Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2155/2022 31.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “mənzillə təmin olunmanın cavabdehə həvalə edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1981-ci il tarixdə Goranboy şəhərində anadan olmuşdur. Cavabdeh xx.xx.2018-ci il tarixli, 83 nömrəli sərəncamından Çıxarışa əsasən iddiaçı imtiyazlı şəxs kimi mənzil növbəsinə alınmışdır. İddiaçı “mənzillə təmin olunma ilə bağlı” xx.xx.2020-ci il tarixdə Nazirlər Kabinetinə müraciət etmiş, müraciətə aidiyyəti üzrə Cavabdehndə (bundan sonra mətndə - cavabdeh) baxılmış və bildirilmişdir ki, mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən inşa olunur və ciddi növbəlilik əsasında paylanılır. İddiaçı daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə, cavabdehə eyni məzmunlu ərizələrlə müraciət etmiş, sonuncuların müvafiq olaraq xx.xx.2020-ci il tarixli, **********11 nömrəli, xx.xx.2020-ci il tarixli, CX-27- 068 nömrəli məktubları ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli sərəncamı ilə əhatə olunan imtiyazlı şəxslər kateqoriyasından hesab edilmir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənzillə təmin olunmanın cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2003-2011 ci illərdə Müdafiə Nazirliyinin 2 ci Ordu Korpusunun N saylı hərbi hissəsində sonuncu iş yeri kimi xidmət etmişdir. Xidmət dövründə X4 döyüş tapşırığını yetinə yetirərkən aldığı xəsarətlə əlaqədar əlil olmuş və 2-ci qrup hərbi əlil kimi təxris olunaraq ehtiyyata buraxılmışdır. Hal-hazırda 2qrup əlildir. Azərbaycan Respublikası Əlillərin sosial X2 31-ci maddəsində Qeyd olunur:- Azərbaycan Respublikasının Dövlət hakimiyyəti və İdarəetmə Orqanları, Müəssisələri, İdarələri və Təşkilatları( Mülkiyyət və Təsərrüfatçılıq Formalarından asılı olmayaraq) Soaial İnfrastruktur obyektlərinin, mənzillərin, ictimai, istehsal binalarının və qurğularının əlillərə maneəsiz müyəssər olması , ictimai nəqliyyatdan və nəqliyyat kommunikasiyalarından, rabitə və informasiya vasitələrindən, istirahət və asudə vaxt yerlərindən onların sərbəst istifadə etməsi üçün lazımi şəraiti təmin edirlər. Həmin qanunun 43-cü maddəsində deyilir:- Əlillər dövlət hesabına mənzillə təmin edilirlər. Fərdi bərpa proqramına uyğun olaraq əlillər binanın növünü, abadlıq vəziyyətinin və yaşayış üçün vacib olan digə şərtləri nəzərə almaqla yaşayış sahəsini seçmək hüququna malikdirlər. birinci və ikinci qrup əlillərə yaşadıqları dövlət və ictimai mənzil fonduna məxsus mənzilləri pulsuz olaraq şəxsi mülkiyyətə keçirmək hüququ verilir. İddiaçı bu qanunun tələblərini rəhbər tutaraq müvafiq olaraq Cavabdehnə rəsmi ərizə ilə müraciət etmişdir. Cavabdeh məktubunda onu mənzil növbəsinə aldığını bildirsə də, sonradan müraciə etdiyi cavab məktublarında mənzil mənzil düşmədiyi açıq bəyan edilmişdir. Bununla da, Əlillərin Sosial Müdafiəsi haqqında Qanunun tələbləri cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, CX-11-068 nömrəli məktubunda bildirmişdir ki, iddiaçı Cavabdeh başçısının 19 iyul 2018-ci il tarixli 83 nömrəli sərəncamı ilə İl qrup Hərbi Xidmət Dövrü əlili kimi mənzil növbəsinə alınmışdır. Mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən inşa olunur və ciddi növbəlilik əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və Şəhid ailələrinə paylanılır. Gələcəkdə digər imtiyazlar üzrə mənzil tikintisi nəzərdə tutularsa iddiaçının da müraciətinə baxıla bilər. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmamasını xahiş etdi. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə cavabdeh orqanın imtinasını əsaslı hesab edir və bunu aşağıdakılarla əsaslandırır. «Hərbi qulluqçuların statusu haqqında» Qanunun 12-ci maddəsinin 7-ci bəndinin tələbinə görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər (51.2-ci maddə). Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra - uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra - uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir (51.3-cü maddə). “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli sərəncamının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirilməsi qərara alınmışdır. Həmin Sərəncamın 2-ci hissəsində qeyd olunur ki, Yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında bu Sərəncamın 1-ci hissəsində göstərilən məqsədlər üçün torpaq sahələrinin ayrılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. Yuxarıda sadalanan normalardan göründüyü kimi, cavabdeh inzibati orqan mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların rayon İcra Hakimiyyəti nəzdindəki ümumi və güzəştli mənzil növbəsi siyahılarına daxil edir,daha sonra həmin vətəndaşlar növbəlilik prinsipi əsasında mənzillə təmin olunurlar. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçının əsas məqsədi Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli sərəncamına əsasən mənzil və ya evlə təmin olunmasıdır. Lakin qeyd olunan sərəncam 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəxslərlə bağlıdır. İddiaçı isə xx.xx.2018-ci il tarixdə mənzil növbəsinə alınmışdır. Həmçinin, hazırkı vəziyyətdə cavabdehin iddiaçını mənzillə təmin etmək imkanı təsdiqini tapmır. İddiaçı da cavabdehin onu yaşayış sahəsi ilə təmin etmək üçün belə imkana malik olmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Digər tərəfdən, cavabdeh imtina məktubunda iddiaçını mənzillə təmin etməkdən birdəfəlik imtina etməmiş, məktubun məzmunundan müvafiq şəraitin yaranacağı təqdirdə iddiaçının mənzillə təmin olunması məsələsinə yenidən baxılacağı qənaətin gəlmək mümkündür. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehnə qarşı “mənzillə təmin olunmanın cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-2155/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2155/2022
31.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver