəncə şəhəri “Mərkəzi Mədəniyyət evi”-də işlədiyi sənədlər X5 filialında saxlanılmır və hüquqi ünvanı məlum olmadığı səbəbindən qarşılıqlı yoxlamaq mümkün olmamışdır. İddiaçının 25 il sığorta stajı və 01.01.2006-cı ildən 01.07.2018-ci ilədək sığorta kapitalı olmadığı üçün yaşa görə əmək pensiyasının təyin olunması imkan xaricindədir. İmtina ilə razılaşmayan iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsin 18 saylı regional ərazi filialına (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02.01.1992-15.09.1996-cı illərdə Gəncə şəhəri “Orkestrli musiqiçilər bürosun”-da və 30.04.1998-31.12.2002-ci illərdə Gəncə şəhəri “Mərkəzi Mədəniyyət evi”də işlədiyi 02.01.1992-15.09.1996-cı illərdə 3 il 8 ay 13 gün və 30.04.1998-31.12.2002-ci illərdə 3 il 8 ay, cəmi 7 il 6 ay 13 gün və 01.09.1972-ci il tarixdən 01.08.1973-cü il tarixədək Gəncə şəhəri, 9 nömrəli Texniki Peşə Məktəbində təhsil aldığı 11 ayı hesablamaqla onun 25 ildən artıq əmək stajını nəzərə alıb yaşa görə əmək pensiyasının təyin edilməsi xahiş etmişdir. Məhkəmə bildirişində bu barədə xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı COVİD- 19 pasportunun (COVİD-19-a qarşı peyvənd sertifikatı və ya COVİD-19-a qarşı immunitet sertifikatı) və ya Əks Göstəriş sertifikatının (COVİD-19 infeksiyası əleyhinə peyvəndə Əks Göstəriş sertifikatı) təqdim etmədiyi üçün məhkəmə binasına buraxılmamışdır. Cavabdeh iddiaya qarşı 17.12.2021-ci il tarixli **********6 nömrəli etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı hüququ yarandığı 18.01.2021-ci il tarixdən pensiya təyin olunması ilə bağlı müraciət etmişdir. Onun təqdim olunan əmək kitabçasına və ******* nömrəli hərbi biletinə əsasən 10.05.1974-cü ildən 09.06.1976-cı ilədək 02 il 01 ay, 05.08.1976-cı ildən 14.02.1977-ci ilədək 06 ay 09 gün, 21.03.1977-ci ildən 25.07.1977-ci ildən 04 ay 04 gün, 01.09.1977-ci ildən 13.12.1977-ci ilədək 03 ay 12 gün, 20.02.1978-ci ildən 07.04.1978-ci ilədək 01 ay 18 gün, 17.05.1978-ci ildən 18.09.1978-ci ilədək 04 ay 01 gün, 16.07.1979-cu ildən 10.09.1979-cu ilədək 01 ay 25 gün, 23.11.1979-cu ildən 01.02.1980-ci ilədək 02 ay 07 gün, 01.09.1980-ci ildən 28.03.1981-ci ilədək 06 ay 27 gün, 03.04.1981-ci ildən 02.01.1992-ci ilədək 10 il 09 ay, 16.09.1996-cı ildən 19.02.1998-ci ilədək 01 il 05 gün 03 gün sosial sığorta stajı hesablanmışdır. İddiaçının əmək kitabçasında 02.01.1992-ci ildən 15.09.1996-cı ilədək və 30.04.1998-ci ildən 31.12.2002-ci ilədək olan dövlərin qeyd olunmasına baxmayaraq, arxiv sənədlərində əmr kitabları, əmək haqqı cədvəlləri olmamasından həmin illərin sosial sığorya stajına daxil edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. İş materiallarında sözügedən əmək kitabçasından başqa iddiaçının əmək fəaliyyətini təsdiq edən sənəd yoxdur. Tələb olunan 25 il sosial sığorta stajına qarşı iddiaçının 16 il 09 ay 13 gün sosial sığorta stajı olduğundan həmin müddətə uyğun hesablanan pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Qeyd olunanlara əsasən iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini НЗ ******* nömrəli hərbi biletin notariat qaydada təsdiq edilmiş surəti, iddiaçıya məxsus əmək kitabçasının təsdiqlənmiş surəti, cavabdehin 15.09.2021-ci il tarixli **********0 nömrəli imtinası, Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X3 və Texnologiyalar üzrə X8 Təhsil Mərkəzinin 23.09.2021-ci il tarixli 127 nömrəli arxiv arayışı, Gəncə şəhər Statistika İdarəsinin 15.10.2021-ci il tarixli 260 nömrəli məktubu, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 14.10.2021-ci il tarixli **********790000 nömrəli məktubu, Azərbaycan Respublikası X5 filialının 19.10.2021-ci il tarixli 1144(330)/3 nömrəli məktubu, X2 İdarəsinin 02.12.2021-ci il tarixli 1098/04 nömrəli məktubu, cavabdehin 17.12.2021-ci il tarixli **********6 nömrəli etirazı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. . Əsaslandırma hissəsi: Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. İddia tələbinin hüquqi əsasını “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi təşkil edir. Ona görə də işin halları bu normanın dispozisiya şərtləri əsasında araşdırılmalıdır. Bu normaya görə o şəxslərin yaşa görə pensiya almaq hüququ vardır ki, həmin şəxs: 1) Qanunla müəyyən edilmiş pensiya yaşına çatmış olsun; 2) 25 il sığorta stajına malik olsun və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermiş olsun. İddiaçının inzibati orqana müraciət etdiyi vaxt pensiya yaşına çatması işin mübahisəsiz halıdır (18.01.2021-ci il tarixdə 65 yaşına olmuşdur). İddiaçının əmək kitabçasında göstərilmiş əmək stajı hərbi xidmət dövrü ilə birlikdə 25 ildən çoxdur. Yəni iş materialları ilə iddiaçıya pensiya təyin olunması üçün qanunla müəyyən edilmiş şərtlər mövcud görünür. Cavabdeh iddiaçının əmək kitabçasında göstərilmiş iddiaçının 05.08.1976- 14.02.1977, 21.03.1977-25.07.1977, 01.09.1977-13.12.1977, 20.02.1978-07.04.1978, 17.05.1978-18.09.1978, 16.07.1979-10.09.1979, 23.11.1979-01.02.1980, 01.09.1980- 28.03.1981, 03.04.1981-02.01.1992, 16.09.1996-19.02.1998-ci illərdə işlədiyi və 10.05.1974-09.06.1976-cı illərdə hərbi xidmətdə olduğu dövr üzrə 16 il 09 ay 13 gün sosial sığorta stajını nəzərə alır. 02.01.1992-15.09.1996-cı illərdə Gəncə şəhəri “Orkestrli musiqiçilər bürosun”-da və 30.04.1998-31.12.2002-ci illərdə Gəncə şəhəri “Mərkəzi Mədəniyyət evi”-də işlədiyi dövr üzrə yerində qarşılıqlı yoxlama mümkün olmaması əsas tutaraq həmin dövrün staja daxil edilməsinə etiraz edir, 01.09.1972-ci ildən 01.08.1973-cü ilədək peşə məktəbində oxuduğu dövr üzrə isə nə imtinasında, nə də yazılı etirazında münasibət bildirmişdir. Halbuki iddiaçının tələbi aşağıdakı hissələrdən ibarətdir: 1) 01.09.1972-ci il tarixdən 01.08.1973-cü il tarixədək Gəncə şəhəri, 9 nömrəli Texniki Peşə Məktəbində təhsil aldığı 11 ay müddətin sosial sığorta stajına daxil edilməsi; 2) 02.01.1992-15.09.1996-cı illərdə Gəncə şəhəri “Orkestrli musiqiçilər bürosun”-da işlədiyi 03 il 08 ay 13 gün müddətin sosial sığorta stajına daxil edilməsi; 3) 30.04.1998-31.12.2002-ci illərdə Gəncə şəhəri “Mərkəzi Mədəniyyət evi”ndə işlədiyi 03 il 08 ay müddətin sosial sığorta stajına daxil edilməsi və 4) Yaşa görə pensiyasının təyin olunması. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1.1.-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göstərilən tələbləri nəzərə alaraq məhkəmə iddiaçıya məxsus əmək kitabçasını nəzərdən keçirmiş və müəyyən etmişdir ki, iddiaçı 02.01.1992-ci il tarixli, 131 №-li əmrlə “Orkestri musiqiçilər bürosu”na işə qəbul olunmuş, 15.09.1996-cı il tarixli 08 nömrəli əmrlə işdən azad edilmiş, əmrlər kiril əlifbası ilə yazılaraq OMB-nin müdiri A.Adıgözəlov tərəfindən imzalanmış və latın əlifbalı möhür vurulmuşdur. Azərbaycan Respublikasının X5 filialının 19.10.2021-ci il tarixli, 1144(330)/3 nömrəli məktubunda “Orkestri musiqiçilər bürosu”nun arxiv sənədlərinin X5 filialına təhvil verilmədiyi, filialda mühafizə olunan Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsi arxiv fondunun 1998-2002-ci illərə aid şəxsi heyət üzrə fəhlə və qulluqçuların əmr kitabları və əmək haqqı kitablarında iddiaçının adının aşkar olunmadığı bildirilmişdir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Gəncə şəhər Statistika İdarəsi tərəfindən məhkəmənin sorğusuna 15.10.2021-ci il tarixli, 260 nömrəli cavab məktubunda Gəncə şəhəri Orkestrli musiqiçilər bürosu 28 avqust 1996-cı il tarixdə “Statistik vahidlərin Dövlət reyestri”ndə qeydiyyatda olması göstərilmişdir. Göründüyü kimi, işin faktiki halları və iş materiallarından müəyyən olunur ki, Gəncə şəhəri Orkestrli musiqiçilər bürosunun 1996-cı ildən əvvəl mövcud olması barədə sənədlər arxivdə aşkarlanmadığından, habelə əmək kitabçasındakı qeydlərin kiril əlifbası ilə icra edilib latın qrafikalı möhür vurulması bu məlumatların mötəbər olmamasına əsas verir. Digər tərəfdən, əmək kitabçasında iddiaçının 30.04.1998-31.12.2002-ci illərdə Gəncə şəhəri “Mərkəzi Mədəniyyət evi”ndə işləməsi barədə qeyd olmuş, bu qeydlərin araşdırılması üçün həm X5 filialına, həm də X2 İdarəsinə sorğular göndərilmişdir. Lakin həmin idarələrdən alınan cavablara əsasən iddiaçının 1998-2002-ci illərdə işləməsinə dair məlumat aşkar olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, həmin illər iddiaçının sosial sığorta stajına daxil edilə bilməz. Bununla yanaşı məhkəmə hesab edir ki, iddiaçının əyani şəkildə texniki peşə məktəbində təhsil aldığı 11 ay müddət iş stajına daxil edilməlidir. Belə ki, , iddiaçının texniki peşə təhsili və ali təhsil aldığı dövrdə qüvvədə olan, yəni 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «i» bəndində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. Həmçinin 1992-ci il 23 sentyabr tarixli «Vətəndaşların pensiya təminatı haqqında» qanunun 67-ci maddəsinin ğ) bəndində də ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi iddiaçının texniki peşə təhsili aldığı və ali təhsil aldığı müddətlərin onun əmək stajına daxil edilməsi, təhsil aldığı dövrün qanunvericiliyinin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmışdır. Göründüyü kimi, iddiaçı peşə məktəbində təhsil aldığı və cavabdeh tərəfindən mübahisələndirilməyən illərlə birgə, ümumilikdə 17 il 08 ay sosial sığorta stajı toplamışdır ki, bu da tələb olunan 25 il stajdan azdır. Belə olan halda, pensiya təyin edən orqana müraciət etdiyi vaxt pensiya təyin olunması üçün zəruri sosial sığorta stajı olmadığına görə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olub-olmamasının araşdırılmalıdır. İddiaçının 17 il 08 ay iş stajına görə hesablanan məbləğ isə ona yaşa görə əmək pensiyası təyin olunması üçün lazım olan pensiya kapitalını ödəmir. Göründüyü kimi, inzibati orqan haqlı olaraq iddiaçıya yaşa görə əmək pensiyası təyin etməmişdir. Beləliklə, iddiaçı pensiya təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajını toplamadığından qanunvericiliyin tələblərinə əsasən, cavabdehin pensiya təyinatından imtina etməsi qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsinin 18 saylı Regional Ərazi filialına qarşı Gəncə şəhəri “Mərkəzi Mədəniyyət evi”-də işlədiyi 02.01.1992-15.09.1996-cı illərdə 3 il 8 ay 13 gün və 30.04.1998-31.12.2002-ci illərdə 3 il 8 ay, cəmi 7 il 6 ay 13 gün və 01.09.1972-ci il tarixdən 01.08.1973-cü il tarixədək Gəncə şəhəri, 9 nömrəli Texniki Peşə Məktəbində təhsil aldığı 11 ayı hesablamaqla onun 25 ildən artıq əmək stajını nəzərə alıb yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi (Gəncə şəhəri, H.Əliyev prospekti 105A) ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-2140/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2140/2021
24.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver