Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2157/2024 22.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı oğlunun Cavabdehnə qarşı ölüm haqqında şəhadətnamənin verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı oğlunun Cavabdehnə qarşı ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar qaydada baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Nikahın bağlanması haqqında İİİ-JQ №330595 nömrəli şəhadətnamədən görünür ki, X4 və İddiaçı arasında xx.xx.1983-cü il tarixdə rəsmi nikah bağlanmışdır.
2. Rusiya Federasiyası Xabarovsk şəhəri Administrasiyası Jelejnodorojnıy rayonu vətəndaşlıq vəziyyəti aktlarının qeydləri şöbəsinin xx.xx.2012-ci il tarixli 10/6962 nömrəli məktubunda bildirilmişdir ki, Xabarovsk şəhəri administrasiyası Jelejnodorojnıy rayonu VVAQ şöbəsinin arxivində xx.xx.1959-cu il təvəllüdlü X5 (ölüm tarixi: xx.xx.2011) barəsində xx.xx.2011-ci ildə tərtib edilmiş 4132 nömrəli ölüm haqqında akt qeydinin mövcud olması haqqında bildirir.
3. Tovuz Rayon İcra Hakimiyyəti başçısının Dönük Qırıqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 23 nömrəli arayışında göstərilmişdir ki, X5 xx.xx.1959-cu il tarixdə Tovuz rayonu, Düz-Qırıqlı kəndində anadan olmuşdur. Hal-hazırda Dönük Qırıqlı kəndində uzun müddətdir ki, onun barəsində heç bir məlumat yoxdur. Qohumlarının deməsinə görə Rusiya Federasiyasında vəfat etmişdir.
4. İddiaçı mərhum əriz X3 ölüm akt qeydinin tərtib olunması barədə Cavabdehnə müraciət etmiş, lakin şöbənin xx.xx.2024-cü il tarixli cavab məktubu ilə bundan imtina edilərək bildirilmişdir ki, xx.xx.1959-cu il tarixdə anadan olmuş X3 ölümünü təsdiq edən müvafiq sənədlər təqdim edilmədiyindən Cavabdehndə ölüm akt qeydinin tərtib edilməsi mümkün olmamışdır. II. Məhkəmədə icraat
5. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Xabarovsk şəhəri administrasiyası Jelejnodorojnıy rayonu VVADQ şöbəsi VVAQ şöbəsinin arxivində xx.xx.1959-cu il təvəllüdlü X5 barəsində xx.xx.2011-ci il tarixdə tərtib olunmuş 4132 saylı ölüm haqqında akt qeydinə əsasən mərhum X5 barəsində ölüm kağızının verilməsi və ölüm kağızı verilərkən ölüm tarixinin xx.xx.2011-ci il, ölüm yerinin Rusiya Federasiyasının Xabarovsk şəhəri qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 ilə xx.xx.1983- cü ildə rəsmi qaydada evlənib ailə qurmuşlar. Birgə nikahlarından iki uşaqları anadan olmuşdur. Əri X1 Federasiyasına işləmək məqsədi ilə getmişdir. X1 Federasiyasının Xabarovsk şəhərində azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, cəzasını çəkdikdən sonra azad olmuşdur. Rusiyanın Xabarovsk şəhərində vəfat etmiş və orada dəfn olunmuşdur. Xabarovsk şəhəri administrasiyası Jelejnodorojnıy rayonu WADQ şöbəsi WAQ şöbəsinin arxivində xx.xx.1959-cu il təvəllüdlü X5 barəsində xx.xx.2011-ci ildə tərtib olunmuş 4132 saylı ölüm haqqında akt qeydinin mövcud olması haqqında hüquqmüəyyənedici sənəd verilmişdir. O, həmin sənəd əsasında X5 barədə ölüm haqqında şəhadətnamənin alınması məqsədi ilə maraqlı şəxsə müraciət etsə də, əri barəsində ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir.
7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər
8. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir.
9. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iclasa gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
10. İddiaçı məhkəmə hazırlıq iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
11. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.
Əsaslandırma hissəsi:
12. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
13. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.
14. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: Maddə 193.1. Ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Maddə 195.2. Azərbaycan Respublikası vətəndaşının, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və ya əcnəbinin xarici ölkədə öldüyü və ölüm həmin ölkənin səlahiyyətli orqanlarında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) qeydə alınmadığı hallarda ölümün qeydiyyatı bu ölkədə verilmiş ölüm faktını təsdiq edən tibbi sənəd əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na görə: Bənd 8.1. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. Bənd 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Bənd 8.5-1. Azərbaycan Respublikası vətəndaşının, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və ya əcnəbinin xarici ölkədə öldüyü və ölüm həmin ölkənin səlahiyyətli orqanlarında və konsulluq idarəsində qeydə alınmadığı hallarda ölümün qeydiyyatı bu ölkədə verilmiş ölüm faktını təsdiq edən tibbi sənəd əsasında qeydiyyat şöbəsi tərəfindən aparılır. Bənd 8.6. Ölüm, ölüm haqqında akt qeydləri aparmaq yolu ilə qeyd edilir
16. Hazırki işin materiallarından məlum olur ki, iddiaçının X2 xx.xx.2011-ci il tarixdə Rusiya Federasiyası, Xabarovsk şəhəri, Jelejnodorojnıy rayonunda vəfat etmiş və bu barədə xx.xx.2011-ci il tarixli 4132 nömrəli ölüm haqqında akt qeydi tərtib edilmişdir.
17. Məhkəmə qeyd edir ki, iddiaçının ərinin ölümü barədə Rusiya Federasiyasında xx.xx.2011-ci il tarixli 4132 nömrəli ölüm haqqında akt qeydi mövcud oluğuna görə, həmin qeyd əsasında Cavabdeh tərəfindən iddiaçının mərhum əri barəsində ölüm haqqında şəhadətnamənin verilməsi mümkün deyildir.
18. Belə ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda nəzərdə tutulan müddəalara əsasən, Azərbaycan Respublikası vətəndaşı xarici ölkədə öldüyü və ölüm həmin ölkənin səlahiyyətli orqanlarında və konsulluq idarəsində qeydə alınmadığı hallarda ölümün qeydiyyatı bu ölkədə verilmiş ölüm faktını təsdiq edən tibbi sənəd əsasında qeydiyyat şöbəsi tərəfindən aparılır. Hazırkı halda isə, iddiaçının mərhum ərinin ölümü Rusiya Federasiyası, Xabarovsk şəhəri, Jelejnodorojnıy rayonu VVAQ şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə qeydə alınmışdır.
19. Bu halda Cavabdeh tərəfindən ölüm haqqında şəhadətnamə verilə bilməz. Bu zaman Cavabdeh yalnız ölüm akt qeydini tərtib edən qeydiyyat şöbəsindən ölüm haqqında şəhadətnamənin alınması üçün həmin orqana sorğu verə bilər.
20. Həmçinin, məhkəmə iclasında Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq yardım etmə vəzifəsinə riayət edilməklə, iddiaçıya yuxarıda qeyd edilən hallar ətraflı şəkildə izah edilərək iddia tələbinin ölüm akt qeydinin və ya ölüm haqqında şəhadətnamənin alınması üçün Rusiya Federasiyası, Xabarovsk şəhəri, Jelejnodorojnıy rayonu VVAQ şöbəsinə sorğu verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi qeyd olunması iddiaçıya təklif olunmuş, iddiaçı isə iddia tələbini hüquqi marağına və qanunun tələblərinə uyğun olaraq dəqiqləşdirməmiş, hazırkı tələbə baxılmasını tələb etmişdir.
21. Hazırkı halda isə cavabdehin hərəkətləri nəticəsində İddiaçı hüququnun pozulması halı müəyyən edilmir. İddiaçı da cavabdeh tərəfindən hüquqlarının pozulması ilə nəticələnən hərəkətə (hərəkətsizliyə) yol verilməsini əsaslandıra bilməmişdir.
22. Halbuki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
23. Məhkəmə hesab edir ki, hazırkı işdə cavabdeh tərəfindən İddiaçı qzının istinad etdiyi hallar üzrə onun hər hansı hüquqlarının pozulmasına yol verilmədiyindən, bu barədə faktiki halların mövcudluğu iddiaçı tərəfindən sübuta yetirilmədiyindən iddia mümkün sayılmamalıdır.
24. İPM-ə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:
25. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Hakim Gülşən Əliyeva