Məhkəmə qərarları › İş №2-1(114)-2158/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2158/2022

10.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2158/2022 10.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X4 və X5) şəhadətnamənin ləğv edilməsi və torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. M üə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan torpaq sahələrinin səhvən X4 və X2 adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-601F, JN-601H, JN-601G KOD-50921018 nömrəli şəhadətnamələrin ləğv edilməsi və torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, anası X6 1988-ci ildə vəfat etmişdir. 0.22 ha torpaq sahəsi olan təsərrüfat onun adına olmaqla həmin təsərrüfatda yaşayır. Sonradan məlum olmuşdur ki, onun 0.22 ha torpaq sahəsi razılığı və xəbəri olmadan JN-601H №-li “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə 0.01 hektar torpaq sahəsi, ЈN- 601G №-li “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə 0.8 hektar torpaq sahəsi, JN-601F №-li “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə 0.13 hektar torpaq sahəsi səhvən Goranboy rayonu Xoylu kənd sakinləri X1 və X2 adına qeyd edilmişdir. İddiaçı həmin şəhadətnamələrin ləğv edilməsi məqsədilə cavabdehə müraciət etsə də, həmin müraciəti təmin edilməmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X4 və X5 üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş və bildirmişdir ki, X4 qardaşının arvadı, X5 isə qardaşının oğludur. Üçüncü şəxs X4 bildirmişdir ki, həmin torpaq sahəsindən istifadə etmədiyindən onun və oğlunun adına işlənmiş şəhadətnamələrin ləğv edilməsinə etiraz etmir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Üçüncü şəxs X3 məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxs X5 və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 601F, KOD-50921018 nömrəli şəhadətnamənin surətindən görünür ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 41 nömrəli qərarına əsasən 0.13 ha torpaq sahəsi, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-601G, KOD-50921018 nömrəli şəhadətnamənin surətindən görünür ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 41 nömrəli qərarına əsasən 0.08 ha torpaq sahəsi, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-601H, KOD-50921018 nömrəli şəhadətnamənin surətindən isə görünür ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 41 nömrəli qərarına əsasən 0.01 ha torpaq sahəsi X4 və X2 mülkiyyətinə verilmişdir. Qeyd olunmalıdır ki, mübahisələndirilən “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 601F, JN-601G, JN-601H KOD-50921018 nömrəli şəhadətnamələrin verilməsinə əsas olmuş hüquqi sənəd (Goranboy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 41 nömrəli qərarı) qüvvədə olduğu halda həmin qərar əsasında verilmiş şəhadətnamələrin ləğv edilməsi tələbinə mahiyyəti üzrə baxılması istisna olunur. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddənin tələbinə görə iddiaçı inzibati aktın qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda məhkəmə inzibati mübahisəyə baxa bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qəraraaldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı şəhadətnamənin ləğv edilməsi və torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinədair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar