Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2159/2023 27.07.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı məcburi köçkünlər üçün verilən aylıq müavinətin bərpa edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun adının vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilərək ona dövlət tərəfindən verilən aylıq yemək xərci pulunun bərpa edilməsi və aylıq müavinətin xx.xx.2016-cı il tarixdən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1987-ci il tarixdə Kəlbəcər rayonunda doğulmuş, xx.xx.1993-cü il tarixədək Kəlbəcər rayonunda yaşamışdır. Daha sonra 1993-cü il tarixdə ailə üzvləri ilə birlikdə Kəlbəcər rayonundan məcburi köçkün düşərək Gəncə şəhərində məskunlaşmış və hal-hazırda da ünvan 1 ünvanında müvəqqəti məskunlaşmışdır. İddiaçı Kəlbəcər rayonundan məcburi köçkün düşdüyü üçün məcburi köçkünlərə şamil edilən bütün növ güzəştlərdən istifadə etmişdir. Həmçinin ona məcburi köçkün statusunun verilməsinə dair məcburi köçkün vəsiqəsi verilmişdir. İddiaçı xx.xx.2010-cu ildə Bakı şəhər sakini X1 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və nikah Bakı şəhəri, Xətai rayon Qeydiyyat şöbəsində rəsmiləşdirilmişdir. X1 ilə ailə münasibətləri baş tutmadığından Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2016-c1 il tarixli, 2(040)-178/2016 nömrəli qətnaməsi ilə X1 ilə olan nikah akt qeydi ləğv edilmiş və həmin qətnamənin əsasında verilmiş icra sənədi ilə ona xx.xx.2016-cı il tarixdə Kəlbəcər rayon Qeydiyyat şöbəsi tərəfindən AZ-İ 236264 nömrəli nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Bundan sonra 2016-cı ildən başlayaraq müxtəlif tarixlərdə iddiaçı qeydiyyatda olduğu yer üzrə Kəlbəcər şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyə, Cavabdehnə və Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə dəfələrlə müraciət edərək dövlət tərəfindən verilən aylıq yemək xərci pulunun bərpa edilməsini xahiş etsə də ona dövlət tərəfindən verilən aylıq yemək xərci pulu məcburi köçkün olmayan şəxslə ailə qurmağı əsas gətirilərək dayandırılmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə yenidən Cavabdehnə müraciət edərək yemək xərci pulunun bərpa edilməsini xahiş etsə də cavabdeh xx.xx.2023-cü il tarixli 380 nömrəli məktubla, həyat yoldaşının məcburi köçkün statusu olmadığına görə ona verilən vahid aylıq müavinətin ödənişinin müvafiq təlimata uyğun olaraq dayandırıldığını əsas gətirərək bundan imtina etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə tərəflərə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş AA 440149 nömrəli vəsiqədən görünür ki, Məmişova X4 rayonundan məcburi köçkün düşmüşdür. -surəti işə əlavə edilmiş AZ-İ 236264 nömrəli xx.xx.2016-cı il tarixli « Nikahın pozulması haqqında » şəhadətnamədən görünür ki, X1 ilə X3 arasında bağlanmış nikah ləğv edilmiş, qadına « Məmişova » soyadı verilmişdir. Kəlbəcər RİH Başçısının Kəlbəcər ŞİƏD üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, 1987-ci ildə anadan olmuş Məmişova X4 şəhər sakini olmaqla, məcburi köçkündür, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli,11 nömrəli Qərarı ilə təsdiq edilmiş Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinətinin və kommunal xidmətlər üzrə güzəştlərin əvəzinə verilən aylıq müavinətin ödənilməsi Qaydasının 2.4-cü maddəsinə uyğun olaraq (məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş((nigahla və ya nigaha daxil olmadan)), həmçinin sonradan boşanmış qadınlara) 2014-cü ildən etibarən vahid aylıq müavinət almır. -surəti işə əlavə edilmiş Cavabdeh Başçısı Aparatının xx.xx.2023-cü il tarixli, 380 nömrəli məktubundan görünür ki, ərinin məcburi köçkün statusu olmadığına görə İddiaçı verilən vahid aylıq müavinətin ödənişi müvafiq təlimata uyğun olaraq dayandırılmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. İş materialları ilə müəyyən olunmuşdur ki, İddiaçı həqiqətən məcburi köçkün statusuna malikdir və həmin kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulan müavinəti 2014-cü ilədək almışdır. Lakin 2014-cü ildən etibarən cavabdeh orqan ona verilən müavinəti dayandırmışdır. İddiaçı qeyd olunan müavinətin bərpa edilməsi məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan səxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydası məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi qaydalarını müəyyən edir. Həmin Qaydanın:- -1.1-ci bəndinə əsasən ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə aylıq müavinət verilir. -2.4-cü bəndinə əsasən məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış məcburi köçkün statusu olan qadınlara aylıq müavinət şamil edilmir. -3.1-ci bəndinə əsasən əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasınin Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə), elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər. -3.2-ci bəndinə əsasən əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları və Komitə aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısından ibarət informasiya sisteminin “Elektron hökumət” portalında yerləşdirilməsini və müntəzəm olaraq yeniləşdirilməsini təmin edirlər. -3.4-cü bəndinə əsasən aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan səxslar üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4-cü bəndinə əsasən məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış məcburi köçkün statusu olan qadınlara aylıq müavinət verilmir. İşin faktiki halları ilə müəyyən olunmuşdur ki, iddiaçının məcburi köçkün olmayan şəxslə rəsmi nikahı xx.xx.2012-ci il tarixdə bağlanmış, xx.xx.2016-cı il tarixdə isə ləğv edilmişdir. Məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan) qadınlara müvafiq müavinətin verilməməsi ilə bağlı göstəriş isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan səxslar üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” ilə müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prossesual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçıya məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinət verilən zaman Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 2744 nömrə ilə xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmış Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin 2002-ci il 05 fevral tarixli 37 №-li əmri ilə təsdiq edilmiş "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat" qüvvədə olmuşdur. Yuxarıda istinad olunan və həmin dövrdə qüvvədə olmuş qanunvericilik normalarından göründüyü kimi məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan) qadınlara yemək xərci üçün aylıq müavinət verilməsi nəzərdə tutulmuşdur. Hazırkı mübahisə üzrə iddiaçının yemək xərci üçün aylıq müavinət alan zaman sözügedən Təlimat qüvvədə olduğundan həmin dövrün qanunvericilik aktları hazırkı münasibətlərə tətbiq edilməlidir. Başqa sözlə iddiaçıya həmin kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulmuş aylıq müavinətin ödənilməsi həmin dövrün qanunvericiliyinin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmış hüquqdur. Həmçinin qeyd edilməlidir ki, “Məcburi köçkünlər və onlara bərabər tutulan səxslar üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmişdir və hüquqi müəyyənlik prinsipi baxımından hüquq norması qanunla nəzərdə tutulmuş istisna olmadığı təqdirdə hüquq münasibətlərinin yarandığı andan sonrakı münasibətlərə tətbiq edildiyindən cavabdehin hərəkətləri qanunvericiliyin tələblərinə zidd olmuşdur. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya verilən vahid aylıq müavinətin ödənilməsinin dayandırılması ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. Odur ki, iddiaçının adının aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilərək ona dövlət tərəfindən verilən vahid aylıq müavinətin bərpa edilməsi və aylıq müavinətin xx.xx.2016-cı il tarixdən ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı adının aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilərək ona dövlət tərəfindən verilən vahid aylıq müavinətin bərpa edilməsi və aylıq müavinətin xx.xx.2016-cı il tarixdən ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2159/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2159/2023
27.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver