Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2149/2025 17.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun qeydə alınması tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər Göygöl rayonu Quşqara bələdiyyəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti) qarşı Göygöl rayonu Quşqara bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 52 saylı qərarı ilə X8 ayrılmış 0.46 ha torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun koordinatları üzərində mülkiyyət hüququnun mərhum X8 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Xanlar rayon Quşqara bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 52 nömrəli qərarı ilə bələdiyyənin kənd ərazisindəki torpaq sahəsindən X9 0.46 ha torpaq sahəsinin satılması nəzərdə tutulmuşdur.
2. Həmin tarixdə tərtib edilmiş aktla Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi bələdiyyənin ehtiyat fond torpaq sahəsindən həmin həyətyanı torpaq sahələrinin ayrılaraq vətəndaşa satılmasını məqsədəuyğun hesab etmişdir.
3. Eyni zamanda DT və XK-nin Xanlar rayon şöbəsi ayrılmış torpaq sahəsinin bələdiyyənin ehtiyat fondunun kənd daxili yararsız və İİ keyfiyyət qrupuna aid torpaq sahəsi olması, həmin yerin başqa hüquqi və fiziki şəxslərin mülkiyyətinə verilməməsi, elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməməsi barədə rəy vermiş, ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmişdir.
4. Bələdiyyə ilə iddiaçı arasında torpaqların alğı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 549,66 manat vəsait ödənilmiş, eləcə də alğı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2006-cı il tarixdə 851 nömrə ilə qeydiyyata alınmışdır.
5. Qeyd olunan torpaq sahəsinə dair iddiaçının adına xx.xx.2007-ci il tarixli **********2000030 nömrəli “Torpaq sahəsinin Kadastr planı” sənədi tərtib edilmiş və X12 kitabında xx.xx.2007-ci il tarixdə 181 nömrə ilə uçota alınmışdır.
6. İddiaçı göstərilən sənədləri təqdim etməklə cavabdeh orqana müraciət edərək, 0.46 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum atasına məxsus olması barədə arayışın verilməsini xahiş etmiş, cavabdeh orqan xx.xx.2024-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı, faktiki torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsi arasında uyğunsuzluğun olduğu, belə ki, torpaq sahəsinin kompleks yerquruluşu xəritəsinə əsaəsn bir hissəsinin ictimai tikiliyə, Ərazi İdarəsinin elektron xəritə materiallarına əsasən (AZCAD və TEKUİS) torpaq sahəsinin bir hissəsinin dövlət mülkiyyətində olan “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı” əraziyə düşdüyü müəyyən edilmişdir. Həmçinin, torpaq sahəsinin yüksək gərginlikli (10 kV-luq) elektrik xəttinin mühafizə zonasında yerləşdiyi aşkar edilmişdir. Eyni zamanda, idarəyə başqa şəxs tərəfindən sözügedən torpaq sahəsinə baş planın hazırlanması üçün rəsmi müraciət daxil olmuş və aidiyyəti orqanlara cavab göndərilmişdir. Mübahisə olduğu ehtimalı var. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024cü il 16 may tarixli 261 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər”inə riayət edilməmişdir.
7. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarında, İddiaçı naturada təqdim etdiyi 0.46 ha torpaq sahəsinin, 0.2266 ha hissəsi Quşqara kəndi ərazisində. Bələdiyyə mülkiyyətinə aid Kənd təsərüffatı təyinatlı torpaq sahəsi, 0.2302 ha hissəsi Dövlət mülkiyyətinə aid Sənaye, nəqliyyat, rabitə, müdafiə ve digər təyinatlı torpaq sahəsi, 0.0032 ha hissəsi isə infraustruktur (yol) olaraq göstərilmişdir. Torpaq sahəsi üzərində tikili mövcud deyildir. 2) Daxil olmuş iş materiallarında mövcud olan şərti olaraq çəkilmiş yerquruluşu planından çıxarış sənədi üzrə araşdırma aparılması mümkün deyildir. İddiaçı naturada təqdim etdiyi 0.46 ha torpaq sahəsinin 0.0806 ha hissəsinin, X5 adına tərtib edilmiş xx.xx.2007-ci il tarixli **********2000030 nömrəli "Torpaq sahəsinin Kadastr planını"nda göstərilən 0.46 ha torpaq sahəsinin 0.0806 ha hissəsi ilə üst-üstə düşür. Naturada təqdim olunan torpaq sahəsilə **********2000030 nömrəli "Torpaq sahəsinin Kadastr planını"nda göstərilən torpaq sahəsi 0.3794 ha hissədə üst-üstə düşmür. 3) İddia olunaraq naturada təqdim olunan 0.46 ha torpaq sahəsinin, elektron kadastr bazası məlumatlarına əsasən, başqa şəxslərin hüquqlarını təsdiq edən sənədlərdə göstərilən torpaq sahələri ilə üst-üstə düşməsi halı aşkarlanmadı. Lakin, **********2000030 nömrəli "Torpaq sahəsinin Kadastr planını"nda göstərilən torpaq sahəsi, Çıxarış sənədlərində göstərilən torpaq sahələri ilə üst-üstə düşmə halı aşkarlandı. **********2000030 nömrəli "Torpaq sahəsinin Kadastr planını"nda göstərilən torpaq sahəsi üzərində, başqa şəxslər tərəfindən inşa edilmiş qeyri yaşayış obyektləri mövcuddur. **********2000030 nömrəli "Torpaq sahəsinin Kadastr planını"nda göstərilən torpaq sahəsinin elektron kadastr məlumat bazasına əsasən **********42 və **********39 reyestr nömrəli çıxarışlara əsasən X6 mülkiyyətində torpaq sahələri ilə **********25-06301 reyest nömrəli çıxarışa əsasən X2 mülkiyyətində olan və **********77-12301 reyestr nömrəli çıxarışa əsasən X3 isdifadəsində olan torpaq sahəsilə üst-üstə düşmə halı aşkarlandı. 4) İddia olunanaraq naturada təqdim edilən 0.46 ha torpaq sahəsi hava məkanından elektrik ötürücü xətti keçir. Bundan əlavə torpaq sahəsindən 2.0 (iki) metrədək kənar məsafədən qaz xətti keçir. Daxil olmuş iş materiallarında, adiyyatı idarə, təşkilat və ya qurumlar tərəfindən elektrik xəttinin hansı gərginliyə, qaz xəttinin isə hansı təziqli xətt olması barədə rəsmi məlumat aşarlanmadığından, həmin torpaq sahəsinin hansı ölçüdə, mühafizə və qorunma zonalarında yerləşməsi barədə araşdırma aparılması mümkün olmamışdır. II. Məhkəmədə icraat
8. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, mərhum atası X7 adına hüquqların dövlət qeydiyyatının aparılmasından imtina edilməsi və cavabdehin hərəkətlərinin qanunsuz hesab edərək, torpaq sahəsi üzərində mərhum atası X7 hüquqlarının dövlət qeydiyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Tələb onunla əsaslandırılmışdır ki, ona Göy-Göl rayonu, (keçmiş Xanlar rayonu) Quşqara bələdiyəsinin xx.xx.2006-cı il tarixli, 52 saylı qərarına əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Quşqara bələdiyyəsi tərəfindən bələdiyyənin sahəsindən mərhum atası X8 4.60 ha torpaq sahəsi satılmışdır. Qeyd olunan torpaq sahəsi üzrə bütün texniki sənədlər və torpaq sahəsinin ərazi planı və şəhadətnaməsi mərhum atasının adına işlənmişdir. Atasının vəfatından sonra torpaq sahəsi üzərində vərəsəlik hüquqularını şəhadətləndirilməsi üçün notariat orqanına müraciət edilmiş və notariat orqanının məktubuna əsasən cavabdehə hüququn qeydiyyatının aparılması ilə bağlı sənədin notariat orqanına təqdim edilməsi barədə cavabdehə müraciət göndərilsə də cavabdehə orqan əsassız olaraq hüququların atasına adına qeydiyyatından imtina etmişdir. Həmin torpaq sahəsi üzrə torpağının satılması barədə sənədləri toplanaraq, qeydiyyata aldırmaq üçün tərəfindən cavabdeh ƏMDKY-da DƏDRX-nin 3 saylı Ərazi İdarəsinə müraciət edilmiş və arxiv sənədinin əsilləri o, cümlədən dövlət rüsumu keçirilmiş və hüququnun qeydiyyata alınacağı bildirilsə də sonradan əsassız olaraq imtina edilmişdir. Belə ki, cavabdeh imtinasında göstərmişdir ki, 4.60 ha torpaq sahəsinin bir hissəsi dövlət mülkiyyətində olan Sənaye nəqliyyat rabitə müdafiə və digər təyinatlı torpaq sahəsinin ərazisinə düşdüyü və həmçinin 10 KV-luq elektrik xəttinin mühafizə zolağının ərazsində yerləşdiyi göstərilmişdir. Lakin qeyd etməlidir ki, ərazinin ilkin əvvəldən atasının adına texniki və ərazi plan cizgisi üzrə cavabdehə orqan tərəfindən araşdırılaraq onun adına texniki sənədlər işlənərək torpaq sahəsinin kadastr planı verilmiş və imtinada göstərilən halların heç birinin aşkar edilmədiyi müəyyən edilmişdir. Hətta belə 10 kv-luq mühafiə zonasının hissəsində mənim torpaq sahəmin azaldılması belə cavabdehə təklif edilsə də cavabdeh bundanda əsassız olaraq imtina etmişdir. Qeyd etdiyi əsaslar və ərizəyə əlavə etdiyi sənədlərdən də görünür ki, cavabdehin hərəkətləri onun torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtinasının qanunsuz olduğunu göstərir. Hazırda tərəfindən dövlət rüsumlarının ödənilməsi və xidmət haqqının ödənilməsinə hazırdır. Onun torpaq sahəsi üzərində vərəsə olaraq hüquqlarının dövlət qeydiyyatının aparılmasından imtina edilməsi hərəkəti qanunsuz olmaqla cavabdehin üzərinə hüquqlarının qeydiyyatının öhdəlik olaraq cavabdehin üzərinə qoyulmasını qanunun tələblərinə uyğun hesab edir. Bu baxımdan məhkəməyə müraciət etmək məcburiyyətindədir.
10. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı hazırki iddia tələbi “Göygöl rayonu, Quşqara kəndində yerləşən 0.46 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X8 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.
11. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “Göygöl rayonu Quşqara bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 52 saylı qərarı ilə X8 ayrılmış 0.46 ha torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun koordinatları üzərində mülkiyyət hüququnun mərhum X8 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü
12. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
13. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. Həmin növ iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
14. Cavabdeh orqanın yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
15. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
16. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
17. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Göygöl rayonu Quşqara bələdiyyəsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
18. Daha sonra xx.xx.2025-ci il tarixli qərardadla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti, X11, X4 və X10 adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, xx.xx.2025-ci il tarixli qərardadla X11, X4 və X10 üçüncü şəxs qismində iştiraklarına xitam verilmişdir.
19. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
20. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh və üçüncü şəxslər isə nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan işəbaxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
21. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz imtina göstərilən dəlillərlə əsaslandırılmışdır (qərarın 6-cı bəndi).
22. Üçüncü şəxslərin iddiaya qarşı yazılı etirazları məhkəməyə daxil olmamışdır.
23. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
24. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
25. Belə ki, iş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Xanlar rayon Quşqara bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 52 nömrəli qərarı ilə bələdiyyənin kənd ərazisindəki torpaq sahəsindən X9 0.46 ha torpaq sahəsinin satılması nəzərdə tutulmuşdur. Həmin tarixdə tərtib edilmiş aktla Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi bələdiyyənin ehtiyat fond torpaq sahəsindən həmin həyətyanı torpaq sahələrinin ayrılaraq vətəndaşa satılmasını məqsədəuyğun hesab etmişdir. Eyni zamanda DT və XK-nin Xanlar rayon şöbəsi ayrılmış torpaq sahəsinin bələdiyyənin ehtiyat fondunun kənd daxili yararsız və İİ keyfiyyət qrupuna aid torpaq sahəsi olması, həmin yerin başqa hüquqi və fiziki şəxslərin mülkiyyətinə verilməməsi, elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməməsi barədə rəy vermiş, ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmişdir. Bələdiyyə ilə iddiaçı arasında torpaqların alğı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 549,66 manat vəsait ödənilmiş, eləcə də alğı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2006-cı il tarixdə 851 nömrə ilə qeydiyyata alınmışdır. Qeyd olunan torpaq sahəsinə dair iddiaçının adına xx.xx.2007-ci il tarixli **********2000030 nömrəli “Torpaq sahəsinin Kadastr planı” sənədi tərtib edilmiş (hansı ki, orada torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları və yerləşmə yeri əks olunmuşdur) və X12 kitabında xx.xx.2007-ci il tarixdə 181 nömrə ilə uçota alınmışdır.
26. İddiaçı göstərilən sənədləri təqdim etməklə cavabdeh orqana müraciət edərək, 0.46 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum atasına məxsus olması barədə arayışın verilməsini xahiş etmiş, cavabdeh orqan xx.xx.2024-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı, faktiki torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsi arasında uyğunsuzluğun olduğu, belə ki, torpaq sahəsinin kompleks yerquruluşu xəritəsinə əsaəsn bir hissəsinin ictimai tikiliyə, Ərazi İdarəsinin elektron xəritə materiallarına əsasən (AZCAD və TEKUİS) torpaq sahəsinin bir hissəsinin dövlət mülkiyyətində olan “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı” əraziyə düşdüyü müəyyən edilmişdir. Həmçinin, torpaq sahəsinin yüksək gərginlikli (10 kV-luq) elektrik xəttinin mühafizə zonasında yerləşdiyi aşkar edilmişdir. Eyni zamanda, idarəyə başqa şəxs tərəfindən sözügedən torpaq sahəsinə baş planın hazırlanması üçün rəsmi müraciət daxil olmuş və aidiyyəti orqanlara cavab göndərilmişdir. Mübahisə olduğu ehtimalı var. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024cü il 16 may tarixli 261 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər”inə riayət edilməmişdir.
27. Məhkəmə qeyd edir ki, mübahisələndirilən torpaq sahəsinin iddiaçının mərhum atası X7 qanuni sahibliyinə verilməsi iş materiallarında olan torpaq sahəsinin satılması barədə qərar, Torpaq sahəsinin kadastr planı və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinin müvafiq rəyi, torpaqların alğı-satqısına dair akt ilə də təsdiq edilir.
28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.
29. Mübahisəli torpaq sahəsi iddiaçıının atasına Xanlar rayon Quşqara bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 52 nömrəli qərarı və xx.xx.2006-cı il tarixdə 851 nömrəli Torpaqların alğı-satqısına dair aktı ilə satılmış və həmin torpaq sahəsinin həyətyanı məqsədlə satılmasına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinin rəyi ilə də etiraz edilməmişdir. Beləliklə, torpaq sahəsi Xanlar rayonu Quşqara bələdiyyəsinin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılmışdır.
30. Cavabdeh orqanın iddiaya qarşı dəlili ondan ibarət olmuşdur ki, aparılan araşdırma zamanı faktiki torpaq sahəsinin ölçüləri ilə sənəd üzrə ölçüləri arasında uyğunsuzluğun olduğu, belə ki, torpaq sahəsinin kompleks yerquruluşu xəritəsinə əsaəsn bir hissəsinin ictimai tikiliyə, Ərazi İdarəsinin elektron xəritə materiallarına əsasən (AZCAD və TEKUİS) torpaq sahəsinin bir hissəsinin dövlət mülkiyyətində olan “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı” əraziyə düşdüyü müəyyən edilmişdir. Həmçinin, torpaq sahəsinin yüksək gərginlikli (10 kV-luq) elektrik xəttinin mühafizə zonasında yerləşdiyi aşkar edilmişdir.
31. Məhkəmə həmin dəlillərlə bağlı qeyd edir ki, əldə edilmiş mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarında, İddiaçı naturada təqdim etdiyi 0.46 ha torpaq sahəsinin, 0.2266 ha hissəsi Quşqara kəndi ərazisində. Bələdiyyə mülkiyyətinə aid Kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 0.2302 ha hissəsi Dövlət mülkiyyətinə aid Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi, 0.0032 ha hissəsi isə infraustruktur (yol) olaraq göstərilmişdir. Torpaq sahəsi üzərində tikili mövcud deyildir. Daxil olmuş iş materiallarında mövcud olan şərti olaraq çəkilmiş yerquruluşu planından çıxarış sənədi üzrə araşdırma aparılması mümkün deyildir. İddiaçı naturada təqdim etdiyi 0.46 ha torpaq sahəsinin 0.0806 ha hissəsinin, X5 adına tərtib edilmiş xx.xx.2007-ci il tarixli **********2000030 nömrəli "Torpaq sahəsinin Kadastr planını"nda göstərilən 0.46 ha torpaq sahəsinin 0.0806 ha hissəsi ilə üst-üstə düşür. Naturada təqdim olunan torpaq sahəsilə **********2000030 nömrəli "Torpaq sahəsinin Kadastr planını"nda göstərilən torpaq sahəsi 0.3794 ha hissədə üst-üstə düşmür. İddia olunaraq naturada təqdim olunan 0.46 ha torpaq sahəsinin, elektron kadastr bazası məlumatlarına əsasən, başqa şəxslərin hüquqlarını təsdiq edən sənədlərdə göstərilən torpaq sahələri ilə üst-üstə düşməsi halı aşkarlanmadı. Lakin, **********2000030 nömrəli "Torpaq sahəsinin Kadastr planını"nda göstərilən torpaq sahəsi, Çıxarış sənədlərində göstərilən torpaq sahələri ilə üst-üstə düşmə halı aşkarlandı. **********2000030 nömrəli "Torpaq sahəsinin Kadastr planını"nda göstərilən torpaq sahəsi üzərində, başqa şəxslər tərəfindən inşa edilmiş qeyri yaşayış obyektləri mövcuddur. **********2000030 nömrəli "Torpaq sahəsinin Kadastr planını"nda göstərilən torpaq sahəsinin elektron kadastr məlumat bazasına əsasən **********42 və **********39 reyestr nömrəli çıxarışlara əsasən X6 mülkiyyətində torpaq sahələri ilə **********25-06301 reyest nömrəli çıxarışa əsasən X2 mülkiyyətində olan və **********77- 12301 reyestr nömrəli çıxarışa əsasən X3 isdifadəsində olan torpaq sahəsilə üst-üstə düşmə halı aşkarlandı. İddia olunanaraq naturada təqdim edilən 0.46 ha torpaq sahəsi hava məkanından elektrik ötürücü xətti keçir. Bundan əlavə torpaq sahəsindən 2.0 (iki) metrədək kənar məsafədən qaz xətti keçir. Daxil olmuş iş materiallarında, adiyyatı idarə, təşkilat və ya qurumlar tərəfindən elektrik xəttinin hansı gərginliyə, qaz xəttinin isə hansı təziqli xətt olması barədə rəsmi məlumat aşarlanmadığından, həmin torpaq sahəsinin hansı ölçüdə, mühafizə və qorunma zonalarında yerləşməsi barədə araşdırma aparılması mümkün olmamışdır.
32. Göründüyü kimi, məhkəmə araşdırması zamanı həqiqətən də faktiki torpaq sahəsinin ölçüləri ilə sənəd üzrə ölçüləri arasında uyğunsuzluğun olması öz təsdiqini tapmışdır. Lakin Xanlar rayon Quşqara bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 52 nömrəli qərarı ilə rayonun Quşqara kəndi ərazisindən X1 0.46 ha torpaq sahəsinə dair tərtib edilmiş xx.xx.2007-ci il tarixli **********2000030 nömrəli “Torpaq sahəsinin Kadastr planı” sənədinin koordinatlarının qüsurlu işlənilməsi (ayrılmış faktiki torpaq sahəsinə uyğun işlənilməməsi) iddiaçının atasının məsuliyyət sferasına aid edilə bilməz.
33. Göygöl rayon Quşqara bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 52 nömrəli qərarı ilə Quşqara kəndi ərazisindən satılmış 0.46 ha torpaq sahəsi naturada ölçülərək iddiaçının mərhum atası X9 təhvil verilmişdir və hazırda da iddiaçının faktiki istifadəsindədir.
34. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının mərhum atası X9 torpaq sahəsi ayrlarkən tərtib edilmiş plan-ölçü sənədi qüsurlu hazırlanmış, yəni həmin sənəddə torpaq sahəsinin koordinatları faktiki istifadədən fərqli olaraq əks etdirilmişdir. Naturada təqdim olunan 0.46 ha torpaq sahəsinin, elektron kadastr bazası məlumatlarına əsasən, başqa şəxslərin hüquqlarını təsdiq edən sənədlərdə göstərilən torpaq sahələri ilə üst-üstə düşməsi halı aşkarlanmamışdır.
35. İddiaçının hazırki tələbi də Göygöl rayonu Quşqara bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 52 saylı qərarı ilə X8 ayrılmış 0.46 ha torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun koordinatları üzərində mülkiyyət hüququnun mərhum X8 məxsus olması barədə arayışın verilməsindən ibarətdir.
36. Bundan başqa, məhkəmə cavabdeh orqanın sözügedən torpaq sahəsinin yüksək gərginlikli (10 kV-luq) elektrik xəttinin mühafizə zonasında yerləşməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, həmin hal torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtinaya əsas deyildir.
37. Belə ki, torpaq sahəsinin hava məkanından elektrik ötürücü xəttin keçməsi mütəxəssis rəyi ilə öz təsdiqini tapsa da, hazırda qüvvədə olan normaların məzmunu ilə müəyyən edilir ki, torpaq sahəsinin elektrik şəbəkələrinin mühafizə zonalarına düşdüyü hallarda həmin sahənin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, həmin sahənin xüsusi mülkiyyətə keçməsi, habelə üzərində hüquqların qeydiyyata alınmasına heç bir qadağa müəyyən edilmir.
38. Torpaq sahəsinin dövlət mülkiyyətində olması halına münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçının mərhum atasının adına tərtib edilmiş plan-ölçü sənədindəki koordinatlar üzrə üst-üstə düşən şəxslərin torpaq hüquqmüəyyənedici sənədləri əldə edilməklə, öyrənilmiş və məlum olmuşdur ki, həmin sahələr mübahisəli torpaq sahəsinə bitişik və yaxud çox yaxınlığında yerləşməklə, tikinti məqsədli ehtiyat fond torpaqları kateqoriyasına aid olaraq xüsusi mülkiyyət kimi qeydə alınmışdır.
39. Bu səbəbdən, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etməkdə cavabdeh haqlı sayıla bilməz.
40. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”a (2 nömrəli Əlavə) görə: X18 müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra - Xidmət) ərazi idarələri tərəfindən daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış (bundan sonra - arayış) yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Bənd 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
42. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Göygöl rayonu Quşqara bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 52 saylı qərarı ilə X8 ayrılmış 0.46 ha torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun koordinatları üzərində mülkiyyət hüququnun mərhum X8 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
43. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
44. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı: İddia təmin edilsin. Göygöl rayonu Quşqara bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 52 saylı qərarı ilə X8 ayrılmış 0.46 ha torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun koordinatları üzərində mülkiyyət hüququnun mərhum X8 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva