Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-216/2022 01.02.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı cavabdehin üzərinə dövlət hesabına daimi mənzillə təmin olunması siyahısına salınıb müvafiq komissiyaya göndərilməsi öhdəliyinin qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə müəyyən e t d i: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə onun dövlət vəsaiti hesabına daimi mənzillə təmin olunmağı barədə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 01.08.1992-ci il tarixdə Göygöl Rayon Hərbi Komissarlığı tərəfindən Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə göndərilmiş, 20.01.1995-ci il tarixdə isə həmin məktəbi bitirdikdən sonra 15.01.2016-cı il tarixədək müxtəlif hərbi hissələrdə N il xidmət etmiş, leytenant rütbəsindən polkovnik-leytenant rütbəsinə yüksələrək bir çox orden və medalla təltif edilmişdir. 25.08.1997-14.12.1997, 08.01.2001-14.04.2001-ci illərdə AR Silhalı Qüvvələrinin zabit təkmilləşdirmə kurslarını, 11.08.2003-16.09.2003-cü illərdə zabit təkmilləşdirmə kursunda motoatıcı tabor komandiri kursunu, 08.09.2014-cü il tarixdə AR Silahlı Qüvvələrin Hərbi Akademiyasının təkmilləşdirmə kursunu bitirmiş və briqada komandirinin madi-texniki təminat üzrə müavini vəzifəsində xidmət etmişdir. 27.09.2020-ci il tarixdən 10.11.2020-ci il tarixədək İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Onun və ailəsinin xüsusi yaşayış sahəsi olmadığı üçün dəfələrlə cavabdehə müraciət etsədə müsbət nəticəsi olmamışdır. İddiaçı 09.12.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək onun dövlət vəsaiti hesabına daimi mənzillə təmin olunması siyahısına salınıb müvafiq komissiyaya göndərilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin 2-1(114)-2359/2021 nömrəli, 09.12.2021-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, lakin 13.01.2022-ci il tarixli, 11/115 nömrəli məktub göndərərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 15.11.2021-ci il tarixli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Müdafiə Naziriyi tərəfindən 24.11.2021-ci il tarixli, 1184 nömrəli məktuba əlavə olunmuş adlı siyahıda iddiaçının adı qeyd olunaraq Azərbaycan Respublikası Maliyyə Naziliyinə göndərildiyindən mübahisə predmeti artıq mövcud deyildir. Bu səbəbdən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış məktuba əlavə olunmuş, Azərbaycan Respublikası müdafiə naziri tərəfindən Azərbaycan Respublikası maliyyə nazirinə ünvanlanmış 24.11.2021-ci il tarixli, 1184 nömrəli məktubdan və “1992-ci ildən həqiqi hərbi xidmət keçmiş dövlət vəsaiti hesabına mənzillə təmin olunmayan hərbi qulluqçuların adlı siyahısı” dan çıxarışı nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- Maddə 15.2. İnzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. Maddə 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Maddə 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Hazırkı mübahisədə də cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 15, 55, 67 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “cavabdehin üzərinə dövlət hesabına daimi mənzillə təmin olunması siyahısına salınıb müvafiq komissiyaya göndərilməsi öhdəliyinin qoyulması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-216/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-216/2022
01.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver