Məhkəmə qərarları › İş №2-1(114)-2144/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2144/2025

19.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2144/2025 19.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ““Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün adının siyahıya daxil edilərək, sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona veteran adı və vəsiqəsinin verilməsi barədə cavabdehin üzərinə vəzifə qoyulmasına dair məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ona veteran adı və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Sonuncu tərəfindən ona göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-25-2/2-M-114xx-xx/2024 saylı məktubda "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyi aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə kommisiya"-nın xx.xx.2024-cü il tarixli iclasında baxıldığı və barəsində müsbət qərar qəbul edilmədiyi qeyd edilmişdir. Həmçinin, həmin məktubda barəsində qəbul olunmuş qərarla razılaşmadığı halda 30 gün müddətində məhkəməyə müraciət etmək hüququnun olduğu qeyd olunmuşdur. Sözügedən qərar ona indiyə qədər də göndərilməmişdir. İddiaçı halhazırda MN-nin N saylı hərbi hissəsində qulluq edir və 2-ci Qarabağ Müharibəsində ermənilərə qarşı döyüşmüşdür. Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilmişdir. MN-nin N saylı h/h-dən əldə etdiyi N nömrəli h/h komandirinin 103 nömrəli əmrindən çıxarış, N nömrəli h/h komandirinin 194 nömrəli əmrindən çıxarış, N nömrəli h/h komandirinin 80 nömrəli əmrindən çıxarış, Arayış-Məlumat, N nömrəli h/h-sə komandirinin 272 nömrəli əmrindən çıxarış, N nömrəli h/h komandirinin 26 nömrəli əmrindən çıxarış, N nömrəli h/h komandirinin 270 nömrəli əmrindən çıxarış, N nömrəli h/h komandirinin 197 nömrəli əmrindən çıxarış, 3224 nömrəli, xx.xx.2020-cü il tarixli yol vərəqəsi, 3488 nömrəli, xx.xx.2020-ci il tarixli yol vərəqəsi, 15.3268 nömrəli, xx.xx.2020-ci il tarixli yol vərəqəsi ilə də sübut olunur ki, iddiaçı həqiqətən torpaqların azadlığı uğrunda vuruşmuşdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2144/202N nömrəli qərardadı ilə, iddia tələbi ““Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün adının siyahıya daxil edilərək, sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dəyişdirilmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş və iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Etiraz belə əsaslandırılmışdır ki, iddiaçının tələbinin mahiyyəti, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. Cavabdeh orqan hesab edir ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin 10 və 11-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı və Tərtər rayonunun Talış, Suqovuşan, Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 27 sentyabr 2020-ci il tarixədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkili və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş, hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, habelə 27 sentyabr 2020ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş, və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin birinci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrdən çıxarışları və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında "Müharibə veteranı" adı verilir. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya"nın xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli arayışına əsasən döyüş əməliyyatlarına cəlb olunmadığına görə İddiaçı sənədlərinin razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh tərəfindən işə onların iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı məhkəmə iclasında iddia tələbi müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. İşin halları İ-1398 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 dekabr tarixli 2372 nömrəli Sərəncamı ilə İddiaçı “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N5-ci il tarixli, 103 nömrəli Əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı 3-cü Ordu Korpusu komandirinin 03 aprel N5-ci il tarixli 079 əç nömrəli əmri ilə madditexniki təminat bölüyünün silah təmir taqımının silah təmir manqasının (artilleriya silahları) ustası vəzifəsinə təyin edildiyinə görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsindən gəlmiş hesab olunmuş, 09 aprel N5-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmiş və vəzifəsinin icrasına başlamışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N7-ci il tarixli, 80 nömrəli Əmrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 17 fevral N7-ci il tarixli 026 nöməli əmrinə əsasən təşkilati-ştat tədbirlərinin aparılması ilə əlaqədar "Hərbi xidmətkeçmə" haqqında əsasnamənin 78-ci maddəsinə müvafiq olaraq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı, maddi texniki təminat bölüyünün silah təmir taqımının silah təmir manqasının (artilleriya silahları) ustası vəzifəsindən azad edilmiş, 5-ci tank əleyhinə artilleriya divizionunun 13-cü tank əleyhinə artilleriya batareyasının 2-ci tank əleyhinə artilleriya taqımının 4-cü topun baş sürücüsü vəzifəsinə təyin edilmişdir. HUİ - 630 205A N nömrəli hərbi hissə komandirinin xx.xx.N8-ci il tarixli, 194 nömrəli Əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı 5-ci tank əleyhinə artilleriya divizionunun 13-cü tank əleyhinə artilleriya batareyasının 2-ci tank əleyhinə artilleriya taqımının 4-cü topun baş sürücüsü - N nömnrəli hərbi hissə komandirinin N iyun N8-ci il tarixli 065 əç nömrəli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “d” bəndinə uyğun olaraq (aşağı vəzifəyə) 172ci motoatıcı briqadasının 2-ci motoatıcı taborunun maddi-texniki təminat taqımının avtomobil manqasının sürücüsü vəzifəsinə təyin edildiyinə görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, 03 iyul N8-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatdan çıxarılmış və hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N8-ci il tarixli, 197 nömrəli Əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu çavuş İddiaçı, N nömrəli hərbi hissə komandirinin N iyun N8-ci il tarixli 065 əç nömrəli əmrinə əsasən 2-ci taboorun maddi-texniki təminat taqımının avtomobil manqasının sürücüsü vəzifəsinə təyin edilmiş, Aqstafa rayonu N nömrəli hərbi hissədən gəlmiş hesab edilmiş, 04 iyul N8-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmiş, vəzifəsinin qəbuluna və icrasına başlamışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N8-ci il tarixli 270 nömrəli Əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı, 2-ci taborun maddi-texniki təminat taqımının avtomobil manqasının sürücüsü N nömrəli hərbi hissə komandininin N sentyabr N8-ci il tarixli 0102 əç nömrəli əmri ilə N nömrəli hərbi hissənin 2-ci divizionunun artilleriya batareyasının artilleriya taqımının sürücüsü vəzifəsinə təyin edilmiş, işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, 13 sentyabr N8-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmış, xidmətini davam etdirmək üçün Aqstafa rayonu N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N8-ci il tarixli, 272 nömrəli Əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı 3-cü Ordu Korpusu komandirinin N sentyabr N8-ci il tarixli 0102 əç nömrəli əmri ilə 2-ci haubitsalı artilleriya divizonunun 4-cü haubitsalı artilleriya batareyasının 2-ci haubitsalı artilleriya taqımının 6-cı topun sürücüsü vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən (Göygöl rayonu) gəlmiş hesab edilmiş, 14 sentyabr N8-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyulmuş və vəzifəsinin icrasına başlamışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli, 26 nömrəli Əmrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 26 noyabr 2020-ci il tarixli 0117 nömrəli əmrinə əsasən təşkilati-ştat tədbirlərinin aparılması ilə əlaqədar və "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 78-ci maddəsinin "b" bəndinə (bərabər vəzifəyə) əsasən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı 2-ci haubitsalı artilleriya divizonunun 4-cü haubitsalı artilleriya batareyasının 2-ci haubitsal artilleriya taqımının 6-cı topun sürücüsü vəzifəsindən azad edilmiş, 2-ci artilleriya divizionunun 6-cı artilleriya batareyasının 2-ci artilleriya taqımının sürücüsü vəzifəsinə təyin olunmuşdur. “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün, təqdim edilən döyüş əməliyyatlarının maddi-texniki təminat üzrə tapşırıqlarınyerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçular barədə” Arayışməlumata əsasən, N nömrəli hərbi hissənin MAHHXHQ çavuş sürücü İddiaçı döyüş əməliyyatları aparılan zaman (27.09-xx.xx.2020-ci il tarixlərdə) N və N nömrəli hərbi hissələrə ezam olunmuşdur. Müdafiə nazirinin 04.03 03.2021-ci il tarixli 062 nömrəli əmrinə və N nömrəli hərbi hissə komandirininin xx.xx.2020-ci il tarixli 03 nömrəli döyüş əmrinə əsasən, N nömrəli hərbi hissənin xx.xx.2020-ci il tarixli 0N nömrəli və N nömrəli hərbi hissə komandirininin xx.xx.2020-ci il tarixli 013 nömrəli döyüş sərəncamı ilə hücum taktiki fəaliyyətinə uyğun döyüş tapşırıqlarını icra etmişdir. Yol vərəqəsi əsasında getdiyi üçün N və N nömrəli hərbi hissələrdə qeydiyyata düşməmiş, ezamiyyət vəsiqəsi ilə getməmiş, xx.xx.2020-xx.xx.2020-ci il tarixdə yol vərəqəsi əsasında getmişdir. Murovdağ silsiləsi (Kəlbəcər istiqaməti) və Qubadlı rayonu uğrunda gedən döyüş əməliyyatlarında şəxsi heyətin, döyüş zamanı xəsarət almış hərbi qulluqçuların və döyüş sursatlarının daşınmasında, texnikasının daima döyüşə hazır vəziyyətdə saxlanılmasında və digər maddi-texniki təminat üzrə döyüş tapşırıqlarının yerinə yetirilməsində bilavasitə iştirak etmişdir. Kəlbəcər rayonu (Murovdağ silsiləsi) və Qubadlı rayonuna ezam olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, vətəndaş İddiaçı "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın xx.xx.2024-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli arayışına əsasən döyüş əməliyyatlarına cəlb olunmadığına görə vətəndaş İddiaçı "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı Azərbaycan Ordusunun "Vətən müharibəsi" zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikası müdafiə nazirinin 04 mart 2021ci il tarixli müvafiq əmrinə əsasən N və N nömrəli hərbi hissələr tam tərkibdə, N nömrəli hərbi hissə isə 2-ci artilleriya divizionunun 4-cü, 5-ci və 6-cı artilleriya batareyaları və 3-cü artilleriya divizionunun 9-cu artilleriya batareyası istisna olmaqla döyüş əməliyyatlarında iştirak etmişdir. N nömrəli hərbi hissənin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətəndə xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı döyüş təminatının yerinə yetirilməsi məqsədi ilə N nömrəli hərbi hissə (Kəlbəcər rayonu istiqaməti) və N nömrəli hərbi hissə (Qubadlı rayonu) istiqamətlərinə yol vərəqəsi əsasında getmişdir. Kiçik çavuş İddiaçı yuxarıda göstərilən hərbi hissələrə gedib-qayıtması yol vərəqəsi əsasında olduğu üçün hərbi hissə komandirinin nizami hissə üzrə əmrində qeyd olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 76. Vətəni müdafiə İ. Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. Veteranlar haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.

“Kəlbəcərin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Maddə 1. Təltif edilən şəxslər “Kəlbəcərin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir. Maddə 2. Təltif edən orqan “Kəlbəcərin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçuları “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilsinlər: ... İddiaçı - baş çavuş ...

Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Məhkəmənin mövqeyi

Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Hazırkı iddia tələbi üzrə iddiaçı ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün adının siyahıya daxil edilərək, sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsini xahiş edir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələbinə görə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Əsasnamədə qeyd olunan ərazilərdə hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Məhkəmə hesab edir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsini təsdiq edən kifayət qədər sübutlar mövcuddur. Əvvəla qeyd olunur ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmiş və ona qeyd olunan Medalın İ-1398 nömrəli vəsiqəsi verilmişdir. “Kəlbəcərin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə həmin Medal haqqında Əsasnaməyə əsasən, Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir. Bundan başqa iş materialları ilə müəyyən olunur ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N5-ci il tarixli, 103 nömrəli Əmri ilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı 3-cü Ordu Korpusu komandirinin 03 aprel N5-ci il tarixli 079 əç nömrəli əmri ilə maddi-texniki təminat bölüyünün silah təmir taqımının silah təmir manqasının (artilleriya silahları) ustası vəzifəsinə təyin edildiyinə görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsindən gəlmiş hesab olunmuş, 09 aprel N5-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmiş və vəzifəsinin icrasına başlamışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N7-ci il tarixli, 80 nömrəli Əmrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 17 fevral N7-ci il tarixli 026 nöməli əmrinə əsasən təşkilati-ştat tədbirlərinin aparılması ilə əlaqədar "Hərbi xidmətkeçmə" haqqında əsasnamənin 78-ci maddəsinə müvafiq olaraq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı, maddi texniki təminat bölüyünün silah təmir taqımının silah təmir manqasının (artilleriya silahları) ustası vəzifəsindən azad edilmiş, 5-ci tank əleyhinə artilleriya divizionunun 13-cü tank əleyhinə artilleriya batareyasının 2-ci tank əleyhinə artilleriya taqımının 4-cü topun baş sürücüsü vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli, 26 nömrəli Əmrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 26 noyabr 2020-ci il tarixli 0117 nömrəli əmrinə əsasən təşkilati-ştat tədbirlərinin aparılması ilə əlaqədar və "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 78-ci maddəsinin "b" bəndinə (bərabər vəzifəyə) əsasən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı 2-ci haubitsalı artilleriya divizonunun 4-cü haubitsalı artilleriya batareyasının 2-ci haubitsal artilleriya taqımının 6-cı topun sürücüsü vəzifəsindən azad edilmiş, 2-ci artilleriya divizionunun 6-cı artilleriya batareyasının 2-ci artilleriya taqımının sürücüsü vəzifəsinə təyin olunmuşdur. “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün, təqdim edilən döyüş əməliyyatlarının maddi-texniki təminat üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçular barədə” Arayışməlumata əsasən, N nömrəli hərbi hissənin MAHHXHQ çavuş sürücü İddiaçı 27.09xx.xx.2020-ci il tarixlərdə döyüş əməliyyatları aparılan zaman N və N nömrəli hərbi hissələrə ezam olunmuşdur. Müdafiə nazirinin 04.03 03.2021-ci il tarixli 062 nömrəli əmrinə və N nömrəli hərbi hissə komandirininin xx.xx.2020-ci il tarixli 03 nömrəli döyüş əmrinə əsasən, N nömrəli hərbi hissənin xx.xx.2020-ci il tarixli 0N nömrəli və N nömrəli hərbi hissə komandirininin xx.xx.2020-ci il tarixli 013 nömrəli döyüş sərəncamı ilə hücum taktiki fəaliyyətinə uyğun döyüş tapşırıqlarını icra etmişdir. Yol vərəqəsi əsasında getdiyi üçün N və N nömrəli hərbi hissələrdə qeydiyyata düşməmiş, ezamiyyət vəsiqəsi ilə getməmiş, xx.xx.2020-xx.xx.2020-ci il tarixdə yol vərəqəsi əsasında getmişdir. Murovdağ silsiləsi (Kəlbəcər istiqaməti) və Qubadlı rayonu uğrunda gedən döyüş əməliyyatlarında şəxsi heyətin, döyüş zamanı xəsarət almış hərbi qulluqçuların və döyüş sursatlarının daşınmasında, texnikasının daima döyüşə hazır vəziyyətdə saxlanılmasında və digər maddi-texniki təminat üzrə döyüş tapşırıqlarının yerinə yetirilməsində bilavasitə iştirak etmişdir. Kəlbəcər rayonu (Murovdağ silsiləsi) və Qubadlı rayonuna ezam olunmuşdur. Göründüyü kimi iddiaçının müharibə dövründə hərbi xidmət keçməsi, maddi-texniki təminatlara daxil edilməsi, nəticə etibarilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə qeyd olunan sənədlər - hərbi hissənin müvafiq əmrləri, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında təsdiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün adının siyahıya daxil edilərək, sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün adının siyahıya daxil edilərək, sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar