Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2140/2023 20.07.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Daşınmaz Xidməti Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülikiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Ağdam rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 02 saylı qərarı ilə X8, X7, İddiaçı və X1 təsərrüfatı təyinatlı məhsulların istehsalı məqsədiə 2.44 ha torpaq sahəsi ayrılmış və bu barədə Torpağa mülkiyyət hüququna dair JN-123 KOD 60919038 nömrəli dövlət aktı tərtib edilmişdir.
3. İddiaçı 2.44 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh orqana müraciət etmiş və İdarə tərəfindən xx.xx.2023-cü il tarixdə imtina cavabı verilərək bildirilmişdir ki, araşdırma nəticəsində məlum olmuşdur ki, onların mülkiyyətinə verilmiş 2.44 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi mövcud xəritə (DWJ – torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) əsasında verilmişdir. Mülkiyyətçilərin naturada istifadələrində olan pay torpaq sahələri ilə elektron məlumat bazasında mövcud xəritə materialları arasındakı olan uyğunsuzluqların aradan qaldırılması məqsədilə Azərbaycan Respulikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X5 X10nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında hazırlanmış “X5 X10”ndə olan mülkiyyətlərinə verilmiş torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə elektron xəritə bazasında (DWJ) göstərilən JN-0123 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktındakı torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında uyğunsuzluq vardır. Belə ki, həmin torpaq sahələri bir-birindən həm yerləşmə vəziyyətinə, həm də konfiqurasiyasına görə fərqlidir. Bu səbəbdən müraciətin icrası mümkün olmamışdır.
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən ona və ailə üzvlərinə məxsus Ağdam rayonu, Ortaqışlaq kəndində yerləşən 2.44 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, X18 Komissiyasının 25 avqust 2005-ci il tarixli 05 saylı qərarı ilə Ağdam rayonu Ortaqışlaq kəndində yerləşən 2.44 hektar torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinə çıxarış almamışdır. Hazırda qeyd edilən torpaq sahəsi onun və ailə üzvlərinin istifadəsindədir. Kiçik sahibkarlara torpaqdan səmərəli istifadənin təşkili və təmin edilməsi məqəsdilə dövlət tərəfindən maddi yardım göstərilir. Bununla bağlı onların torpaq sahəsinin sənədləri tələb edilərkən qeyd edilən Torpağa mülkiyyət hüququna dair dövlət aktını təqdim etmişdir. Bildirmişlər ki, yeni qaydalara görə torpaq sahəsinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestr xidmətindən çıxarış almalıdır. Belə olan halda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət edərək 2.44 ha torpaq sahəsinin onun adına dövlət qeydiyyatına alınması və buna dair çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023-ci il tarixli məktubu ilə ona məxsus torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmasından və buna dair çıxarış verilməsindən imtina edilmişdir. Cavabdeh təşkilatın bu imtinasını əsassız və qanunsuz hesab edir. Cavabdeh təşkilat Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubunda da qeyd edildiyi kimi ona və ailə üzvlərinə məxsus 2.44 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması zamanı torpaq sahəsinin planı və ölçüsü “X5 X10”ndə olan məlumatlar əsasında tərtib ediə bilər. Həmin məktubun məzmunundan o da məlum olur ki, ona və ailə üzvlərinə məxsus 2.44 ha torpaq sahəsi “X5 X10”ndə yerləşdirilib. Sadəcə sistemdə yerləşdirilmiş torpaq sahəsi ilə dövlət aktında göstərilən torpaq sahəsinin koordinatları ziddiyət təşkil edir. Araşdırma zamanı o çıxarışın “X5 X10”ndə olan məlumatlar əsasında verilməsinə etiraz etmədiyini bildirmişdir. Ancaq, ona mübahisə ilə bağlı məhkəmə qərar verdikdən sonra müvafiq çıxarışın veriləcəyini izah edərək, məhkəməyə müraciət etməyini tövsiyyə etmişlər. Göründüyü kimi “X5 X10”ndə yerləşdirilmiş torpaq sahəsi ilə ona və ailə üzvlərinə məxsus torpağa müliyyət hüquqna dair dövlət aktında göstərilən torpaq sahəsinin döngə koordinatlarının ziddiyyət təşkil etməsi məsələsində onun heç bir təqsiri yoxdur. Hazırda mövcud olmayan Dövlət Torpaq Komitəsinin və Aqrar İslahat Komissiyasının, habelə həmin təşkilatların hüquqi varisi sayılan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrının hər hansı birinin səhvləri ucbatından o mülkiyyət hüququ üzrə ona məxsus torpaq sahəsindən sərbəst istifadə edə və onun üzərində sərbəst sərəncam verə bilmir. Cavabdeh təşkilatın bu əsassız imtinası onun konstitusion mülkiyyət hüququnun pozulması deməkdir. Ona görə də hesab edir ki, Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən ona və ailə üzvlərinə məxsus Ağdam rayonu Ortaqışlaq kəndində yerləşən 2.44 hektar torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əməlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bərdə rayon Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməlidir.
6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İİ. Prosessual məsələlər
7. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı isə gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
8. Məhkəmə hazırlıq iclasının iddiaçının iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İİİ. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
10. Cavabdehin nümayəndəsi X11 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, onun təmin edilməməsini xahiş etmişdir.
Əsaslandırma hissəsi:
11. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
12. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.
13. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Ağdam rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 02 saylı qərarı ilə kənd təsərrüfatı təyinatlı məhsulların istehsalı məqsədiə 2.44 ha torpaq sahəsi İddiaçı, X12, X9 və X4 ayrılmış və bu barədə Torpağa mülkiyyət hüququna dair JN-123 KOD 60919038 nömrəli dövlət aktı tərtib edilmişdir.
14. Göründüyü kimi, sözügedən 2.44 ha torpaq sahəsi iddiaçı ilə yanaşı ailə üzvləri – X12, X9 və X3 da mülkiyyətinə verilmişdir. Belə olan halda iddiaçı hazırkı iddianı təkbaşına deyil, digər mülkiyyətçilərlə birgə qaldırmalı idi.
15. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 30.1-ci maddəsinə görə, mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər.
16. Həmçinin, təqdim edilmiş sənədlərlə müəyyən edilir ki, X12 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Belə olan halda, onun payını vərəsəlik hüququ üzrə qəbul etmiş şəxs bu barədə tələb irəli sürə bilər.
17. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq yardım etmə vəzifəsinə riayət edilməklə, iddiaçının sərəncam göndərilərək, bu Qərarın 14 və 16-cı bəndində qeyd edilənlər ətraflı şəkildə izah edilmiş və yol verilən xətanın aradan qaldırılması üçün müddət verilmişdir.
18. Lakin iddiaçı sərəncamda göstərilən xətaları aradan qaldırmamış və məhkəmə iclaslarına gəlməmişdir.
19. Belə olan halda isə məhkəmə hesab edir ki, İddiaçı hazırkı iddianı təkbaşına qaldırmaqda subyektiv hüquqa malik olmadığından hazırkı iddia mümkün sayılmamalıdır.
20. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
21. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. İddiaçının nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması, mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva