Məhkəmə qərarları › İş №2-1(114)-2153/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2153/2022

28.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2153/2022 28.07.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Mən, hakim Quliyev Zəfər Arif oğlu, iddiaçılar İddiaçı1, X1, İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyi və Qazax-Tovuz Regional Təhsil İdarəsinə qarşı “regional təhsil idarəsinin və Təhsil Nazirliyinin Apellyasiya Şurasının qərarlarının ləğv edilməsi və övladlarının rus bölməsi üzrə birinci sinifə qəbul olunması öhdəliyinin qoyulması” barədə ərizəsinə inzibati məhkəmə icraatı qaydasında baxaraq müəyyən etdim: İddiaçılar İddiaçı1, X1, İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyi və Qazax-Tovuz Regional Təhsil İdarəsinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək regional təhsil idarəsinin və Təhsil Nazirliyinin Apellyasiya Şurasının qərarlarının ləğv edilməsi və övladlarının rus bölməsi üzrə birinci sinifə qəbul olunması öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçılar xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək ayrı-ayrılıqda iddia qaldıracaqları üçün əvvəl vermiş olduqları iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişlər. İddiaçıların ərizəsini nəzərə alaraq belə nəticəyə gəlirəm ki, həmin müraciətə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə belə qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. Həmin Məcəllənin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Şərh olunan normativ hüquqi aktda iddiaçının ərizəsinə əsasən iddia ərizəsinin və əlavə olunmuş sənədlərin geri qaytarılması birbaşa nəzərdə tutulmasa da, inzibati mübahisənin onun iradəsinə uyğun olaraq sona çatdırılmasının mümkünlüyü təsbit olunmuşdur. Ona görə də, iddiaçının belə ərizəsi faktiki olaraq onun mübahisə ilə bağlı marağının itməsi səbəbindən iddia ərizəsinin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi barədə qərardadın qəbul olunması ilə nəticələnə bilər. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin geri qaytarılması və bununla bağlı iş üzrə icraata xitam verilməsi həmin iddia ilə məhkəməyə yenidən müraciət olunmasını istisna etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 55 və 80-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçılar İddiaçı1, X1, İddiaçı2 ərizəsi təmin olunsun. İddiaçılar İddiaçı1, X1, İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyi və Qazax-Tovuz Regional Təhsil İdarəsinə qarşı “regional təhsil idarəsinin və Təhsil Nazirliyinin Apellyasiya Şurasının qərarlarının ləğv edilməsi və övladlarının rus bölməsi üzrə birinci sinifə qəbul olunması öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılaraq iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, o, gələcəkdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan şikayət verilə bilməz. Hakim Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar