Məhkəmə qərarları › İş №2-1(114)-2142/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2142/2020

08.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2142/2020 08.12.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X1, cavabdehin nümayəndəsi Mustafayev Rövşən Yunis oğlunun iştirakı ilə, iddiaçı “xxxx” MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2019-cu il tarixli, **********171312 nömrəli səyyar vergi yoxlaması aktının etibarsız hesab edilməsi tələbinə dair inzibati mübahisəyə məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı xxxx” MMC (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər Baş İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il tarixli, **********171312 nömrəli səyyar vergi yoxlaması aktının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixli, 2-1(083)- 1556/2019 nömrəli qərardad qəbul edərək iddianı mümkün saymamışdır. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(083)-1556/2019 nömrəli qərardadından iddiaçı tərəf Gəncə Apelyasiyaq Məhkəməsinə apelyasiya şikayəti vermiş, Gəncə Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(104)-856/2019 nömrəli qərardadı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(083)-1556/2019 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(104)-856/2019 nömrəli qərardadından iddiaçı tərəf Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-1244/2020 nömrəli qərarı ilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(104)- 856/2019 nömrəli qərardadı qismən ləğv edilmiş və iş ləğv edilən hissədə növbəti prosessual hərəkətlərin edilməsi üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bundan sonra Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, 2-1(104)-555/2020 nömrəli qərardad ilə Gəncə İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(083)-1556/2019 nömrəli qərardadı qismən ləğv edilmiş və ləğv edilən hissədə növbəti prosessual hərəkətlərin edilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilmişdir. İş üzrə məhkəmə hazırlıq icraatı iclası xx.xx.2020-ci il tarixə təyin edilmiş, tərəflərin nümayəndələri məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 ərizə təqdim edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı “xxxx” MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2019-cu il tarixli, **********171312 nömrəli səyyar vergi yoxlaması aktının etibarsız hesab edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar