Məhkəmə qərarları › İş №2-1(114)-2142/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2142/2023

25.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2142/2023 25.09.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı qeydin ləğv edilməsi tələbinə dair iş üzrə üçüncü şəxsin inzibati məhkəmə icraatına cəlb edilməsi məsələsinə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Dəmir Bank ASC-nin adına verilmiş Gəncə şəhəri, Nizami küçəsi 152 nömrəli fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinə dair aparılmış dövlət qeydiyyatının və müvafiq çıxarışın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb belə hesab edir ki, Əmanətlərin Sığortalanması Fondu üçüncü şəxs qismində işə cəlb edilməli, həmin şəxsin müvafiq qərarla prosessual statusu müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 28.2-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). - 28.3-cü maddəsinə əsasən üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. - 28.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə qərardaddan şikayət verilə bilməz. Məhkəmə hesab edir ki, qəbul ediləcək qərar, Əmanətlərin Sığortalanması Fondu qanunla qorunan maraqlarına toxunduğundan o, inzibati məhkəmə icraatına zəruri qaydada cəlb edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 28.1, 28.2, 28.3 və 28.4-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı qeydin ləğv edilməsi tələbinə dair iş üzrə Əmanətlərin Sığortalanması Fondu üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilsin. Qərardaddan müstəqil qaydada şikayət verilə bilməz. Hakim: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar