Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-215/2021 04.03.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı ünvan 1i ünvanda yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və qeydiyyata alınma barədə dövlət reyestrindən çıxarışın verilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1i ünvanda yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və qeydiyyata alınma barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1i ünvanda yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnu təsdiq edən sənədin qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi barədə cavabdehə müraciət etmiş, müraciət xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qəbul edilərək baxılmşdır. Cavabdehin xx.xx.2020-ci il tarixli **********78 nömrəli hüquqların qeydiyyata alınmasından imtina edilməsi barədə bildirişinə əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı əraziyə düşdüyünün müəyyən edildiyi və ərizənin icrasının mümkün olmaması bildirilmişdir. Daha sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə etdiyi müraciətə xx.xx.2020-ci il tarixdə **********53 nömrəli hüquqların qeydiyyata alınmasından imtina edilməsi barədə cavab məktubunda elektron kadastr baza məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı ərazi olduğu müəyyən edilmiş və bu səbəbdən təkrar sənədin icrasının mümkün olmadığı bildirilmişdir. Göründüyü kimi cavabdeh ümumiyyətlə sənədləri araşdırmadan, qanunvericilikdə nəzərdə tutulmamış əsaslarla qanunsuz imtina haqda bildiriş verməklə hüquqların qeydiyyata alınmasından əsassız imtina edərək, onun mülkiyyət hüquqlarının vaxtında qeydiyyata alınmaması ilə konstitisiyon hüquq olan mülkiyyət hüququnu məhdudlaşdırmışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci maddəsinə və «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar qeyd edilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.1-ci və «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddələrində qeydiyyat üçün qeyd edilmiş əsaslardan əlavə heç bir sənəd göstərilməmişdir. Lakin cavabdeh normativ hüquqi əsası olmayan və qeydiyyat orqanın idarəetməsində olan elektron kadastr məlumat bazasında olan çatışmamazlığın daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edərək heç bir halda vətəndaş tərəfindən aradan qaldırıla bilməyən bir bəhanə ilə vətəndaşın hüquqlarının qeydiyyatından imtina edir. Belə ki, cavabdehin istinad etdiyi elektron kadastr məlumat bazası heç bir hüquqi və normativ əsası olmayan qurum daxilində istifadə olunan sənədlərin elektron məlumat toplusudur ki həmin məlumat bazasına istənilən anda inzibati orqanın özü tərəfindən daxil olub istənilən məlumatı dəyişdirmək imkanı vardır. Bu imkandan sui istifadə edərək vətəndaşların qanuni hüquqlarının həyata keçirilməsinə məhdudiyyətin qoyulması tamamilə qanunsuz və əsassızdır. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» xx xxxx 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasının həyata keçirilməsi və torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır. Göründüyü kimi cavabdehə Fərmanla tapşırılmış məsələlərin həll edilməsini inzibati orqanın öz növbəsində vətəndaşdan tələb etməsi birmənalı olaraq həmin qurumun bəzi vəzifəli şəxslərinin öz vəzifə borclarını düzgün başa düşməməsi təəssüratı yaradır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 32.2-1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların ərizəçi tərəfindən əldə olunmasını tələb edə bilməz. İnzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədləri və ya məlumatları inzibati orqan özü əldə edir. İnzibati orqanın həmin sənədlərin və ya məlumatların əldə olunmasını ərizəçidən tələb etməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur. Həmin Qanunun 32.3-cü maddəsinin tələbinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Göründüyü kimi mövcud qanunvericilikdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasların konkret dairəsi müəyyən edildiyi halda cavabdehin bu əsaslardan başqa əlavə sənəd tələb etməsi qanunsuzdur. Qeydiyyata alınması tələb edilən sahə ümumilikdə yaşayış massivi olmaqla kommunal (qaz, işıq və su) xidmətlərlə təchiz olunub və digər vətəndaşlara hüquqların daşınmaz əmlakın dövlət reyestrdən müvafiq qeydiyyat aparılmaqla çıxarışlar verilmişdir ki, bu da vətəndaşlar arasında ayrı seçkilik salmaqla dövlət qurumlarının fəaliyyətinə inamı və etimadı azaldır. Cavabdehin imtina bildirişində qeyd edilən səbəb «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində göstərilən imtina əsaslarının heç bir ilə uzlaşmır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbinə yazılı etiraz göndərərək bildirmişdir ki, Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 saylı qərarına əsasən İddiaçı mərhum anası X4 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 3 saylı Gəncə Ərazi İdarəsinə daxil olmuş ərizənin icrası ilə bağlı müvafiq araşdırma aparılmış və araşdırma nəticəsində ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2011-ci il tarixli AN 377874 nömrəli «Torpaq sahəsinin olanı və ölçüsü» sənədində göstərilən, Daşkəsən rayonunun Xoşbulaq kəndi ərazisindəki fərdi yaşayış evinin yerləşdiyi 0.04 ha torpaq sahəsinin elektron kadastr baza məlumatlarına əsasən Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsinin ehtiyat fondu kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğu müəyyən edilmişdir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. Qanunun 7-ci maddəsinə əsasən bələdiyyənin ehtiyat fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62-ci maddəsi). Məhkəmə araşdırmasının predmetini 3 saylı Gəncə Ərazi İdarəsinin **********778 nömrəli xx.xx.2020-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********53 nömrəli xx.xx.2020-ci il tarixli məktubu, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin rəyi, torpaq sahəsinin planı və ölçüsü, xx.xx.2007-ci il tarixli akt, Daşkəsən rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 67 nömrəli sərəncamı, TŞ-07-18 nömrəli arayış, Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 nömrəli iclas protokolundan çıxarış, Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 nömrəli qərarı, Gəncə şəhər 2 saylı notariusunun xx.xx.2018-ci il tarixli 199 nömrəli məktubu və cavabdehin xx.xx.2020-ci il tarixli **********64 nömrəli etirazı təşkil etmişlər. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının izahatını və iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə «İnzibati icraat haqqında» Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia aşağıda qeyd olunanlara əsasən əsaslı deyildir. Cavabdeh xx.xx.2020-ci il tarixli **********78 nömrəli imtina bildirişində göstərmişdir ki, aparılan araşdırma zamanı, Ərazi İdarəsinin kadastr məlumat bazasına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı əraziyə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********53 nömrəli xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 nömrəli qərarına əsasən mərhum X4 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx xxxxxx 2020-ci il tarixli ********** qeydiyyat nömrəli ərizənin icrası ilə bağlı müvafiq araşdırma aparılmış, araşdırma nəticəsində ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2011-ci il tarixli AN 377874 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» sənədlərində göstərilən, Daşkəsən rayonunun Xoşbulaq kəndi ərazisindəki fərdi yaşayış evinin yerləşdiyi 0.04 ha torpaq sahəsinin elektron kadastr baza məlumatlarına əsasən Daşkləsən rayonu Xoşbulaq bələdiyyəsinin ehtiyat fondu kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğu müəyyən edilmişdir. İşdə olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin rəyindən görünür ki, Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 nömrəli qərarına əsasən fərdi yaşayış evi tikintisi üçün ayrılmış 400.0 kv.m torpaq sahəsi X3 istifadəsində olmaqla Daşkəsən rayonunun İİ qiymət zonasında yerləşir. Ona görə də X3 istifadəsində olan 400.0 kv.m torpaq sahəsi üçün «Torpaq sahəsinin planı və ölçüsü» 1 saylı nümunənin hazırlanmasına DT və XK-nin şöbəsi etiraz etməmişdir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli AN 377874 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 nömrəli qərarına əsasən X4 fərdi yaşayış evi tikmək üçün 400 kv.m torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İşdə olan xx.xx.2007-ci il tarixli AKT-dan görünür ki, ünvan 2 mənzil 17 ünvanında yaşayan X5 xx.xx.2007-ci il tarixə torpaq sahəsi almaq barədə Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinə müraciət etmiş, ərizəyə bələdiyyənin iclasında baxılmış və X4 Xoşbulaq bələdiyyəsinin ərazisindən 0.04 ha torpaq sahəsinin satılması barədə 2007-ci il 31 oktyabr tarixli 10 nömrəli qərar qəbul edilmişdir. İşdə olan Daşkəsən rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 67 nömrəli sərəncamından görünür ki, ünvan 3 mənzil 17 ünvanında yaşayan X3 mülkiyyətində olan 400 KV.M həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. İşdə olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsi tərəfindən verilmiş TŞ-07-18 nömrəli arayışdan görünür ki, Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 nömrəli iclas protokoluna əsasən fərdi yaşayış evi tikintisi üçün X2 torpaq sahəsi Daşkəsən – Gədəbəy dağlıq zonasına aiddir. Həmin torpaq sahəsi Daşkəsən rayonunun İİ qiymət zonasında olmaqla cəmi 0.04 hektar və norma qiyməti 26.40 manat olmaqla torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir. İşdə olan Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 nömrəli qərarından görünür ki, Xoşbulaq bələdiyyə fondunun alqı-satqı predmeti olan yaşayış məntəqəsinin torpaq sahəsindən həyətyanı məqsədi ilə 0.04 ha torpaq sahəsi X1. İşdə olan Gəncə şəhər 2 saylı notariusunun xx.xx.2018-ci il tarixli 199 nömrəli məktubundan görünür ki, X5 xx.xx.2018-ci ildə vəfat etmiş və onun vəfatından sonra adına olan Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0.04. ha torpaq sahəsi miras qalmışdır. İddiaçı notariat kontoruna müraciət edərək anasının vəfatından sonra onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, lakin sənədləri nəzərdən keçirildikdən sonra məlum olmuşdur ki, göstərilən torpağın çıxarışı yoxdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin tələblərinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin maddənin 2-ci bəndinin tələblərinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır (Qanunun 11.1-ci maddəsi). Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur. Qanunun həmin maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (Qanunun 8.0.1-ci maddəsi), 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (Qanunun 8.0.5-ci maddəsi) və sair əsas hesab olunur. Həmin Qanunun 10-cu maddəsində hüquqların dövlət qeydiyyatı üçün təqdim edilməli olan sənədlərin siyahısı göstərilmişdir. Bu maddəyə görə, hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: - hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; - torpaq sahəsinin planı və ölçüsü; - torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; - dövlət rüsumunun ödənilməsi barədə sənəd. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır. Həmin hallar aşağıdakılardan ibarətdir: - dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; - hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; - hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; - daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; - daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; - bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar, təqdim edilməli olan sənədlərin siyahısı, həmin sənədlərə dair tələblər, hüquqların dövlət qeydiyyatından imtinanın halları konkret müəyyən olunmuşdur. Bununla yanaşı, hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.4-cü maddəsi). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Eyni zamanda, qanunverici müvafiq icra hakimiyyəti orqanının üzərinə daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi vəzifəsini qoymuşdur (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1.2 və 9.1.3-cü maddələri). Konstitusiya Məhkəməsi Plenumunun «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair xx xxxx 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir. Eyni zamanda qeyd olunmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli Fərmanının 2-ci hissəsində müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Qeyd olunan Fərmanın mənasından aydın olur ki, müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlakın magistral boru kəmərlərinin zonalarında və sair torpaq sahələrində yerləşməsi hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün əsas ola bilər. Yuxarıda qeyd olunan normativ hüquqi aktların qəbul edilməsi torpaq münasibətlərində, o cümlədən torpaq sahəsinin kateqoriyasının müəyyən edilməsi sahəsində müəyyən boşluqların aradan qaldırılmasına, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı, torpaqlardan istifadə və onların mühafizəsinə dövlət nəzarətinin artırılmasına və bu məqsədlə mövcud qanunvericiliyin təkmilləşdirilməsinə xidmət edir. Mövcud qanunvericilik normalarının tələblərinə görə, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) və sair barədə məlumatlar əks olunmalıdır. Hüquqların dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı belə sənədlərin olmadığı təqdirdə “İnzibati icraat haqqında” Qanunun müvafiq normalarına əsasən maraqlı şəxsə yardım etməli və ya işin həlli üçün zəruri olan əlavə sənədlərin təqdim olunmasını tələb etməlidir. Belə yardımın göstərilməsi, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamənin 3.0.23-cü bəndindən də irəli gəlir. Belə ki, həmin normaya əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin vəzifəsidir. Bununla yanaşı, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş torpağın kateqoriyasına uyğun gəlmədikdə həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Lakin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində yuxarıda göstərilən əsasa görə hüquqların dövlət qeydiyyatına alınmasından imtina halı nəzərdə tutulmamışdır. Mövcud vəziyyəti nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 29-cu maddəsinin Vİ hissəsindən çıxış edərək qanunverici tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulan hüquqların dövlət qeydiyyatına alınmasından imtina hallarının təkmilləşdirilməsini məqsədə müvafiq hesab edir. Müvafiq dəyişikliklər edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş torpağın kateqoriyasına uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Beləliklə iş üzrə tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının tələbi ilə bağlı cavabdeh tərəfindən həyata keçirilən tədbirlər «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə, habelə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında göstərilənlərə uyğun olmuşdur. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən və mərhum anası X4 fərdi yaşayış evi tikintisi üçün verilmiş 0.04 ha torpaq sahəsinə dair sənədlərdə torpaq sahəsinin təyinatı barədə məlumat qeyd edilməmişdir. Ona görə də məhkəmə iddia tələbinin rədd olunmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı ünvan 1i ünvanda yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və qeydiyyata alınma barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov Azərbaycan Respublikası adından QƏRARDAN ÇİXARİŞ xx xxxx 2021-ci il iş № 2-1(114)-215/2021 Gəncə şəhəri Gəncə İnzibati Məhkəməsi Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı ünvan 1i ünvanda yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və qeydiyyata alınma barədə dövlət reyestrindən çıxarışın verilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı ünvan 1i ünvanda yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və qeydiyyata alınma barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-215/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-215/2021
04.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver