Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-215/2020 31.08.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi tabeliyində Dövlət X15 X16 Ağdam rayon filialına qarşı anadangəlmə sol gözünün kor olmasını nəzərə almaqla ailə başçısının itirlməsinə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi yanında Dövlət X13 Ağdam rayon şöbəsinə qarşı xx.xx.2019-cu il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, anadangəlmə sol gözünün kor olmasını nəzərə almaqla ailə başçısının itirlməsinə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1971-ci il tarixdə Ağdam şəhərində doğulmuşdur. Anadangəlmə sol gözünün kor olması ilə əlaqədar uşaqlıqda dəfələrlə Ağdam rayon Göz Xəstəxanasında stasionar müalicə almasına baxmayaraq heç bir nəticə əldə edilmədiyindən, 1986-1987-ci illərdə həmin Xəstəxananın rəhbərliyi tərəfindən göndərişlə X5 şəhərində yerləşən Moskva Göz X6 institutuna göndərilmişdir. Moskva şəhərində sol gözündən əməliyyat olunsa da, lakin heç bir nəticə əldə edilməmişdir. Sonradan Ağdam rayonu işğal altında qaldığı üçün Ağdam rayon Göz Xəstəxanasında mütəmadi müalicə alması barədə ambulator kartoçkası orada qaldığından, uşaqlıqdan anadangəlmə sol gözündən müalicə olunması faktı Ağdam Göz Xəstəxanasının əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixli aktla təsdiq edilmişdir. Uşaq vaxtı ailəsinin maddi vəziyyəti yaxşı olduğundan valideynləri tərəfindən anadangəlmə sol gözünün kor olması ilə əlaqədar olaraq ona əlillik dərəsi alınması üçün sosial müdafiə mərkəzinə müraciət olunmamışdır. Yalnız 1992ci ildə məlum Qarabağ hadisələri ilə əlaqədar yaşadıqları Ağdam şəhərindən məcburi köçkün düşmələrilə əlaqədar olaraq ailəsinin maddi vəziyyəti pisləşmişdir. Ona görə də, 2009-cu ildə valideynləri vasitəsilə Ağdam rayon X8 müraciəti əsasında 3-cü qrup əlilik dərəcəsi təyin olunmuşdur. Hazırda ona dövlət tərəfindən əlilliyilə bağlı 110 (bir yüz on) manat məbləğində müavinət təyin olunmuşdur. Ailəli olduğu üçün bu müavinətlə ailəsini dolandıra bilmir. Anası X3 Dövlət X13 Ağdam şöbəsindən yaşa görə 276 (iki yüz yetmiş altı) manat əmək pensiyası almış, anası xx.xx.2019-cu ildə vəfat etmişdir. O, sol gözünün kor olmasını nəzərə almaqla ailə başçısının itirlməsinə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, inzibati orqan bundan imtina etmişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçınınetibarnamə üzrə nümayəndəsi X4 iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək İddiaçı anadangəlmə sol gözünün kor olmasını nəzərə almaqla ailə başçısının itirlməsinə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi tabeliyində Dövlət X15 X16 Ağdam rayon filialı nümayəndəsinin iştirakını şifahi məhkəmə baxışı iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Ağdam Göz Xəstəxanası tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli akt ; - xx.xx.2010-cu il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi yanında Dövlət X13 Ağdam rayon şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli **********4 nömrəli imtina məktubu; - 18 saylı Tibbi X7 086242 nömrəli arayışının surəti; - Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi yanında Dövlət X13 Ağdam rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, **********7 nömrəli arayışı; - xx.xx.2019-cu il tarixli, AZ-İİ seriyalı 014606 nömrəli və xx.xx.2015-ci il tarixli, AZ-İ seriyalı 736769 nömrəli ölüm haqqında şəhadətnamələrin təsdiq edilmiş surətləri; - xx.xx.1972-ci il tarixli, 332057 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surəti; - məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi 21 nömrəli X1 xx.xx.2020-ci il tarixli, **********3 nömrəli məktubu; - Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi Dövlət X14 və Reabilitasiya Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********3 nömrəli rəy. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq, həmçinin, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati-iqtisadi məhkəmələrə aiddir. Həmçinin, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsində nəzərdə tutulmuş iddianın qaldırılması ilə bağlı müddət (tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün) gözlənilmişdir. İddia aşağıdakılara görə əsaslı deyil. Belə ki,məhkəmə araşdırması zamanı, həmçinin iş materialları ilə müəyyən edilmişdir ki, iş üzrə İddiaçıanadangəlmə sol gözünün kor olmasını nəzərə almaqla ailə başçısının itirlməsinə görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar rəsmi qaydada ərizə ilə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi yanında Dövlət X15 Ağdam rayon şöbəsinə müraciət etsə də, sonuncu xx.xx.2019-cu il tarixli **********4 nömrəli məktubla bundan imtina etmişdir. Məhkəmə aşağıdakılara əsasən imtina ilə bağlı cavabdeh inzibati orqanın hərəkətlərini qanunvericliyin tələblərinə uyğun hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən vəfat etmişvə ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş üzrə iddiaçı, 1971-ci il təvəllüdlü İddiaçı ilkin olaraq xx.xx.2009-cu il tarixdə səhiyyə idarəsinin göndərişi ilə komissiyadan keçmiş və ona İİİ dərəcə ümumi xəstəlik gözdən əlil səbəbindən müddətsiz əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Fərmanına uyğun olaraq Nazirlər Kabineti tərəfindən xx.xx.2008-ci il tarixli, 50 nömrəli və xx.xx.2008-ci il tarixli, 192 nömrəli qərarlar qəbul edilmişdir. Göstərilən qərarlara əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1997-ci il tarixli, 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial eksperty komissiyaları haqqında” Əsasnaməyə dəyişiklik aparılmış və “uşaqlıqdan əlillik” ləğv edilmişdir. İşin faktiki halları, iş materiallarının tədqiqi ilə müəyyən edilir ki, iş üzrə İddiaçı əlilliyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən 18 yaşınadək deyil, xx.xx.2009-cu il tarixdə, yəni 38 yaşında aldığı üçün onun ailə başçısını itirməyə görə pensiya hüququ yaranmadığından inzibati orqan Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi tabeliyində Dövlət X15 X16 Ağdam rayon filialı tərəfindən haqlı olaraq iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin edilməsindən imtina edilmişdir. Həmçinin, iddiaçının əlilliyinin uşaqlıqdan və ya yetkinlik yaşına çatdıqdan sonra yaranmasının müəyyən edilməsi ilə bağlı məhkəmə tərəfindən alınmış mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi Dövlət X14 və Reabilitasiya Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********3 nömrəli rəyində qeyd edilmişdir ki, xx.xx.1971-ci il təvəllüdlü İddiaçı xəstəliyi uşaqlıqdan başlamışdır, əsas: X9 Nazirliyinin Moskva Elmi Tədqiqat Gözün Mikrocərrahiyyəsi İnstitutunun 1987-ci il tarixli 16269 saylı epikrizi. Həmin epikrizdə xəstədə diaqnoz “OS-anadangəlmə tam katarakta.Ambliopiyayüksək dərəcəli” şəklində verilmişdir. Xəstəlik uşaqlıqdan başlamışdır, lakin həmin vaxt xəstəlik əlilliyə səbəb olmamışdır, Moskva ET Gözün Mikrocərrahiyyəsi institutunun 1987-ci İl tarixli 16269 saylı epikrizində xəstəxanadan evə yazılma zamanı hər iki gözün görmə itiliyi 1,0 (vahid) göstərilmişdir ki, bu göstəricilər əlilliyin təyininə əsas vermir. İddiaçı xəstəlik uşaqlıqdan başlamışdır, xəstəlik inkişaf edərək 2009-cu ildə (38 yaşında) əlilliyə səbəb olmuşdur. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara, iddiaçının nümayəndəsinin izahatına əsasən məhkəmə hesab edir ki, həmin sübutlar tam olmadığından, iddiaçının iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcud deyil. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” xx xxxxx 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə xx xxxxx 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. İddiaçı iddia tələbinin əsaslığını sübut etməli olduğu halda bunu edə bilməmiş və cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi tabeliyində Dövlət X15 X16 Ağdam rayon filialının hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi tabeliyində Dövlət X15 X16 Ağdam rayon filialına qarşı anadangəlmə sol gözünün kor olmasını nəzərə almaqla ailə başçısının itirlməsinə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi tabeliyində Dövlət X15 X16 Ağdam rayon filialına qarşı anadangəlmə sol gözünün kor olmasını nəzərə almaqla ailə başçısının itirlməsinə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (Gəncə şəhəri, H.Əliyev prospekti, bina 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Gəncə şəhəri, Atatürk pr. 252) apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-215/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-215/2020
31.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver