Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2163/2022 18.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Bərdə Bələdiyyəsinə qarşı sənəddə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bərdə Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Bərdə Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 05 saylı iclasının protokolundan çıxarışda və Torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2007-ci il tarixli müqavilədə adının İddiaçı kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bərdə Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 05 saylı iclasının protokolundan çıxarışına əsasən ona Bələdiyyənin torpaq fondundan Bərdə şəhəri Ü.Hacıbəyov küçəsinin şimalında, Hərbi polislə üzbəüz yolun kənarında, cənubdan Azərsel, qərbdən yol olmaqla şəxsi vəsaltilə tikdirdiyi Gözəllik salonunun yerləşdiyi 5,5 x 4,5 m,cəmi 25 kv/m ölçüdə torpaq sahəsi 50 il müddətinə icarəyə verilmişdir. Həmin torpaq onun sahibliyində və istifadəsində olsa da onun üzərində sərəncam hüququnu həyata keçirə bilmir. Belə ki, qeyd edilən Bərdə Bələdiyyəsinin 31 May 2007-ci il tarixli 05 saylı iclasının protokolundan çıxarışda və torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2007-ci il tarixli müqavilədə adı İddiaçı olduğu halda adı səhvən “X4” kimi qeyd edilmişdir. Sözügedən sənədlərdə düzəliş edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə tərəflərə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Bərdə rayon Bərdə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 05 saylı iclasının protokolundan çıxarışdan görünür ki, X3 Bələdiyyənin torpaq fondundan şəhərin Ü.Hacıbəyov küçəsinin şimalında, Hərbi polis ilə üzbəüz yolun kənarında, cənubdan Azərsel, qərbdən yol olmaqla şəxsi vəsaitilə tikdirdiyi gözəllik salonunun yerləşdiyi 5.5 x 4.5 m, cəmi 25 kv.m ölçüdə torpaq sahəsi 50 il müddətinə icarəyə verilməsi qərara alınmışdır. -«Torpaq sahəsinin icarəyə verilməsi haqqında» xx.xx.2007-ci il tarixli müqavilədən görünür ki, Bərdə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 05 saylı qərarı əsasında icarəçi X3 25 kv.m 50 il müddətində icarəyə verilmişdir. -surəti işə əlavə edilmiş AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçının soyadı, adı və ata adı müvafiq olaraq İddiaçı kimi qeyd edilmişdir. -işə əlavə edilmiş Bərdə rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.1963-cü ildə Bərdə şəhərində anadan olmuş, bu barədə doğum kitabının 643 səhifəsində qeydiyyat aparılmışdır. Atası kimi X5, anası kimi X6 qeyd edilmişdir. -surəti işə əlavə edilmiş Bərdə bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 65 nömrəli məktubundan görünür ki, iddiaçının müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçılar İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Bərdə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 05 saylı qərarı əsasında İddiaçı Bələdiyyənin torpaq fondundan şəhərin Ü.Hacıbəyov küçəsinin şimalında, Hərbi polis ilə üzbəüz yolun kənarında, cənubdan Azərsel, qərbdən yol olmaqla şəxsi vəsaitilə tikdirdiyi gözəllik salonunun yerləşdiyi 5.5 x 4.5 m, cəmi 25 kv.m ölçüdə torpaq sahəsi 50 il müddətinə icarəyə verilməsi qərara alınmışdır. İddiaçı «Torpaq sahəsinin icarəyə verilməsi haqqında» icarə müqaviləsində, həmçinin Bərdə rayon Bərdə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 05 saylı iclasının protokolundan çıxarışında «X7» qızı kimi qeyd olunan qeyd olunan şəxsin özü olduğunu, soyadının və ata adının yazılışında müəyyən səhvə yol verildiyini bildirərək sözügedən sənədlərdə düzəliş edilməsini tələb etmiş, cavabdeh orqan isə sənədlərdə düzəliş edilməsi ilə bağlı məhkəməyə müraciət etməli olduğunu bildirərək bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd olunur ki, bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətlərini nəzərə almaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydalarını, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətləri “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununu ilə tənzimlənir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”:- -4.0.1 və 4.0.2-ci maddələrinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək, müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək bələdiyyənin səlahiyyətlərindəndir. -11.3-cü maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan bütün torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər. -11.6-cı maddəsinə əsasən bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə icarə əsasında verilir. -11.9-cu maddəsinə əsasən bələdiyyə torpaqlarının icarəyə verilməsi şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və bələdiyyələr ilə həmin torpaqların icarəçiləri arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. -6.7-ci maddəsinə əsasən bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir.Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. İş materiallarında olan sənədlərdən görünür ki, «Torpaq sahəsinin icarəyə verilməsi haqqında» xx.xx.2007-ci il tarixli müqavilədə və Bərdə rayon Bərdə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 05 saylı iclasının protokolundan çıxarışda iddiaçının soyadı Hüseynova ata adı Allahverdi kimi qeyd olunsa da, şəxsiyyət vəsiqəsində, həmçinin doğum akt qeydində soyadı “Hüsüyeva”, ata adı “Allahverən” kimi qeyd olunmuşdur. Göründüyü kimi ilkin sənəddə iddiaçının soyadı və ata adı düzgün qeyd olunsa da, icarə müqaviləsi və iclas protokolundan çıxarışda səhvə yol verilmişdir. Qeyd olunan hal həmin sənədləri hazırlayan səlahiyyətli qurumun texniki səhvi və yaxud hər hansı qüsuru kimi qiymətləndirilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. -19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Odur ki, yuxarıda qeyd olunanlara əsasən məhkəmə cavabdeh orqanın imtinasını əsassız hesab edir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bərdə rayon Bərdə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 05 saylı iclasının protokolundan çıxarış və «Torpaq sahəsinin icarəyə verilməsi» haqqında xx.xx.2007-ci il tarixli müqavilədə X1 “Hüsüyeva” ata adına “Allahverən” kimi düzəliş edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə İddiaçılar cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bərdə rayon Bərdə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 05 saylı iclasının protokolundan çıxarışda və «Torpaq sahəsinin icarəyə verilməsi» haqqında xx.xx.2007-ci il tarixli müqavilədə X1 “Hüsüyeva”, ata adına “Allahverən” kimi düzəliş edilməsi öhdəliyi Bərdə Bələdiyyəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2163/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2163/2022
18.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver